Məhkəmə qərarları › İş №2(102)-2682/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2682/2024

31.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2682/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X81 Xidmət Mərkəzində Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X44, X16, X32 və X27) qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər və X45 cavabdeh Balakən Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə və maraqlı şəxs İddiaçı qarşı iş üzrə QƏRARİ Kateqoriya(Açar sözlər): vərəsəlik hüququndan irəli gələn mübahisələr, vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr, vərəsəlik hüququndan və mirasa məcburi paydan məhrum edilmə ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, haki mlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh X81 Xidmət Mərkəzində Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X44, X16, X32 və X27) qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X44 və X45 cavabdeh X81 Xidmət Mərkəzində Notariat Ofisinə və maraqlı şəxs İddiaçı qarşı miras payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-65/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X44 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inz ibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin valideynləri Ovə X60 26 yanvar 1957-ci il tarixdə rəsmi nikah bağlamışlar.

2. Onların x adlı övladları doğulmuşdur. X74, X53 övladlığa götürmüşdür.

3. X17 19 yanvar 2004-cü il tarixdə tərtib edilmiş vəsiyyətnamə ilə torpağın mülkiyyətə verilməsi haqqında 238 №li dövlət aktı əsasında mülkiyyətində olan 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və 0.25 ha həyətyanı torpaq sahəsini, bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir. Göstərilən 0,63 ha torpaq sahəsi ona Balakən rayon Aqrar İslahat Komissiyasının 4 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı əsasında verilmişdi və mülkiyyət hüququ JN-616F KOD 40113018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmilə şdirilmişdi.

4. X18 29 oktyabr 2006-cı ildə vəfat etmişdir. Onun sağ qalmış vərəsələri: arvadı Səfiyə, övladları - Ruqiyyət, Mübariz, Bayramhacı, Yaqub, Yusif və Hümbət olmuşdur. 5. 24 avqust 2007-ci il tarixdə Balakən rayon Talalar kənd X1 adından vəsiyyətnamə tərtib olunmuşdur ki, o, dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinin 0,21 hektarını, həyətyanı torpaq sahəsindən 0,08 hektarını, bütün əmlakını, evini, onun adında olan kənardakı digər əmlakını oğlu İddiaçı vəsiyyət edir.

6. X66 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onun sağ qalmış vərəsələri: övladları - Ruqiyyət, Mübariz, Bayramhacı, Yaqub, Yusif və Hümbət, habelə övladlığa götürülmüş X61 olmuşdur.

7. Balakən rayonu, Talalar kəndində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41.3 kv.m yaşayış, 55.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına 28 fevral 2009-cu il tarixdə qeydiyyata alınaraq, MH seriyalı ******* №li çıxarışla rəsmiləşdirilmişdir.

8. İddiaçı 19 mart 2009-cu il tarixdə Balakən rayon Dövlət Notariat Kontorundan həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.

9. Bundan əvvəl vərəsələr arasında miras əmlakın bölünməsi ilə əlaqədar məhkəmə mübahisələri olmuşdur. 10.1. Belə ki, Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(019)1553/2016 nömrəli qətnaməsi ilə iddiaçılar X61 və X28 cavabdehlər X38, X22, X39, X47, X23, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Rayon Dövlət Notariat Kontoruna qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun veril məsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, 29 oktyabr 2006-cı ildə ölmüş X10 Balakən rayonun Talalar kəndində yerləşən, onun, X54 və X45 ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payın, mirası qəbul etmiş vərəsələr X48 və X38 arasında payları bərabər olmaqla bölünməsi və hər birinə ½ hissə vərəsəlik hüququ üzrə payların müəyyən edilməsi, 9 yanvar 2016-cı ildə ölmüş X54 Balakən rayonun Talalar kəndində yerləşən, X17 və X61 ilə ümumi birgə mülkiyyətdə olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və iddiaçı X61 ilə birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının mirası qəbul edən vərəsələr X48, X38 və X61 arasında bölünməsi, Səfiyə Omarovanın 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ki və 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə X24, 1/14 hissəsinə X28 və 1/14 hissəsinə X45 vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)-1627/2016 nömrəli qətnaməsi ilə iddiaçılar X61 və X44 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsi qismən, yəni «mərhum X54 Balakən rayonu Talalar kəndində yerləşməklə iddiaçı X61 ilə birgə mülkiyyətində olan 0.1 ha həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə X25, 1/4 hissəsinə X29 və 1/14 hissəsinə X45 vərəsəlik hüququnun müəyyən edilməsi» hissəsində ləğv edilmiş və həmin hissə üzr ə yeni qətnamə qəbul edilərək, Balakən rayonu Talalar kəndində yerləşən mərhum X66 ilə iddiaçı X45 birgə mülkiyyətində olmuş 0,12 ha həyətyanı torpaq sahəsində hal-hazırda iddiaçı X45 payı 7/12 hissə, iddiaçı X29 payı 1/12 hissə, cavabdeh X25 payı 4/12 hissə müəyyən edilmiş, Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli 13(102)-4/2021 nömrəli qərardadına əsasən iddiaçılar X61, X44 və onların vəkili Nümayəndə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi təmin edilmiş, iş üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(019)-1553/2016 nömrəli qətnaməsi ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)-1627/2016 nömrəli qətnaməsi mərhum Səfiyə Omarovadan miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə mahiyyəti üzrə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. 10.2. İddiaçılar X44 və X61 cavabdeh Balakən rayonu Talalar bələdiyyəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı və Balakən rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən rayon məhkəməsinə müraciət edərək Balakən rayonu Talalar bələdiyyəsində 24 avqust 2007-ci ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimova) 27 mart 2019-cu il tarixli, 2(01 9)-176/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Balakən rayon Talalar bələdiyyəsində 24 avqust 2007-ci ildə X54 adından tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin iş üzrə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyun 2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə təmin olunmamışdır. 10.3. Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli 2(019)-634/2019 nömrəli qətnaməsi ilə iddiaçılar X45 və X29 cavabdeh Balakən rayon Notariat Kontoruna qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi miras onlar tərəfindən qəbul edildiyindən təmin edilməmişdir. 10.4. Balakən Rayon Mə hkəməsinin 25 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar X45 və X29 cavabdehlər İddiaçı və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi və ziyan tələbinə dair iddiaları təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)286/2018 nömrəli 04 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X44 və X61 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(019)-53/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçılar X45 və X29 cavabdehlər İddiaçı və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi və ziyan tələbinə dair iddiaları miras əmlakın qəbul edilmə məsi əsası ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3349/2018 nömrəli 21 may 2018-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-286/2018 nömrəli 04 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır.

11. Balakən Rayon Məhkəməsinin 2(019)-1/2022 nömrəli 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar X29 və X45 cavabdehlər İddiaçı, X13, X26, X19, ölmüş cavabdeh X30 hüquqi varisləri X75 və X77, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi18 saylı Zaqatala Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikas ı Ədliyyə Nazirliyi X81 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras paylarının müəyyən olunması və sair tələblərinə dair iddia ərizəsi təmin edilərək, mərhum Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlu və X49 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin - X44, X61 və İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

12. X3 xx.xx.2019-cu il tarixdə ölmüşdür. X78 və X84 mərhum X30 hüquqi varisləri kimi tanınmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh X81 Xidmət Mərkəzində Notariat Ofisi, üçüncü şəxslər - X44, X16, X33 və X19 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6ndan miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəs i və fərdi yaşayış evi üzərində bütövlükdə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mərhum X6ndan miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evində atasının sağlığında və ölümündən sonra yalnız o yaşamış, bununla miras əmlakını şəksiz qəbul etdiyini nümayiş etdirmişdir. İddia ərizəsinə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 yanvar 2018-ci il tarixli 2(107)-286/2018 nömrəli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)-3349/2018 nömrəli qərarından da göründüyü kimi iş üzrə üçüncü şəxs X44 mərhu m atası X5 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmiş, lakin iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmçinin qeyd olunan məhkəmə qərarlarından müəyyən edilmişdir ki, X6 özünə məxsus bütün əmlakları, o cümlədən, Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evini ona vəsiyyət etmiş və o, həmin miras əmlakları qəbul etmişdir. Atasından miras qalmış fərdi yaşayış evi hazırda mövcud olmamış, uçub dağılmış, torpaq sahəsi isə onun istifadəsində olmuşdur. Qeyd olunan miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün tərəfindən iş üzrə cavabdeh X81 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət olunmuş, lakin notariat ofisinin xüsusi notariusu bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

15. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X61 cavabdeh X81 Xidmət Mərkəzində Notariat Ofisinə və maraqlı şəxs İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 oktyabr 2006-cı ildə ölmüş mərhum X9 0.25 ha həyətyanı torpaq sahəsindən mirası qəbul etmiş mərhum arvadı X56 düşən hissəsindən mirası qəbul etmiş vərəsələr X61 və X29 2/3 hissə məcburi paylarının, X9 mirasından mirası qəbul etmiş X29 məcburi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Üçüncü şəxslər işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, X9 qanun üzrə birinci növbədə vərəsələri olan arvadı - X66, övladları - X27, X33, X16, X50, İddiaçı, X44 və 1989-cu ildə anadan olmuş X61 qalmışlar. Özünü qanun üzrə birinci növbəli vərəsələrdən hesab edən cavabdeh İddiaçı miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Balakən rayon Dövlət Notariat Kontoruna xx.xx.2009-cu il tarixli ərizə ilə müraciət edən zaman düzgün məlumat verməyərək, miras qoyanın öldüyü günədək ondan başqa yalnız dörd nəfər qanun üzrə birinci növbədə vərəsənin - arvadı X66, övladları - X27, X33 və X4 olduqlarını, başqa vərəsələrin olmadıqlarını bildirmişdir. Halbuki, həmin vaxt miras qoyan X9 qanun üzrə birinci növbədə daha iki nəfər vərəsəsi - X61 və X50 qalmışlar. Nəticədə qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçıların vərəsəlik hüqu qları pozulmuşdur. Buna görə onlar cavabdehlər İddiaçı və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 19 mart 2009-cu il tarixli 2V-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(019)-1748/2017 nömrəli qətnaməsi ilə iddia ərizələri təmin edilmiş, cavabdeh İddiaçı adına verilmiş 19 mart 2009-cu il tarixli 2V-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamədən şikayət verilməmişdir və hazırda qanuni qüvvəsini almışdır. Lakin ataları onları mirasdan məhrum etməmiş, heç vaxt onunla münasibətləri pis olmamışdır. İddiaçı notariat kontorunda vərəsəlik açdıranda bilərəkdən məlumat verməmiş və Talalar kənd icra nümayəndəsi ilə əlbir olub bilərəkdən notariusa vərəsələr barədə yanlış arayış təqdim etməklə mərhum atalarının varisi olmuş X36ndan onlara çatacaq miras payından onları məhrum etmişdir. X36 9 yanvar 2016-cı ildə ölmüşdür. Atası ilə anasının nikahları pozulmamışdır və buna görə də onlar bir-birinin birinci növbəli vərəsələri hesab olunurlar. X2 adına olan 0.25 ha həyətyanı torpaq sahəsi də ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlak olmuşdur. X6 ilə X36nın birgə nikah dövründə əldə etdikləri 0.25 ha həyətyanı torpaq sahəsindən anasına düşən hissəsindən mirasın qəbulu üçün müddətin uzadılması barədə ərizə ilə Balakən rayon Notariat Kontoru na müraciət etsələr də, mirasın bölüşdürülməsi ilə bağlı məhkəmədə iddia qaldırılması bildirilmişdir. X61 hal-hazırda Omarov Mahamarasul və Omarova Səfiyənin 7 iyun 2016-cı il tarixli 323 N-li təsərrüfatında qeydiyyatda olmuşdur. X10 və X54 Balakən rayonunun Talalar kəndində yerləşən 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras payları qəbul etmişlər. X10 0.25 ha həyətyanı torpaq sahəsi 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişik olmuşdur. X10 miras əmlakının bir hissəsini qəbul etmişdir (Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 nömrəli 16 sentyabr 2016-cı il tarixli və Şəki Apellyasiya Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli qətnamələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli 13(102)-4/2021 nömrəli qərardadı ilə iş üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 nömrəli 16 sentyabr 2016-cı il tarixli qətnaməsi və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)-1627/2016 saylı qətnaməsi mərhum Səfiyə Omarovadan miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə mahiyyəti üzrə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsində həmin iş üzrə icraat dayandırılmışdır. O və X61 cavabdeh Balakən rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum X6 ilə X36nın birgə nikah dövründə əldə etdikləri 0.25 ha həyətyanı torpaq sahəsindən anasına düşən hissəsindən mirasın qəbulu üçün müddətin uzadılmas ı barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 2(019)-634/2019 nömrəli 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X45 və onun cavabdeh Balakən rayon Notariat Kontoruna qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi miras onlar tərəfindən qəbul edildiyindən təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. X10 və X54 Balakən rayonunun Talalar kəndində yerləşən 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras paylarını yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə qəbul etdiklərindən, yəni X14 məxsus miras əmlakın bir hissəsini qəbul etdiklərindən 29 oktyabr 2006-cı ildə ölmüş mərhum X9 0.25 ha həyətyanı torpaq sahəsindən mirası qəbul etmiş mərhum arvadı X56 düşən hissəsindən mirası qəbul etmiş vərəsələr X45 2 /3 hissə məcburi payları, X9 mirasından mirası qəbul etmiş X45 məcburi payı müəyyən edilməlidir. Bundan əlavə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Balakən rayonu Talalar kəndində yerləşən X45 torpaq sahəsinin 15/42 hissəsi, onun torpaq sahəsinin 8/42 hissəsi, İddiaçı torpaq sahəsinin 19/42 hissəsi ilə ümumi paylı mülkiyyətlərinə verilmiş 0.1424 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə payları müəyyən edilmiş, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Balakən rayonu Talalar kəndində yerləşən X45 torpaq sahəsinin 15/42 hissəsi, ona da torpaq sahəsinin 8/42 hissəsi, İddiaçı torpaq sahəsinin 19/42 hissəsi ilə ümumi paylı mülkiyyətlərinə verilmiş 0.2014 ha kənd təsərrüfatı təyinatlı tor paq sahələrinə payları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışları da Balakən Rayon Məhkəməsinin ləğv olunmuş 2(019)-1553/2016 nömrəli 16 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən ona verdiyindən və miras əmlakla və mülkiyyət payı ilə payı onlara düşən mülkiyyətləri azaldığından gələcəkdə çıxarışların etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edəcəklər.

17. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iddiasını əsassız hesab edərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 yanvar 2018-ci il tarixli 2(107)-286/2018 nömrəli qətnaməsi və Ali Məhkəmənin Mülki kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)3349/2018 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, atasından mir as qalmış 0,25 hektar həyətyanı torpaq sahəsini yalnız o qəbul etmişdir, Yaqub Omarov həmin miras əmlakı qəbul etməmişdir. Ona görə həmin şəxslərin iddiaları təmin edilə bilməz. Qeyd edilənləri nəzərə alıb öz iddiasının təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X33 və X27 izahatlarında göstərmişlər ki, ataları həmişə qardaşı Hümbətin yanında yaşamışdır. Atalarına Hümbət baxmış, onun yasını da Hümbət vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X45 iddiaları əsassızdır. İddiaçı iddiasının təmin edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X45 iddi alarının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

19. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(019)-120/2022 nömrəli 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Hümbət Səlimov) İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı, mərhum X6ndan miras qalmış, Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə vərəsəlik hüququnun müəyyən edilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X45 cavabdeh X81 Xidmət Mərkəzində Notariat Ofisinə və İddiaçı qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, sözügedən torpaq s ahəsi və fərdi yaşayış evi İddiaçı valideynləri tərəfindən birgə nikah dövründə əldə edilmişdir və adıçəkilən fərdi yaşayış evi məhv olmuşdur, mövcud deyildir.

21. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı miras əmlak olaraq qeyd etdiyi Balakən rayonu, Talalar kəndində yerləşən fərdi yaşayış evinin məhv olmaqla hazırda mövcud olmamasını, 0,25 hektar həyətyanı torpaq sahəsi birgə əmlak olduğundan həmin torpaq sahəsinin yalnız ½ hissəsinin Mahamarasul Omarovun miras əmlakının kütləsinə daxil olmasını, İddiaçı atasından qalan mirası qəbul etməsinin qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 yanvar 2018-ci il tarixli 2(107)286/2018 nömrəli qətnaməsi və Ali Məhkəmənin Mülki kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)3349/2018 nömrəli qərarı ilə müəyyə n olunmasını, müstəqil tələb irəli sürən üçüncü şəxslərin anaları X54 Mahamarasul Omarovdan qalan mirası qəbul etməsinə dair heç bir sübut təqdim etməmələrini, Yaqub Omarovun miras əmlak olan 0,25 hektar torpaq sahəsi üzrə mirası qəbul etməməsinin qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunmasını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı iddiası Balakən rayonu, Talalar kəndində yerləşən, 0,25 hektar həyətyanı torpaq sahəsinin mərhum atası Mahamarasul Omarova aid ½ hissəsi üzrə əsaslı olduğundan təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir.

22. Məhkəmə mərhum Səfiyə Omarovanın mərhum əri Mahamarasul Omarovdan qalan mirasda qanun üzrə vərəsəlik qaydasında payının deyil, məcburi payının olmasını, müstəqil tələb irəli sürən üçüncü şəxslər X45 və X29 Səfiyə Omarovadan qalan mira sdan məcburi paylarının deyil, qanun üzrə vərəsəlik paylarının olmasını, müstəqil tələb irəli sürən üçüncü şəxslərin anaları X54 Mahamarasul Omarovdan qalan mirası qəbul etməsinə dair heç bir sübut təqdim etməmələrini, Yaqub Omarovun miras əmlak olan 0,25 hektar torpaq sahəsi üzrə mirası qəbul etməməsinin qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 yanvar 2018-ci il tarixli 2(107)-286/2018 nömrəli qətnaməsi və Ali Məhkəmənin Mülki kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)3349/2018 nömrəli qərarı ilə müəyyən olunmasını nəzərə alaraq hesab etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X45 və X29 iddiaları təmin edilməməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu; Mülki Məcəlləsinin 203.1, 225.1, 1133, 1145, 1159, 1151, 1166, 1167, 1193, 1196, 1243, 1246, 1274, 1291-ci; Ailə Məcəlləsinin 32-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

24. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin İddiaçı iddiasının təmin edilmədiyi hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayətində göstərilmişdir ki, vərəsəliyin predmeti olan 0,25 ha torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən miras qoyan X7 mülkiyyətinə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz olaraq verilmişdir. Yəni qeyd olunan əmlak ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmuş əmlak d eyil. İşdən də göründüyü kimi, vərəsəliyin predmeti olan 0,25 ha torpaq sahəsi ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmuş əmlak olmamaqla yanaşı, iddiaçının anası X12, yəni, 09 yanvar 2016-cı il tarixinədək həmin əmlakın bölünməsi (payının müəyyən edilməsi) ilə bağlı ümumiyyətlə nə məhkəməyə, nə də notariat kontoruna müraciət etməmişdir.

26. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X61 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

27. Apellyasiya şikayətində qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericiliyə görə vərəsənin mirasın bir hissəsini qəbul etməsi onun mirasın hamısının qəbul edilməsinə bərab ərdir. X10 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras paylarını yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə X44 və X40 qəbul etdiyindən, 29 oktyabr 2006-cı ildə ölmüş mərhum X18 öz payını oğlu İddiaçı vəsiyyət etdiyindən X9 0.25 ha həyətyanı torpaq sahəsindəki 1/2 miras payı üzrə mirası qəbul etmiş X28 həmin hissə üzrə məcburi payı müəyyən edilməli idi. Mülki qanunvericiliyə görə mirasın qəbulu mülki hüquqi əqddir. Bu əqd isə bir sıra cəhətlərlə xarakterizə olunur. Bunlardan biri mirasın qəbul edilməsi aktı (əqdi) bölünməzdir. Bu xüsusiyyət vərəsəlik varisliyinin universal xarakterə malik olmasından irəli gəlir. Bölünməzlik onu ifadə edir ki, miras əmlakın yalnız müəyyən hissəsini (qismini) qəbul etmək olmaz, yəni miras əmlakın bir hissəsini qəbul edib, digər hissəsinin qəbulundan imtina etmək olmaz. Mirasın qəbul edilməsi aktı miras əmlakın hamısına (bütün mirasa) şamil edilir. Mirasın nədə ifadə edilməsinin və harada olmasının bu məsələyə aidiyyəti yoxdur. Mirasın qəbul edilməsi vərəsənin iradə ifadəsi deməkdir. İradə ifadəsi isə mirasın hamısının tam və bütöv halda əldə edilməsinə yönəlir. Qəbuletmə aktına əsasən vərəsə miras açıldığı yerdə olmayan və ya ümumiyyətlə hələ aşkar edilməyən əmlak növlərini də qəbul etmiş olur. Belə ki, Balakən rayonu Talalar kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini X9 və X54 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunduğundan həmin əmlakın 1/2 hissəsi X9 payıdır.

28. Apellyasiya baxışı zamanı təqdim edilmiş JN-616F KOD 40113018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Balakən r ayon Aqrar İslahat Komissiyasının 4 fevral 1998-ci il tarixli 02 saylı qərarı əsasında Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir.

29. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1303/2022 nömrəli, 7 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Mahir Əsədli) İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X61 tərəfindən birgə verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı iddiasının təmin olunmamış – İddiaçı mərhum X6ndan miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin digər ½ hissəsinə vərəsəlik hüququnun müəyyən edilməməsi hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdeh X81 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X51, üçüncü şəxslər X34, X13, X26 və X19 qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiasının iddianın rədd olunmuş hissəsində də təmin edilməsi, İddiaçı mərhum X6ndan miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin digər ½ hissəsinə də vərəsəlik hüququnun müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi y aşayış evi Balakən rayon Aqrar İslahat Komissiyasının 4 fevral 1998-ci il tarixli 02 saylı qərarı əsasında, həmçinin fərdi olaraq X10 adına verilmişdir. Beləliklə, həmin torpaq sahəsi (fərdi yaşayış evi artıq mövcud deyil) X10 və X54 birgə mülkiyyəti hesab edilə bilməz.

31. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxslərin apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, hal-hazırda qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-286/2018 nömrəli 4 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X61 və X29 miras əmlakı qəbul etmədikləri təsdiq olunmuşdur.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1, 225.1, 1133, 1145, 1151, 1159, 1166, 1167, 1193, 1196, 1243, 1246, 1274, 1291-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

33. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X44 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

34. Şikayət onunla əsaslandırılmışdır ki, torpaq islahatı aparılarkən Omarov Məmmədrasul (Mahamarasul) Abdulməcid oğlunun təsərrüfatında özündən başqa arvadı X67 və nəvəsi X61 qeydiyyatda olmaqla birgə təsərrüfat aparmışlar. Həmin hallar iş materiallarına əlavə edilmiş Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 323 saylı arxiv arayış ından görünmüşdür. Eyni zamanda həmin arayışda evin tikildiyi il 1962, torpaq sahəsi isə 0.25 ha göstərilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 4 fevral 1998-ci il tarixli 02 saylı qərarı əsasında X10 adına torpaq sahəsi verilərkən onun təsərrüfatında iki nəfər ailə üzvü olmuşdur. İş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsi verilərkən təsərrüfatında arvadı da olmaqla dövlət orqanının qərarı əsasında əvəzsiz olaraq verilmişdir. Mübahisələndirilən torpaq sahəsinin əvəzsiz əqdlər üzrə nikah dövründə əldə edilən əmlak kateqoriyasına oxşar olmasına baxmayaraq, həmin torpaq sahəsinin ümumi mülkiyyətə aid olmayan əmlaka aid edilməsi qanuna zidd olmuşdur. Belə ki, mübahisəli 0.25 ha torpaq sahəsi Omarov Məmmədrasul (Mahamarasul) Abdulməcid oğluna Balakən rayon Aqrar İsl ahat Komissiyasının 4 fevral 1998-ci il tarixli 02 saylı qərarı əsasında onun qanuni istifadəsində olan torpaq sahəsi kimi verilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, eyni ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 4 fevral 1998-ci il tarixli 02 saylı qərarı əsasında X44, X66 və X45 adına mülkiyyət hüquqları qeydə alınmış 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Omarov Məmmədrasul (Mahamarasul) Abdulməcid oğlundan qalmış miras payına Omarov Yaqub və Omarov Hümbətin hər birinə ½ hissə payları Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(019)-1/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 4 fevral 1998-ci il tarixli 02 saylı qərarı əsasında Omarov Məmmədr asul (Mahamarasul) Abdulməcid oğluna X67 ilə nikahda olduğu müddətdə onların qanuni istifadəsində olan torpaq sahəsi kimi əvəzsiz verilmiş mübahisəli torpaq sahəsi ayrıca Omarov Məmmədrasul (Mahamarasul) Abdulməcid oğlunun mülkiyyəti hesab edilə bilməz. Həmin torpaq sahəsi ailə və mülki qanunvericiliyin normalarına əsasən tərəflərin nikah müddətində əldə etdikləri ümumi birgə əmlakı hesab olunmalıdır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-Ali Məhkəmə) 2(102)-1745/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər-Mehparə Əhmədova (məruzəçi), Ələsgər Əliyev və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instanasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

36. Məhkəmə kollegiyasının mövq eyi ondan ibarət olmuşdur ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən mərhum Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlu və X49 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin – X44, X61 və İddiaçı payları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. X80 Məhkəməsi işə baxarkən Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(019)-1/2022 nömrəli qətnaməsi ilə X29 mərhum Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlu və X85 qizindan miras qalmış əmlaklara onun payının müəyyən edilməsini nəzərə almamışdır.

37. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

38. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 203.1, 225.1, 1133.1, 1145, 1151, 1166, 1167, 1193, 1243.2, 1243.3, 1246-cı maddələrinə, Ailə Məcəlləsinin 32.2-ci maddəsinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

39. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-65/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər-Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Günay Cavadova və Vəzirxan Məlikov) аpellyasiya şikayətləri qismən təmin ed ilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X29 və X45 iddiaları qismən təmin edilərək, İddiaçı mərhum atası Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlundan miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin 57/98 hissəsi üzərində vərəsəlik hüququ, 29 oktyabr 2006-cı ildə ölmüş mərhum X9 0.25 ha həyətyanı torpaq sahəsindən mirası qəbul etmiş mərhum arvadı X56 düşən hissəsindən mirası qəbul etmiş vərəsə X45 1/98 hissə və X29 1/98 hissə miras payları, X9 mirasından mirası qəbul etmiş X29 7/98 hissə miras payları müəyyən edilməsi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X29 və X45 iddialarının qalan hissələri təmin edilməməsi, mərhum Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlundan miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin 57/98 hissəsi üzərində İddiaçı, 8/98 hissəsi üzərində üçüncü şəxs X29, 1/98 hissəsi üzərində üçüncü şəxs X45, 8/98 hissəsi üzərində üçüncü şəxs X15, 8/98 hissəsi üzərində üçüncü şəxs X11, 8/98 hissəsi üzərində üçüncü şəxs X20, 4/98 hissəsi üzərində üçüncü şəxs X73, 4/98 hissəsi üzərində üçüncü şəxs X76 miras payı müəyyən edilməsi qət edilmişdir.

40. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin 0,25 ha torpaq sahəsinin Balakən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən miras qoyan X7 mülkiyyətinə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz verilməsi, qeyd olu nan əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmuş əmlak olmamasına dair dəlilləri ilə razılaşaraq, üçüncü şəxslər X29 və X45 Balakən rayonu Talalar kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin X9 və X54 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunduğundan həmin əmlakın 1/2 hissəsinin X9 payı olmasına dair dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 0,25 ha həyətyanı torpaq sahəsini İddiaçı valideynlərinin ümumi birgə mülkiyyəti kimi qiymətləndirməkdə yanlış mövqedən çıxış etmişdir.

41. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, 0,25 ha torpaq sahəsi miras qoyan X7 tam mülkiyyətini təşkil etməsinə, sonuncu tərəfindən həmin torpaq sahəsi İddiaçı vəsiyyət edilməsinə baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi İddiaçı və onun digər birinci növbə vərəsələrinin 0,25 ha torpaq sahəsində məcburi paylarının olmasını diqqətə almamışdır.

42. Birinci instansiya məhkəməsi üçüncü şəxslər X29 və X45 iddialarının rədd edilməsində öz mövqeyini üçüncü şəxslərin anaları X54 Mahamarasul Omarovdan qalan mirası qəbul etməsinə dair heç bir sübutu təqdim etməmələri, Yaqub Omarovun miras əmlak olan 0,25 hektar torpaq sahəsi üzrə mirası qəbul etməməsinin qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunması ilə əsaslandırsa da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bununla bağlı mövqeyini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekab r 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

43. X21 əri Mahamarasul Omarovun vəfatından sonra 3 aylıq müddət ərzində ondan qalmış mirasdan imtina etməsinə dair heç bir sübut təqdim edilməmişdir.

44. Məhkəmə kollegiyası üçüncü şəxslər X29 və X45 apellyasiya şikayətlərinin qüvvədə olan mülki qanunvericiliyə görə vərəsənin mirasın bir hissəsini qəbul etməsinin onun mirasın hamısını qəbul etməsinə bər abər olması, Talalar kəndində yerləşən 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras paylarını məhkəmə qətnamələri ilə X44 və X40 qəbul etdiklərindən, 29 oktyabr 2006-cı ildə ölmüş mərhum X18 öz payını oğlu İddiaçı vəsiyyət etdiyindən X9 0.25 ha həyətyanı torpaq sahəsindəki 1/2 miras payı üzrə mirası qəbul etmiş X28 həmin hissə üzrə məcburi payının müəyyən edilməli olmasına dair dair dəlilləri ilə qismən razılaşaraq qeyd etmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)1/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mərhum Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlu və X49 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin – X44, X61 və İddiaçı payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir his səsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

45. Birinci instansiya məhkəməsi İddiaçı Talalar kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun müəyyən edilməsi hissəsində iddiasını həmin yaşayış evinin məhv olmaqla hazırda mövcud olmaması əsası ilə rədd etməkdə doğru mövqedən çıxış etsə də, birinci instansiya məhkəməsi 0,25 ha həyətyanı torpaq sahəsini İddiaçı valideynlərinin ümumi birgə mülkiyyətində olan əmlak kimi qəbul etməklə, həmin əmlakda tərəflərin paylarını qanuna müvafiq qaydada, o cümlədən vərəsələrin məcburi paylarını müəyyən etməməklə, prossesual qənaət prinsipindən çıxış edərək vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeni nəzərə almamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

46. Mahamarasul Omarov tərəfindən 0.25 ha həyətyanı torpaq sahəsinin oğlu İddiaçı vəsiyyət edilməsi, həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin isə məhv olması müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası hesab etmişdir ki, prosessual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylar ının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla vərəsələrin vərəsəlik payları müəyyənləşdirilməlidir. Miras qoyan X18 tərəfindən 19 yanvar 2004-cü il tarixdə tərtib edilmiş vəsiyyətnamə ilə mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsinin vərəsə İddiaçı vəsiyyət edilməsində qanunvericiliyin tələblərinin pozulmadığı, həmçinin vərəsələrin mirasda məcburi paylarının olması nəzərə alınmalıdır.

48. Məhkəmə kollegiyası hesab etmişdir ki, 0.25 ha torpaq sahəsi İddiaçı vəsiyyət edildiyindən mirasda vərəsələrin məcburi pay hüquqlarının da olması nəzərə alınaraq mərhum Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlundan miras qalmış Talalar kəndində yerləşən 0,25 ha həy ətyanı torpaq sahəsinin ½ hissəsindən əlavə olaraq mirasdakı məcburi payı, həmçinin Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun vəfatından sonra ondan arvadı X56 qalmış və X49 da qəbul edilmiş miras payı nəzərə alınmaqla İddiaçı həmin əmlakda 57/98 hissə miras payı, 0,25 ha həyətyanı torpaq sahəsi üzrə mirasda 7/98 hissədə məcburi pay hüququ olan X49 qalmış miras daxil olmaqla 0,25 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın cəmi 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X29, 0,25 ha həyətyanı torpaq sahəsi üzrə mirasda 7/98 hissədə məcburi pay hüququ olan X49 qalmış 1/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X45, 0,25 ha həyətyanı torpaq sahəsi üzrə mirasda məcburi pay və mirasda 7/98 hi ssədə məcburi pay hüququ olan X49 qalmış miras daxil olmaqla 0,25 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın cəmi 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15, 0,25 ha həyətyanı torpaq sahəsi üzrə mirasda məcburi pay və mirasda 7/98 hissədə məcburi pay hüququ olan X49 qalmış miras daxil olmaqla 0,25 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın cəmi 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11, 0,25 ha həyətyanı torpaq sahəsi üzrə mirasda məcburi pay və mirasda 7/98 hissədə məcburi pay hüququ olan X49 qalmış miras daxil olmaqla 0,25 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın cəmi 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20, 0,25 ha həyətyanı torpaq sahəsi üzrə mirasda məcburi pay və mirasda 7/98 hissədə məcburi pay hüququ olan X49 qalmış miras daxil olmaqla 0,25 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın mərhum X35 qalmış 8/98 hissəsinin 4/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X73, digər 4/98 hissəsi üzərində isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X76 miras payı müəyyən edilməlidir.

49. Miras payları şərh edilən tərzdə müəyyən edilməli olduğundan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı, üçüncü şəxslər X29 və X45 iddiaları üzrə dəyərləndirilmə aparılarkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

50. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 203.1, 225.1, 11 33.1, 1145, 1151.1, 1159.1, 1179.1, 1193, 1201, 1256-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

51. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və İddiaçı iddiasının təmin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X29 və X45 iddiasının isə rədd edilməsi barədə qərar çı xahiş etmişdir.

52. Kasasiya şikayətinin dəlilləri iddiaçının apellyasiya şikayəti ilə eynilik təşkil edir.

53. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X44 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və 29 oktyabr 2006-cı ildə ölmüş mərhum Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlundan miras qalmış Balakən rayonu Talalar kəndi ndə yerləşən 0.25 ha torpaq sahəsindən ibarət miras əmlakın onu qəbul etmiş vərəsələr X44 və İddiaçı arasında qanun üzrə vərəsəlik qaydasında payları bərabər olmaqla bölüşdürülməsi və X29 1/2 hissə qanun üzrə vərəsəlik hüququna dair payının müəyyən edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

54. Kasasiya şikayətinin dəlilləri üçüncü şəxsin apellyasiya şikayəti ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

56. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

57. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduq da, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

58. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

59. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

60. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

61. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

62. Maddə 1145. Miras fiziki şəxsi n ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

63. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

64. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar.

65. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

66. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

67. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

68. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

69. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər

70. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir

71. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

72. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

75. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

76. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

81. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

83. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X44 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edil mir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

85. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

86. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmı şdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

87. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

88. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür.

89. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.

90. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktl arın məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).

91. Vərəsəlik münasibətlərində vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini tənzimləyən Mülki Məcəllənin 1246-cı və 1248-ci maddələrinin tətbiqi üzrə əvvəlki məhkəmə təcrübəsinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməli idi. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirmiş sayılırdı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “G.Qəhrəma novanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı).

92. Buna görə də miras əmlakın bölünməsi barədə mübahisələr üzrə baxılan bütün iddialarda başlanğıc olaraq mirasa iddialı olan vərəsənin mirası qəbul edib etməməsi araşdırılır və bundan asılı olaraq miras əmlak bölünürdü. Həmin məhkəmə təcrübəsi qüvvədə olduğu müddətdə tərəflərin valideynlərindən miras qalmış əmlaka vərəsəlik üzrə hüququnun tanınması barədə iddialarına baxılmış, üçüncü şəxslərin mirası qəbul etməməsi üzrə ziddiyyətli nəicəyə gəlinmişdir.

93. Lakin tərəflər arasında miras əmlakın bölünməsi ilə bağlı mübahisələr davam edən və hazırkı iddia tələbi məhkəmələrin icraatında olduğu dövrdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

94. Həmçinin Konstitusiya Məhkə məsi Plenumu, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsini qərara almışdır.

95. Göründüyü kimi iddiaçının üçüncü şəxslər tərəfindən mirasım qəbul edilməməsi barədə dəlilləri əsassızdır.

96. Üçüncü şəxslərin mirasın qanun üzrə vərəsəlik əsasında bölünməsi barədə dəlilləri isə Mülki Məcəllənin 1133.2-ci maddəsinin tələbləri baxımından açıq-aşkar əsassızdır.

97. Kollegiya həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiy i nəticə əsaslandırılmışdır.

98. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-65/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar