Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2692/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi İddiaçı MMC-nin vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi İddiaçı MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-14574/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi İddiaçı MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” iddia tələbi rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Zaur Əliyev - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə“xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı MMC, Cavabdeh 2026,67 manat əsas borc, 132,55 manat faiz borcu, ümumilikdə 2159,22 manat kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq o nun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi İddiaçı MMC kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Birinci instansiya məhk əməsi, iddia müddəti ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, bankla Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 15.2-ci maddəsində göstərilir ki, borc alanın öz üzərinə götürdüyü öhdəliklər borc alan və üçüncü şəxslər tərəfindən vaxtında tam həcmdə yerinə yetirilikdikdə bu müqavilə xitam olunur. İşin hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən kredit tam həcmdə ödənilməmişdir. Belə olan halda, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməli deyildi. Tərəflərin izahatları: İddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi İddiaçı MMC-nin vəkili X4 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh g əlmədiyi üçün və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 071/14 №-li “Vakala” borc müqaviləsinə əsasən bank Cavabdeh 24 ay müddətinə, illik 20% olmaqla, 3029 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə banka 2026,67 manat əsas borcu, 132,55 manat faiz borcu, cəmi 2159,22 manat borcu qalmışdır. Müqavilə üzrə son ödəniş xx.xx.2015-ci il tarixdə edilmişdir. «xxxx» ASC ilə “xxxx” QSC arasında bağlanm ış xx.xx.2015-ci il tarixli müqavilə ilə bank, Cavabdeh qarşı tələb hüququnu adı çəkilən QSC-yə güzəşt etmişdir. Hazırda iddiaçı, qeyd edilən müqavilələrə əsasən cavabdeh borc öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün tələbdəki pul məbləğlərinin tutulmasını xahiş edir. Cavabdeh isə iddia müddətinin keçməsinə istinad edərək bu barədə birinci instansiya məhkəməsində ərizə vermiş və iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsi barədə biri nci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən edilir ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 071/14 №-li “Vakala” borc müqaviləsinə əsasən bank Cavabdeh 24 ay müddətinə, illik 20% olmaqla, 3029 manat məbləğində kredit vermişdir. “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırla nması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmiş, xx.xx.2018-ci tarixdə hazırkı iş üzrə cavabdehə aid sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillə r təmsil edir (maddə 69.2). Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (maddə 73.1). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (maddə 73.4). İddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2). Hazırkı iş üzrə Agentliyin təsisçisi “xxxx” QSC-dir və Agentliyin nizamnaməsində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən “xxxx” QSC-yə keçmiş aktivlərin idarə olunmasına iştirak etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək funksiyalarını həyata keçirməsi üzrə səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə müvafiq olaraq hüquqi şəxsin nümayəndəsi qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, yaxud da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir. Beləliklə, mülki-prosessual qanunvericiliyə əsasən hazırkı iş üzrə “xxxx” QSC-nin nümayəndəlik səlahiyyətlərinin Agentlik tərəfindən həyata keçirilməsi mümkün deyildir. Həmçinin iş materiallarında “xxxx” QSC ilə Agentlik arasında tələb hüququnun güzəşt edilməsinə dair mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müqavilə, yaxud tələb hüququnun digər qaydada sonuncuya keçməsi barədə yaxud normativ hüquqi ak t yoxdur. MPM-ə müvafiq olaraq hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (5.1). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür (151.1). İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (maddə 149.1). İddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir (maddə 150.0.3). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.2). Prosessu al qanunvericiliyin sadalanan tələblərinə baxmayaraq, birinci instansiya məhkəməsi “xxxx” QSC-ni məhkəmədə təmsil etmək səlahiyyətinə və həmin şəxsə məxsus hüquqları tələb etmək hüququna malik olmayan Agentliyin adından qaldırmış iddia ərizəsini icraata götürmüş və həmin ərizə əsasında işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi bu hala diqqət verməyərk birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayaraq prosessual hüquq normalarının yuxarıda qeyd edilən tələblərini pozmuşdur. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticə si üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bil ər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi İddiaçı MMC-nin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhk əməsi Mülki kolegiyasının 2(103)-14574/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2692/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2692/2020
23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver