Məhkəmə qərarları › İş №2(102)-2687/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2687/2024

23.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2687/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2240/2024 nömrəli, 01 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Təb ii qazdan istifadə qaydalarının pozulması haqqında 29 yanvar 2021-ci il tarixli, ******* saylı; 28 fevral 2022-ci il tarixli, ******* saylı; 29 aprel 2022-ci il tarixli, ******* saylı, 28 fevral 2023-cü il tarixli, ******* saylı və 31 mart 2023-cü il tarixli, ******* saylı aktlarda iddiaçının yaşadığı evdə yerləşən sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanması qeyd edilmişdir.

2. Abonentin saldosuna əsasən təbii qazdan qeyri-qanuni istifadə etməsi əsas gətirilərək abonentə 2021-ci ilin yanvar ayında 885.60 manat, fevral ayında 1.620 manat, aprel ayında 1.080 manat, 2023-cü ilin fevral ayında 2.073,60 manat, mart ayında 734.40 manat olmaqla, ümumilikdə 6.393,60 manat cərimə yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Biri nci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh İB-nə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən **********40000 abonent kodlu “İtron” tipli, “G4” markalı, 1702AZ**********55 saylı qaz sayğacına itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış cari 6.672,45 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının yoxlanması üçün cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacına baxış keçirilmişdir. Təbii qaz sayğacından kənar qeyri-qanuni olaraq istifadə edildiyi üçün cavabdehin əməkdaşları tərəfindən aktlar tərtib olunmuş dur. Bundan başqa iddiaçı tərəfindən heç bir zaman qaz sayğacından qeyri-qanuni olaraq istifadə edilmədiyi halda əsassız hesablanmış borc məbləğinin maddi ziyanın əvəzi kimi ödənilməsi tələb edilmişdir. Halbuki iddiaçı tərəfindən hər hansı bir qanunsuzluğa yol verilməmişdir. Belə ki, tərtib edilmiş aktlardan da aydın olduğu kimi iddiaçı sözü gedən aktları qəbul etməmiş, imtina etmişdir. Cavabdeh orqan sözügedən əsassız aktları belə əsaslandırmışdır ki, iddiaçıya məxsus qaz sayğacına baxış keçirilmiş və uyğun olaraq “dəymiş zərərin bərpasına dair” tərtib olunmuş aktlara əsasən iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğacın düzgün istifadə edilməməsi nəticəsində dəymiş zərərə görə itirilmiş qaz sərfiyyatına görə iddiaçıya borc hesablanmışdır. Sözügedən “Dəymiş ziyanın bərpasına dair” tələbn əmələrdən göründüyü kimi sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanaraq ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra edilməsi qərara alınmışdır. İddiaçıya məxsus olan qaz sayğacına iddiaçı tərəfindən hər hansı bir müdaxilə olmadığı üçün həmin qaz sayğacına dair iddiaçıdan tələb edilən borc qanunsuz və əsassızdır. İddiaçıya məxsus qaz sayğacı həyətdə yerləşdiyindən ümumi olan qaz borusuna hər hansı bir müdaxilə olunmasının iddiaçıya məxsus qazla heç bir əlaqəsi olmamışdır. Dəfərlərlə bununla bağlı olaraq iddiaçı cavabdeh orqana bildirsə də qaz xəttinin ümumi qaz borusu olduğunu, iddiaçıya məxsus qaz sayğacı ilə heç bir əlaqəsinin olmadığını bildirsə də, buna məhəl qoyulmamış, iddiaçıdan əsassız ola raq hesablanmış borc tələb edilmişdir. Qaz sayğacı uzun illərdir ki quraşdırılmış və iddiaçı tərəfindən vaxtlı-vaxtında sərf edilmiş qazın dəyəri qismində pul ödənilmişdir. Bundan başqa qaz sərfiyyatına görə ödənilmiş ödənişlər iddiaçıya təqdim edilmiş gasrepdə öz əksini tapsa da, abonentin saldosunda nədənsə sözü gedən ödənişlər qeyd edilməmişdir. Bu fakt da cavabdeh orqan tərəfindən iddiaçıya qarşı qanunsuzluğa yol verilməsinin bariz nümunəsidir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 6 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilmə si müşahidə edilməmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-225/2024 nömrəli iş üzrə 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçının **********40000 saylı abunə koduna hesablanmış 6.393,60 manat məbləğində cərimə borcunun silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı onun abonent hesabına əsassız olaraq yazılmış 6.672,45 manat borcun silinməsini xahiş etsə də iş materiallarından borcun ümumilikdə 6.393,60 manat təşkil etdiyi görünmüşdür. Odur ki, məhkəmə 6.393,60 manat məbləğə münasibətdə iddiaya qiymət verilməsini və qətnamə qəbul edilməsini məqsədəmüvafiq h esab etmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq qazdan istifadə etmədiyindən, bununla da qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. İddia əsaslı hesab olunmalı, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 6.393,60 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir.

9. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 560.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 124.1, 218.3-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci i nstansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyi qətnamənin ləğv edilməsinə əsas hesab olunmalıdır. Cavabdehin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olara q istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 6672,45 məbləğində Birliyə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tə rəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2240/2024 nömrəli mülki iş üzrə 01 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-225/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər - G.Axundova sədrlik edən, məruzəçi, F.Babayev və C.Musayeva).

13. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadığından 6.393,60 manat məbləğində yazılmış cərimə silinməlidir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində baxılması təyin edilmiş məhkəmə-trasoloji ekspertizasının nəticəsi olaraq verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2023-cü il tarixli, 3-16-16/2 3/1636 nömrəli ekspert rəyində qeyd edilir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Həmçinin Gasrep məlumatlarından müəyyən olunmuşdur ki, abonent 2021 və 2022-ci illərdə müntəzəm ödənişlər etmişdir.

15. Məhkəmə kollegiyası bildirmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh Birliyin istinad etdiyi aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.

16. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə, hağelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, işin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu düzgün və hərtərəfli araşdırılmamışdır. Qanunvericilikdə hər bir tərəf öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş nə də ki təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 20.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn a malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). 23.Maddə 1097.1. M ülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 24.Maddə 13(bənd 9). Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsin ə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 25.Maddə 13 (bənd 8-1). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 26.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 30.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 31.Maddə 416.1. Kassasiya instansiyası məhkəməs i işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 32.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 33.Hazırkı kassasiya şikayətində qə tnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 34.Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 35.Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır. 36.Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən hesablanmış 6.393,60 manat məbləğdə cəriməni silməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 37.Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, ekspertin rəyinə görə tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. 38.Kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qazın talanmasında iddiaçının təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi üçün cavabdeh vurulmuş zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı olmamışdır. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 39.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Cavabdehnın kassasiya şikayəti təmin edilməsin. İş ü zrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 aprel 2024-cü il tarixli, 2(103)-2240/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar