Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2707/2024 13.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-531/2024 nömrəli, 6 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 ilə İddiaçı arasında İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən evə dair daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 30 oktyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. X4 adına olan **********01710 saylı abonent saldosundan görünür ki, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən evə görə oktyabr 2021-ci il üçün 4961 kub.m qaz sərfiyyatı üzrə 1240,25 manat, noyabr 2021-ci il üçün 19198 kub.m qaz sərfiyyatı üzrə 4799,50 manat, dekabr 2021-ci il üçün 25315 kub.m qaz sərfiyyatı üzrə 6328,75 manat, yanvar 2022-ci il üçün 17325 kub.m qaz sərfiyyatı üzrə 1618,08 manat borc qeyd olunmuşdur. 3. 31 yanvar 2022-ci il tarixli akta əsasən Cavabdeh İB-nin Təmir tikinti idarəsinin nümayəndələri tərəfindən qaz sayğacı Dövlət yoxlamasından keçirilməsi məqsədi ilə açıldığına görə sərf olunan təbii qazın həcmi normativə uyğun olaraq 3841 kub.m olmaqla 960,25 manat müəyyən edilmişdir.
4. Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, X1 (keçmiş mülkiyyətçi) 2022-ci il yanvar ayı üçün 16.418,25 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus İsmayıllı rayonu, Zeyv ə kəndində yerləşən fərdi yaşayış evinə qazdan istifadəyə görə əsassız olaraq hesablanmış 14.000 manat və tərtib olunmuş akt üzrə hesablanmış 960 manat 25 qəpik, ümumi 14.960 manat 25 qəpik məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə o, X2 ümumi sahəsi 376,7 kv.m. olan fərdi yaşayış evini almışdır. Həmin evə xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. Lakin göstərilənlərə baxmayaraq Cavabdeh ilə qazın təchiz edilməsi barədə müqavilə dəyişdirilməmiş (Abonent kodu: **********01710) və hazırda evin keçmiş sahibi X4 adınadır. Ancaq həmin evdən 2020-ci ilin dekabr ayından faktiki olaraq özü və ailə üzvləri istifadə edirlər.Cavabdeh tərəfindən tərtib olunan **********01710 nömrəli abonent kodunun saldosunda 2022-ci ilin yanvar ayının sonuna 16.418,25 manat borc göstərilmişdir. O, hesab edir ki, həmin borc əsassız olaraq qeyd edilmişdir. Belə ki, qeyd edilən abonentin saldosunun “sərfin məbləği” qrafasından görünür ki, 2020-ci ilin dekabr ayında 1148,90 manat, 2021-ci ilin yanvar ayında 402,80 manat, fevral ayında 687,40 manat, mart ayında 773,20 manat, aprel ayında 187,20 manat, may ayında 196,40 manat, iyun ayında 75,80 manat, iyul ayında 126,50 manat, avqust ayında 130,75 manat, sentyabr ayında 39,50 manat, ümumi 3768,45 manat dəyərində qaz istifadə edilmişdir. Yəni 10 ay ərzində (o cümlədən 3 qış ayı - 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar, fevral) qeyd edilən evdə 3768,45 manatlıq q az istifadə edilmiş və 2021-ci ilin oktyabr ayının əvvəlinə Cavabdeh qarşısında borc cəmi 39,50 manat təşkil etmişdir. Lakin sonradan 2021-ci ilin oktyabr ayında 1240,25 manat, noyabr ayında 4799,50 manat, dekabr ayında 6328,75 manat, 2022-ci ilin yanvar ayında 1618,08 manat və yeni tarifə keçidlə 1531,90 manat dəyərində qazın istifadə edildiyi göstərilmişdir. Həmçinin akt tərtib edilərək 960,25 manat cərimə borcu hesablanmışdır. Ümumi olaraq saldoda 2022-ci ilin yanvar ayının sonuna 16418,25 manat borc göstərilmişdir. Qeyd edilən borcun necə hesablanması, hansı əsasla yaranması və göstərilməsi məlum deyil. Saldodan görünür ki, 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar, fevral aylarında orta hesabla təxminən 746 manat dəyərində qaz istifadə edilmişdir. Ancaq 2021-ci ilin noyabr, dekabr və 2022-ci ilin yanvar aylarında orta hesabla təxminən 4122 manat dəyərində qaz istifadə edilmişdir. Bundan başqa saldodan görünür ki, akt əsasında 960,25 manat cərimə yazılmışdır. Bu aktdan məlumatları yoxdur, akt onlara təqdim edilməmiş, hansı əsasla cərimə tətbiq edilməsi məlum deyildir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 sentyabr 2023-cü il tarixli, 2(011)-225/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən-İlahə Abbasova) iddia təmin edilərək, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən, ümumi sahəsi 376,7 kv.m. olan fərdi yaşayış evi ilə bağlı qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********01710 olan) hesablanmış 14.960,25 manat məbləğində borcu silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir.
8. Məhkəmə iddianın təmin edilməsi üzrə mö vqeyini onunla əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2022-ci il tarixli, ******* saylı aktın surətində “sayğacda minimal sərfiyyatda xəta normaya uyğun deyil və təbii qaz itkisi yaranmışdır” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 2074.59 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci; “İstehlakçıların hüquqlarının müdafiəs i haqqında” Azərbaycan Respublikası Qanunun 3 və 18-ci; “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 81, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, İddiaçı iddia tələbinin təmin edilməməsinə və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına dü zgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi ünvan üzrə onun abonent bazasından çıxarılmış abonent saldosuna baxdıqda açıq aydın görünür ki, iddiaçı aylar üzrə istifadə etdiyi təbii qazın dəyərini tam ödəməmişdir. Belə ki, həmin ünvanda təbii qazdan mütəmadi istifadəyə 2020-ci ilin dekabr ayından başlamışdır. Həmin ay iddiaçı 1148,90 qəpik dəyərində təbii qazdan istifadə etməsinə baxmayaraq cəmi 346 manat məbləğində ödəniş etmişdir. 2021-ci ilin 12 ayı ərzində iddiaçının mənzilində ümumilikdə 14988,05 manat dəyərində təbii qazdan istifadə edilmiş, lakin bunun qarşılığında cəmi 3739,45 manat ödəniş edilmişdir. Elə təkcə 2021-ci il ərzində iddiaçının mənzilində istifadə edilmiş təbii qaza görə 11248,06 manat borcu yaranmışdır. Bundan başqa 2022-ci ilin yanvar ayında mənzildə 1618,08 manat məbləğində təbii qazdan istifadə edilmiş, lakin heç bir ödəniş edilməmişdir. Həmin ay iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, mənzilə təbii qazın verilişi sayğacsız, normativə uyğun aparılmışdır. 2022-ci ilin yanvar ayında iddiaçının hesabına 1618,08 manat məbləğində sayğac hesabı ilə, 960,25 manat isə sayğacsız istifadəyə görə hesabat aparılmışdır. 2022-ci ilin fevral ayında isə tam sayğacsız hesabat aparılaraq iddiaçıya 420 manat məbləğində sərfiyyat hesablanmışdır. 2022-ci ilin aprel ayında iddiaçıya sayğacsız istifadəyə görə 915 manat məbl əğində hesabat aparılmışdır. İddiaçı mənzilindən açılmış qaz sayğacı açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmiş, sayğaca heç bir müdaxilə edilmədiyindən ona görə heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır. İddiaçı Cavabdeh Ağsu X6 İdarəsinin İsmayıllı Xidmət Sahəsinə borclu olduğu məbləğ onun mənzilində istifadə edilmiş təbii qazın real dəyəridir və iddiaçının özü tərəfindən ödənilməlidir. İddiaçı mənzilində istifadə edilmiş təbii qazın dəyərini aylıq olaraq tam ödəmədiyi **********01710 nömrəli abonent saldosundan da görünür. İstehlakçı hazırkı vəziyyətdə ona aylıq hesablanmış qaz sərfinin dəyərini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçı hazırda mübahisələndirdiyi aylıq sərfiyyat üzrə aparılmış hesabata əsasən hesabla nmış borcu ödəməmiş və birinci instansiya məhkəməsi qeyd olunan məqamdan sadə bir araşdırmaya ehtiyac duymadığından yayınmışdır.Təqdim edilmiş sənədlər, etiraz, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühim əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(103)-531/2024 nömrəli iş üzrə 6 aprel 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(011)-225/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, ümumi sahəsi 376,7 kv.m olan fərdi yaşayış evi ilə bağlı qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********01710 olan) hesablanmış 4293,75 (dörd min iki yüz doxsan üç manat yetmiş beş qəpik) manat məbləğində borc və 960,25 (doqquz yüz altmış manat iyirmi beş qəpik) manat cərimə nin silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təbii qazdan istifadə nəticəsində cavabdeh tərəfindən hesablanmış borc məbləğinin necə hesablanması, hansı əsasla yaranması və göstərilməsi məlum olmadığını qeyd etsə də, ekspert rəyi əsasında borcun hesablanması aparılmışdır.
14. Apellyasiya mərhələsində əldə edilmiş ekspert rəyindən göründüyü kimi İddiaçı məxsus İsmayıllı rayonu, Zeyvə kənində yerləşən fərdi yaşayış evində olan 1 ədəd su qızdırıcı qazanının saatlıq 22 kub.m qaz sərfiyyatı, gündəlik 18 saat rejimdə 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı üzrə qazdan istifadəyə görə yaranmış borc 9.645,6 manat müəyyən olunur. Həmçinin 2 ədəd PQ-2 tipli qaz plitəsinin saatlıq 0,8 kub.m qaz sərfiyyatı, gündəlik 04 saat rejimdə 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022ci ilin yanvar ayı üzrə qazdan istifadəyə görə yaranmış borc 47,23 manat müəyyən olunur. Belə olan halda cəmi borc 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı üzrə 9.692,83 manat müəyyən olunur.
15. Saldoya əsasən 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı üzrə cəmi borc məbləği 13.986,58 manat müəyyən olunur. Kollegiya hesab edir ki, 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayları üzrə 13986,58-9692,83=4293,75 manat borc silinməlidir.
16. Həmçinin iddiaçının hesabına 960,25 manat cərimə hesablanması ilə bağlı Kollegiya qeyd etmişdir ki, borcla bağlı akt iddiaçının iştirakı ilə tərtib edilməmiş və həmçinin həmin akt ona təqdim edilməmişdir. Bundan əlavə yanvar ay ı üzrə iddiaçıya borc hesablandığından, 960,25 manat cərimənin yazılması əsaslı deyildir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 72, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18, 26, “Qaz təchizatı haqqında” Qanunun 11.6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 2.12, 3.4, 6.5, 6.6, 6.7, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-531/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, işin təkrar araşdırılması üçün apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Habelə qeyd edilmişdir ki, məhkəmə əsassız olaraq 2022-ci ilin yanvar ayı üzrə sayğacsız dövr üçün aparılmış 960,25 manat hesabatı cərimə kimi qiymətləndirmişdir, lakin cavabdeh tərəfindən idd iaçıya münasibətdə heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır, iddia edilən məbləğ onun yaşadığı mənzildə istifadə edilmiş,lakin dəyəri ödənilməmiş təbii qazın dəyəridir.
20. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1, 88 və 386-cı maddələrinə istinad etməklə əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə
72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş dig ər vəzifələri yerinə yetirməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
25. Maddə 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
26. Maddə 18.İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: -18.0.1.İstehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qid a təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini.
27. Maddə
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
28. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchiza tın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” 29. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 30. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uy ğun olaraq müəyyən edilir. 24. xx.xx.2023-cü il tarixədək qüvvədə olan 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 31. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 32. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: -3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; -3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 33. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 34. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edi lməlidir. 35. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2 Apellyasiya instan siyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 4293,75 manat məbləğində borcun silinməsi hissəsində düzgün nəticəyə gəlsə də, 960,25 manat məbləğində cərimənin silinməsinə dair hissədə maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 4293,75 manat məbləğində borcun silinməsi hissəsində iddia həll edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
45. Lakin apellyasiya məhkəməsi iddianın təmin olunan digər hissəsi üzrə maddi hüquq normalarını müəyyən olunmuş işin faktiki hallarına uyğun düzgün tətbiq etməmişdir. Bu səbəbdən kassasiya şikayəti qismən təmin edilməklə, qətnamə 960,25 manat məbləğində cərimənin silinməsi hissəsində ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilərək, iddia həmin hissədə rədd olunmalıdır.
46. Belə ki, iddiaçı hazırki tələbini irəli sürərkən 31 yanvar 2022-ci il tarixli akta əsaslanaraq qeyd etmişdir ki, Cavabdeh İB-nin Təmir tikinti idarəsinin nümayəndələri tərəfindən qaz sayğacı Dövlət yoxlamasından ke çirilməsi məqsədi ilə açıldığına görə sərf olunan təbii qazın həcmi normativə uyğun olaraq 3841 kub.m olmaqla 960,25 manat müəyyən edilmişdir
47. Apellyasiya instansiya məhkəməsi işin tam və hərtərəfli araşdırılmasını təmin etmək üçün müvafiq ekspertiza təyin etmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus İsmayıllı rayonu, Zeyvə kənində yerləşən fərdi yaşayış evində olan 1 ədəd su qızdırıcı qazanının saatlıq 22 kub.m qaz sərfiyyatı, gündəlik 18 saat rejimdə 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı üzrə qazdan istifadəyə görə yaranmış borc 9645,6 manat müəyyən olunur. Həmçinin 2 ədəd PQ-2 tipli qaz plitəsinin saatlıq 0,8 kub.m qaz sərfiyyatı, gündəlik 04 saat rejimdə 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022ci ilin yanvar ayı üzrə qazdan istifadəyə görə yaranmış borc 47,23 manat müəyyən olunur. Belə olan halda cəmi borc 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı üzrə 9692,83 manat müəyyən olunur.
48. Həmin rəyə əsaslanmaqla apellyasiya instansiya məhkəməsi işdə olan saldoya əsaslanaraq 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı üzrə cəmi borc məbləği 13986,58 manat müəyyən olunduğunu qeyd etmiş və 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayları üzrə 13986,58-9692,83=4293,75 manat borcun silinməli olması nəticəsinə gəlmişdir.
49. Bununla yanaşı işin mübahisəsiz halı olaraq müəyyən edilir ki, qaz sayğacı ünvandan açılıb götürülən vaxtdan mübahisə yaranan vaxtadək, tərəflər akt tərtib edərək sərf edilmiş qazın həcmini və məbləği hesablamış, bu məlumatlar cavabdeh tərəfindən saldoya daxil edilmişdir.
50. İşin müəyyən edilmiş hallarından isə aydın olur ki, məhkəmənin cərimə kimi müəyyən edərək sildiyi 31 yanvar 2022-ci ildə akta göstərilən məbləğ məhz həmin ay üçün sərf edilmiş qazın həcmi və məbləği olmuşdur.
51. Müvafiq olaraq saldoda həmin məbləğ cərimə qrafasında deyil, müvafiq ay üçün sərf edilmiş qazın həcmini və buna görə müəyyən edilmiş məbləğə aid olan qrafalara daxil edilmişdir. Belə olan halda apellyasiya instansiya məhkəmsinin cərimə olaraq silmiş olduğu istinad olunan məbləğ hesablanmış cərimə məbləği olmamış və 2022-ci ilin yanvar ayı üçün hesablanmış səf edilmiş qazın həcmi olmuşdur. Ekspert rəyindən isə görünür ki, həmin dövr üçün də tədqiqat aparılmışdır. Məhkəmə isə ekspertin aparmış olduğu tədqiqata uyğun olaraq 2022-ci ilin yanvar ayıda dax il olmaqla müəyyən etdiyi həddə hesabanmış məbləğin azaldılmalı olması nəticəsinə gəlmişdir.
52. Belə olan vəziyyətdə məhkəmənin 960,25 manat məbləğinə hesablanmış məbləği cərimə məbləği kimi silinməsi nəticəsinə gəlməsi araşdırılmış və müəyyən edilmiş işin hallarına uyğun olmamışdır.
53. Odur ki, iddiaçının tələbinin qeyd edilən hissədə (960,25 manat məbləğinə hesablanmış məbləği cərimə məbləği kimi silinməsi) qanuni əsası olmamışdır.
54. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iddianın 960,25 manat məbləğinə hesablanmış məbləğin cərimə məbləği kimi silinməsi hissəsi üzrə maddi hüquq normasının tələbləri pozulmuşdur ki, bu hal Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğvi və apellyasiya instansiy ası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi üçün əsasdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-531/2024 nömrəli, 6 aprel 2024-cü il tarixli qətnaməsi 960,25 manat məbləğində cərimənin silinməsi hissəsində ləğv olunsun, həmin hissədə yeni qərar çıxarılsın. İddiaçı Cavabdeh İB-nə qarşı 960,25 manat cərimənin silinməsinə dair iddiası təmin olunmasın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.