Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2689/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı2 İddiaçı: İddiaçı1 Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 iddia tələbi: mirasın qəbul edilmə faktının müəyyən edilməsi Açar sözlər: mirasın qəbul edilmə faktının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1597/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1 və Cav abdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -05/Q-2111/70 nömrəli nikah haqqında akt qeydindən görünür ki, X6 və X2 nikahı haqqında Şəki rayon qeydiyyat şöbəsində 02 sentyabr 2005-ci il tarixdə 276 nömrəli aktın qeydi tərtib edilmişdir. -05/Q-1944/70 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X6 01 oktyabr 2015-ci ildə Şəki şəhərində vəfat etmişdir. Ölüm haqqında 05 noyabr 2015-ci ildə 412 nömrəli akt qeydi tərtib olunmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən verilmiş məktubdan və həmin mək tuba əlavə edilmiş A13 732794 nömrəli nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, “KİA CERATO” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dır. -Şəki Rayon Məhkəməsinin 08.05.2020-ci il tarixli, 2(075)-42-2020 saylı qətnaməsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsinin 24 sentyabr 2019-cu il tarixli, ******* nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin X8 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən **** dövlət qeydiyyat nişanlı, Kia Cerato markalı minik avtomobili ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına 09 mart 2012-ci il tarixdə qeydiyyata alınmış və hal-hazırda qeydiyyatdadır. Qeyd olunan avtomobili Şəki şəhəri, S.Mümtaz küçəsi, ev ***-də qeydiyyatda olan X6 10 mart 2012-ci il tarixdən 10 mart 2042-ci il tarixədək olan etibarnamə ilə idarə edir. -Şəki şəhər “Topqarağac” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 31.02.2019cu il tarixli, 557 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhər “Topqarağac” məhəlləsi, S.Mümtaz küçəsi, *** saylı evdə yaşamış X6 həqiqətən 2015-ci il tarixdə vəfat etmiş, onun İddiaçı2, İddiaçı1, Cavabdeh2, X7 və X5 adlı vərəsələri vardır. -AB N 794770 seriya nömrəli sürücülük vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 B,C kateqoriyaları üzrə sürücülük hüququna malikdir. -AE 711511 seriya nömrəli sürücülük vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 A,B,C,D kateqoriyaları üzrə sürücülük hüququna malikdir. -Şəki Rayon Məhkəməsinin 08 may 2020-ci il tarix li, 2(075)-42/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı1 və İddiaçı2 stenka və kamotdan ibarət qonaq dəsti, yataq dəsti (çarpayı, şkaf, 2 ədəd tumba), 1 ədəd göy rəngli meyvə qabı, bogema yaşıl çay servisi, 2 ədəd mürəbbə qabı (tom xrustal), 1 ədəd meyvə qabı (tom xrustal), 1 ədəd qrafinka, 12 ədəd böyük bakal, 12 ədəd orta bakal, 12 ədəd balaca bakal (tom xrustal), 2 ədəd yaşıl bogema güldan, 1 ədəd yaşıl bogema meyvə qabı, 1 dəst qrafinka 6 ədəd böyük yaşıl bogema bakalı ilə, 1 dəst qrafinka 6 ədəd balaca göy bogema bakalı ilə, 1 ədəd yaşıl konfet qabı yaşıl bogema, 2 ədəd qapaqlı yaşıl bogema qənd qabı, 1 dəst çaynı servis (kobalt), 10 ədəd hamam dəsmalı, 12 ədəd əl-üz dəsmalı və 2 ədəd pastel, Cavabdeh2 mülkiyyətində olan 01 (bir) ədəd «Kia Cerato» markalı, 90-EN066 dövlət qeydiyyat nişanlı avtomobil, həmçinin 30 (otuz) manat dövlət rüsumu alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mərhum oğlu X3 miras qalmış “Kia Cerato” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət mirasın onlar tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə iddia tələbinin artırılması və dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onların mərhum oğlu X3 miras qalmış “Kia Serato” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət mirasın yalnız onlar tərəfindən qəbul edilməsi faktının m üəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(075)-585/2020 nömrəli qətnaməsi ilə (hakim C.F.İmanov) iddianın qismən təmin edilməsi, İddiaçı2 və İddiaçı1 tərəfindən 01 oktyabr 2015-ci il tarixdə vəfat etmiş mərhum övladları X3 miras qalmış “Kia Cerato” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə miras əmlakın qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1597/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.H.Şükürov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və R.Ə.Əliyev) iddiaçılar İddiaçı2 və İd diaçı1 apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(075)585/2020 nömrəli qətnaməsinin dəyişdirilməsi, iddiaçılar İddiaçı2 və İddiaçı1 01 oktyabr 2015-ci il tarixdə vəfat etmiş mərhum övladları X3 miras qalmış “Kia Cerato” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsində miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçıların apellyasiya şikayətinin təmin ed ilməyən hissəsində ləğv olunması və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunması və iddiaçıların X4 miras qalmış KİA SORENTO markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobilin 2/10 hissəsi üzrə miras əmlakın qəbul edilməsi faktına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüq uq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı1, cavabdehlər Cavabdeh1 nümayəndəsi və Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -32.1-ci maddəsinin tələblərinə əsa sən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. -32.2.1-ci maddəsinin tələblərinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) aiddir. -32.2.2-ci maddəsinin tələblərinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. -32.3-cü maddəsinin tələblərinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. -36.3-cü maddəsinə görə mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəll ənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya insta nsiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı2 və İddiaçı1 tərəfindən 01 oktyabr 2015-ci il tarixdə vəfat etmiş mərhum övladları X3 miras qalmış “Kia Cerato” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə miras əmlakın qəbul edilməsi hüquqi faktının müəyyən edilməsində haqlı olsa da, hansı hissədə miras əmlakın qəbul edilməsi hüquqi faktının müəyyən edilməsində haqlı olmamışdır.Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, avtomobilin miras qalmış ½ hissəsini iddiaçılar və digər b irinci növbəli vərəsələr faktiki qəbul etmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Lakin qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən avtomobilə münasibətdə iddiaçıların payı dəqiq müəyyən edilməklə qətnamə dəyişdirilməli, iddiaçıların hər birinin həmin avtomobilə münasibətdə hər birinin ayrı-ayrılıqda 1/10 hissədə payları müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.2- 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1597/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. X1 miras qalmış “Kia Cerato” markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə iddiaçıların mirası qəbul etmə faktı müəyyən edilməklə həmin avtomobilin 1/10 hissəsinə İddiaçı2, 1/10 hissəsinə İddiaçı1 payları müəyyən edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2689/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2689/2021
18.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver