Məhkəmə qərarları › İş №2(102)-2701/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2701/2021

07.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2701/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs XXX Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı, təmsil edilənin iradə ifadəsinə zidd etibarnamədən istifadə nəticəsində bağlanmış əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(107)1622/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh1 və İddiaçı 19 oktyabr 2014-cü il tarixdə nikaha daxil olmuşlar. 28 oktyabr 2016-cı il tarixdə İddiaçı Cavabdeh1 onun bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, əqdlər bağlamağı və s. hərəkətlər etməyi 20 il müddətinə etibar etmişdir. ünvan 1 saylı mənzili üzərində Cavabdeh1 tam mülkiyyət hüququ alqı-satqı müqaviləsi əsasında 18 iyun 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 və İddiaçı arasında faktiki ailə münasibətləri 10 oktyabr 2019-cu ildən pozulmuşdur. 08 noyabr 2019-cu il tarixli müqavilə ilə Cavabdeh1 mülkiyyətində olan həmin daşınmaz əmlakı anası Cavabdeh2 bağışlamış və mənzil üzərində sonuncunun tam mülkiyyət hüququ 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs XXX Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 saylı mənzilin bağışlanmasına dair XXX Notariat kontorunda bağlanmış 08 noyabr 2019cu il ta rixli 4Ə-1094 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər birgə nikah dövründə ünvan 1 saylı mənzilini 12 iyun 2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən satın almış, mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Aralarında olan münasibətlər pisləşdiyindən və cavabdeh iddiaçını mənzildən çıxardıqdan bir neçə gün sonra Cavabdeh1 iddiaçının xəbəri olmadan birgə nikah dövründə əldə etdikləri həmin mənzili anası Cavabdeh2 bağışlamışdır. İddiaçı mənzili Cavabdeh2 bağışlamaqla bağlı iradəsini ifadə etməmişdir. Həmin müqavilə mənzilin aralarında birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünmə sinə mane olmaq üçün formal olaraq bağlanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(051)-266/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.M.Hüseynov) iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 2 mənzilin bağışlanmasına dair XXX Notariat kontorunda bağlanmış 08 noyabr 2019-cu il tarixli 4Ə-1094 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilərək hüquqi nəticələrinin ləğv edilməsini qət etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 28 oktyabr 2016-cı il tarixdə Cavabdeh1 etibarnamə verərkən, mübahisələndirilən mənzilinin anası Cavabdeh2 bağışlamasını nəzərdə tutmamışdır. Bundan əlavə iş materiallarında olan iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamədə Cavabdeh1 mübahisələndirilən mənzili Cavabdeh2 bağışlamasına səlahiyyət verilməsi barədə hər hansı bir konkret tapşırıq verilməsi müəyyən edilməmişdir. İddiaçı adından verilmiş etibarnamə ümumi məzmunlu olmaqla, konkret olaraq mübahisəli və birgə nikah dövründə əldə olunmuş mənzilin özgəninkiləşdirilməsi məqsədi ilə verilməmişdir. Cavabdeh 2016-cı il tarixdə başqa məqsədlə, yəni birgə nikah dövründə olan mülkiyyətin idarə olunması məqsədi ilə verilmiş və tərəflər arasında münasibətlər pisləşdikdən sonra cavabdeh tərəfindən hüquqdan suiistifadə edilərək mənzil öz xeyrinə yəni anasının adına (bağışlama müqaviləsi ilə) sənədləşdirilmişdir. Cavabdeh sözügedən mənzilin birgə nikah dövründə əldə olunmasını bildiyi üçün 2016-cı ildə iddiaçı tərəfindən verilmiş etibarnamədən istifadə etməklə sonuncunun konstitusion hüquqlarını pozmuşdur. b) Apellyasiya instansiyası m əhkəməsində icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(051)-266/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(107)-1622/2020 nömrəli qətnaməsi ilə (hakim İ.H.Şükürovun sədrliyi və məruzəsi ilə, hakimlər A.M.Eyvazovdan və R.Ə.Əliyevdən ibarət tərkibdə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(051)-266/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyas iya şikayətinin dəlilləri ilə bağlı Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 359.1, 359.3-cü maddələrinə, “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 07 mart 2016-cı il tarixli qərarına istinad edərək hesab etmişdir ki, iddiaçının mübahisəli evə dair cavabdehə hər hansı şəkildə səlahiyyət verməsi müəyyən edilmir. Əslində bu mümkün də deyildi. Belə ki, etibarnamə verilərkən sözügedən mənzil əldə edilməmiş və iddiaçının bu əmlakla bağlı hər hansı bir iradə ifadəsindən söhbət belə gedə bilməz. Digər tərəfdən iddiaçı tərəfindən verilən etibarnamədə mənzilin ərinin anası Cavabdeh2 bağışlanılması nəzərdə tutulmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(107)1622/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları tam araşdırılmamışdır. Belə ki, iddianı təmin edən məhkəmələr iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik olmasını araşdırmamışlar. Belə ki, mənzil Cavabdeh1 adına qeydə alınsa da, sonuncunun valideynlərinin birgə qazancı və mülkiyyətlərində olan başqa fərdi yaşayış evini girov qoymaqla alınmış kredit hesabına alınmış və tərəflərin birgə mülkiyyətləri deyildir. Ailə münaqişəsi yarandıqdan sonra iddiaçının razılığı ilə mənzil cavabdehin valideynlərinin adına keçirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə yazılı etiraz verərək, həmin şikayətin dəlillərinin əsassız olmasını göstərmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və bunun səbəblər i barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə if adəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məz mununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiy yə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası mə hkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki kassasiya şikayətinə uyğun olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır. Məhkə mə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı mübahisələndirilən mənzilin onun razılığı olmadan bağışlanmasını iddia etmiş və işin mübahisəsiz halı ondan ibarətdir ki, bağışlanma müqaviləsi bağlanılarkən iddiaçının imzaladığı etibarnamədən istifadə olunmuşdur. Belə olan halda iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Hazırki mübahisənin əsasını müqavilə bağlanılarkən iddiaçının iradə ifadəsinin nəzərə alınıb-alınmaması təşkil etdiyindən, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Mülki Məcəllənin 337-ci və 359.1-ci maddələrini tətbiq etmiş və səlahiyyətləri çərçivəsində toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən 28 oktyabr 2016-cı il tarixdə Cavabdeh1 bütün əmlakını idarə etməyə dair etibarnamə verilsə də, hazırda mübahisələ ndirilən müqavilənin bağlanmasında onun iradə ifadəsi olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, “... təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.” (Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli, “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 07 mart 2016-cı il tarixli Qərarl arı). Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, yəni mübahisələndirilən müqavilənin predmeti olmuş əmlakın tərəflərin birgə mülkiyyəti olmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisən in həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(107)-1622/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar