Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2707/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və XX İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və XX idarəsinə qarşı ”alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2023-ci il tarixli, 2(105)-163/2023 nömrəli qətnaməsindən cavabdehlər DƏDKR-nın X36 XX idarəsi və X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. XX İdarəsinin xx.xx.2021-ci il tarixli **********46 nömrəli məhkəmənin sorğusuna cavab məktubuna əsasən xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşın maz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsini Cavabdeh1 Qusar rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-924 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X13 adına özgəninkiləşdirmiş və həmin torpaq sahəsinə dövlət reyestrindən X13 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir.
2. Torpağa mülkiyyət hüququna dair JN-620 KOD 30301004 nömrəli dövlət aktına əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı1, X24 və X8 təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 0,60 ha torpaq sahəsi verilmişdir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat İdarəsinin xx.xx.2020-ci il tarixli, 05/13-65-13 saylı vəkil sorğusuna cavab məktubuna əsasən İddiaçı1, X24 və X25 məxsus 0,60 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair (xx.xx.2002-ci il tarixli 4-ə-381 nömrəli) notariat qaydasında təsdiq edilmiş müqavilə aşkar edilməmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışa əsasən Quba şəhərində yerləşən 0,60 ha torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. 5. xx.xx.2002-ci il tarixdə reyestrdə 4-ə-381 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı1, X24 və X34 tərəfindən torpağa mülkiyyət hüququna dair JN-620 KOD 30301004 nömrəli dövlət aktına əsasən onlar a məxsus 0,60 ha torpaq sahəsini Cavabdeh1 satılmış, müqaviləsinin sonunda İddiaçı1, X24 və X20 imzaları qeyd olunmuşdur. 6. xx.xx.2001-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı1, X24 və X34 - torpağa mülkiyyət hüququna dair JN-620 KOD 30301004 nömrəli dövlət aktına əsasən Quba şəhərində yerləşən 0,60 ha torpaq sahəsinin üzərində sərəncam verməyə, satmağa və digər hərəkətləri etməyə dair X16 etibarnamə vermişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon notariat kontoru tərəfindən t əsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə381 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmçinin A432258 nömrəli torpaq sahəsinin planı və ölçüsünün JN-620 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 0,60 ha torpaq sahəsi hissəsində ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpağa mülkiyyət hüququna dair xx.xx.2001-ci il tarixli, JN-620 KOD 30301004 saylı dövlət aktında göstərilmiş 0,60 ha torpaq sahəsi onların xüsusi mülkiyyətindədir. 2001-ci ildən torpaq sahəsi onların mülkiyyətində, sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi bağ sahəsidir və on lar hər il bağın meyvəsini yığır. İddiaçı2 göstərilən 0,60 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Cavabdeh3nə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmiş, Cavabdeh3 xx.xx.2020-ci il tarixli, **********51 saylı məktubu ilə bildirilmişdir ki, göstərilən torpaq sahəsi hüquq sahibləri tərəfindən Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə digər şəxsə satılmışdır. Daha sonra onlara məlum olmuşdur ki, Cavabdeh1 adına xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin çıxarışda göstərilmiş 1 hektar torpaq sahəsinin 0,60 hektarı barəsində söhbət gedən torpaq sahəsidir və guya onlar bu 0,60 hektarı torpaq sahəsini Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satmışlar. Onlar heç vaxt 0,60 ha torpaq sahəsini heç kimə satmamışlar və Dövlət Aktının verildiyi 2001-ci ildən hal-hazıra qədər torpaq sahəsi onların istifadəsində və sahibliyindədir. Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi saxta xarakter daşıyır və Cavabdeh1 dövlət reyestrindən çıxarışı saxta alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Bu səbəbdən onların Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə mübahisə ilə əlaqədar iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır. Ədliyyə Nazirliyinin Notariat İdarəsi sorğuya xx.xx.2020-ci il tarixli, 05/B-65-13 saylı cavab məktubuna əsasən, Quba şəhəri ərazisində yerləşən JN-6** KC ***01004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 0,60 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi aşkar edilməmişdir. Həmin müqavilədə olan imzalar onlara məxsus deyil.
9. Quba Rayon Məhkəməsinin 2(027)-1518/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi qərara alınm ış, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/582 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş 15 sentyabr 2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsində “İmzalar” qrafasında yuxarı tərəfdən 1-ci sırada yerləşən imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən, ekspertizaya təqdim olunmuş 15 sentyabr 2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsində “İmzalar" qrafasında yuxarı tərəfdən 2-ci sırada yerləşən imza - X14 tərəfindən tərəfindən yox, başqa şəxs tərəfindən, ekspertizaya təqdim olunmuş 15 sentyabr 2002-ci il tarixli 4-Ə-381 reye str nömrəli torpaq alqı-satqı müqaviləsində “İmzalar” qrafasındakı yuxarı tərəfdən 3-cü sırada yerləşən imza - İddiaçı3ı tərəfindən yox, başqa şəxs tərəfindən, ekspertizaya təqdim edilmiş mülki işin 74-76-cı vərəqələrində İddiaçı1, mülki işin 80-82-ci vərəqələrində X7 və mülki işin 77-79cu vərəqələrində İddiaçı3 eksperimental imza nümunələrində - qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır.
11. Quba Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim: V.Seyidov) iddianın təmin edilməsi, Quba şəhərində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması ilə bağlı İddiaçı1, X24 və X34 ilə Cavabdeh1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız h esab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Quba şəhərində yerləşən 0,60 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışın ləğv edilməsi, məhkəmə-xətşünaslıq ekspertizasının xərci olan 138 manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-620 KOD 30301004 nömrəli dövlət aktına əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı1, X24 və X8 təsərüfatı məhsullarının is tehsalı məqsədi ilə 0,60 ha torpaq sahəsi verilmişdir. Quba rayon Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsindən göründüyü kimi, həmin torpaq sahəsi İddiaçı1, X24 və X20 adından bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 satılmışdır. Daha sonra Quba şəhərində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********90 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzrə cavabdehlə iddiaçılar arasında bağlanmış alqı-satqı müqaviləsi notarial qaydada bağlanaraq təsdiq edilmiş olsa da, iş materiallarında olan Dövlət Notariat İdarəsinin məktubundan göründüyü kimi 2002-ci i l tarixdə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən iddiaçıların adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Bununla yanaşı iş üzrə mötəbər sübut olan ekspert rəyinin nəticəsindən də göründüyü kimi, Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsində olan imzalar iddiaçılar tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur
13. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2001-ci il tarixli etibarnaməyə əsasən İddiaçı1, X24 və X34 10 il müddətinə yəni, xx.xx.2001-ci il tarixə kimi iddia ərizəsində mübahisə edilən Quba şəhərində yerləşən 0.60 hektar torpaq sahəsinə dair onların adına xx.xx.2001-ci il tarixdə verilmiş JN 620 kod 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövl ət aktı ilə olan 0.60 hektar torpaq sahəsinin üzərində sərəncam verməyə, satmağa, pulunu almağa, bütün hərəkətləri etməyə, imza etməyə X16 etibarnamə vermişdir. Belə olan halda, yuxarıda qeyd olunan alqı-satqı müqaviləsindəki iddiaçıların adları qarşısındakı imzalar onların adından etibarnamə üzrə çıxış edən X21 tərəfindən icra edilə bilər kimi fikrinə münasibətdə məhkəmə qeyd edir ki, əgər mübahisəli torpaq sahəsinin alqı-satqısını yuxarıda adı qeyd edilən Kristina adlı şəxs həyata keçirmiş olsaydı, xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinın satıcılar qrafasındakı imzalar eyni şəxs tərəfindən icra olunmalıdır, lakin həmin imzalar üç fərqli şəxs tərəfindən icra edilmişdir və həmin alqı-satqı müqaviləsində Kristina adlı şəxsin iştirakı ilə bağlı heç bir qeyd a parılmamışdır.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin qeyd olunan əmlaka qanunsuz əsaslarla sahib çıxması məhkəmə iclasında yetərli sübutlarla öz təsdiqini tapmışdır. Bu da onu göstərir ki, Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2002ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsızdır. Müvafiq olaraq həmin müqavilə əsasında verilmiş çıxarış da qanunsuz və əsassızdır.
15. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 2.3, 2.4, 21.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 139.1, 141.1, 141.2, 141.3, 148.2, 149.2, 152.1, 182.1, 182.2, 182.3, 324.1, 324.4, 337.1, 567, 646.1, 646.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdehlər Cavabdeh1 və XX İdarəsi birinci instansiya məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
17. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə əqdi, yəni alqı-satqı müqaviləsini etibarsız hesab etmişdir. Cavabdeh hesab etmişdir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır, həm maddi hüququ normaları və həm də prosessual normalar düzgün tətbiq edilməmişdir. Məhkəmə, qətnaməsində istinad etdiyi məhkəmə sorğ usu əsasında alınmış - XX İdarəsinin xx.xx.2021-ci il tarixli **********46 nömrəli məktubundan görünür ki, xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsini Cavabdeh1 Qusar rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə924 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X13 adına özgəninkiləşdirmiş və həmin torpaq sahəsinə dövlət reyestrindən X13 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Belə olan halda məhkəmə, X17 işə maraqlarına toxunan üçüncü şəxs qismində işə cəlb edərək, iz ahatı alınmalı olduğu halda həmin faktın üzərindən də səthi keçmiş və bununla da, cavabdehlə yanaşı onun da mülkiyyət hüquqları pozulmuşdur.
19. Cavabdeh XX idarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi əsasında ləğv edilmiş X4 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışda göstərilən 1.0 ha torpaq sahəsi X11 tərəfindən Qusar rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-924 reyestr nömrəli müqaviləsi əsasında X1. Həmin müqavilə əsasında torpaq sahəsinə xüsusi mülkiyyət hüququ əsası nda X13 adına xx.xx.2021-ci il tarixli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ cavabdeh X11 tərəfindən artıq itirilmişdir (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin73-cü maddəsinə əsasən), onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyrimümkün olacaqdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Məhkəmə mübahisəni həll edərkən torpaq sahəsinin cavabdehin mülkiyyətdə olub-olmamasını, özgəninkiləşdirilməsini, həbsdə olubolmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: X30 (sədrlik edən və məruzəçi), X15 və X9) 2(105)-163/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Quba şəhərində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması ilə bağlı İddiaçı1, X24 və X34 ilə Cavabdeh1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydi yyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Quba şəhərində yerləşən 0,60 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışın və A432258 nömrəli torpaq sahəsinin planı və ölçüsünün JN-620 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 0,60 ha torpaq sahəsi hissəsində ləğv edilməsi, XX İdarəsinin apellyasiya şikayətinin təmin edilməməsi, keçirilmiş ekspertiza ilə bağlı xərc 138 manatın Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 nümayəndəsi A.Şahmirzəyevin birinci instansiya məhkəməsindəki izahatın da və eləcə də apellyasiya şikayətinin dəlillərində alqı-satqı müqaviləsindəki iddiaçıların adlarının qarşısındakı imzaların həmin müqavilənin bağlanmasında onların adından etibarnamə üzrə çıxış edən X21 tərəfindən icra edildiyi və həmin torpaq sahəsinin Cavabdeh1 istifadəsində olduğunu göstərmişdir. Ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə Quba rayon İcra Hakimiyyətinə və Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə sorğular göndərilmişdir.
23. Quba rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 18/2 saylı məktubundan görünür ki, JN-620 kod 30301004 saylı Dövlət Aktına əsasən vətəndaşlara subsidiya ödənilməsi barədə məlumat aşkar edilməmiş, həmçinin qeyd olunan torpaq sahəsi ilə əlaqədar bələdiyyəyə vergi ödənişi həyata keçirilməmişdir. Eyni zamanda Dövlət Nota riat Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 0/01-8443/11 saylı məktubuna əsasən Quba rayon Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş 2001-ci ilə dair etibarnamələrin qeydə alındığı notariat reyestrlərinə baxış keçirilərkən İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olmuş JN-620 saylı, kod 30301004 olan torpaq sahəsi üzərində sərəncam və sair tapşırıqların yerinə yetirilməsi ilə bağlı olan bütün hərəkətləri etməyi etibar edilməsinə dair X12 adına xx.xx.2001-ci il tarixli 4-Ə-151 nömrəli reyestrlə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir.
24. Əkrəm Hüseynov, Arif Mustafayev və İsrafil Hacıyev apellyasiya baxışında dindirilərkən Cavabdeh1 tanımadıqlarını və heç vaxt da görmədiklərini, X42 Aslanovanın qonşu olduğunu, digərləri isə Əkrəm Hüseynovun torpaq sahəsində işlədiyi müddə t ərzində İddiaçı1 tanıdıqlarını, sonuncunun oğlunun xahişi ilə onun da torpaq sahəsində əkin-biçin işləri ilə məşğul olduqlarını göstərmişlər. Göründüyü kimi mübahisəli torpaq sahəsi Cavabdeh1 yox, dövlət aktı verildiyi tarixdən mülkiyyətçi olaraq iddiaçıların sahibliyində və istifadəsində olmuşdur. Bu hal yuxarıda göstərilən həm şahid ifadələri, həm də Quba rayon İcra Hakimiyyətindən daxil olmuş məktubla da öz təsdiqini tapmışdır.
25. Hazırkı iş üzrə Cavabdeh1 həmin əqdi təsdiq etmiş notarius X5 doğma bacısıdır və qanunun yuxarıda qeyd olunan tələbi baxımından sonuncunun belə bir əqdi təsdiq etməsi yolverilməzdir.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən əqdi iddiaçıların əvəzinə Kristina Aliyevanın imza etməsi barədə cavabdehin dəlilinə gəldikdə qeyd etmişdir ki, əgər m übahisəli torpaq sahəsinin alqı-satqısını yuxarıda adı qeyd edilən Kristina adlı şəxs həyata keçirmiş olsaydı, xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinın satıcılar qrafasındakı imzalar eyni şəxs tərəfindən icra olunardı, lakin həmin imzalar üç fərqli şəxs tərəfindən imzalanması aşkardır və həmin alqı-satqı müqaviləsində Kristina adlı şəxsin iştirakı ilə bağlı da heç bir qeyd aparılmamışdır.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin etibarnamə üzrə notariat hərəkətlərinin aparılması zamanı əqdin özündə onun bağlanması zamanı iddiaçıların təmsilçi vasitəsilə iştirakları öz əksini tapmamışdır. Bu baxımdan məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin bu dəlillərini əsaslı hesab etməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi Cava bdeh1 iddia müddətinin tətbiqi ilə bağlı apellyasiya şikayətində və ayrıca ərizəsində göstərdiyi dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, iddiaçılar mövcud əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində məhkəməyə müraciət etdiyindən, Cavabdeh1 şikayətin bu dəlillərini də məhkəmə kollegiyası əsaslı hesab etməmişdir. İddiaçılar tərəfindən 1 illik müddət ötürülməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin çıxarış və plan ölçünün 0,60 hissəsində ləğv edilməsi hissəsi ilə əlaqədar hesab etmişdir ki, qeyd olunan çıxarış və plan-ölçü mövcud alqı-satqı müqaviləsi əsasında verildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməlidir.
30. Apellyasiya instansiyası məhkəmə si cavabdeh XX İdarəsinin apellyasiya şikayətinin dəlili ilə əlaqədar qeyd etmişdir ki, mübahisələndirilən çıxarış müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 əsası ilə ləğv edilsə də, bu hal iddiaçının mübahisələndirdiyi əqd əsasında əldə olunan həmin çıxarışın ləğvini tələb etmək hüququnu istisna etmir və iddianın bu hissədə təmin edilməsi qətnamənin icrasına heç bir maneəçilik yaratmır.
31. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən Yaşar Həmidova satılması və sonuncunun adına çıxarışın verilməsi ilə bağlı cavabdeh XX İdarəsinin apellyasiya şikayətinin dəlilinə gəldikdə qeyd etmişdir ki, həmin şəxs apellyasiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş və ididaçılar tərəfindən ona qarşı hər hansı bir iddia irəli sürmədiklərindən, məhkəmə kollegiyası onun mübahisəyə dair fikrini öyrənməklə kifayətlənərək, əqdə və onun əsasında mülkiyyətinə keçirdiyi çıxarışa qiymət vermək zərurəti olmamışdır.
32. Cavabdeh XX İdarəsi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi çıxarışın ləğv edilməsi hissəsində mübahisələndirir. Bu baxımdan məhkəmə kollegiyası cavabdeh XX İdarəsinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamışdır.
33. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 144.1, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 331.1, 337.1, 354.2-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372.1, 372.7, 385.1.1, 386, 384.0.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarlarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh1 (vəkil: Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə mübahisəni həll edərkən torpaq sahəsinin cavabdehin mülkiyyətində olub-olmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüy ünü araşdırmamışdır. Apellyasiya şikayətində cavabdeh X6 göstərmişdir ki, alqı-satqı müqaviləsi tam qanuni əsaslarla bağlamışdır. Elə həmin vaxtdan qeyd olunan torpaq sahəsi məhz X13 mülkiyyətinə və faktiki istifadəsində onun tərəfindən orada taxıl əkilir, məhsul əldə edilir. Hazırda da həmin torpaq sahəsində X26 tərəfindən taxıl əkilmişdir. İddiaçılar tam qanuni əsaslarla bağlanmış müqavilədən məlum olmayan səbəblərdən imtina edərək, guya ümumiyyətlə bu müqavilədən xəbərsiz olmamalarını bildirməsi yalan və iftiradır. İmzada onların özünə məxsusdur və uşaqlarının da əvəzində qanun nümayəndə kimi özləri imza etmişlər. Bu fakt məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi üçün verilmiş vəsatətin rədd olunması ilə qanunsuzluğa hüquqi don geyindirilməyə cəhddən başqa bir şey deyildir. Eyni zamanda, apellyasiya məhkəməsinin 21 il fasiləsiz torpağından istifadə etməyən və xəbəri olmayan şəxslərin guya çıxarış almaq istərkən satılmasından xəbər tutması barədə dəlillər gətirməsi ilə bağlı onları dəstəkləmə mövqeyi tam əsassızdır. Belə olmasaydı məhkəmə torpağı Cavabdeh1 pulla əkib-becərdiyi şəxs Quba rayonu Çağacıqçay kənd sakini X10 məhkəmədə şahid qismində dindirilməsi barədə cavabdehin vəsatətini təmin etməklə həqiqəti ortalığa qoymaqda maraqlı olardı. Bundan başqa, maraqlarına toxunan X3 vəkili elektron kabinetdə olmadıqlarından X13 vəkilinə müraciət edərək X31, X24, İddiaçı1 həmin torpağı Quba rayon Dövlət Notariat Kontorunda bağlanmış 07 sentyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ona satdıqları barədə məlumat verərək, həmin alqı-satqı müqaviləsinin pdf fo rmasını ona göndərmişlər. Həmçinin bildirmişlər ki, Quba Rayon Məhkəməsinin 2(027)-97/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən məlumatları olmamış, həmin qətnamə ilə onların maraqlarına toxunulmuş, qətnamə onların sahiblik, istifadə və mülkiyyət hüquqlarına toxunduğu halda onu maraqlı şəxs kimi işə cəlb etməmişlər. Hazırda müstəqil tələb irəli sürən 3-cü şəxs kimi işə qoşulmaqları üçün Quba Rayon Məhkəməsinə müraciət etmişlər. Həmçinin həmin məhkəmə tərəfindən qəbul etməsini və ərizəyə əlavə edilmiş sənədlərin surətini vəkili Nail İbrahimov tərəfindən pdf formasında ona göndərərək həmin qətnamədən apellyasiya şikayətini verəcəklərini bildirmişdir. Bu barədə sənədləri elektron kabineti vasitəsilə mülki iş materiallarına əlavə etmək üçün elektron kabinetdə yerləşdirilməsinə baxmaya raq məhkəmə bu hallara hüquqi qiymət verməmiş və qanunsuz, ədalətsiz və digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həm maddi həm də prosessual hüquq normalarının tələbləri pozulmuş, cavabdeh tərəfindən sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır.
36. Cavabdeh XX İdarəsi (vəkil: Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: A zərbaycan Respublikası Mülki Məcəlləsi
39. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
40. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
41. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
42. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
43. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
44. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
45. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərə flərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
46. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
47. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
48. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib ə həmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunu
49. Maddə
28. Notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs tərəfindən öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının) adına və bu şəxslərin adından, həmin notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır. Müvafiq icra hakimiyyəti orqanlarının, həmçinin bu orqanın adına və onun adından notari at hərəkətləri aparmaq hüququ yoxdur. Bu maddənin tələblərini pozmaqla aparılmış notariat hərəkətləri və onlara bərabər tutulan hərəkətlər etibarsız sayılır və məhkəmənin qərarı ilə ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər Cavab deh1 və XX İdarəsi tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən i şdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və MPM-in 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(105)-163/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.