Məhkəmə qərarları › İş №2(102)-2703/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2703/2023

08.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2703/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 X və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:birgə nikah dövründə yaranmış borcun bölünməsi 08.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2(103)774/2023 saylı qətnaməsindən iddiaçı x verdiyi kassasiya şikayəti üzrə işə 08 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Cavabdeh1 və İddia çı 1996-cı ilin avqust ayında nikaha daxil olmuşlar və onların birgə nikahından iki uşaqları doğulmuşdur. “X12 Azərbaycan” QSC-nin iddia ərizəsinə və maliyyə arayışlarına əsasən həmin QSC və İddiaçı arasında 05 noyabr 2013-cü il tarixdə kredit müqaviləsi bağlanaraq, sonuncuya 36 ay müddətinə 150.000 manat kredit xətti açılmış və 03 dekabr 2015-ci il tarixli razılaşmaya əsasən kredit xəttinin məbləği 705.000 manat, müddət isə 05 noyabr 2018-ci ilədək müəyyən edilmişdir. “X12 Azərbaycan” QSC tərəfindən İddiaçı 03 dekabr 2015-ci il tarixli sazişə əsasən 35 ay müddətinə, illik 18 faizlə 398.000 manat, 22 yanvar 2013-cü il tarixli qarantiya müqaviləsi üzrə 50.000 Avro, 17 noyabr 2014-cü il tarixli qarantiya müqavilələri üzrə 100.000 Avro və 75.000 Avro, 19 fevral 2015-ci il tarixli qarantiya mü qaviləsi üzrə 50.000 Avro kredit verilmişdir. 19 aprel 2019-cu il tarixə İddiaçı Banka ümumilikdə 312.967,39 manat və 302.830,87 Avro borcunun qaldığı müəyyən edilmişdir. Bundan sonra “X12 Azərbaycan” QSC İddiaçı və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 397.301,44 manat kredit borcunun İddiaçı tutularaq Banka ödənilməsi və tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 21 saylı evin 30 saylı mənzilinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12 noyabr 2021-ci il tarixdə İddiaçı ilə Bank arasında razılıq əldə olunmuş, İddiaçı Banka ümumilikdə 176.000 manat ödəniş həyata keçirmiş və kredit müqaviləsi üzrə qalan borc öhdəliyi silinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icra at İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə və sonradan isə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, X4 və Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilməklə, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 21 saylı evin 30 saylı mənzilinin bərabər olaraq bölünməsi; “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı və “PorschePanamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qiymətləndirilərək açıq hərracda satılması və dəyərinin bərabər bölünməsi; Cavabdeh2 adına olan “VAZ-21214 Urban” minik markalı * *-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 25 aprel 2019-cu il tarixdə bağlanmış və X1 olan “X10” minik markalı **-MA*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 02 aprel 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərin maddi dəyərinin qiymətləndirilərək açıq hərracda satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi; 02 aprel 2019-cu il tarixədək iddiaçı tərəfindən borc öhdəliklərinə görə ödədiyicəmi ödənilmiş 1.584.162,99 manat vəsaitin 1/2 hissəsinin, yəni 792.081,50 manat pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi; 02 aprel 2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483.105,82 manat vəsaitin 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh1 aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 1996-cı ilin avqust ayında nikaha daxil olmuşlar və birgə nikahlarından iki övladları anadan olmuşdur. Birgə nikah dövründə tərəflər yuxarıda qeyd olunan əmlakları əldə etmişlər. 02 aprel 2019-cu il tarixdə cavabdeh birgə nikah dövründə əldə etdikləri “VAZ-21214” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “X10” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilləri iddiaçının razılığı olmadan, ayrı yaşamalarından istifadə edərək özgəninkiləşdirmişdir. Həmin alqısatqı müqavilələri etibarsız hesab edilməli və özgəninkiləşdirilən əmlaklar bölgüyə cəlb olunmalıdır. Bundan başqa, iddiaçı cavabdehlə birgə nikahda olduqları müddətdə müxtəlif banklardan müxtəlif həcmli kreditlər götürmüş, həmin kreditlərin böyük bir hissəsi biznes fəa liyyəti ilə əlaqədar alınmışdır. "xxxx" MMC-dən alınan çıxarışdan görünür ki, 09 oktyabr 2009-cu ildən 02 aprel 2019-cu il tarixədək tam ödənilmiş kredit məbləği 1.387.237,43 manat təşkil etmişdir. Bundan başqa, "xxxx" ASC tərəfindən verilmiş 29 mart 2019-cu il tarixli hesabdan çıxarışa əsasən iddiaçının banka 29 mart 2019-cu il tarixə borcu cəmi 128.046,20 manat, kreditin icra müddəti bitəcəyi tarixə, yəni 13 dekabr 2021-ci il tarixə 170.138,43 manat təşkil edir. Bundan əlavə, “X12 X” QSC tərəfindən 05 aprel 2019-cu il tarixdə verilmiş maliyyə arayışına əsasən iddiaçının onun həmin Banka olan borcunun ümumi məbləği 312.967,39 manat təşkil edir. Bundan əlavə, “X” ilə Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “Royal Heights” adlı şəhərcikdə “Scallop” tipli 13 və 14 saylı mənzillərə dair müqavilələr qızları Xadına bağlanmışdır. Həmin müqavilələrə əsasən 01 aprel 2019-cu il tarixə satıcıya 102.464 Avro (manatla ekvivalentdə 196.925,56 manat) pul ödənilmişdir. Həmin tarixə Şirkətə olan borc məbləği 127.536 Avro (manata məzənnədə 245.111,43 manat) təşkil edir. İddiaçının adına götürülən kredit məbləğlərinin böyük bir hissəsi cavabdeh tərəfindən səs yazma studiyasının qurulması üçün alınmış, xərclənmiş və saitdən qalan məbləğlər isə cavabdeh tərəfindən ailələrinin mənafeyi ziddinə xərclənmişdir. Həmçinin Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Kaveroçkin küçəsi, 21 saylı evin 30 saylı mənzilinin, İddiaçı adına olan “Porsche Panamera” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Türkiyə Respublikasının Bodrum şəhərində müqavilə əsasında ikisinin adına olan evin, İddiaçı adına olan ünvan 1 ünvanda yerləşən evin, ünvan 2in, “Range Rover” markalı, **EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “X8” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 1996-cı ilin avqust ayında nikaha daxil olmuşlar və birgə nikahları dövründə qeyd olunan əmlakları əldə etmişlər. Hazırda cavabdeh həmin əmlakların iddiaçı ilə onun arasında bərabər paylarda bölünməsini iddia edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(006)3432/2019 saylı qətnaməsi ilə (hakim S.F.Cəfərov) ilk və qarşılıqlı iddialar qismən təmin edilmiş, tərəflərin birgə nikahı dövründə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 saylı evin 30 saylı mənzilinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh1 payları müəyyən edilmiş, birgə nikah dövründə əldə edilmiş “İnfiniti G25” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı, 99-MM099 dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh1 payları müəyyən edilmiş, Cavabdeh2 adına olan “VAZ 21214” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 25 aprel 2019-cu il tarixdə bağlanmış və X3 adına olan “X10” minik markalı 99-MA- 990 dövlət qeydiyyat nişanlı avtomobilə dair 02 aprel 2019- cu il tarixdə bağlanmış alğı-satqı müqavilələri etibarsız hesab edilmiş, həmin avtomobillərin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh1 payları müəyyən edilmiş, 02 aprel 2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483.105,82 manat vəsaitin 1/2 hissəsinin qaytarılması öhdəliyi Cavabdeh1 aid edilmiş, ilk iddia və qarşılıqlı iddia ərizələri qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 30 saylı mənzili; “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı 90- NH-065 dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillər; Cavabdeh2 adına rəsmi ləşdirilmiş “VAZ 21214” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil və X3 adına rəsmiləşdirilmiş “X10” minik markalı 99-MA990 dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə əldə etdikləri əmlaklar olduğundan, ilk və qarşılıqlı iddia tələbi onlara aid hissədə əsaslıdır. Cavabdeh1 sonuncu iki avtomobili digər şəxslərin adına özgəninkiləşdirərkən, ümumi birgə mülkiyyətçi olan arvadı İddiaçı razılığını almamış, eyni zamanda bu avtomobillər tərəflər arasında nikaha xitam verilməsi və əmlak bölgüsü tələbi məhkəmə qaydasında mübahisələndirilən zaman özgəninkiləşdirilmişdir. Bu səbəbdən, onunla digər cavabdehlər Cavabdeh2 və X4 arasında qeyd olunan avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələri özü-özlüyündə etibarsızdır, etibarsızlığı ilə bağlı h üquqi nəticələr istisna olmaqla, digər hüquqi nəticələr yaratmır. Bu səbəbdən də həmin alğı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Daha sonra məhkəmə mülki iş materiallarında olan “xASC” və “X12” ASC tərəfindən təqdim edilən hesabdan Çıxarışa və maliyyə arayışlarına istinad edərək, ilkin iddia üzrə iddiaçının borcunun müvafiq olaraq 128.046,20 manat və 312.967,39 manat, habelə 27.850,87 avro təşkil etməsini qeyd etmiş və hesab etmişdir ki, 02 aprel 2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış məbləğin iddia tələbində göstərilən həcmdə hissəsi – 483.105,82 manat vəsaitin 1/2 hissəsinin qaytarılması öhdəliyi Cavabdeh1 aid edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1, 37.3-cü maddələrinə, Mülki Məcəllənin 225.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-ci il tarixli qətnaməsinin ləğv edərək, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)2390/2020 saylı qərardadı ilə İddiaçı “02 aprel 2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483.105,82 manat pulun 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh1 aid edilməsi” tələbinin İddiaçı ilə “X12 Azərbaycan” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi hissəsi ayrıca icraata ayrılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 fevral 2022-ci il tarixli, 2(103)116/2022 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və V.N.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı ilə “X12 X” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv edilmiş, İddiaçı iddiası qismən təmin edilmiş, sonuncunun 2018-ci ilin dekabr ayından sonra “X12 x” QSC-yə həyata keçirdiyi kredit ödənişi məbləğinin ½ hissəsi, yəni 88.000 manat pulun Cavabdeh1 onun xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya i nstansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə x 1996-cı ilin avqust ayında nikaha daxil olmuş, birgə nikahlarından iki uşaqları dünyaya gəlmişdir. 2018-ci ilin sonlarında tərəflərin münasibətləri pozulmuş və sonradan Cavabdeh1 nikahın ləğvi barədə məhkəmədə iddia qaldırmışdır. Tərəflər arasında davam edən hazırkı məhkəmə mübahisəsi üzrə onların birgə nikah dövründə əldə etdikləri əmlakların hüquqi statusuna aydınlıq gətirilmiş və əmlakların bölünməsi ilə bağlı qətnamə artıq qanuni qüvvəsini almışdır. Ailə Məcəlləsinin 37.3, 41.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, İddiaçı ilə “X12 Azərbaycan” QSC arasında 05 noyabr 2013-cü il tarixdə İddiaçı 705.000 manat kredit xəttinin açılması barədə müqavilə bağlanmış, bu müqavilə çərçivəsində ona 03 dekabr 2015- ci il tarixli sazişlə illik 18 faizlə 35 ay müddətinə 398.000 manat, 22 yanvar 2013-cü il tarixli qarantiya müqaviləsi üzrə 50.000 Avro, 17 noyabr 2014-cü il tarixli qarantiya müqavilələri üzrə 100.000 Avro və 75.000 Avro, 19 fevral 2015-ci il tarixli qarantiya müqaviləsi üzrə 50.000 Avro kredit verilmiş, 2018-ci ilin noyabr ayına qədər həmin kreditlər üzrə ümumilikdə 285.832,09 manat ödəniş həyata keçirilmiş, 19 aprel 2019-cu il tarixə onun ümumilikdə 312.967,39 manat və 302.830,87 Avro borcunun qaldığı hesablanmışdır. Tərəflərin ailə münasibətlərinin 2018-ci ili n sonlarında pozulduğu və Cavabdeh1 nikahın ləğvi barədə məhkəmədə iddia qaldırdığı işin müəyyən olunan halıdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “X12 x” QSC sözügedən müqavilələrə istinadla tərəflərə (İddiaçı və Cavabdeh1) qarşı Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq cəmi 397.301,44 manat kredit borcunun İddiaçı tutulmasını və tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 21 saylı evin 30 saylı mənzilinə (tərəflərin bərabər paylarının tanındığı mənzil) yönəldilməsini tələb etmiş, sonradan bankdan göndərilən sənədlər əsasında Bankla İddiaçı arasında əsas borc üzrə 125.045 manat, faiz borcu üzrə 48.955 manat, cəmi 174.000 manat ödəniləcəyi təqdirdə qalan borcun silinməsinə dair razılıq əldə olunmuş, 2018- ci ilin dekabr ayından sonra İddiaçı Banka ümumilikdə 176.000 manat ödəniş həyata keçirdiyi və kredit müqaviləsi üzrə borc öhdəliyinin qalmadığı aydın olmuşdur. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda hesab etmişdir ki, işin hallarına görə “X12 Azərbaycan” QSC-dən götürülmüş kreditləri tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış borc kimi qiymətləndirmək, habelə bu borcun ailənin ümumi ehtiyacları üçün sərf olunduğuna qənaət gətirmək mümkündür və buna görə də həmin borcun bölünməsinə dair İddiaçı iddiası qismən- onun 2018-ci ilin dekabr ayından sonra məhz özü tərəfindən ödənilmiş məbləğə münasibətdə əsaslıdır. Nəzərə alınmalıdır ki, “X12 Azərbaycan” QSC-dən götürülmüş kreditlərin ailənin ümumi ehtiyacları üçün sərf edilməməsi barədə Cavabdeh1 tərəfindən məhkəməyə heç bir sübut tə qdim olunmamış və həmin öhdəlik üzrə onun ipoteka qoyan qismində iştirakı da kreditin tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış borc kimi qiymətləndirilməsini zəruri edir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı müvafiq iddia tələbində Banka qalan borcun bölünməsini tələb etsə də, hazırki halda İddiaçı iddia tələbindən kənara çıxılması mümkündür və Banka ödəmiş olduğu birgə borc məbləğinin Cavabdeh1 aid hissəsini ondan tələb etmək barədə yeni iddia qaldırmaq hüququnu ona izah etmək əvəzinə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin verdiyi imkanı, prosessual qənaət prinsipini və İddiaçı iradə ifadəsinin məzmununu nəzərə almaqla müvafiq nəticəyə gəlinə bilər. Qeyd olunmalıdır ki, İddiaçı müvafiq iddia tələbini irəli sürdüyü zaman Banka olan borc tam ö dənilməmiş və o, məhz bu səbəblə qalıq borcun bərabər hissədə bölünməsi tələbini irəli sürmək məcburiyyətində idi – ötən müddət ərzində isə borc tam şəkildə ödənildiyindən İddiaçı iddia tələbinin, “ödəmiş olduğu borcun Cavabdeh1 aid hissəsinin sonuncudan öz xeyrinə tutulması” kimi qəbul edilməsi məqsədəuyğundur. İddiaçı hazırda baxılan iddia tələbinin predmeti mahiyyət etibarilə nikah dövründə yaranmış borcun bölünməsi, yəni onun bir hissəsinin Cavabdeh1 aid edilməlidir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi və ya işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəm əsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2(102)-3221/2022 saylı qərarı ilə (hakimlər E.Y.Şamayev məruzəçi, E.R.Vəliyeva və A.Ə.Abbasov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 fevral 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi ilə razılaşaraq qeyd etmişdir ki, Ailə Məcəlləsinin 37.3, 41.2-ci maddələrinə uyğun olaraq, ər-arvaddan birinin nikah dövründə yaranmış borclarının bölgüsü üçün həmin borcların ümumi olmasın ın və ailənin ümumi ehtiyacları üçün xərclənməsinin sübuta yetirilməsi zəruridir. Tərəflərdən hansının götürməsindən asılı olmayaraq ər-arvadın hər hansı birinin borcu yalnız o, halda onların payına uyğun bölünə bilər ki, bu borcun ailənin ümumi ehtiyacları üçün sərf olunduğu müəyyən və sübut edilmiş olsun. Ailə ehtiyacları üçün istifadə edilən vəsaitin anlayışı və tərkibi qanunla müəyyən edilməsə də, təcrübədə bu vəsaitə ailə həyatının gərəkli səviyyədə saxlanılması üçün məsrəf olunan vəsait - yaşayış, qida, paltar, tibbi və hüquqi xidmətə sərf olunan xərclər, birgə yaşayış üçün alınan mənzil (və ya yaşayış sahəsi), uşaqların təhsil haqqı, birgə kommersiya fəaliyyəti və sair daxil edilir. Lakin məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi özünün də ifadə etdiyi hazırki qərarın 35-ci bəndində qeyd olunan mövqeyə əsasən qətnaməni əsaslandırmamışdır. Belə ki, iddiaçı alınan kreditin ailənin ehtiyacları üçün sərf olunduğunu iddia etdiyi halda, cavabdeh həmin vəsaitin iddiaçının biznes fəaliyyətinə və ailədən kənar (qohumlarının borclarının ödənilməsinə) yönəldilməsini bildirir. Məhkəmə kollegiyasının qənaətinə görə alınan borcun təyinatını kredit müqaviləsi ilə müəyyən etmək mümkün olduğu halda, mülki iş materiallarına kredit müqaviləsinin surəti əlavə olunmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsinin sorğusuna əsasən “X12 Azərbaycan” QSC-nin 17 yanvar 2022-ci il tarixli məktubunda iddiaçıya verilmiş kredit vəsaitləri barədə məlumat verilməklə qeyd olunmuşdur ki, “İddiaçı (X) 2015-ci ildə iqtisadi böhrandan mənfi təsirlənmişdir. Bu səbəbdən də zəmanət məktubları üzrə kompensasiya tələbi daxil olub, dövriyyə vəsaiti kredit xəttinin ödənilməsində gecikmələr olmuşdur. Ən son olaraq qeyri nağd və nağd kreditlər 2017-ci ildə restrukturizasiya edilib. 2017-ci ilin may ayında cəmi 636.000 manat əsas kredit borcundan 450.000 manat hissəsi İddiaçı o, zamankı şəriki Əfqan Həmidova verilib və bu məbləğ 2 il ərzində Əfqan Həmidov tərəfindən tam məbləğdə ödənilib. İddiaçı (X) üzrə qalan 186.000 manat əsas borcun 61.000 manatı məhkəməyə müraciət olunan günə kimi ödənilməmişdir”. Həmin məktubun sonunda İddiaçı 3 sahibkarlıq və 2 fiziki şəxs hesabları üzrə məlumatlar qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının başqa şəxslərlə şərikli olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması və alınan borcun bir hissəsinin məhz sahibkarlıq fəaliyyətindən irəli gələrək alınması Bankın təqdim etdiyi məlumatda əks olunmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin qeyd olunan halları və cavabdehin apellyasiya şikayətinin bununla bağlı dəlilləri, o cümlədən alınan kreditin təyinatı araşdırılmamış, kredit sahibkarlıq fəaliyyəti ilə bağlı alındığı halda isə onun ailənin ümumi ehtiyaclarına aid edilməli olması məsələsinə hüquqi qiymət verilməmiş, yalnız kreditlərin ailənin ümumi ehtiyacları üçün sərf edilməməsinin cavabdeh tərəfindən sübut edilməməsinə istinad edilməklə iddia mübahisələndirilən hissədə təmin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunan qaydada mübahisəni həll edən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 14.2, 88, 217.3, 217.4 və 218.1-ci maddələrinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2(103)774/2023 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, C.C.Musayeva və R.M.Həsənov) apellyasiya şikayətinin hazırki apellyasiya baxışının predmeti olan hissəsi təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı 02 aprel 2019-cu il tarixə “X12 X” QSC-yə yaranmış borcunun 1/2 hissəsinin Cavabdeh1 aid edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələbin apellyasiya baxışının predmeti olan hissəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında davam edən hazırki məhkəmə mübahisəsi üzrə onların birgə nikah dövründə əldə etdikləri əmlakların hüquqi statusuna aydınlıq gətirilmiş, əmlakların bölünməsi ilə bağlı qətnamə artıq qanuni qüvvəsini almışdır ki, bu hal hazırki apellyasiya baxışında müzakirə edilmir və artıq işin mübahisəsiz halını təşkil edir. Tərəflər arasında mübahisə doğuran məsələ İddiaçı birgə nikah dövründə “X12 X” QSC-dan götürdüyü kredit vəsaitinin ailənin ümumi ehtiyaclarına sərf edib-etməməsi məsələsidir. Belə ki, İddiaçı qeyd olunan kreditin ailənin ehtiyacları üçün alındığını iddia edərək, onunla Cavabdeh1 arasındakı ailə münasibətləri pozulduqdan sonra qalan borcun onların arasında bölünməsini xahiş edir. Cavabdeh1 isə borcun ailəyə deyil, i ddiaçının şəxsi ehtiyaclarına– kommersiya fəaliyyətinin inkişafına sərf olunduğunu bildirərək iddianı qəbul etmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ər-arvaddan birinin nikah dövründə yaranmış borclarının bölgüsü üçün həmin borcların ümumi olduğunun və ailənin ümumi ehtiyacları üçün xərcləndiyinin sübuta yetirilməsi zəruridir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı məhkəmə tərəfindən İddiaçı ilə “X12 X” QSC arasında bağlanmış 05 noyabr 2013-cü il tarixli “kredit xəttinin açılması barədə müqavilənin” və həmin müqaviləyə “əlavələrin”, o cümlədən 03 dekabr 2015-ci il tarixli “kredit sazişin” surətləri İddiaçı vəkili (nümayəndəsi) tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin müqavilədən, əlavələrdən və sazişdən görünür ki, İddiaçı on ları sahibkarlıqla məşğul olan fiziki şəxs kimi (VÖEN: **********) imzalamış və kredit İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı verilmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən “X12 X” QSC-nin verdiyi 17 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı başqa şəxslərlə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və alınan borcun bir hissəsi məhz sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 mövqeyi ilə razılaşaraq bildirmişdir ki, İddiaçı “X12 x” QSC-dən götürdüyü kreditin ailənin ehtiyaclarına sərf etdiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Nəzərə alınsa ki, İddiaçı ilə “X12 X” QSC arasında bağlanmış kredit xətti, razılaşma və əlavə müqavilələrdə İddiaçı kre diti özünün kommersiya fəaliyyəti üçün götürdüyünü qeyd etmişdir. Ona görə də əgər kreditin bir hissəsi ailənin ehtiyaclarına sərf olunubsa, bu halı mütləq qaydada, məhz İddiaçı sübuta yetirməlidir. Bu hal sübuta yetməyincə iddia tələbi əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 37.3, 41.2ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı X kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və X 2018-ci ilin dekabr ayından sonra “X12 x” QSC-nə ödədiyi kredit ödən işi məbləğinin ½ hissəsinin, yəni 88.000 manat pulun Cavabdeh1 onun xeyrinə tutulmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailə təm təraqlı, rifahlı həyat tərzi sürüb, tez-tez xarici ölkələrə istirahətə gedib, övladları X2 tanınmış universitetdə ödənişli təhsil alıb. Əgər bütün bu xərclər bu kreditin bir hissəsi hesabına ödənilməyibsə, onda Cavabdeh1 bu xərclərin hansı gəlirlər hesabına ödənilməsinə dair sübutlar təqdim etməli idi. Hazırda mübahisələndirilən qətnamənin 29-cu bəndində qeyd edilir ki, “həmin müqavilədən, əlavələrdən və sazişdən görünür ki, İddiaçı onları sahibkarlıqla məşğul olan fiziki şəxs kimi (VÖEN: **********) imzalamış və kredit İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı verilmişdir.” Verilən heç bir kreditin təyinatında onun ailə xərcləri üçün verilməsi qeyd oluna bilməz. Göründüyü kimi, qarşı tərəf müxtəlif fikirlər səsləndirməklə, məhkəməni işin mahiyyətindən yayındırmış və heç bir dəlilə, sübuta əsaslanmayan faktlar əsasında qətnamə qəbul edilməsinə nail olmuşdur. Hazırki işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları apellyasiya şikayətinin 5-ci bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tə rəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 3 7.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə İddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tə tbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər 1996-cı ilin avqust ayında nikaha daxil olmuşlar və onların birgə nikahından iki uşaqları doğulmuşdur. “X12 X” QSC-nin iddia ərizəsinə və maliyyə arayışlarına əsasən həmin QSC və iddiaçı arasında 05 noyabr 2013-cü il tarixdə kredit müqaviləsi bağlanaraq, sonuncuya 36 ay müddətinə 150.000 manat kredit xətti açılmış və 03 dekabr 2015-ci il tarixli razılaşmaya əsasən kredit xəttinin məbləği 705.000 manat, müddət isə 05 noyabr 2018-ci ilədək müəyyən edilmişdir. “X12 x” QSC tərəfindən iddiaçıya 03 dekabr 2015-ci il tarixli sazişə əsasən 35 ay müddətinə, illik 18 faizlə 398.000 manat, 22 yanvar 2013-cü il tarixli qarantiya müqaviləsi üzrə 50.000 Avro, 17 noyabr 2014-cü il tarixli qarantiya müqavilələri üzrə 100.000 Avro və 75.000 Avro, 19 fevral 2015-ci il tarixli qarantiya müqaviləsi üzrə 50.000 Avro kredit verilmişdir. 19 aprel 2019-cu il tarixə Banka iddiaçının ümumilikdə 312.967,39 manat və 302.830,87 Avro borcunun qaldığı müəyyən edilmişdir. Bundan sonra “X12 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, cəmi 397.301,44 manat kredit borcunun İddiaçı tutularaq Banka ödənilməsi və tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 21 saylı evin 30 saylı mənzilinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12 noyabr 2021-ci il tarixdə Bankla iddiaçı arasında razılıq əldə olunmuş, Banka iddiaçı ümumilikdə 176.000 manat ödəniş həyata keçirmiş və kredit müqaviləsi üzrə qalan borc öhdəliyi silinmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, tərəflər arasında davam edən hazırki məhkəmə mübahisəsi üzrə onların birgə nikah dövründə əldə etdikləri əmlakların hüquqi statusuna aydınlıq gətirilmiş, əmlakların bölünməsi ilə bağlı qətnamə artıq qanun i qüvvəsini almışdır ki, bu hal hazırki apellyasiya baxışında müzakirə edilmir və artıq işin mübahisəsiz halını təşkil edir. Tərəflər arasında mübahisə doğuran məsələ iddiaçının birgə nikah dövründə “X12 Azərbaycan” QSC-dan götürdüyü kredit vəsaitinin ailənin ümumi ehtiyaclarına sərf edib-etməməsi məsələsidir. Belə ki, iddiaçı qeyd olunan kreditin ailənin ehtiyacları üçün alındığını iddia edərək, onunla cavabdeh arasında ailə münasibətləri pozulduqdan sonra qalan borcun onların arasında bölünməsini iddia edir. Cavabdeh isə borcun ailəyə deyil, iddiaçının şəxsi ehtiyaclarına– kommersiya fəaliyyətinin inkişafına sərf olunduğunu bildirərək iddianı qəbul etmir. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya şikayətinin dəlirllərini araşdırıb qeyd etmişdir ki, ər-arvaddan birinin ni kah dövründə yaranmış borclarının bölgüsü üçün həmin borcların ümumi olduğunun və ailənin ümumi ehtiyacları üçün xərcləndiyinin sübuta yetirilməsi zəruridir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı məhkəmə tərəfindən iddiaçı ilə “X12 Azərbaycan” QSC arasında bağlanmış 05 noyabr 2013-cü il tarixli “kredit xəttinin açılması barədə müqavilənin” və həmin müqaviləyə “əlavələrin”, o cümlədən 03 dekabr 2015-ci il tarixli “kredit sazişinin” surətləri iddiaçının vəkili (nümayəndəsi) tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin müqavilədən, əlavələrdən və sazişdən görünür ki, iddiaçı sözügedən krediti sahibkarlıqla məşğul olan fiziki şəxs kimi (VÖEN: **********) imzalamış və kredit ona məhz sahibkarlıq fəaliyyəti ilə bağlı verilmişdir. Eyni zamanda, apellyasiy a instansiyası məhkəməsinin sorğusuna əsasən “X12 Azərbaycan” QSC-nin verdiyi 17 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı başqa şəxslərlə də şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və alınan borcun bir hissəsi məhz sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı, “X12 X” QSC-dən götürdüyü kreditin ailənin ehtiyaclarına sərf etdiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Nəzərə alınsa ki, iddiaçı ilə “X12 X” QSC arasında bağlanmış kredit xətti, razılaşma və əlavə müqavilələrdə o, krediti məhz özünün kommersiya fəaliyyəti üçün götürdüyünü qeyd etmişdir. Ona görə də əgər kreditin bir hissəsi ailənin ehtiyaclarına sərf olunubsa, bu halı mütləq qaydada, məhz iddiaçı sübuta yetirməlidir. Bu hal sübuta yetməyincə isə iddia əsaslı hesab edilə bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı x kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2(103)-774/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar