Məhkəmə qərarları › İş №2(102)-2702/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2702/2023

12.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2702/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrinin etibarsız hesab edilməsi və borcun silinməsi, borcun olmaması barədə məlumat verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilələrinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1352/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh QSC-nin kassasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında 36 ay müddətinə 820.000 manata dair xx.xx.2010-cu il tarixli 10680 №-li və 36 ay müddətinə 900.000 manata dair xx.xx.2010-cu il tarixli 10934 №-li kredit müqavilələri rəsmiləşdirilmişdir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmündən görünür ki, şahid qismində dindirilmiş İddiaçı bildirib ki, 2010-cu ilin sentyabr ayında şirkətin baş koordinatoru Vahid Abdullayev onu və digər mühafizəçiləri baş ofisə çağıraraq İbrahim Hüseynovun tapşırığına əsasən şəxsiyyət vəsiqələri ilə "xxxx" ASC-yə getmələrini və orada onlara təqdim ediləcək sənədləri imzalamalı oldu qlarını tapşırmışdır. İşini itirməmək üçün digər işçilərlə birlikdə bankın Nəqliyyat filialına gedərək təqdim olunan sənədləri oxumadan imzalamış və pul götürmədən getmişlər. İbtidai istintaqda ona təqdim olunan tarixsiz ərizə, xx.xx.2010-cu il tarixli 10680 nömrəli kredit müqaviləsi və xx.xx.2010-cu il tarixli xəzinə məxaric orderində müştəri kimi qrafalardakı imzalar ona məxsus olmuş, həmin sənədlərə bankın Nəqliyyat filialında imza etmişdir. Sənədlərə imza etsə də, adına rəsmiləşdirilən 815.900 manat pulu bankdan götürməmiş, ona təqdim olunan tarixsiz ərizə, xx.xx.2020-cu il tarixli 10934 nömrəli kredit müqaviləsi və xx.xx.2011-ci il tarixli xəzinə məxaric orderində müştəriyə aid qrafalardakı imzalar ona məxsus olmuşdur. Sənədlərə qol çəksə də adına rəsmiləşdirilən 481.323 manat pulu ba nkdan götürməmiş, həmin iki kredit üzrə olan pulun kim tərəfindən götürüldüyünü və hansı məqsədlərə xərcləndiyini bilməmişdir...

3. Hökmə əsasən "xxxx" ASC-nin Nəqliyyat filialından fiziki şəxs İddiaçı verilmiş kredit vəsaiti üzrə kreditin tarixçəsində nəzərdə tutulan sənədlər alınmadan, verilmiş kreditin şərtləri müəyyən edilmədən kreditin rəsmiləşdirilməsi həyata keçirildiyinə görə və istintaq orqanının ekspertiza təyini haqqında qərarında göstərildiyi kimi, pul vəsaitinin "xxxx" ASC tərəfindən İddiaçı adına açılmış kredit üzrə əməliyyatların qeyri-qanuni olaraq həyata keçrildiyi nəzərə alınaraq "xxxx" ASC-yə vurulmuş ziyanın məbləği Azərbaycan manatında açılmış kreditlər üzrə 1.297.223 manat müəyyən edilir. İddiaçı adından ödənilməsi rəsmiləşdirilmiş 1.297.223 manat məbləğində pul vəsai ti, onun adına açılmış qeyri-qanuni kreditin, "xxxx" ASC-yə vurulmuş ziyanın ödənilməsi kimi qiymətləndirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh QSC BOKT-a (bundan sonra “cavabdeh” və ya “QSC”) qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin “Nəqliyyat filial”ı ilə onun arasında olan xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələrdən irəli gələn kredit borcunun onun adından silinməsi və bu barədə kredit bürosuna rəsmi məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Nəqliyyat filial” ı ilə xx.xx.2010-cu il tarixli 10680 №-li kredit müqaviləsinə əsasən 36 ay müddətinə 820.000 manat, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 900.000 manat məbləğində kredit iddiaçının adına rəsmiləşdirilmişdir. "xxxx" ASC-nin Nəqliyyat filialında rəsmiləşdirilmiş hər iki kreditə görə mühafizəçi işlədiyi "xxxx" MMC-nin rəhbəri İbrahim Hüseynovun tapşırığı ilə lazımi sənədləri imzalasa da, bankdan pul götürməmiş, adına rəsmiləşdirilən kreditin məbləğindən məlumatı olmamış, həmin pulun kim tərəfindən və nəyə sərf edildiyi ona məlum olmamışdır.

6. Bununla bağlı 2015-ci ildə "xxxx" ASC-nin keçmiş idarə heyətinin sədri olan X3 və qeyrilərinə qarşı başlanılmış cinayət işi üzrə həm istintaq ərəfəsində, həm də məhkəmədə şahid qismində dindirilmişdir. Həmin vəsaitin X3 və X4 tərəfindən götürülməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli hökmü ilə təsdiqlənərək ümumilikdə 9.696.204,52 manat məbləğində vəsaitin X3 və X2 müştərək qaydada alınaraq "xxxx" ASC-yə verilməsi hökm edilmişdir.

7. Belə olduğu təqdirdə iddiaçı ilə "xxxx" ASC arasında rəsmiləşdirilmiş kredit müqavilələri uydurma əqd kimi qiymətləndirilmişdir. Mülki qanunvericiliyə əsasən, uydurma əqd olduğundan hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olması səbəbindən əqd etibarsız hesab edilməlidir. 8. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərman ına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə Cavabdeh QSC arasında S-FK-30 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən onun kredit qovluğu Cavabdeh QSC-yə verilmişdir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 340-cı maddəsinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4410/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Təhminə Xəlilova)

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələblərini, yəni onunla "xxxx" ASC-nin Nəqliyyat filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10680 №-li və xx.xx.2010-cu il tarixli kredit müqavilələrinin uydurma əqd olmasını təsdiq edəcək sübut kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı 14 oktyabr 2016-cı il tarixli hökmündən çıxarışın surətini məhkəməyə təqdim edilmişdir. Hökmdən çıxarışın surəti natamam olduğundan, kserosurət olduğundan, əsli ilə düzgünlüyü təsdiq edilmədiyindən sübut kimi qəbul edilə bilməz. Odur ki, iddia rədd edilməlidir.

13. Birinci instansiya məhkəməsi Mülki Prose ssual Məcəllənin 14.2, 77.1, 78.1, 89cu maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçıya, eləcə də qeyrilərinə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)975/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli hökmü elə kserosurət olaraq verildiyindən, təqdim edilmiş subutlar hökmdən kserosurət olaraq çıxarılıb məhkəməyə təqdim edilmişdir; - məhkəmə işin hallarının obyektiv araşdırılmasına təşəbbüs göstərməmiş, təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən ədalətsiz qərar qəbul etmişdir; - xx.xx.2010-cu il tarixli 10680 №-li kredit müqaviləsi və xx.xx.2010-cu il tarixli 10934 №-li kredit müqaviləsi iddiaçının adına rəsmiləşdirilməmişdən təxminən 2 ay əvvəl əmək haqlarının artırılması ilə bağlı iddiaçıya və qeyrilərinə məlumat verilmişdi. Mühafizəçi işlədiyi ərəfədə əmək haqqı az olduğu üçün iddiaçı və digər iş yoldaşları çox seviniblər. Sözügedən müqavilələrə imza etmələrinin səbəbi də bu, olmuşdur. Həqiqətən də həmin ərəfədə əmək haqları 200 manat artırılmışdı; - bir faktı da qeyd edilməlidir ki, analoji işlərlə bağlı köhnə iş yoldaşları tərəfindən Sumqayıt şəhər məhkəməsinə və digər rayon məhkəmələrinə “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair müraciət edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli hökmünə əsasən kredit müqaviləsi etibarsız edilmiş və borc adlarından silinmişdir; - borc silinmədən iddiaçı adına heç bir bankdan kredit rəsmiləşdirə bilmir.

16. Cavabdehin nümayəndəsi apellyasiya baxışında göstərib ki, apellyasiya şikayətini qəbul edərək göstərib ki, idarə borcun silinməsini yalnız rəsmi məhkəmə qərarı əsasında həyata keçirə bilir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/2016 saylı 14 oktyabr 2016-cı il tarixli hökmündə müəyyən edilmişdir ki, hər iki kredit müqaviləsi üzrə vətəndaşa imza etdirilib, lakin kreditin kimə verildiyini iddiaçı bilmir. Kreditin kimlər tərəfindən götürülməsi hökmdə öz əksini tapmışdır. Məqsədləri bu işlərin məhkəmə qaydasında öz həllini tapmasıdır. 17. "xxxx" MMC-nin xx.xx.2023-cu il tarixli SF-3655 saylı Çıxarışa əsasən İddiaçı Cavabdeh BOKT QSC-yə 389.933 manat məbləğində borcu vardır.

18. Apellyasiya instans iyası məhkəməsini sorğusu əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 975/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli hökmü məhkəməyə təqdim edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1352/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4410/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin olunmuş, "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə mövcud kredit borcunun İddiaçı hesabından silinməsi, bu müqavilələr üzrə İddiaçı borcunun olmaması barədə məlumatın "xxxx " MMC-yə verilməsi vəzifəsinin Cavabdeh QSC BOKT-a həvalə edilməsi qət edilmişdir. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov)

20. Apellyasiya instansiyası məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmünə istinadən qeyd edib ki, "xxxx" ASC-nin Nəqliyyat filialından fiziki şəxs İddiaçı verilmiş kredit vəsaiti üzrə kreditin tarixçəsində nəzərdə tutulan sənədlər alınmadan, verilmiş kreditin şərtləri müəyyən edilmədən kreditin rəsmiləşdirilməsi həyata keçirildiyinə görə və istintaq orqanının ekspertiza təyini haqqında qərarında göstərildiyi kimi, pul vəsaitinin "xxxx" ASC tərəfindən İddiaçı adına açılmış kredit üzrə əməliyyatların qeyri-qanuni olaraq həyata keçirildiyi nəzərə al ınaraq "xxxx" ASC-yə vurulmuş ziyanın məbləği Azərbaycan manatında açılmış kreditlər üzrə 1.297.223 manat müəyyən edilir. İddiaçı adından ödənilməsi rəsmiləşdirilmiş 1.297.223 manat məbləğində pul vəsaiti, onun adına açılmış qeyri-qanuni kreditin, "xxxx" ASC-yə vurulmuş ziyanın ödənilməsi kimi qiymətləndirilir

21. Apellyasiya instansiyası məhkəməsi Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən vurğulayıb ki, mübahisəli kredit müqavilələri üzrə iddiaçı tərəfindən pulun götürülmədiyi, kredit məbləğinin əslində "xxxx" MMC-nin işçiləri olan şəxslər tərəfindən mənimsənildiyi faktları Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmü ilə öz təsdiqini tapmışdır. Hazırda həmin faktların preyudisiallığı bu mülki iş üzrə məcburidir və məhkəmə tərəfindən y enidən araşdırıla və sübut edilə bilməz.

22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmü ilə təqsiri müəyyən edilmiş və bank adından hərəkət edən şəxslərin "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələrinə əsasən iddiaçıya pul vermək, yəni iddiaçı üçün əqd bağlamaqla hüquqi nəticə yaratmaq niyyətində olmadıqları müəyyən edilmişdir. Belə olan halda mübahisələndirilən müqavilələr uydurma əqd hesab edilməli, çünki, müqavilələr ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edib ki, xx.xx.2010-cu i l tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yarandığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, iddiaçının mübahisəli müqavilələr üzrə cavabdeh qarşısında öhdəliklərin olması barədə məlumatlar həqiqətə uyğun olmayan məlumatlar kimi Cavabdeh QSC tərəfindən bank əməliyyat sistemindən silinməli və bu barədə müvafiq məlumatın "xxxx" MMCyə verilməsi vəzifəsi həmin QSC-yə həvalə edilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.5, 337.1, 337.4, 340.1, 386.1, 739-cu, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4, 10.4.8-ci, Mülki Prosessual Məcəllənin 82.4-cü maddələrinə, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti belə əsaslandırılıb: - iddiaçı bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, İddiaçı təhvil verilmiş akta əsasən hazırda faiz borcu 389933.32 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə iddiaçıya şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqavilə si üzrə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir; - iddiaçı üzərinə götürdüyü öhdəlikləri qəsdən icra etməmişdir. Belə olan halda məhkəmə mülki qanunvericiliyinin tələblərini və müqavilə öhdəliklərini nəzərə almadan Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbləri kobud şəkildə pozaraq qətnamə qəbul etmişdir; - məhkəmə cavabdehin verdiyi izahata uyğun əsaslandırma apararaq göstərib ki, kredit müqaviləsinin əsasında iddiaçının adına ayrılan kredit vəsaiti elə bankın xəzinəsində qalmış və bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Halbuki, iddiaçının pul vəsaitinin qəbul etməsi barədə məxaric orderini imzalanması barədə mötəbər sübut mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1 Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştir akçıları arasında müqavilə olmalıdır. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydaları Bənd 2.1. Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Bənd 4.1. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Bənd 4.2. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüq uq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nətic ələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin ed ilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

33. İddia tələbi iddiaçı ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələrinin etibarsızlığı barədədir. İddiaçı həmin müqavilələrin uydurma olmasına istinad etmişdir.

34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmü ilə təqsiri müəyyən edilmiş və bank adından hərəkət edən şəxslərin "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələrinə əsasən iddiaçıya pul vermək, yəni iddiaçı üçün əqd bağlamaqla hüquqi nəticə yaratmaq niyyətində olmadıqları müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2023-cü bəndlərində əks edilən qiymət ləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

36. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

37. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

38. Məhkəmə kollegiyası iddiaçının bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməməsi, onun təhvil verilmiş akta əsasən hazırda faiz borcunun 389933.32 manat təşkil etməsi, iddiaçının üzərinə götürdüyü öhdəlikləri qəsdən icra etmədiyi halda, məhkəmənin mülki qa nunvericiliyinin tələblərini və müqavilə öhdəliklərini nəzərə almadan Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərini kobud şəkildə pozması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir.

39. Əvvəla, qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmış, apellyasiya instansiyası məhkəməsində isə hətta iddiaçının apellyasiya şikayətini qəbul edərək, təmsil etdiyi idarənin borcun silinməsini yalnız rəsmi məhkəmə qərarı əsasında həyata keçirə bilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmündə hər iki kredit müqaviləsinin vətəndaşa imza etdirilməsinin müəyyən edilməsini göstərmişdir. (bax: 16-cı bənd)

40. Bundan əlavə, bir halda ki, iddiaçı ilə bağlanmış kredit müqavilələri uydu rma əqdlər olması əsası ilə etibarsız hesab edilib, belə olan halda həmin əqdlər üzrə iddiaçının hər hansı öhdəlikləri və faiz borcunun olması barədə dəlillər əsaslı sayıla bilməz.

41. Məhkəmənin mülki qanunvericiliyinin tələblərini və müqavilə öhdəliklərini nəzərə almadan Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərini kobud şəkildə pozması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinə aid olan bu norma, ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməyib. Yox əgər, onun tətbiq edilməli olduğu halda, tətbiq edilməməsi nəzərdə tutulursa, həmin normanın da işin halları ilə hər hansı əlaqəsi yoxdur.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1352/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar