Məhkəmə qərarları › İş №2(102)-2705/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2705/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2705/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində pulun tutulması, lizinq obyektinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-211/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən İddiaçı MMC mülkiyyətində olan və dəyəri 16000 manat olan “VOLKSWAGEN” markalı “PASSAT CC” moddelli **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. Cavabdeh1 isə öz növbəsində 11.200 manat məbləğində borcu illik 30 faiz olmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməsin i öhdəsinə götürmüşdür.

2. Cavabdeh1 öhdəliklərinin təmini üsulu kimi Cavabdeh2 ilə İddiaçı MMC arasında 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı/ZM-01 saylı zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 digər Cavabdeh1 İddiaçı MMC qarşısında götürdüyü öhdəliklərin məsuliyyətini öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ekolizinq“ MMC-nin mülkiyyətində olan “VOLKSWAGEN” markalı “PASSAT CC” moddelli **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh1 istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8534 manat əsas borcun, 1460 manat lizinqdən istifadəyə görə faiz borcunun, 97 0 manat hesablanmış penya borcunun, cəmi 10964 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 daxili lizinq müqaviləsinin şərtlərinə tam əməl etməmiş, mütəmadi hər ay ödəniş etməli olduğu halda ödəniş etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan imtina etmişdir. Müqavilə şərtlərini pozduğuna görə Cavabdeh1 dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh1 iddiaçıya xx.xx.2020-ci il tarixə 8534 manat əsas lizinq borc u, 1460 manat lizinqdən istifadəyə görə faiz borcu, 970 manat hesablanmış penya borcu, cəmi 10964 manat borcu qalmaqdadır. Eyni zamanda Cavabdeh1 öhdəliklərinin təmini üsulu kimi Cavabdeh2 ilə iddiaçı arasında 02 noyabr 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəliklərin məsuliyyətini öz üzərinə götürmüşdür..

5. Cavabdeh X1 birinci instansiya məhkəməsində iddiaya qarşı etiraz edərək, bildirmişdir ki, MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli daxili lizinq müqaviləsi üzrə o, Raula zamin durmuşdur. Həmin müqavilə üzrə “Volkswagen“ markal “Passat CC“ model **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı öz mülkiyyətinə keçirərək Raula vermişdir. Hazırda avtomobil qəzaya düşdüyündən əzilmiş, müqavilə üzrə b orcun ödənilməsi üçün avtomobilin onlarda qalması daha məqsədəmüvafiqdir. Bundan başqa MMC tələb etdiyi əsas, faiz və cərimə borclarını həddən artıq şişirdilmiş həcmdə hesablamışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/3265 saylı ekspert rəyinə görə iş materiallarında olan çıxarış məlumatları 2 noyabr 2018-ci il tarixli 1801/0479 saylı daxili lizinq müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 sual üzrə 7.07.2020-ci il tarixə İddiaçı MMC-yə əsas borcu (lizinq məbləği) 8.518,44 manat, faiz borcu (lizinq mükafatı) 1654 manat, cəmi borcu 10172,44 manat məbləğində müəyyən edilir.

7. Sabirabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 oktyabr 2021-ci il tarixli, 2(0 56)-41/2021 saylı qətnaməsi ilə (hakim N.A.Bağırov) iddia qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli 1801/0479 saylı Daxili lizinq Müqaviləsindən yaranmış 8518,44 manat əsas borc, 1654 manat faiz borcu və 10 manat cərimə (dəbbə) borcu, ümumilikdə isə 10.182,44 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı MMC-yə ödənilməsi, Daxili lizinq Müqaviləsi üzrə lizinq obyekti olan “VOLKSWAGEN” markalı “PASSAT CC” moddelli **-PV-*** dövlət qeydiyyat nişanlı (ban:WVWMP7AN0CE528533, buraxılış ili: 2011, rəngi: qara metalik, tip: sedan) avtomobilin İddiaçı MMC-yə geri qaytarılması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə onların iddiaçıya borcu yaranmışdır.

9. Məhkəmə əsas və faiz borcunu ekspertiza rəyində göstərilən məbləğdə təmin etmiş, tələb edilən 9100 manat dəbbə pulunu əsas borca tənasübsüz yüksək hesab edərək Mülki Məcəllənin 467-ci maddəsini əsas götürərək dəbbə pulunu 10 manata azaltmışdır.

10. Məhkəmə həmçinin iddia tələbinin lizinq obyekti olan avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması hissəsini də əsaslı hesab edərək təmin etmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385, 386, 448.1, 449.4, 462.1, 462.3, 467, 747.1, 747-1.2 və 7482.1-ci maddələrinə istinadla əsaslandırmışdır. A pellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan ekspert rəyi ilə razı deyildir. Bundan başqa lizinq obyekti olan avtomobilin iddiaçıya qaytarılması təmin edildiyi halda əsas borcun, cərimənin də tutulması qanunsuz olmuşdur.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi 2(106)-925/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.A.Zeynalov (sədrlik edən və məruzəçi), T.X.Heydərov və T.S.Kərimov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli 1801/0479 saylı Daxili lizinq Müqaviləsindən yaranmış 3841 manat əsas borc, 1460 manat mükafat, 50 manat cərimə (dəbbə) borcu, ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi, cəmi 5371 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı MMC-in xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 36 ay müddətinə bağlanmış 02 noyabr 2018-ci il tarixli daxili lizinq müqaviləsinin müddəti 02 noyabr 2021-ci il tarixdə başa çatır, iddia ərizəsi isə 07 iyul 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. İddiaçı, tərəflər arasında bağlanmış lizinq m üqaviləsinin ləğv edilməsi barədə tələb irəli sürmədən avtomobilin Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, cavabdehlərdən iddiaçının xeyrinə 8534 manat əsas lizinq borcun, 1460 manat lizinqdən istifadəyə görə faiz borcunun, 970 manat hesablanmış penya borcunun, cəmi 10964 manat borcun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

16. Birinci instansiya məhkəməsi əsassız olaraq hesab etmişdir ki, Cavabdeh1 sahibliyinə və istifadəsinə (lizinqə) verilmiş avtomobilin haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur, cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir, ona görə də, İddiaçı MMC lizinq obyekti olmuş avtomobilin müqavilə üzrə ödənilməmiş hi ssəsinin tələb etməsində tam haqlı olmuşdur.

17. İddiaçı tələbində tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsini tələb etməmiş və lizinq müqaviləsi ləğv edilmədən lizinq obyekti olan avtomobilin iddiaçıya qaytarılmasının tələb edilməsi və həmin hissədə iddianın təmin edilərək 02 noyabr 2018-ci il tarixli Daxili lizinq Müqaviləsi üzrə lizinq obyekti olan avtomobilin İddiaçı MMC-yə geri qaytarılması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması işin faktiki və hüquqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq müqavilə müddəti bitmədən və tərəflər arasında bağlanmış müqavilənin ləğvi barədə tələb olmadan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanm ış Daxili lizinq Müqaviləsindən yaranmış 8518,44 manat əsas borcun, 1654 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 386.1, 448.1, 449.4, 462.3, 465.2, 747.1, 747-1.2 və 748-2.1-ci maddələrinə, “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 2021-ci il 04 iyun tarixli Qərardadında, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Kon stitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci tarixli“Qərarın ifadə edilmiş hüquqi mövqelərə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli Qərarlarının məzmunundan məlum olur ki, lizinq verən həm verilmiş lizinq məbləğin i, lizinq məbləğinə uyğun hesablanmış faiz və dəbbə pulunu tələb etməkdə, həm də lizinq obyektini geri qaytarılmasını tələb etməkdə haqlıdır. Lizinq verənə bütün ödəniş məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və lizinq müqaviləsinə vaxtından əvvəl ləğv etməyə hüquq verən əsaslar müəyyən edilmişdir. Həmin əsaslardan biri lizinq alan borcunu tam şəkildə lizinq verənə ödəməyə borcludur. Lakin apellyasiya instansiyası məhkəməsi əsassız olaraq lizinq alanın borcunu azaltmışdır. Apellyasiya instansiya məhkəməsi Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulan məbləğ 5.371 manat müəyyən edərkən adi riyazi vurma əməliyyatını belə düzgün apara bilməyərək səhvə yol vermişdir. Yəni (19 ay x 476=9044) 9044 manat elədiyi halda məhkəmə kollegiyası 5.371 manat rəqəmini hardan, necə çıxardığı məl um deyil, Əsas lizinq məbləği olan 11200 manatı isə hansı əsasla təmin etmədiyini qeyd etməmişdir. Əgər məhkəmə 5371 manat pul vəsaitini tutursa belə olan halda mövcüd Mülki Qanunvericiliyə, Ali və Konstitusiya Məhkəmələrinin Plenumlarının Qərarlarına əsasən lizinq obyektini də iddiaçıya qaytarmalı idi. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğvini istəsə də heç bir sübut təqdim etməmişdir. Hətta ekspertizanın rəyindən razı qalmadığını göstərsə də, həmin rəyi nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiya məhkəməsində mübahisələndirməmişdir. Hətta apellyasiya instansiyasında öz şikayətini müdafiə etmək üçün heç bir üzrlü səbəb təqdim etmədən iştirak etməmişdir. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsində ekspertin rəyi ilə razılaşmamış, lakin MPM-nin 103.1-ci maddəsinin tələblərini pozaraq həmin rəyi nə üçün sübut kimi qəbul etmədiyini göstərməmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4862/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər M.T.Əhmədova (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov və Ə.Ə.Əliyev) kasasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməsi mübahisələndirilən hissədə - yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin rədd olunan hissələrində ləğv edilmiş və mülki iş ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

23. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına əsasən tərəflər arası nda lizinq müqaviləsi bağlanmış, cavabdeh – lizinq alan Cavabdeh1 müqavilə üzrə öhdəlikləri tam icra etməmiş, onun borcu yaranmışdır.

24. Birinci instansiya məhkəməsi əsas və faiz borcunu ekspertiza rəyində göstərilən məbləğdə təmin etmiş, tələb edilən 9.100 manat dəbbə pulunu əsas borca tənasübsüz yüksək hesab edərək Mülki Məcəllənin 467-ci maddəsini əsas götürərək dəbbə pulunu 10 manata azaltmışdır.

25. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya instansiyası məhkəməsi cavabdehlərdən 3841 manat əsas borc, 1.460 manat mükafat, 50 manat cərimə (dəbbə) borcu, ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi, cəmi 5.371 manatın pulun tutulmasını qət etmiş, lakin məhkəmə həmin məbləğin hansı qaydada hesabladığını, əsas borcun və mükafat məbləğin nəyə görə məhz həmin məbləğlər də tutulmasını qətnamədə əsaslandırmamışdır.

26. Halbuki, Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 27. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsas landırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir“(Kuznetsov və digərlərinin işi üzrə“21 yanvar 2007-ci il tarixli qər ar;“Hiro Bilaninin işi üzrə“9 dekabr 1994-cü il tarixli qərar).”.

28. Bundan başqa məhkəmə birinci instansiya məhkəməsinə təqdim edilmiş ekspert rəyini nə üçün sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əs aslandırmalıdır.

30. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

31. Bundan başqa birinci instansiya məhkəməsi dəbbə pulunu 10 manata azaltmış, iddiaçı tələbin rədd edilən hissəsindən apellyasiya şikayəti verməmişdir. İşə cavabdehin apellyasiya şikayəti əsasında baxan apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız iddia tələbinin təmin olunan hissəsini yoxlamalı olduğu halda, dəbbə pulu hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və bu barədə iddiaçının hər hansı tələbi olmadığı halda birinci instansiya məhkəməsinin müəyyən etdiyi 10 manat dəbbə pulunu 50 manat qaldırm ışdır. Bununla da məhkəmə apellyasiyanın həddlərinə əməl etməmiş, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahildiyi pozulmuşdur.

32. Baxılan işdə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd edilən hissəsində müahisələndirilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi qətnamənin həmin mübahisələndirilməyən hissəsi ilə bağlı hüquqi qiymətləndirmə aparmış, qətnaməni bütövlükdə ləğv etmiş və yeni qətnamə qəbul edərək iddia tələbini dəbbə pulu hissədə qismən təmin edərək dəbbə pulunu 50 manata artırmışdır. Bununla da məhkəmə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur ki, bu da öz növbəsində ilk iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsindən apellyasiya şikayəti vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırılması ilə nəticələnmişdir.

33. Bundan başqa apellyasiya instansiyası məhkəməsi lizinq obyektinin qaytarılması hissəsində tələbi rədd edərkən iddiaçının məhkəməyə müraciət edərkən müqavilənin vaxtının hələ bitməməsini, iddiaçının müqavilənin ləğv olunması barədə tələb irəli sürməməsini göstərmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi bu mövqeyi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 748-12.1 və 748-1.12.4-cü maddələrində qanunverici lizinq verənə (mülkiyyətçiyə) lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinə nəzarət etmək hüququ, lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olar aq iki dəfədən artıq ödənilmədiyi halda“pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vermişdir.

35. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən tərəflər arasında bağlanmış müqavilənin vaxtı bitmişdir.

36. Bundan başqa cavabdeh ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişlərini etmədiyi üçün iddiaçının pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququ artıq yaranmış və iddiaçı bu tələblə artıq məhkəməyə müraciət etmişdir.

37. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddiaçının bu iradəsini müqavilənin ləğvi tələbini özündə ehtiva edib-etməməsinə hüquqi qiymət verməmişdir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, cavabdehlər də müqavilənin icrası ilə bağlı heç bir addım atmamış, müqavilə münasibətləri artıq faktiki olaraq xitam edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-211/2023 nömrəli iş üzrə 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.İ.Mayılov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və P.T.Əhmədov) iddiaçının apellyasiya şikayəti baxılan hissədə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən müştərək qaydada 8518,44 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması və lizinq obyekti olan avtomobilin iddiaçıya qaytarılması hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində əsas borc üzrə 8534 manat tələb edilsə də və əsas borc məbl əğinin təsdiqi üçün isə iddiaçının özü tərəfindən tərtib edilmiş maliyyə arayışları təqdim edilsə də, birinci instansiya məhkəməsi haqlı olaraq əsas borc məbləğinə dair hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 18 iyun 2021-ci il tarixli, 9/3265 nömrəli rəyinə əsaslanaraq, əsas borc tələbinə dair hissədə iddianı qismən – yəni 8518,44 manat olaraq təmin etmişdir.

40. Cavabdeh1 apellyasiya şikayətində ekspert rəyi ilə borc məbləğinin düzgün müəyyən edilməməsini və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinin zəruri olduğunu bildirsə də, ekspertizanın zəruriliyini əsaslandıra bilməmiş və sadəcə formal mülahizələrlə kifayətlənmişdir. Halbuki, ekspert rəyi ilə borc məbləği müəyyənləşdirilərkən iş material larında olan hesabdan çıxarış məlumatlarına və daxili lizinq müqaviləsinin şərtlərinə əsaslanılmışdır.

41. Məhkəmə kollegiyası məhkəmə mühasibatlıq sahəsində xüsusi biliyə malik olan ekspert tərəfindən verilmiş həmin rəylə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin əsas borca dair hissəsində 8518,44 manat məbləğində təmin edildiyindən və bu məbləğ mötəbər ekspert rəyi ilə təsdiq edildiyindən, lizinq alan Cavabdeh1 öhdəliklərinin lazımi qaydada icra edilməsi üçün zamin Cavabdeh2 lizinq verən qarşısında lizinq alanla birgə məsuliyyət daşıdığından, əsas borca dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuş və qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası lizinq obyekti olan avtomobilin iddia çıya qaytarılması tələbinə dair hissədə aşağıdakıları qeyd etməyi zəruri saymışdır: Lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsinin 14.1.3-cü bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmədikdə və ya iki dəfə ödənişi gecikdirdikdə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. İş materialları ilə lizinq alanın xx.xx.2019-cu il tarixindən etibarən müqavilə üzrə lizinq ödənişlərini ümumiyyətlə həyata keçirmədiyi müəyyən edildiyindən, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına birtərəfli qaydada xitam verilməsi ilə bağlı lizinq verənin müqaviləyə əsaslanan s ubyektiv hüququ yaranmışdır.

43. İddiaçının sözügedən subyektiv hüququ həm də Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsaslanır. Belə ki, həmin maddəyə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qeyd edilən normanın da mənasından göründüyü kim, lizinq müqaviləsi üzrə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququna əsaslanaraq məhkəmə qaydasında iddia irəli sürməsinə dair lizinq verənin iradəsi müqavilənin ləğvi tələbini də özündə ehtiva edir. Bu halı MM-in 748-1.12.4-cü maddəsinin mətnində istifadə edilmiş “bun unla da” ifadəsi də təsdiq edir. Belə ki, həmin ifadə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququnun irəli sürülməsinin əslində müqavilənin vaxtından əvvəl ləğvinin tələb edilməsi mənasına gəldiyini göstərir.

44. Bundan əlavə, nəzərə alınmalıdır ki, hazırkı mülki iş əvvəlki apellyasiya baxışında olarkən, yəni 02 noyabr 2021-ci il tarixində bağlanmış daxili lizinq müqaviləsinin vaxtı bitmişdir. Sonuncu ödəniş tarixi olan 14 noyabr 2019-cu il tarixindən etibarən cavabdehlər tərəfindən də müqavilənin icrası ilə bağlı heç bir addımın atılmaması, tərəflər arasındakı müqavilə münasibətlərinin artıq faktiki olaraq xitam edildiyini göstərir.

45. Lakin Cavabdeh1 apellyasiya şikayətində bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixində saat 21 radələrində Sabirabad rayonu, Kürkən di kəndində sərxoş vəziyyətdə idarə etdiyi “Volkswagen Passat CC” sport-minik markalı, **-PV-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarə etməni itirərək, yolun kənarında olan piyada zolağını keçmiş və işıq dirəyinə dəyərək yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Sabirabad RPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2019-cu il tarixli, İXP ******* nömrəli protokol tərtib edilərək inzibati tənbeh tətbiq edilməsi üçün məhkəməyə göndərilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(056)-673/2019 saylı qərarına əsasən o, İXM-in 332.1 və 333.3-cü maddələri ilə təqsirli bilinmiş və həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ iki il mü ddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə edilmişdir. Avtomobil isə yararsız hala düşmüşdür.

46. Apellyasiya instansiyası məhkəməsi onu vurğulamağı zəruri hesab etmişdir ki, daxili lizinq müqaviləsinin 5.4 və 6.1-ci maddələrinə müvafiq olaraq, müqavilə üzrə öhdəliklər tam icra edilənədək lizinq obyektinə mülkiyyət hüququ lizinq verənə məxsusdur. Lakin müqavilə üzrə müəyyənləşdirilmiş ümumi lizinq müddəti ərzində lizinq alan öz öhdəliklərini tam icra etmədiyindən lizinq obyekti lizinq verənin mülkiyyətində qalmaqda davam etmişdir və hal-hazırda da lizinq verənin mülkiyyəti hesab edilir.

47. Cavabdeh apellyasiya şikayətində həmçinin bildirmişdir ki, avtomobilin iddiaçıya qaytarılması halında hər hansı digər tələbin qalmaması zəruridir. Halbuki, tərəflər arasında bağlanmış daxil i lizinq müqaviləsinin 14.4-cü bəndinə əsasən, lizinq obyektinin lizinq alanın sahiblik və istifadəsindən geri alınması lizinq alanın müqavilə üzrə öhdəliklərinin ləğvinə səbəb olmur. Mülki Məcəllənin lizinq alanın məsuliyyətini nəzərdə tutan 750-ci maddəsində qeyd olunur ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

48. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən bildirmişdir ki, iddia tələbinin lizinq obyekti olan avtomobilin qaytarılmasına dair hissəsində də birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək, 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan “Volkswagen” markalı, “Passat CC” modelli, **-PV-*** qeydiyyat nişanlı (ban: WVWMP7AN0CE528533, buraxılış ili: 2011, rəngi: qara metalik, tip: sedan) avtomobilin İddiaçı MMC-yə geri qaytarılması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulmasını qət etmişdir.

49. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən əsas borcun qismən – 8.518,44 manat məbləğində təmin edilməsi və lizinq obyektinin onun mülkiyyətçisi olan iddiaçıya qaytarılmasına dair gəldiyi nəticə maddi və prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən baxılan hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyə ti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamənin baxılan hissəsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

50. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Hesab edir ki, iddiaya maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması tərəflər arasında bağlanılmış kredit müqaviləsinə əsasən kredit ödənişlərinin əsas və faiz borcları üzrə bölüşdürülməsinə dair müəyyən olunmuş qaydanın pozulmasına qiymət verilməməsi, məhkəmə qətnaməsi ilə ödənilməsi tələb olunan faiz və cərimə borclarının düzgün hesablanmamasının nəzərə alınmaması, bununla da mülkiyyət hüququnun pozulmasında ifadə olunur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində obyeltiv həqiqəti ifadə edən faktiki hallar nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qətnamə qəbul edilmişdir. Məhkəmənin gəldiyi işin faktiki hallarına uyğun olmamaqla, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıx arılmış və bununla da MPM-in 77, 88, 217, 218 və 220-ci maddələrinin pozuntusuna yol verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə

53. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur.Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

54. Maddə 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.

55. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.

56. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:

57. Maddə 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin tə yinatına uyğun deyilsə.

58. Maddə 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə;

33. Maddə 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə.

59. Maddə 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. MPM

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır.

67. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən 8518, 44 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması və lizinq obyekti olan avtomobilin iddiaçıya qaytarılması hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

70. Birinci kassasiya icraatı zamanı apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddianın rədd olunmuş hissəsində ləğv olunmuş və yeni baxışa qaytarılmışdır. Bu hissələrə əsas borcun, mükafatın və lizinq obyektinin geri qaytarılması ilə bağlı təmin olunmayan hissələr daxildir.

71. Əsas borcla bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə bu hissədə borc 8518,44 manat məbləğindədir, təmin olunmuş məbləğ möhtəbər ekspert rəyi ilə təsdiq edilir, lizinq alan Cavabdeh1 öhdəliklərinin lazımi qaydada icra etməməsi və həmin təmin olunmuş hissədə tələ b hüququnun mövcud olması aşkardır. Beləliklə, apellyasiya instansiya məhkəməsi haqlı olaraq əsas borc məbləğinə dair hissədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılamışdır.

72. Bu hissədə apellyasiya instansiya məhkəməsinin nəticəsi işin araşdırılmış hallarına uyğundur, qətnamənin ləğv və dəyişdirilməsi üçün əsaslar mövcud deyil.

73. Lizinq obyektinin geri qaytarılması ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, lizinq verən ilə lizinq alan arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsinin 14.1.3-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmədikdə və ya iki dəfə ödənişi gecikdirdikdə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtə rəfli qaydada xitam verilə bilər. İş materialları ilə lizinq alanın xx.xx.2019-cu il tarixdən etibarən müqavilə üzrə lizinq ödənişlərini ümumiyyətlə həyata keçirmədiyi müəyyən edildiyindən, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına birtərəfli qaydada xitam verilməsi ilə bağlı lizinq verənin müqaviləyə əsaslanan subyektiv hüququ yaranmışdır.

74. İşin halları ilə müəyyən olunur ki, lizinq obyektinin ümumi dəyəri 16000 manat olmuşdur. Lizinq obyektini iddiaçı öz mülkiyyətinə alaraq Cavabdeh1 sahiblik və istifadəsinə vermişdir. Lizinq alan avans məbləğini (4.800 manat) ödədikdən sonra 11.200 manat lizinq məbləğində borcu illik 30 faiz olmaqla 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin 2 saylı əlavəsində lizinq məbləğinin 11.200 manat, aylıq ödənişi n 475,46 manat, son ödəniş tarixinin isə xx.xx.2021-ci il olması qeyd olunmuşdur.

75. İddiaçının tələbi 8534 manat əsas lizinq borcu, 1.460 manat lizinqdən istifadəyə görə mükafat olmuşdur.

76. Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən 4800 manat avans ödənilmiş, 11200 manat lizinq məbləğinin son ödəniş tarixinə, yəni xx.xx.2019-cu il tarixə ümumilikdə 5961,0 manat hsssə (3279,45 manat faiz, 2681,55 manat əsas borc məbləği )ödənilmiş, qalıq məbləğ 8518,44 manat təşkil edir.

77. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, lizinq verən olan iddiaçı müqavilə müddət ərzində ödənilməli olan bütün lizinq məbləğini, tələb irəli sürülən müddət üzrə isə mükafat məbləğini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən təyin ol unmuş ekspertizanın nəticəsi olaraq verilmiş rəylə isə əsas borc məbləğinin 2681,55 manat hissəsinin ödənildiyi, tələb olunmalı olan tam lizinq məbləğinin isə 8.518,44 manat olduğu müəyyən olunmuşdur. Həmin məbləğlər nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunmuş, sonuncu apellyasiya icraatın da isə həmin hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmış və iddiaçı isə bu hissələrlə bağlı kassasiya şikayəti verməmişdir.

78. Belə olan halda isə müqavilənin bütün müddət ərzində ödənilməli olan əsas borc məbləğinin (tam lizinq məbləği) tutulması halında, lizinq obyektinin geri qaytarılması nəticəsinə gələn apellyasiya instasiyası məhkəməsinin nəticəsi maddi hüquq normalarının tələbinə uyğun hesab edilə bilməz.

79. Belə ki, liz inq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır (MM 750-ci maddə )

80. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi).

81. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

82. Beləliklə müəyyən olunur ki, lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq məbləği tam olaraq tutulduğu halda, lizinq obyektinin dəyəri artıq tutulmuş olur, bu halda isə lizinq verən olaraq iddiaçının lizinq obyektinin geri qaytarılmasına dair tələbi onun mənafeyindən kənara çıxan tələb hesab olunur və onun bu tələbi irəli sürməsi yolverilən hesab edilmir.

83. Nəticə olaraq qeyd edilməlidir ki, baxılan iş üzrə məhkəmə tərəfindən lizinq müqaviləsi üzrə bütün lizinq müddəti ərzində ödənilməli olan lizinq məbləği tutulduğundan (bir hissə isə artıq ödənildiyindən) lizinq obyektinin geri qaytarılmasına dair tələbin təmin olunmasının maddi hüquqi əsası olmamışdır.

84. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə lizinq obyektinin geri qaytarılmasına aid hissədə ləğv edilməli, apellyasiya instansiyası məhkəməsi həmin hissədə maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən və iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qəra r qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4 və 417.2-ci maddələrinə əsasən həmin hissədə yeni qərar qəbul edilməli və iddia həmin hissədə təmin olunmamalıdır. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

85. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-211/2023 nömrəli mülki iş üzrə 18 yanvar 2023-cü il tarixli qətnaməsi lizinq obyektinin geri qaytarılmasına aid hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin və iddia həmin hissədə təmin olunmasın. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar