Məhkəmə qərarları › İş №2(102)-2696/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2696/2020

22.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2696/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Şərur Rayon 2 saylı Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi və mirasın tam şəkildə qəbul edilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(108)-209/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili xxx oğlu tə rəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Şərur Rayon 2 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 miras qalmış əmlak üzrə Şərur Rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və həmin miras əmlaka bütövlüklə iddiaçının payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(110)-449/2019 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Əliyev) iddianın qismən tə min edilməsi, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx xxx 2019-cu il tarixdə tam mülkiyyət hüququ ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində **********71-10301 nömrə ilə qeydə alınmış ünvan 1kəndində yerləşən 0,133 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 154,04 kv.m. olan fərdi yaşayış evindən ibarət miras əmlak üzrə Şərur Rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli 2V-49 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Cavabdeh1 1/8 hissə pay ayrılması hissəsində ləğv edilməsi və həmin miras əmlaka bütövlükdə İddiaçı1 payının müəyyən edilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(108)-209/2019 nömrəli qətn aməsi ilə (hakimlər Ə.M.Xıdırov - sədrlik edən və məruzəçi, V.G.Kuimova və S.M.Qarayev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-449/2019 nömrəli mülki iş üzrə xx xxxxxxxx 2019-ci il tarixli qətnaməsinin Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili xxx oğlu kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(108)-209/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, cavabdehin vərəsəlik və mül ki hüquqlarını pozmuşdur. O, atasının vəfat etdiyi gündən mirası faktiki qəbul etmiş, orada 8 ay ailə üzvləri ilə birlikdə yaşamış, xx xxxxxx 2004-cü ildə işləmək üçün Türkiyə Respublikasına getmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəy yən olunmuş hallar ondan ibarətdir ki, X5 xx xxxxx 2004-cü il tarixdə vəfat etmiş və onun mülkiyyətində olan ünvan 1 kəndində yerləşən 0,133 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 154,04 kv.m. olan fərdi yaşayış evi miras qalmışdır. Cavabdeh1 başqa mərhumun bütün digər vərəsələri miras qalmış əmlaklardan onlara çatan paydan İddiaçı1 xeyrinə notarial qaydada ərizə verərək imtina etmişlər. Notariat orqanı tərəfindən qeyd edilən miras əmlak üzrə İddiaçı1 7/8, Cavabdeh1 1/8 hissə pay müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladığını və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarakən hesab etmişdir ki, cavabdehin mirası faktiki qəbul etməsi və mirası qəbul etmiş vərəsələrin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1323-cü maddəsinə uyğun mirası qəbul etməyən Cavabdeh1 vərəsəlik şəhadətnaməsinə yazılmağa yazılı razılıq vermələri iş materialları ilə sübut olunmur. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Cavabdeh1 arvadı X4, qızları X6 və X1 mübahisəli evdə yaşamalarına və sahiblik etmələrinə dair göstərdikləri işdə olan digər şahid ifadələri və yazılı sübutlarla ziddiyyət təşkil etdiyindən və həmin şəxslərin Cavabdeh1 yaxın qohuml arı olduğundan həmin şəxslərin verdiyi ifadələri mötəbər sübut kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstər ilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras ın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, hazırki mübahisənin həlli sübutların qiymətləndirilməsindən asılı olmuş və məhkəmələr bununla bağlı prosessual hüquq nomalarını pozmamışlar. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olun maz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin şikayəti o halda təmin oluna bilərdi ki, qanunvericiliklə müəyyən olunmuş qaydada onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1246-cü maddələri ilə müəyyən olunmuş qaydada və müddətdə mirası qəbul etməsi faktı sübut olunsun. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma ilə həmin hal müəyyən olunmamış, bu zaman məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyas ı qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının düzgün müəyyən edilməməsi və sübutların qiymətləndirilməsi ilə əlaqədardır ki, bu məsələlərin araşdırılması kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid deyildir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbay can Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(108)-209/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar