Məhkəmə qərarları › İş №2(102)-2684/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2684/2019

24.04.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2684/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, cavabdehin vəkili Sİnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş № 2(001)-454/2018 saylı mülki iş) iddiaçı “X6” Şirkəti nin Cavabdeh qarşı “şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin sökülməsi haqqında” iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən, məruzəçi), V.Baxışova və N.Cəfərov, 2(103)-3990/2018 saylı mülki iş) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq Cavabdeh Şirkətin saziş ərazisi hüdudları daxilində, 2 saylı mədənin 9-cu sahəsində yerləşən neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası A li Məhkəməsi MK-nın 10 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov, M.Əhmədova və Ə.Rüstəmovdan ibarət tərkibdə, iş No 2(102)5719/18 saylı mülki iş) Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3990/2018 nömrəli iş üzrə 24 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən, məruzəçi), T.Səmədov və İ.Şirinov, 2(103)-11548/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin olunaraq, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu ərazisindəki, 2 saylı mədənin 9-cu sahəsindəki Şirkətin saziş ərazisi hüdudları daxilində yerləşən neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT.Bik CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Şirkəti Cavabdeh qarşı «Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin sökülməsi haqqında» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2 və 111.3-cü maddələrinin «Yerin təki ha qqında» Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinin tələblərinə əsasən Cavabdeh Şirkətinin saziş ərazisi hüdudları daxilində, 2 saylı mədənin 9-cu sahəsində yerləşən neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandı rılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Sİ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane ol mur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidi r. İddiaçışirkətinin Cavabdeh qarşı şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin sökülməsi haqqında iddiasının rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı təmin edən apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh inşa etdiyi evin yerləşdiyi torpaq sahəsinin iddiaçının istinad etdiyi sazişdə nəzərdə tutulmuş kontrakt ərazisində yerləşməsinə baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin olunmaması nəticəsinə gəlmişdir. Mübahisəli torpaq sahəsinin faktiki kordinatları müəyyən edildiyindən,həmin torpaq sahəsinin məhz saziş ərazisi daxilində yerləşməsi aşkar olduğundan, tikilinin aparılmasına icazə verən hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından tikilən evin özbaşına tikili statusuna malikdir. Qeyd olunan bələdiyyə qərarının mövcudluğu hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla, rəsmi sənədlərlə təsdiq olunur ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi Binəqədi bələdiyyəsinə aid olan torpaq sahəsi deyil, iddiaçının istinad etdiyi saziş ərazisidir. ”Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın bölgüsü haqqında” 29.04.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barədə əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və v əzifələr ləğv edilir, habelə bu qanun qüvvəyə mindikdən sonra sazişin, Hökumət təminatının və əlavələrinin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində sazişin pay iştirakçılarına kontrakt sahəsində neft–qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Beləliklə, yuxarıda qeyd olunan sazişin müddəalarından göründüyü kimi həmin saziş qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən ərazisi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlər verilə bilən bütün hüquq və vəzifələr ləğv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. İşin mat eriallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nin 10 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək iddianın təmin edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün müvafiq göstərişlər və Apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olmasına baxmayaraq yenidən iş baxan Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin MK-nın 10/İX-2018-ci il tarixli qərarında şərh edilən göstərişlərə əməl etməmiş,işi hərtərəfli, tam və obyektiv araşdırmadan yenidən iddianın təmi n edilməsinə dair qətnamə qəbul etmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.07.2016-cı il tarixli qərardadından müəyyən olunur ki, şirkət ilkin olaraq Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı olan iddia tələbi mübahisələndirmə iddia növündə qaldırılmış və məhkəmə işə mahiyyəti üzrə baxmaqdan və yalnız İnzibati Prosessual Məcəllənin 38-ci maddəsini tətbiq etməklə, prosessual iddia müddətinin ötürüldüyü səbəbindən şirkətin iddiasını mümkün saymamışdır. Bundan sonra isə işə baxan yuxarı instansiya məhkəmələri də həmin qərardadı qüvvədə saxlamışdır. İddiaçı iddiaya dair işə mahiyyəti üzrə baxılmadığı və adı çəkilən qərardadlarda yalnız prosessual pozuntulara istinad edilməklə mümkünsüz sayıldığı üçün X2 yol verdiyi halda iddianın növünü və tələbini dəyişməklə, y enidən müəyyənetmə və tanınma növündə Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (Cavabdeh 3-cü şəxs qismində cəlb edilməklə) məhkəmədə iddia qaldırmış və “Binəqədi qəsəbə X1 ayrımış 600 kv.m torpaq sahəsinin Cavabdeh adına keçirilməsi haqqında 641/1 saylı 25 noyabr 2004-cü il tarixli sərəncamının sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi”ni məhkəmədən xahiş etmişdir. Şirkətin müəyyənetmə və tanınma növündə qaldığı iddia tələbi isə son olaraq Bakı Apellyasiya Məhkəməsinin 01.06.2017ci il tarixli qərardadı ilə mümkünsüz sayılmışdır. Məhkəmə kollegiyası təkrar olaraq qeyd etməyi lazım bilir ki, apellyasiya məhkəməsinin qərarında istinad etdiyi “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataql arının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X8 Bi.Vi.və ARDNŞnin Ortaq Şirkəti(“Podratçılar”) arasında 29 sentyabr 2004-cü il tarixdə imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusu almış sazişin 5-ci bəndi ilə bağlı qeyd edir ki, həmin bənd məhz həmin sahə ilə bağlı bu sazişə oxşar saziş, kontrakt və ya bu cür başqa sənədlə digər şəxslərə verilə bilən digər hüquq və vəzifələrin ləğv edilməsini nəzərdə tutur. Müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən vətəndaşa fərdi yaşayış evinin tikintisi və ya bağ sahəsi kimi torpaq sahəsinin ayrılması barədə qərar (sərəncam) isə nə sazişin 4-cü maddəsində nəzərdə tutulmuş qan un, sərəncam və inzibati göstəriş, nə 5-ci maddəsində nəzərdə tutulmuş kontrakt, saziş və bu cür başqa sənəd kimi qəbul edilə, nə də sazişin həmin müddəaları 3-cü şəxslərin torpaq sahəsi ilə bağlı hüquqlarının avtomatik ləğvinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün)və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin 25 n oyabr 2004-cü il tarixli,641/1 saylı sərəncamı ilə cavabdehə fərdi yaşayış evi tikilməsi üçün torpaq sahəsi ayrılmış və Bələdiyyənin qeyd edilən qərarı cavabdehə məxsus tikiliyə mülkiyyət hüquqlarının dövlət qeydiyyatın alınması üçün əsas olmuş və cavabdeh həmin tikiliyə “qanuni gözlənti”yə sahib olmuşdur. Belə olan halda cavabdehin həmin tikintiyə dair mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması, onun mülkiyyətindən məhrum edilməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, cavabdeh həmin torpaq sahəsi ilə bağlı”qanuni gözlənti” hüququna malikdir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsi 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət “anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq,bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı,əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları”,”mülkiyyət” kimi qiymətləndirilə bilər.”Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə”məhdudlaşmır və ərizəçinin maraqlarını o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə”malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan hüquqları Ü zrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edir ki, “1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa demokratik cəmiyyətin fundamental prinsiplərindən olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib edilməməsi məsələsi yalnız o, halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın”. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və h üquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 noyabr 2018-ci il t arixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar