Məhkəmə qərarları › İş №2(102)-2680/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2680/2023

05.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2680/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz inşa edilmiş tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X5 qarşı mülkiyyətdə olan Göyçay rayonu Çərəkə kəndində yerləşən 0.1893 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2( 107)-160/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Göyçay rayon Çərəkə kəndində yerləşən 0.189330 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı mülkiyyətində olan Göyçay rayonu Çərəkə kəndində yerləşən 0,189330 ha torpaq sahəsi üzərində cavabdeh tərəfindən tikili inşa edilmişdir.

3. Göyçay rayon X16 bölməsinin baş təhqiqatçısı. Polis kapitanı X17 tərəfindən HK-1, 159 nömrəli material üzrə qəbul edilmiş 6 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, müraciətlə bağlı izahatı alınan Cavabdeh öz izahatında bildirmişdir ki, o 12.02 2016-cı ildə X13 kəndində yaşadığı evində 20000 manat pul vermişdir. Nurayənin əri X14 da orada olmuşdur. Aralarında olan şifahi razılaşmaya əsasən Nurayə Məmmədova öz adına olan, Çərəkə kəndində yerləşən torpaq sahəsinin 1 sotunu, içərisində mağaza tipli tikili ilə birlikdə ona satmışdır. O, Nurayə Məmmədovanın qeyd olunan yerdə adına 18 sot torpaq sahəsi olmasını bilmişdir. Həmin torpaq sahəsi daxilində “Çərəkə" şadlıq sarayı və ona satdığı mağaza tipli tikili yerləşmişdir. O mağazanı açaraq fərdi qaydada sahibkarlıqla məşğul olmağa başlamışdır.

4. Təhqiqat zamanı izahatı alınan X9 öz izahatında bildirmişdir ki, X14 onun həyat yoldaşıdır. X21 Federasiyası vətəndaşıdır və hazırda Rusiyada yaşamaqdadır. İslamın əvvəllər maddi vəziyyəti yaxşı olmuşdur, bir sıra torpaq sahələri almışdır. Torpaq sahələri onun adına sənədləşdirilmişdir. Eyni zamanda, Çərəkə şadlıq sarayının yerləşdiyi və şadlıq sarayının yanındakı "Çərəkə" marketin ərazisini də İslam onun adına alaraq rəsmiləşdirmişdir. X18 Federasiyasında işləri alınmamış, borcu yaranmış və əmlakını sataraq borcunu bağlamaq istəmişdir. 2016-cı ildə dəqiq tarixini xatırlamadığı vaxtda həmkəndlisi Cavabdeh onun yaşadığı evə gəlmiş, əri İslam Məmmədovla və onunla şifahi razılaşma əldə etmişdir. Belə ki, Eldəniz onun əri İslama 20000 manat məbləğində pul vermiş, “Çərəkə" şadlıq sarayının yanında yerləşən, “Çərəkə" marketin ərazisini və tikilmiş vəziyyətdə olan marketi almaq istədiyini demişdir. İslamla Eldəniz arasında şifahi şəkildə belə bir razılaşma olmuşdur ki, 20000 manat pulu İslam Eldənizə geri qaytarana qədərə Eldəniz ona məxsus olan torpaq daxilindəki mağazanı işlədəcək, pul qayıtdıqdan sonra isə Eldəniz oranı tərk edəcəkdir. X21 Federasiyasına gedib gəldikdən sonra 20000 manatla borcunu bağlaya bilmədiyini, daha çox pulun lazım olduğunu, ona görə də onun adında olan "Çərəkə” şadlıq sarayının yerləşdiyi yeri satmaq fikrinin olduğunu dedi. Həmin yeri əri İslam 2018-ci ildə dəqiq tarixini bilmədiyi vaxtda həmkəndlisi X10 150 000 manata satmışdır. İslam yeri satarkən Eldənizə istifadə üçün verdiyi mağazanın da həmin yer daxilində olmasını Mehmana demiş, Eldənizə 20000 manat pul verilməli olduğunu qeyd etmişdir. Mehmanın oğlu İddiaçı hazırki günə qədər Cavabdeh 20000 manat pul verməyi öhdəsinə götürmüş, vermək istəmiş, lakin Eldəniz razı olmamışdır. Bu məsələ ha zırda məhkəmədə araşdırılır O. Cavabdeh qarşı dələduzluq etməmişdir.

5. Təhqiqat zamanı izahatı alınan İddiaçı öz izahatında bildirmişdir ki, 2017-ci ildə həmkəndlisi X6 Çərəkə kəndi ərazisində yerləşən, ümumilikdə 0,1893 ha torpaq sahəsini üzərində yerləşən tikililərlə birlikdə 160000 manata almışdır. xx.xx.2021-ci il tarixdə öz adına keçirmiş, **********10 saylı reyestr çıxarışı vardır. Həmin yeri aldıqdan və istifadə etdikdən sonra torpaq sahəsi daxilində olan mağazanı işlədən Cavabdeh torpaq sahəsindən çıxmasını bildirmiş, Eldəniz də çıxmadığı üçün məhkəməyə müraciət etmiş və iddia qaldırmışdır. Onun tələbi Eldənizin hazırda torpaq sahəsi daxilində işlətdiyi mağaza tipli tikilinin sökülməsi və Eldənizin oradan çıxmasıdır. Cavabdehla Nurayə Məmmədova arasında hansı razılaşma olmasından xəbəri olmamış, orada iştirak etməmişdir. Lakin bildiyi qədərilə Nurayənın əri X20 Hacməmmədova 20000 manat borclu olmuşdur. Cavabdeh da həmin borcun qarşılığında vaxtilə Nurayə məxsus olan, hazırda onun mülkiyyətində olan torpaq sahəsi daxilində mağaza tikərək işlətməyə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarışa əsasən mülkiyyətdə olan Göyçay rayonu Çərəkə kəndində yerləşən 0.1893 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Göyçay rayon Notariat Ofisinin n otariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən ona bağışlanmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsini boş və istifadəsiz olduğunu görüb üzərində qeyriyaşayış sahəsi inşa edərək istismarına başlamışdır. O, cavabdehə müraciət edərək qanunsuz olaraq inşa etdiyi tikilinin sökməsini və mülkiyyətində olan torpaq sahəsini əvvəlki vəziyyətə gətirməsini tələb etsə də, cavabdeh buna məhəl qoymamış, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh mübahisəli tikilini inşa edərkən qanunla müəyyən edilmiş qaydada Göyçay rayon İcra Hakimiyyətindən icazə almamış, hər hansı layihə təsdiq etdirməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan torpaq sahəsindən öz istədiyi kimi istifadə edə bilmir.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək qeyd etmişdir ki, iddiaçıya həmin torpaq sahəsini satan Nurayə Məmmədovanın əri X1 əvvəl ona satmış, lakin aralarında rəsmi olaraq müaqavilə bağlanmamışdır. Bununla bağlı Göyçay RPŞ-nə müraciət etmiş, polis şöbəsində araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilərək ona mülki icraat qaydasında məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Hesab edir ki, istifadə etdiyi torpaq sahəsi ona məxsusdur.

9. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəsəssis rəyinə əsasən, X3 naturada göstərdiyi və istifadəsində olan 0.02 ha torpaq sahəsi Hüquqların Dövl ət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2021-ci ii tarixdə qeydiyyata alınmış, çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.1893 ha torpaq sahəsi ilə üstüstə düşür.

10. Göyçay Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(046)-717/2022 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuşdur.

11. Məhkəmə mütəxəssiz rəyinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının mülkiyyətində Göyçay rayonun Çərəkə kəndində yerləşən 0.189330 ha kənd yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikili inşa edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə, Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə, Mülki Məcəllənin 152.1 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1. 78.1, 80. 81 və və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan mənim tikilini inşa etməməyim faktını aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsinin tikilini inşa etməyi halı iddiaçının özünün və ona tikilini satan X12 rayon X16 Bölməsinə verdikləri izahatlarla təkzib olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, onun iddiaçının mülkiyyət hüququnu pozaraq onun torpaq sahəsində tikili inşa etməyi barədə nəticəyə gələrkən iddiaçının həmin torpaq sahəsini almazdan əvvəl orada mağazanın mövcud olmasını, mağazanın Nurayə Məmmədova tərəfindən inşa edilməsini nəzərə almamışdır.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-160/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir.

16. Məhkəmə kollegiyası Göyçay RPŞ-nin təhqiqat bölməsinin 6 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardanına istinad edərək qeyd etmişdir ki, Göyçay rayonu Çərəkə kəndində yerləşə n 0.1893 ha torpaq sahəsi X8 məxsus olmuş, 2018-ci ildə həmin torpaq sahəsi sonuncu və onun əri İslam Məmmədov tərəfindən hazırki İddiaçı atası Mehman Yusifova satılmışdır. Tərəflərin təhqiqat zamanı verdikləri izahatları ilə mübahisəsiz olaraq müəyyən olunmuşdur ki, həmin alqı-satqı gerçəkləşdiyi vaxt satılan torpaq sahəsinin üzərində mübahisəli mağaza binası mövcud olmuş, mübahisəli tikilinin tikilməsi və ya istifadəsi ilə bağlı münasibətlər Cavabdeh ilə X7 arasında yaranmışdır. Torpaq sahəsi alqı-satqı qaydasında Mehman Yusifova satıldıqda və daha sonra bağışlama müqaviləsi ilə İddiaçı keçdikdə, üzərində inşa edilmiş mağaza ilə yüklü şəkildə keçmişdir. Yəni həmin mağaza binası ilə bağlı İddiaçı ilə Cavabdeh arasında hər hansı münasibət yaranmamışdır.

17. Mübahisəli mağaza binası torpaq sahəsi X8 məxsus olduğu vaxt torpaq sahəsinin üzərində mövcud olmuşdur. Daha sonra torpaq sahəsi Mehman Yusifova satıldıqda ona aşkar şəkildə görünən mövcud yüklülük haqqında məlumat verilmiş və sonuncu tərəfindən yüklü şəkildə qəbul edilmişdir. Bu hal cavabdehə qarşı irəli sürülmüş tələbin həm də qanunvericiliyin hüquqdan sui-istifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir. İddiaçı mübahisəni torpaq sahəsini atası Mehman Yusifova satan şəxslə həll etməli olduğu halda, hazırki cavabdehə qarşı tələb irəli sürməkdə haqlı olmamışdır.

18. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

19. Mə hkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 152.1, 152.6, 180.1, 180.4, 560.3.4, 567, 568, 572.1-ci maddələrinə, MPM-nin 14.2, 77.188, 217.1, 218.1, 372.1, 372.6, 372.7, 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, hazırki mübahisəyə düzgün qiymət verməyərək nəticədə mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəb ul edərkən, Göyçay RPŞ-də aparılan araşdırma zamanı Nurayə Məmmədovanın və digərlərinin verdiyi izahatlara əsaslanmışdır. Halbuki, Nurayə Məmmədova polis şöbəsində verdiyi izahatında həyat yoldaşı İslamın Rusiya Federasiyasında işlərinin alınmadığını, borcu yarandığını və əmlakını sataraq borcunu bağlamaq istədiyini, bu məqsədlə 2016-cı ildə dəqiq tarixini xatırlamadığı vaxtda həmkəndlisi Cavabdeh yaşadıqları evə gəldiyini, əri İslam Məmmədovla və onunla şifahi razılaşma əldə etdiklərini, Eldəniz onun əri İslama 20.000manat məbləğində pul verdiyini, “Çərəkə" şadlıq sarayının yanında yerləşən,“Çərəkə" marketin ərazisini və tikilmiş vəziyyətdə olan marketi almaq istədiyini; lakin İslamla Eldəniz arasında şifahi şəkildə əldə olunmuşrazılığa görə, 20.000 manat pul vəsaiti İslam tərəfindən Eldə nizə geri qaytarılanadək Eldənizin İslama məxsus olan torpaq daxilindəki mağazanı işlədəcəyini, pul qayıtdıqdan sonra isə Eldənizin oranı tərk edəcəyini demişdir. İslamla Eldəniz arasında mağazanın yerləşdiyi torpaq sahəsinin alqı- satqısı barədə hər hansı razılıq olmamış, İslamın Eldənizdən aldığı 20.000 manat borcu qaytarılanadək sonuncu həmin mağazadan təyinatı üzrə istifadə edəcək

23. Apellyasiya instansiyası məhkəməsi işin gerçək hallarını düzgün müəyyən etməyərək, istinad etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, X7 mülkiyyətində olan torpaq sahəsinin istər Mehman Yusifova satılarkən, istərsə də İddiaçı bağışlanarkən hər hansı bir şəxsin, yəni üçüncü şəxsin hüquqları ilə yüklü olan əmlak olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə q arşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərs alma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

30. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır.

31. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (q iyməti) ödəməyi öhdəsinə götürür.

32. Maddə

568. Satıcıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

33. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübu t olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfind ən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rə hbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-160/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar