Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-271/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-271/22 (Açar sözlər: tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(105)-2318/2021 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət N eft Şirkətinin Qaz İxrac İdarəsinin kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, X1 Kəmərləri Sahəsinin istismarında olan 530 mm diametrli “Sumqayıt QPS-Yaşma QPS” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən 39 T 0374445; ******* koordinatları üzrə inşa edilmiş daş hasarın və fərdi yaşayış evinin onun hesabına sökülməsi və mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktla rı Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.A.Abdullayev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, ünvan 1 ünvanda yerləşən, sənəd üzrə sahəsi 0,06 ha, faktiki sahəsi 0,0521 ha olan yaşayış məntəqəsinin torpaq sahəsinə dair Cavabdeh adına Reyestr Xidməti tərəfindən 18 sentyabr 2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilib və həmin sənədin verilməsinə əsas kimi 20 aprel 2008-ci il tarixli “Polad” BY, Bağçılıq, 305 göstərilib. Bundan sonra 18 sentyabr 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən, 0,0521 ha yaşayış məntəqəsinin torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınıb. 06 noyabr 2019-cu il və 20 n oyabr 2019-cu il tarixlərdə iddiaçının əməkdaşları tərəfindən tərtib edilib, imzalanmış aktlara əsasən, Cavabdeh tərəfindən “Sumqayıt-Yaşma” magistral qaz kəmərinin 19-cu kilometrliyində 39 T 0374445; ******* koordinatları üzrə 530 mm diametrli magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 8 metr məsafədə evin və 6 metr məsafədə daş hasarın inşa edildiyi müəyyən edilib. Göründüyü kimi, cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonasında hər hansı özbaşına tikinti işləri aparılmayıb və iddiaçının sökülməsini tələb etdiyi hasarın və evin yerləşdiyi torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Bundan başqa, Cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmış olsa belə, həmin tikilinin sökülməsini tələb etmək üçün iddiaçı müvafiq subyektiv hüquqa malik deyil və bu iddianı qaldırmaq səlahiyyəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə verilib. Eyni zamanda, cavabdehə məxsus fərdi yaşayış evi və ya ərazidəki digər tikililər həqiqətən iddiaçının qeyd etdiyi kimi boru kəmərinin mühafizəsi zonasına düşürsə, həmin tikililərin yerləşdiyi torpaq sahələri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət ehtiyacları üçün geri alına bilər. Hazırki halda iddianın təmin edilməsi isə mülkiyyətçi kimi cavabdehin hüququnun pozulmasına səbəb olar. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 180.1, 180.2, 240.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instans iya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 1 57.9-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə ic lasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi, vəkili Vəkil və üçüncü şəxs “Polad” Kollektiv Bağçılıq Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna la zımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 240. 1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.3-cü maddəsinə görə, mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-cı maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-cı maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində t əyinatı üzrə yerüstü mərtəbəsinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fəsadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət v ermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiy mətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, ünvan 1 ünvanda yerləşən yaşayış məntəqəsinə aid, sənəd üzrə sahəsi 0,06 ha, faktiki sahəsi 0,0521 ha olan torpaq sahəsinin cavabdehin xüsusi mülkiyyətində olması, həmin torpaq sahəsinin ona məhz fərdi yaşayış evinin tikintisi üçün ayrılması, cavabdehin torpaq sahəsini daş hasara alaraq orada fərdi yaşayış evi inşa etməsi, habelə həmin daş hasarın və fərdi yaşayış evinin, sözügedən magistral qaz kəmərinin mühafizə zonasına düşməsi, yəni mühafizə zonasından evin 8 metr, daş hasarın isə 6 metr məsafədə inşa edilməsi, işin mübahisə olunmayan hallarıdır və cavabdeh özü də bu halları inkar etmir. Mülki qanunvericiliyə görə, tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində aparılmış olsa da, buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş tikililər özbaşına tikinti sayılır. Hər bir halda torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar ucalda bilər, öz sahəsində başqa şəxs lərin tikinti aparmasına icazə verə bilər. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 180.1, 240.1-ci maddələrinin tələblərini pozaraq, torpaq sahəsinin mülkiyyətçisi kimi cavabdehin sözügedən tikililəri lazımi icazələr almaqla tikinti normalarını və qaydalarını gözləmək şərti ilə inşa edib-etmədiyini, bununla bağlı müvafiq icra hakimiyyəti orqanında məlumatlandırma icraatının aparılıb-aparılmadığını, habelə sökülməsi iddia olunan tikililərin sözügedən magistral qaz kəmərinin bilavasitə mühafizə zonasına düşübdüşmədiyini, yanğın təhlükəsizliyi baxımından bunun gələcəkdə cavabdehin və ailə üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə törədib-törətməyəcəyini müəyyən etmək üçün müvafiq ekspertizalar keçirib rəy almadan, torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün cavab dehə ayrılarkən bunun iddiaçının aidiyyəti qurumları ilə razılaşdırılıbrazılaşdırılmadığını kifayət qədər araşdırmadan, bu növ iddialara məhkəmələrdə baxılarkən ilk növbədə insanların həyatı və sağlamlığının əsas tutulmasını nəzərə almadan, yalnız torpağın cavabdehin mülkiyyətində olmasına istinad birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. “Daşınmaz əmlak ın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçü n əsas hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin "xxxx"ın 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfin dən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövlət tikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Habelə, “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 18 iyun 2002-ci il tarixli Qərarında Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ) üzrə bir daha xatırlatmışdır ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bə zi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həmin Qərarın 63-cü bəndində göstərilmişdir ki, həyata qarşı ehtimal olunan hər bir təhlükə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir. Apellyasiya instansiyası məhkəməsi, sökülməsi iddia olunan tikililərin hüquqi statusuna aydınlıq gətirmədən, sözügedə n magistral qaz kəməri ilə yüksək təzyiqli qazın nəql edilməsini nəzərə almadan, eləcə də magistral qaz kəmərinin gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısıalınmaz xoşagəlməz nətiəcələr doğuracağına və sözügedən magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsindən əvvəl inşa edilməsinə əhəmiyyət vermədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparması Mülki Məcəllənin 180-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur və bu halda özbaşına tikinti, maraqlı tərəfin müraciəti üzrə də qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən sökülə bilər. Bu baxımdan, özbaşına tikilinin sökülməsini tələb etmək üçün iddiaçının müvafiq subyektiv hüquqa m alik olmadığı və hazırki iddianı Fövqəladə Hallar Nazirliyinin qaldırmalı olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Digər tərəfdən, iddiaçının cavabdehə qarşı hazırki tələbləri sonuncunun mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına yönəlməyib, onun tələbi magistral qaz kəmərinin mühafizə zonasına düşən özbaşına tikililərin sökülməsindən ibarətdir və iddiaçı, tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180, 240cı maddələrinin tələblərinə istinad edib. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, iddianı rədd edərkən Mülki Məcəllənin 157.9-cu maddəsinə, habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanuna istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol verib. Bu isə Mülki Prosessual Məcəllənin 386, 418.1, 418.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaç ı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(105)-2318/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-271/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-271/2022
18.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver