Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2705/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinə qarşı iş üzrə QƏRARİ Kateqoriya: alqı-satqı müqaviləsi, əhəmiyyətsiz əqdlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1467/2024 nömrəli, 6 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2010-cu il tarixli çıxarış ilə Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, 193 saylı fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətindədir, torpaq sahəsi isə dövlət mülkiyyətindədir. 29 iyul 2020-ci il tarixli alğı-satqı müqaviləsi ilə Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 158.6kv.m olan mənzilini 50.000 manata Cav abdeh2 satmışdır. 2. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində X6 əri Cavabdeh3 tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına razılıq vermişdir.
3. Qanun üzrə vərəsəlik haqqında 28 may 2016-cı il tarixli Şəhadətnaməyə əsasən, X3 vərəsəsi İddiaçı ünvan 3 ünvanında əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti Kommersiya X9 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli Nizamnaməyə əsasən "xxxx" MMC-də olan payından ibarətdir. 4. "xxxx" ASC Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək, cavabdehlər Nümayəndə, X7, X4, X1 və "xxxx" MMC-yə qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, i poteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və sair tələbinə dair iddia tələbi irəli sürmüş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli, 2(011)- 2255/2023 nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək cəmi 2,325,127,51 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; tələb ipoteka ilə yüklü edilmiş QAZ-3302-18 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı, QAZ-3302-18 markalı, 10- ZL-239 dövlət qeydiyyat nişanlı, QAZ3302111 markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı, QAZ-3309-352 markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı, İJ-27175 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı və sair nəqliyyat vasitələrinə yönəldilməsi və həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılması; tələbin cavabdeh "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi və ilkin satış qiyməti 1.300.000 manat olmaqla açıq hərracdan satılması; tələbin ünvan 5 ünvanında yerləşən 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiyməti 180.000 manat olmaqla açıq hərracdan satılması; tələbin Nümayəndə (4/6 pay), İddiaçı (1/6 pay), X4 (1/6 pay) məxsus ünvan 6 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracdan satılması; həmin yaşayış sahələrinə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehlər Nümayəndə, İddiaçı və X2 1 ay ərzində tərk edilmədikdə həmin evdən çıxarılmaları və ipoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına cavabdehlərr X5, Nümayəndə, İddiaçı "xxxx" ASC-yə olan bo rcun ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı X8 vaxtı ilə Əhmədli qəsəbəsində çörək zavodu işlədirdi. Zavodu işlətdiyi müddət çox saylı yük avtomobilləri almış, bundan başqa vaxtı ilə əlavə bir neçə daşınmaz əmlaklar da almış və Bakı şəhəri Binə qədi rayonunda da, 0.50 ha torpaq sahəsi almışdır. Həmin ərəfədə iddiaçının həyat yoldaşı qonşuluqda, Bakı şəhəri Xətai rayonu, Zeytun küçəsi, 193 saylı həyət evi almışdır. Lakin sözügedən həyət evini, yaxın dostu Cavabdeh3 adına rəsmiləşdirmişdir. Vaxtı ilə Cavabdeh3 adına Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, 193 saylı həyət evinə dair seriya MA № ******* nömrəli, xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir. X8 biznes işlərini genişləndirmək üçün "xxxx" ASC-dən, iddiaçının məlumatına görə, 1.500.000 manat kredit götürmüşdür. Əvəzinə, Bakı şəhəri Binəqədi rayonunda 0.50 ha torpaq sahəsini, çox saylı yük avtomobilləri, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun küçəsi, 181 “a” saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etdirmişdir, iddiaçının evi girovda olmuşdur. X8xx.xx.2014-cü il tarixdə Türkiyə xəstəxanasında vəfat etmişdir. Bu barədə 22 aprel 2014-cü il tarixdə, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm şəhadətnaməsi verilmişdir. İddiaçı və digər ailə üzvləri iddiaçının həyat yoldaşı X3 vəfatından sonra, yoldaşından qalan miras daşınmaz və danışar əmlakların qəbul edilməsi ilə bağlı Bakı şəhəri 40 saylı Notariat kontoruna müraciət etmiş, əvvəl xx.xx.2014-cü il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan başqa 28 may 2016-cı il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı və ailə üzvləri vərəsəliyi qəbul etdikdən dərhal sonra "xxxx" ASC ilə problemlər başlanmış və müvafiq qətnamə qəbul edilmişdir. Bundan başqa iddiaçı qeyd etmişdir ki, borcları çox olduğundan mərhum əri X8 vaxtı ilə öz dostu Cavabdeh3 adına olan 4 otaqdan ibarət Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu, Zeytun küçəsi 193 saylı fərdi yaşayış evini oğlu Nümayəndə mərhum ərinin dostu Cavabdeh3 dəfələrlə zəng vuraraq vaxtı ilə atası tərəfindən alınmış evi geri qaytarmasını tələb etmişdir. İddiaçı oğlu ilə belə razılığa gəlmişdir ki, Cavabdeh3 adına olan evi oğlunun adına rəsmiləşdirsin və daha sonra həmin evi satıb "xxxx" ASC-yə olan borcu ödəsinlər. Belə ki, iddiaçının mərhum ərinin dostu Cavabdeh3 iddiaçıya zəng edərək bildirmişdir ki, Nümayəndə təkidlə 4 otaqdan ibarət olan Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu, Zeytun küçəsi 193 saylı fərdi yaşayış evini tələb edir, iddiaçı da həmin evi onun oğlu Nümayəndə adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bu hadisədən bir neçə il sonr a 28 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra şöbəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsini icra etmək məqsədilə iddiaçı və onun qızını ünvan 5 ünvanında yerləşən 7 otaqlı fərdi yaşayış evindən çıxarmışdır. Həmin vaxtdan etibarən iddiaçı kirayədə yaşamaqdadır. Həmin gün iddiaçı yenidən mərhum ərinin dostu Cavabdeh3 zəng etmiş və özünün və qızının evdən çıxarıldığını bildirmişdir, oğlu nə üçün banka ödəniş etməyib, Cavabdeh3 iddiaçıya bildirmişdir ki, alqısatqı oğlu ilə yox, onun arvadı Cavabdeh2 ilə aparılmışdır. Göründüyü kimi iddiaçınn oğlu Nümayəndə məqsədli olaraq həm iddiaçını, həm də mərhum ərinin dostunu aldadaraq banka külli miqdarda borcu olduğuna görə 4 otaqdan ibarət olan Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu, Zeytun küçəsi 193 saylı fərdi yaşayış evini 29 iyul 2020-ci il tarixdə arvadı Cavabdeh2 adına rəsmiləşdirmiş, Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanmışdır.
7. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia ərzəsinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının tələbi tamamilə qanunsuz və əsassızdır, yalan məlumatlara əsaslanır. Alğı-satqı müqaviləsi Bakı şəhəri 40 saylı Notariat kontorunda qanunvericiliyin bütün tələblərinə riayət olunmaqla bağlanmışdır. Alğı-satqı zamanı mənzilin dəyəri Cavabdeh2 tərəfindən Cavabdeh3 ödənilmişdir və bu fakt notariusda köçürülmə vasitəsi və qəbzlərlə də təsdiq edilir. Hətta satıcı tərəfin həyat yoldaşı da notarial qaydada ərizə verərək evin satılmasına razılıq vermişdir.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 öz izahatında qeyd etmişdir ki, iddia çının mərhum əri xeyli sayda kredit götürmüş, daha sonra isə vəfat etmişdir. Bütün əmlakları satılmış, son bir əmlakı hazırkı iddia tələbi üzrə olan əmlakünvan 7 ünvanında yerləşən ümumi sahəsi 158.6 kv.m, yaşayış sahəsi 59.7 kv.m, yardımçı sahəsi 98.9 kv.m olan 4 otaqlı fərdi yaşayış evi qalmışdır. Alğı-satqı formal xarakter daşımış, depozit hesaba pul köçürülmədən ev satılmışdır. İddiaçı hal-hazırda həmin evə gedib gələ bilmir.
9. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 öz izahatında qeyd etmişdir ki, iddia müddəti tətbiq olunmalı və iddia tələbi rədd edilməlidir. Cavabdeh sözügedən evi 2020-ci ildə alğı-satqı müqaviləsi əsasında almış, lakin iddiaçı isə 2023-cü ildə iddia qaldıraraq ümumilikdə kəsici müddəti ötürmüşdür. Alğı-satqı müqaviləsi etibarsız olsa belə iddiaç ının məhkəmədə iddia qaldırmaq hüququ mövcud deyildir. O, müqavilənin etibarsızlığının nəticələri barədə 2020-ci il tarixdən 1 il ərzində iddia qaldıra bilərdi. Alğı-satqı müqaviləsi qanunvericiliyin bütün tələblərinə uyğun şəkildə bağlanmışdır, iddiaçı öz iddia tələbinin əsası kimi sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı eyni tələblə dəfələrlə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
10. Bakı şəhər Xətai Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəmə) 2(011)-3040/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimSamirə Eyvazova) iddia tələbi təmin edilməmiş, ödənilmiş dö vlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Məhkəmə araşdırması zamanı cavabdehlər arasında Bakı şəhəri 40 saylı notariat ofisində xx.xx.2020-ci il tarixili AN-İ №0876019 Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilməməsi halları müəyyən edilməmişdir.
12. Məhkəmə digər tərəfdən iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab etmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə əqdin etibarsız hesab edilməsinə dair kəsici müddət tətbiq edilərək, müddətin ötürülməsi əsasına görə iddia rədd edilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, əqdin etibarsız hesab edilməsi məsələləri ilə əlaqədar kəsici müddət əqdin etibarsız sayılmasına əsas verən halları tərəfin bildiyi və ya bilməli olduğu gündən başland ığından, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il müddətində məhkəməyə müraciət etməli idilər. Alğı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixində bağlandığını nəzərə alsaq, məhkəmə iki ildən çox müddət ərzində iddiaçının bu müqavilə ilə bağlı məlumatlı olmamasını ağlabatan hesab etməmişdir. İddiaçı alğı-satqı müqaviləsi haqqında 28 sentyabr 2022-ci ildə məlumat aldığını bildirsə də, bunu sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmasa da cavabdeh tərəf məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində kəsici müddətin tətbiqini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı qan unla ona əqdin etibarsızlığını mübahisələndirmək üçün verilmiş müddəti ötürmüşdür.
14. Məhkəmə mövqeyini Mülki Məcəllənin 140, 324.1, 324.2, 337.1, 337.2, 337.4, 337.5, 354.1, 377.1, 390.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmaqla əlavə olaraq qeyd olunmuşdur ki, işə baxan birinci instansiya məhkəməsi hər hansı bir araşdırma aparmamış, Cavabdeh3 xəstə olduğundan və məhkəmədə iştirak edə bilməmişdir. 28 sentyabr 2022-ci il tarixdə, Cavabdeh3 məhkəmə iclasına gəlib həmin danışıq müddətini təsdiq etsəydi, bu bir daha iddia müddətinin ötürülməməsini sübut edərdi. Bundan başqa, 28 sentyabr 2022-ci il tarixdə, iddiaçı Cavabdeh3la danışmasaydı, bilə bilməzdi ki, oğlu evi öz adına yox, pərdələmək məqsədi ilə arvadı Cavabdeh2 ilə alğı-satqı müqaviləsi bağlatmışdır. İddiaçı mübahisəli evin Nümayəndə adına keçməsini bilmiş, Cavabdeh3 və Cavabdeh2 arasında alğı-satqı müqaviləsinin bağlanmasını bilməmişdir. İddiaçı 28 sentyabr 2022-ci il tarixdə ona məlum olan vaxtdan gəlini Cavabdeh2 məhkəməyə vermişdir. Bu bir daha onu sübut edir ki, ona məhz 28 sentyabr 2022-ci il tarixdə məlum olub, belə halda iddia müddətinin buraxı lmasından söhbət belə gedə bilməz.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini qəbul edərək, təmin edilməsini xahiş etmişdir. O, izahatında qeyd etmişdir ki, mübahisəli ev xx.xx.2010cu ildə onun adına qeydə alınsa da, həmin əmlak iddiaçının ərinin olmuşdur. 2020-ci ilin iyul ayında Turan atasının evinin onun adına keçirilməsini xahiş etmişdir. O, bu məsələni Rəhilə xanımla müzakirə etmiş, sonuncu əmlakın oğlu Turanın adına keçirilməsinə razı olduğunu demişdir. 29 iyul 2020-ci ildə o, Turan və Turanın həyat yoldaşı ilə birlikdə 40 saylı notariat kontoruna getmişlər. O, notariat kontorunda sənədlərə imza etsə də, elə bilmişdir ki, ev Turanın adına keçir. Evin Turanın yoldaşının adına keçməsindən məlumatsız olmuşdur. O, evin satılmasına görə 50000 manat məbləğində pu l almamışdır. Sənədlərdə olan imzalar ona məxsusdur. 29 iyul 2020-ci ildə notariat kontorundan qayıdandan sonra həyat yoldaşı Rəhiləyə zəng edərək, evin Xalidənin adına keçməsi barədə məlumat vermişdir. Hətta demişdir ki, oğlu Turan içməyə belə onlara su alıb verməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1467/2024 nömrəli, 6 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər- Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi hallar iş materiallarının araşdırılması ilə öz təsdiqini tapmamış, iddiaçı tərəfindən bu halları təsdiq edən hər hansı bir mötəbər sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.
20. İddiaçı mübahisələndirilən əmlakın Cavabdeh3 deyil, mərhum həyat yoldaşına məxsus olmasını bildirsə də, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasının qeyri-dəqiqliyini sübuta yetirə bilməmişdir. Apellyasiya instansiya məhkəməsi bu halın Cavabdeh3 tərəfindən etiraf edilməsini mötəbər sübut kimi qəbul etməmişdir.
21. Məhkəmə araşdırması zamanı alğı-satqı müqaviləsinin həmçinin aldatma yolu ilə bağlanması halı öz təsdiqini tapmamış, müqavilə tərəfləri olan Cavabdeh3 iradəsinin Cavabdeh2 təsiri ilə həqiqətə uyğun olmayan təsəvvür nəticəsində yaranması öz təsdiqini tapmamışdır. Tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, alğı-satqı müqaviləsi tərəflərin iradə ifdalələrinə uyğun olaraq bağlanmışdır.
22. Digər tərəfdən məhkəmə araşdırması zamanı Cavabdeh3 özü etiraf etmişdir ki, 29 iyul 2020-ci ildə notariat kontorundan qayıdandan sonra həyat yoldaşı Rəhiləyə zəng edərək, evin Xalidənin adına keçməsi barədə məlumat vermişdir. Hətta demişdir ki, oğlu Turan içməyə belə onlara su alıb verməmişdir. Göründüyü kimi, iddiaçı 29 iyul 2020-ci ildən evin alğı-satqı yolu ilə Cavabdeh2 adına keçməsindən məlumatlı olmuş, aldatmaya münasibətdə MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddəti keçirmişdir (ilk iddia xx.xx.2022-ci ildə məhkəməyə verilmişdir).
23. Kollegiya alğı-satqı müqaviləsinin görünüş üçün bağlanmış əqd olmaqla, başqa əqdi pərdələməsi ilə bağlı hallara qiymət verərək qeyd etmişdi r ki, hazırki halda tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin görünüş üçün bağlanması (uydurma əqd), sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək üçün bağlanması (yalan əqd) halları öz təsdiqini tapmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işə baxarkən heç bir araşdırma aparmamış, 40 saylı notariat kontorunun nümayəndəsi dindirilməmiş, iddiaçının 40 saylı notariat kontorunun müdirinin yanına gedib alqı-satqı müqaviləsinin ondan tələb etmə hissəsini araşdırmamış, iddia müddətini tətbi q etməklə kifayətlənərək, heç bir araşdırma aparmadan qətnamə çıxarılması ilə nəticələnmişdir. Diqqətinizə çatdırmaq istərdim ki, apellyasiya instansiyası məhkəməsi müdafiə etməklə, birinci instansiya məhkəməsinin istinad etdiyi hallara qiymət vermişdir. Bundan başqa, işə baxan apellyasiya instansiyası məhkəməsi X12 və Cavabdeh2 arasında olan hissələri araşdırmamış, nəzərə almamışdır ki, iddiaçının mərhum həyat yoldaşının dostu cavabdeh X12 necə iddiaçının həyat yoldaşına məxsus torpağı təzədən sata bilər. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
31. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi ( ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
32. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara s əbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər
36. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
37. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəf in yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
38. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurmaəqdəhəmiyyətsizdir.
39. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
40. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
42. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaş ması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmal ıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası hes ab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəra ra aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 aprel 2024-cü il tarixli 2(103)1467/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.