Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-27/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (N rayonu Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-27/24 Açar sözlər: qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışın, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-yə qarşı (N rayonu Notariat Ofisi mübah isə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışın, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğvi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-396/2023 nömrəli mülki iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X14 ilə X6 ər-arvad olmuşdur.
2. Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,7692 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi X12, X2 və qızları Cavabdeh2 ayrılmış və onların həmin torpağa ümumi birgə mülkiyyət hüquqları qeydiyyata alınaraq xx.xx.1998-ci il tarixli J № 673 Kod 40812018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir.
3. X4 25 dekabr 2001-ci il tarixdə Göyçay rayonu Potu kəndində kəskin ürək damar çatışmazlığından vəfat etmişdir. Ölümündən sonra vərəsələri olaraq əri Əkrəm İsmayılov və övladları İddiaçı, Polad İsmayılov, Azad İsmayılov, Cavabdeh2 və Şəhla İsmayılova qalmışdır.
4. X11 və Cavabdeh2 müraciəti əsasında 14 yanvar 2011-ci il tarixdə yalnız Əkrəm İsmayılovun və Cavabdeh2 0,7692 ha torpaq sahəsinin mərhuma məxsus payına bərabər hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında Əkrəm İsmayılov və Cavabdeh2 0,7692 ha torpaq sahəsin ə paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
5. Bundan sonra, Əkrəm İsmayılov və Cavabdeh2 paylı mülkiyyətlərində olan həmin torpaq sahəsini xx.xx.2011-ci il tarixdə "xxxx" QSC-yə 6.442 manata satmışlar.
6. Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 4,0753 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Teymur Əhmədov adına "xxxx" QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.
7. X5 20 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 (bundan sonra cavabdeh), "xxxx" QSC-yə (bundan sonra cavabdeh MMC) və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməy ən üçüncü şəxs (bundan sonra 3-cü şəxs) Göyçay rayonu Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, X8 və cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2011-ci il tarixli çıxarışın, eləcə də xx.xx.2011ci il tarixli 4Ə-92 nömrəli cavabdeh QSC ilə X14 və cavabdeh arasında 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdehlərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əs aslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 nömrəli qərarına əsasən 0,77 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi və 0,38 hektar həyətyanı torpaq sahəsi Göyçay rayonu Potu kənd sakini olan X5na, anası X2 və bacısı olan cavabdehə verilmişdir. Onunla birlikdə evdə 5 uşaq olmuşlar. Hazırda bacı-qardaşlarının hamısının özlərinə aid ev və torpaq sahələri vardır. O, evin kiçik övladı olmuş və ata yurdunda qalmışdır. Anası vəfat edəndən sonra, onun xəbəri olmadan, atası Əkrəm və bacısı Şəlalə Göyçay rayon Notariat Kontoruna torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və vərəsələrin dairəsinə dair arayış ilə müraciət edərək, mərhum Siyarə İsmayılovadan miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsə lik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Həmin arayışda miras qoyan Siyarə İsmayılovanın İ növbəli vərəsələrindən yalnız atası və cavabdeh göstərilmiş, qalan vərəsələr göstərilməmişdir. Göyçay rayon İHB Potu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin yanvar 2011-ci il tarixli 40 saylı saxta arayışı əsasında Göyçay rayon Notariat Kontoru tərəfindən Əkrəm və Şəlalə İsmayılovların adına 14 yanvar 2011-ci il tarixli 2V-09 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə qeyd olunmuşdur ki, 25 dekabr 2001-ci il tarixdə vəfat etmiş X1 vərəsələri bunlardır: Göyçay rayonu Potu kəndində yaşayan əri X14 və qızı cavabdehdir. Onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Ucar rayon Ər azi İdarəsinin xx.xx.2010-cu il tarixli 27/1312 saylı arayışına əsasən və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.1998-ci il tarixli J № 673 Kod 40812018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,7692 ha torpaq sahəsinin X2 məxsus olan payından ibarətdir. Onun həmin şəhadətnamədən məlumatı olmamışdır. Atası 20 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. Evdə özü yaşamışdır, torpaq sahələrinə də həmişə nəzarət etmiş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mütəmadi olaraq baş çəkmişdir. Həmin ərazidə digər şəxsləri görməmiş, heç kim ona torpaq sahəsinin miras əmlak kimi atasının və bacısının adına qeydə alınmasını, həmçinin torpaq sahəsinin cavabdeh QSC-yə satılmasını bildirməmişdir. Göyçay rayon İHB Potu kənd İnzibati Ərazi Dairəs i üzrə Nümayəndəliyin saxta arayışından, Dövlət Notariat Kontorunun verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən və torpaq sahəsinin alğı-satqısından yalnız 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlində xəbər tutmuşdur. Belə ki, məhz həmin dövrdə Göyçay rayon Məhkəməsi tərəfindən göndərilmiş, bacıları Şəlalə ilə Şəhlanın və qardaşı Azadın ona qarşı verdikləri iddia ərizəsinin surəti təqdim olunmuşdur. Bacıları və qardaşı məhkəmədə ona qarşı iddia qaldıraraq, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınmasını xahiş etmişlər. Bundan sonra, hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxaran sənədlərdən və yaxınlarının ona qarşı bu cür hərəkət etməsindən xəbəri olmuşdur.
10. Cavabdeh2 məhkəməyə iddia müddətinin tətbiq edil məsi barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə danışıqlar cavabdeh QSC-nin nümayəndəsi ilə İddiaçı arasında aparılmış, o, həmin danışıqlarda iştirak etməmişdir. Torpaq sahəsinin qiyməti cavabdeh QSC-nin nümayəndəsi ilə İddiaçı arasında müəyyən edilməklə, həmin torpaq sahəsi cavabdeh QSC-yə şəxsən İddiaçı tərəfindən satılmışdır. Alğı-satqı sənədlərini İddiaçı hazırladıqdan sonra o, bir dəfə notariat kontoruna imza etmək üçün getmişdir. Bundan sonra, QSC həmin torpaq sahəsində mərz çəkmə işləri görmüş, ərazinin QSC-yə məxsus olması barədə lövhə quraşdırılmış, torpaq sahəsində nar bağı salınmışdır. Ərazini cavabdeh QSC-nin əməkdaşları mühafizə edir. Əgər İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi torpaq sahəsinə baş çəkibsə, deməli bütün bunları görmüş, torpaq sahəsinin cavabdeh QSC-nin mülkiyyətinə keçməsindən məlumatı olmuşdur, lakin 11 il vaxt keçməsinə baxmayaraq məhkəmədə iddia qaldırmışdır. Buna görə də, iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi məhkəmə iclasındakı izahatında bildirmişdir ki, Göyçay rayonu Potu kəndində yerləşən və mərhum X8 və cavabdehin mülkiyyətlərində olan 0,7692 ha torpaq sahəsini 22 fevral 2011-ci il tarixdə notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən dəyərini ödəməklə cavabdeh QSC əldə etmişdir. Həmin torpaq sahəsini cavabdeh QSC aldıqdan sonra bir müddət təyinatına uyğun olaraq istifadə etməmişdir. Həmin müddət ərzində mübahisəli torpaq sahəsində iddiaçı tərəfin dən kənd təsərrüfatı məhsulları (yonca, taxıl) əkilmiş, sonuncu, eləcə də iş üzrə digər cavabdeh ötən müddət ərzində alğı-satqı predmeti olmuş torpaq sahəsinə dair heç bir mübahisə etməmişlər. İddiaçının 0,7692 ha torpaq sahəsinin cavabdeh QSC-yə satılmasından məlumatlı olub-olmaması barədə heç bir fikir söyləyə bilməz. Belə ki, cavabdeh QSC mübahisəli torpaq sahəsini dəyərini ödəməklə X7 və digər cavabdehdən almışdır.
12. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 noyabr 2022-ci il tarixli 2(046)-1154/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia təmin olunmuş, Göyçay rayon Notariat kontoru tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 2V-09 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X8 və Cavabdeh2 adına verilmiş hüquqların dövl ət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli çıxarış, Göyçay rayon Notariat Kontorunda "xxxx" QSC ilə X14 və Cavabdeh2 arasında 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli 4Ə-92 nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X8 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 28 yanvar 2011-ci il tarixdə aparılmış qeydiyyat yazısı ləğv edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin faktiki hallarından görünür ki, miras açılarkən miras qoyan Siyarə İsmayılovanın qanun üzrə birinci növbəli vərəsələri əri Əkrəm İsmayılov, qızı Cavabdeh2 ilə bərabər iddiaçı – oğlu İddiaçı, digər övladları Polad İsmayılov, Azad İsmayılov və Şəhla İsmayılova sağ olmuşlar. X20 və Cavabdeh2 mərhum Siyarə İsmayılovadan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Göyçay rayon Notariat kontoruna müraciət edərkən, vərəsələrin dairəsini tam şəkildə göstərən arayışı (məlumatı) təqdim etməmişlər. Bu səbəbdən, birinci növbəli vərəsə kimi iddiaçı qanun üzrə Siyarə İsmayılovadan miras qalmış əmlakdan pay almaq hüququndan məhrum olmuşdur. Ona görə də, mərhum Əkrəm İsmayılovun və Cavabdeh2 adına verilmiş 14 yanvar 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsızdır.
14. Məhkəmə cavabdehin iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən e dilmiş bir illik müddət əqdin etibarsızlığı ilə bağlı iddialar üzrə deyil, yalnız əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələbi ilə bağlı yaranmış mübahisələr üzrə tətbiq edilə bilər.
15. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız olduğundan, həmin şəhadətnaməyə əsasən mərhum X8 və cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2011-ci il tarixli çıxarış, eləcə də xx.xx.2011-ci il tarixli 4Ə-92 nömrəli cavabdeh QSC ilə mərhum X14 və cavabdeh arasında 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsi də etibarsız olmaqla, həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mərhum X8 və c avabdehin adına daşınmaz əmlakın dövlət reyestrində 28 yanvar 2011-ci il tarixdə aparılmış qeydiyyat yazısı da ləğv edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 354, 1159 və 1243-cü maddələrinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
18. Şikayət belə əsaslandırılmışdır ki, iddiаçının mübahisələndirdiyi sənədlər ə dair miras əmlaka heç bir subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı mərhum Siyarə İsmayılovadan miras qalmış əmlakı nə faktiki, nə də ki rəsmi qəbul etməmişdir. İddiaçının mərhum Siyarə İsmayılovadan miras qalmış əmlakı qəbul etməyi barədə iş materiallarında heç bir sübut yoxdur. Lakin birinci instansiya məhkəməsi iddiaçının mərhum Siyarə İsmayılovadan miras qalmış əmlakı faktiki və yaxud rəsmi qəbul edib-etməməsi hallarını araşdırmamışdır. Bundan başqa, miras qoyan X1 öldüyü gündən mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamə verilən günədək 10 il müddət keçmişdir. Keçən 10 il müddət ərzində iddiaçı həmin əmlakı qəbul etməmiş, notariat kontoruna bu barədə ərizə verməmişdir. Həmçinin alqı-satqı müaviləsi üzrə danışıqları iddiaçı aparmış, o yalnız müqaviləni imzalamaq üçün n otariat kontoruna getmiş, torpaq sahəsi satıldıqdan sonra "xxxx"QSC torpaq sahəsində mərzçəkmə işləri görmüş, sahəyə torpaq sahəsinin ona məxsus olması barədə lövhə quraşdırmış, nar bağı salmışdır. İddiaçı dediyi kimi, torpaq sahəsinə mütəmadi baş çəkibsə, bu işləri görməyə bilməzdi. O torpaq sahəsinin satılmasından məlumatlı olmuş və 11 il keçdikdən sonra iddia qaldırmışdır. İddia müddətinin keçməsi isə iddianın rədd edilməsi üçün əsasdır.
19. Cavabdeh QSC apelyasiya instansiya məhkəməsinə etiraz və mülahizələrini ünvanlamış, "xxxx" QSC-nin vicdanlı alıcı olduğunu, torpaq sahəsini dəyəri ödənilməklə mülkiyyətçilərindən aldığını, bacı-qardaş arasında olan mübahisənin onlara aidiyyət
20. Məhkəmə icraatı gedişində Polad İsmayılov, Şəhla İsmayilova və Azad İsmayılov 3-cü şəxs qismində icraata cəlb edilmişlər.
21. Məhkəmə iclasında Polad İsmayılov izahat verərək bildirmişdir ki, iddiaçının iştirakı ilə həmin torpaq sahəsi satılıb, sənədlər onun tərəfindən hazırlandıqdan sonra notariusda Cavabdeh2 imzalatdırılıb.
22. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-396/2023 nömrəli iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir.
23. Apellyasiya instansiyası iddia tələbinin QSC ilə X14 və cavabdeh arasında 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqav iləsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək, qeyd etmişdir ki, Əkrəm İsmayılov və Cavabdeh2 aldıqları 14 yanvar 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0,7692 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Həmin əmlak cavabdeh QSC-yə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqa dair çıxarış əsasında satılmışdır.
24. Məhkəmə, Mülki Məcəllənin 140-cı maddəsinə istinad edərək qeyd etmişdir ki, alıcı QSC əşyanı özgəninkiləşdirənlərin onun yeganə mülkiyyətçisi olmadığı barədə vicdanlı olmuşdur, yəni bu faktı bilməmiş və bilmə ehtimalı olmamışdır. Əqdin həqiqi оlmаmаsı üçün Mülki Məcəllənin 140 -cı mаddəsində müəyyən edilən hаllаr mövcud deyildir.
25. Məhkəmə qeyd etmişdir ki, mövcud mülki qаnunvericiliyə əsаsən, əgər mulkiyyətçi tərəfindən аlqı-sаtqı müqаviləsinin və оnun аlıcıyа verilmiş əmlаkının geri qаytаrılmаsı fоrmаsındа dоğurduğu nəticələrin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mübаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildikdə, оndа Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə müəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməlidir. Buna görə də cavabdeh QSC vicdаnlı əldə edən оlduğundаn, cavabdeh QSC ilə X14 arasında bağlanmış alğısatqı müqaviləsi etibаrsız hesаb edilə bilməz.
26. Məhkəmə kollegiyası iddia tələbinin 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X8 və Cavabdeh2 adına daş ınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi və sonuncuların adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2011-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Belə ki, həmin torpaq sahəsi Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 4,0753 ha torpaq sahəsinin tərkibində olmaqla Teymur Əhmədov adına cavabdeh QSC-nin xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə DƏDRXnin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 04 may 2012-ci il tarixli MA seriyalı 03715 saylı, reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış veril mişdir. Eyni zamanda, həmin torpaq sahəsi ilə bağlı olan DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 04 may 2012-ci il tarixli AA seriyalı 005315 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində sənədin verilmə əsası olaraq xx.xx.2011-ci il tarixli 4Ə-201 nömrəli və xx.xx.2011-ci il tarixli 4Ə-92 nömrəli alqı-satqı müqavilələri göstərilmişdir.
27. Göründüyü kimi, Teymur Əhmədov adına cavabdeh QSC X14 və cavabdeh ilə bağladığı xx.xx.2011-ci il tarixli 4Ə-92 nömrəli alqı-satqı müqaviləsi əsasında öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır. Belə olduqda, 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X8 və cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısı və sonuncuların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış artıq mövcud deyildir. Mövcud olmayan dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə iddia təmin oluna bilməz.
28. Məhkəmə son olaraq iddia tələbinin X8 və cavabdehin adına verilmiş xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iş üzrə miras mərhum X1 25 dekabr 2001-ci ildə ölməsi ilə açılmışdır. X14 və cavabdeh miras açıldığı gündən 10 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2011-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat orqanına müraciət etmiş və notariat orqanı da onların müraciətini nəzərə alıb onla ra vərəsəlik şəhadətnaməsi vermişdir. Qanunvericiliyə əsasən, miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunduqda notarius birbaşa mirasın qəbuluna dair şəhadətnamə verə bilməz, bu halda mirasın qəbul edilməsi müddətinin ötürülübötürülməməsi məsələsinin müzakirəsi məhkəmə qaydasında aparılmalıdır. Yalnız məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəb olduğu halda uzada bilər. Müddətlə bağlı məhkəmə qaydasından yeganə istisna hal isə müddət bitdikdən sonra bütün vərəsələrin mirasın qəbul edilməsinə razı olmalarıdır.
29. Hazırki işdə notariat orqanı mirasın açıldığı vaxtdan 10 il sonra müraciət etmiş vərəsələrə, yəni mirasın qəbul edilmə müddətini nəzərə almadan vərəsəlik şəhadətnaməsi vermiş, üstəlik, Göyça y rayon İcra Hakimiyyəti Başçısının Potu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi E.Babayev tərəfindən 2011-ci ilin yanvar ayında verilmiş 40 nömrəli arayışda adları qeyd edilmədiyindən digər vərəsələr İddiaçı, Polad İsmayılov, Azad İsmayılov və Şəhla İsmayılovanın mirasın qəbul edilməsi müddəti ilə bağlı razılıqlarının olub-olmamasını araşdırmamışdır.
30. Mövcud qanunvericiliyin normalarının pozulması ilə aparılmış notariat hərəkətləri nəticəsində X14 və cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarlı sayıla bilməz.
31. Lakin iddiaçı qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi ilə Göyçay Rayon Məhkəməsinə 31 mart 2022-ci ildə müraciət etmişdir. O, iddia ərizəsində qeyd olunan şəhadətnamə barədə 2021-ci ilin sonu – 2022-ci ilin əvvəlində xəbər tutduğunu göstərmişdir. İş üzrə cavabdehlərin və X9 izahatından isə iddiaçının həmin şəhadətnamədən daha əvvəldən məlumatlı olması görünür.
32. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisən in açılması ilə bağlı olan müddətin iddia müddəti deyil, kəsici müddət olması barədə hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçının iddia vermə müddətini ötürdüyündən hazırki iddia təmin edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya onunla əsaslandırılmışdır ki, ana və atası vəfat edəndən sonra, ev və torpaq sahələrini faktiki olaraq qəbul etmiş, istifadə etmiş, yəni mirası qəbul etmişdir. Məhkəmənin hazırki qətnaməsindən isə belə çıxır ki, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra nəinki, cavabdeh QSC-yə satılan torpaq sahəsi, eyni zamanda hal-hazırda üzərində yaşadığı ev olan torpaq sahəsini də miras əmlak kimi qəbul etməmişdir. Məhkəmənin bu mövqeyi isə qanunvericiliyin qeyd edilən normalarına ziddir. Belə ki, cavabdeh QSC-yə satılan torpaq sahəsinə sahiblik etməməyi öz təsdiqini tapsa belə, bu həmin torpaq sahəsini miras əmlak kimi qəbul etməməyini təsdiq etmir. Çünki, mirasın digər hissəsi olan digər torpaq sahəsindən faktiki olaraq istifadə edir və bu xüsusatı heç kim mübahisələndirmir. Mirasın bir hissəsinə sahiblik etməyə faktik başladığından isə qeyd edilən qanunvericilik normasına görə mirası tamamilə qəbul etmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi hesаb etmişdir ki, cavabdeh QSC vicdаnlı əldə edən оlduğundаn, cavabdeh QSC ilə X14 və cavabdeh arasınd a bağlanmış alğı-satqı müqaviləsi etibаrsız hesаb edilə bilməz. Məhkəmənin həmin mövqeyindən belə çıxır ki, məhkəmə vicdanlı əldə edənin, yəni cavabdeh QSC-nin hüquqlarını müdafiə etmək üçün bu qərara gəlmişdir. Lakin qətnamədən də göründüyü kimi QSC apellyasiya şikayəti verməmişdir. Deməli, birinci instansiya məhkəməsinin qətnaməsini qəbul etmiş və qətnamə QSC-nə münasibətdə qanuni qüvvəsini almışdır. Məhkəmə qətnaməsini guya vicdanlı alıcının hüquqlarını müdafiə etməsi ilə əsaslandırsa da, əslində vicdanlı alıcının ondan belə bir tələbi olmamışdır. Yəni, məhkəmə qətnaməsi cavabdeh QSC-nin tələbi olmamasına baxmayaraq, tələbi olmayan tərəfin xeyrinə çıxarılmışdır.
37. Qətnamədə göstərilmişdir ki, aparılmış notariat hərəkətləri nəticəsində X14 və cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüq uqu haqqında şəhadətnaməsi etibarlı sayıla bilməz. Göründüyü kimi, məhkəmə özü də razılaşır ki, X14 və cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarlı deyil. Lakin bundan sonra məhkəmə iş üzrə cavabdehlərin izahatlarına əsaslanaraq müddətin ötürüldüyünü hesab etmişdir. Məhkəmə cavabdehin ifadəsinə tənqidi yanaşmalı idi. Çünki, məhz cavabdeh mərhum atası X16 ilə birlikdə vərəsələrin dairəsi tam göstərilməyən saxta bir sənədlə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə alaraq, torpağı başqa bir şəxsə satmışdırlar. Belə olan halda o necə iddia edə bilər ki, şəhadətnamədən və torpağın satılmasından xəbəri olmuşdur. X3 da onunla qərəzli olduğundan onun da izahatı mötəbər sübut kimi qəbul edilə bilməzdi. Bundan başqa, cavabdeh QSC-nin nümayəndəsi də mübahisəli to rpaq sahəsindən onun istifadə etdiyini etiraf etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Cavabdeh2 kassasiya şikayətinə yazılı etiraz vermiş, kassasiya şikayətinin əsassız olduğuna görə təmin edilməməsi, qətnamənin dəyişdirilmədən sxalanılmasını xahiş etmişdir. c) Prossesual məsələlər
39. Hazırki işə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və həmin müraciət üzrə qəbul ediləcək qərar mübahisənin həlli üçün əhəmiyyətli hesab edildiyi üçün iş üzrə icraat dayandırılmış, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı dərc olunduqdan sonra icraat təzələnmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə
140. Əqdin həqiqi sаyılmаsı üçün reyestrdəki əldə edən şəxsin xeyrinə оlаn qeydə dаir etirаzın reyestrə dаxil edilməməsi və yа əldə edən şəxsin qeydin qeyridəqiq оlmаsını bilməməsi əsаs şərtdir. Bаşqа sözlə, əqd о vаxt həqiqi sаyılmır ki, bu qeydə dаir etirаz reyestrə dаxil edilmiş оlsun və yа əldə edən şəxs qeydin qeyri-dəqiq оlmаsını bilmiş оlsun.
41. Maddə 149.2. əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödən ilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
42. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
43. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
44. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər.
45. Maddə 1159.1. qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
46. Maddə 1159.1.1. Birinci növbədə - ölənin u şaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
47. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
48. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
49. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
50. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ö trü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrı
51. Əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, dəlillərə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
63. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinə dair X14 ilə alıcı QSC arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun o laraq bağlandığından və müqavilələrin etibarsızlığı üçün hüquqi əsaslar olmadığından apellyasiya məhkəməsi düzgün olaraq yuxarıdakı qənaətə gəlmişdir.
64. Belə ki, Mülki Məcəllənin 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
65. Kollegiya qeyd edir ki, işdə torpağın hal-hazırki mülkiyyətçisi vicdanlı alıcı olmasını istisna edən heç bir hal müəyyən edilmədiyindən, həmin QSC notarial qaydada təsdiq edilmiş əqd (alqı-satq ı müqaviləsi) əsasında torpağı əldə etdiyindən, həmin əqdin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.
66. İddiaçı kassasiya şikayətində cavabdeh "xxxx"QSC-nin birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermədiyinə görə bu hissədə qətnamənin qanuni qüvvəyə minməsi barədə dəlili ilə bağlı qeyd edir ki, qətnamə etibarsız hesab edilən alqı-satqı müqaviləsinin digər tərəfi olan Cavabdeh2 tərəfindən mübahisələndirilmiş və onun dəlilləri əsasında qətnamə tam yoxlanılmışdır.
67. Azərbaycan Respublikası MPM-nin 372.6 və 372.7-ci maddələrinin tələblərinə əsasən apelyasiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə, yəni alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində maddi hüquq norma larının düzgün tətbiq edilib-edilməməsini yoxlamış, həmçinin cavabdeh "xxxx" QSC həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya instansiya məhkəməsinə iddia üzrə öz mülahizələrini yazılı şəkildə təqdim edərək, vicdanlı alıcı olduğunu vurğulamışdır.
68. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin mübahisə olunan müqavilənin etibarsız sayılması üçün əsasın olmadığına dair mövqeyi və iş üzrə gəldiyi nəticə ilə razılaşır, bu səbəbdən qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas görmür.
69. Həmçinin iddiaçı tərəfindən qanun üzrə vərəsəlik hüququna dair xx.xx.2011-ci il tarixli şəhadətnamənin mübahisələndirilməsi üçün müddətin buraxılması barədə apelyasiya məhkəməsinin mövqeyi ilə də məhkəmə kollegiyası razılaşır.
70. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
71. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.(Konstitusiya Məhkəməsi Plenumunun 16.03.22-ci il tarixli Qərarı)
72. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin v erdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar).
73. İşin faktiki hallarını müəyyən edən apelyasiya məhkəməsi iddiaçının mübahisələndirdiyi vərəsəlik hüququna dair xx.xx.2011-ci il tarixli şəhadətnamədən özünün dediyi kimi 2021-ci ilin sonunda deyil, daha əvvəllər məlumatlı olduğunu işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən etmişdir.
74. Məhkəmə kollegiyası hesab edir ki, mülki prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin iz ahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi cavabdeh və X9 izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxladığı və qiymətləndirdiyi üçün həmin izahata mötəbər sübut kimi istinad etməklə prosessual qanunvericiliyin tələbini pozmamışdır.
75. Məhkəmə kollegiyası hesab edir ki, hazlrki iş üzrə icraatın dayandırılmasına əsas olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş hüquqi mövqelər də hazırki iş üzrə gəlinən nəticəyə təsir etmir.
76. Belə ki, həmin qərarda ifadə edilən hü quqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilərək, vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməli olsa da,hazırki işdə mirasın digər vərəsələr tərəfindən qəbulu edilməsi və bu barədə şəhadətnamə verilməsindən məlumatlı olan iddiaçı Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulan müddətlərdə həmin şəhadətnaməni mübahisələndirə bilərdi. Həmin müddət isə iddiaçı tərəfindən ötürülmüşdür.
77. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
78. Göstərilənlərə əs asən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
79. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-396/2023 nömrəli mülki iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.