Məhkəmə qərarları › İş №2(102)-2712/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2712/2022

05.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2712/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 07 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 07 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-970/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 61 saylı bağ sahəsi X6 mülkiyyətində olmuşdur. X12 11.01.2009-cu il tarixində vəfat etmiş və Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 13.01.2009-cu il qeydiyyat tarixli ölüm haqqında şəhadətnamə verilmişdir.

2. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxxxxx 1959-cu ildə Bakı şəhərində anadan olmuş, atası X13, anası X10r.

3. Doğum haqqında şə hadətnamənin surətindən görünür ki, Cavabdeh1 26 avqust 1953-cü ildə Bakı şəhərində anadan olmuş, atası X13, anası X10r. 4.Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 14.12.1981-ci il tarixdə vəfat etmişdir.

5. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 19.04.2007-ci il tarixdə vəfat etmişdir.

6. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 11.01.2009-cu il tarixdə vəfat etmişdir.

7. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 08.08.2018-ci il tarixdə vəfat etmişdir.

8. Cavabdeh1 ünvan 1 ünvanladığı 31.10.2019-cu il tarixli ərizədən görünür ki, ondan başqa vərəsələr kimi X14 və X23 göstərilmişdir.

9. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, 11.01.2009-cu il tarixdə vəfat etmiş X6 vərəsəsi - ünvan 2 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1dur, o, miras əmlakdan 1/1 hissədə tam pay almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak ünvan 3ndən ibarətdir.

10. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.08.2021-ci il tarixli məktubundan görünür ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 61 saylı bağ sahəsi keçmiş X1 və İstismarı Birliyi ilə bağlanılmış 29.03.1996-cı il tarixli, 5266 nömrəli müqavilə ilə X11 (sənəddə olduğu kimi) icarəyə verilmişdir. ünvan 3 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi ********** qeydiyyat nömrəli ərizə və ərizə ilə təqdim edilən 29.0 3.1996-cı il tarixli 5266 nömrəli müqavilənin təsdiq edilmiş surəti, Bakı şəhəri, 7 saylı xüsusi notariat ofisindən verilmiş, Cavabdeh1 mərhum X6 vərəsəsi müəyyən edilməsi barədə 876 nömrəli, 07.11.2019-cu il tarixli məktub əsasında 05.01.2021-ci il tarixdə mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra, Bakı şəhəri 7 saylı xüsusi notariat ofisində 28.01.2021- ci il tarixdə reyestrdə 2V-37 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında sözügedən bağ sahəsi 05.02.2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.

11. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin 16.09.2021-ci il tarixli məktubundan görünür ki, 28 yanvar 2021-ci il tarixdə 2V-37 № ilə qeyd edilmiş reyestrdə 11 yanvar 2009-cu ildə vəfat etmiş mərhum X5 miras qalmış ünvan 3nə dair Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq vərəsə Cavabdeh1 faktiki miras əmlakı idarə etdiyinə görə və Bələdiyyə orqanından torpaq vergisinin onun tərəfindən uzun müddət ödənilməsi barədə rəsmi sənədin olması və digər sənədləri müəyyən etdikdən sonra vərəsə Cavabdeh1 tərəflərindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariat Ofisinə təqdim etdikləri sənədlərdə və “Elektron Notariat "avtomatlaşdırılmış İnformasiya sistemindən Çıxarışda şikayətçi X2 adı, soyadı qeyd edilmədiyi üçün, o vərəsə kimi nəzərə alınmamışdır və həmçinin Cavabdeh1 nümayəndəsi X15 notariat ofisinə vərəsəliyin qəbulu barədə yazdığı ərizədə X3 vərəsə kimi qeyd etməmişdir. İş üzrə qəbul edilmiş mə hkəmə aktları Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı qızı cavabdehlər Cavabdeh1 və ünvan 1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinə Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 28 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında sözügedən bağ sahəsinin 05 fevral 2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 61 saylı bağ sahəsi iddiaçının mərhum anası X6 mülkiyyətində olmuşdur. İdd iaçının anası X12 11.01.2009-cu il tarixində vəfat etmiş və Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 13.01.2009-cu il qeydiyyat tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı 2007-ci il tarixindən etibarən Böyük Britaniya vətəndaşlığını qəbul etmişdir. İddiaçı 2007-ci il 03 oktyabr və 2008-ci ilin avqust ayında Bakıya gələrək anasının yanında qalmışdır. Eyni zamanda, iddiaçı anasının ölümü ilə əlaqədar Bakıya gələrək, valideyninin yas mərasimlərində iştirak etmişdir. O cümlədən, övladlıq borcunu yerinə yetirərək anasının qəbir daşının düzəldilməsi üçün xərc çəkmişdir. İddiaçı anasının vəfatından sonra qardaşı anasından qalmış torpağın bərabər qaydada hamının arasında, yəni 3 qardaş və 1 bacı arasında bölünəcəyini bildirmişdir. Hər dəfə soruşanda hələ də torpağın bölünmədiyini, bölün ərsə iddiaçının da payının veriləcəyini bildirmişdir. Belə ki, iddiaçının qardaşı Cavabdeh1 heç kimə məlumat vermədən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha torpaq sahəsindən ibarət olan miras əmlakının qəbuluna dair 31 oktyabr 2019-cu il tarixdə 7 saylı xüsusi Notariat ofisinə ərizə ilə müraciət etmişdir. 28 yanvar 2021-ci il tarixdə isə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və nəzərdə tutulan miras əmlakın 1/1 hissədə tam pay hüquqları müəyyənləşdirilmişdir. Cavabdeh1 tərəfindən miras əmlakının qəbuluna dair ərizədə vərəsələr kimi iddiaçının mərhum qardaşları X14 və X23 qeyd olunmuşdur. Lakin qanuni vərəsə qismində iddiaçını göstərməmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən qəsdən iddiaçının qanuni vərəsə qismində çıxış etməsi faktı 7 saylı Notariat ofisindən gizlədilmişdir və bunun nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Bundan əlavə, iş üzrə materiallardan da aydın olur ki, ünvan 3nin Cavabdeh1 adına sənədləşdirilməsi zamanı iddiaçının mərhum qardaşı X17 oğlu X18 və keçmiş həyat yoldaşı X4 razılığı alınsa da, faktiki nikahda olduğu həyat yoldaşının və qızının, o cümlədən mərhum X8 ailə üzvlərindən isə heç birinin razılıq ərizələri alınmamışdır. Yəni, həmin şəxslər də Cavabdeh1 tərəfindən gizlədilmişdir. İş materiallarında diqqət çəkən məqamlardan biri də X16 və X4 razılıq ərizələrinin hələ 10 fevral 2011-ci il tarixdə alınmasıdır. Bu bir daha göstərir ki, notariat kontoru iddiaçıya qarşı qərəzli olmuş, vərəsə kimi mövcudluğunu ümumiyyətlə araşdırmamışdır.

14. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iştirak etmiş, i ddiaya etiraz edərək iddiaçının Respublika ərazisində yaşamadığını, başqa ölkənin vətəndaşı olmasını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-6045/2021) iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinə Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 28 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 3nə dair 05 fevral 2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişd ir ki, Cavabdeh1 ünvan 1 ünvanladığı ərizəsində bacısı iddiaçı qızını vərəsə kimi qeyd etməmişdir. Bu səbəbdən iddiaçı qanuni vərəsəlik dairəsinə daxil edilməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1 1159.1.1, 1243.1 və 1243.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv və iddianın rədd edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, uzun illər mübahisə edilən bağın sənədi olmayıb. O, dəfələrlə mərhum qardaşının övladlarına və 2007-ci ildən Böyük Britaniya vətəndaşı olan bacısın a bağın sənədlərinin düzəltməli olduğunu bildirmiş, onlar da öz növbəsində imtina etmiş və bağa ehtiyaclarının olmadığını bildirmişlər. 2019-cu ildə 7 saylı Notariat Ofisinə müraciət edərək vərəsəliyi müəyyən edilməsini xahiş etmiş, sənədləri düzəltmək bir il vaxt aparmışdır. Anası və atası rəhmətə getdikdən sonra mübahisəli bağ onun istifadəsindədir və faktiki olaraq vərəsəliyi qəbul etmişdir. Bugünə kimi nə işlər görülübsə onların xərcini çəkmiş, nə bacısı, nə də qardaşının övladları mübahisəli mülkün saxlanılmasında heç bir yardım etməmişlər. Kassasiya şikayətində Mülki Məcəllənin 1243.2, 1243.3, 1246, MPM-nin 1.3, 2.1, 9.1, 9.3, 14.1, 80, 88, 217.1, 217.3, 217.4, 218.3, 386, 389-cu maddələrinə istinad edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov, iş № 2(103)-970/2022) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6045/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1246-cı maddələrinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üz rə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir.

21. Lakin iddiaçının mirası əmlakı qəbul etməsi iş materialları və işin halları ilə müəyyən olunmur. Çünki iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirasın faktiki surətd ə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişdir.

22. Belə ki, iddiaçı mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərməmiş, bu yöndə heç bir aktiv hərəkət etməmiş, bununla bağlı niyyəti əvvəldən mövcud olmamışdır; buna görə də onun mirası qəbul etməsi qənaətinə gəlmək mümkün olmadığı üçün Cavabdeh1 ünvan 1 ünvanladığı ərizəsində bacısı iddiaçı qızını vərəsə kimi qeyd etməməsi Cavabdeh1 adına verilmiş 28 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas deyil, çünki iddiaçı nəinki mirası qəbul etməsi ilə bağlı məhkəməyə sübut təqdim etmiş, ümumiyyətlə iddia ərizəsində onun tərəfindən mirasın qəbul edilməsi hallarına istinad belə etməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı tərəfin izahatında göstərildiyi kimi id diaçı anasının vəfatından əvvəl və sonra da ölkədə olmuş, torpaq sahəsinin mövcud olmasından məlumatlı olmuş, lakin X6 vəfat etməsindən iddia ərizəsinin verildiyi tarixədək 12 ilə yaxın müddətdə iddiaçı tərəf mirası qəbul etməmiş, anasının icarəsində olmuş bağ sahəsinin onun ölümündən sonra bu illər ərzində sənədləşdirilməsi ilə bağlı hər hansı təşəbbüs belə göstərməmiş, əksinə cavabdeh mübahisəli əmlakı faktiki qəbul etmiş və məhz onun müraciəti əsasında qeyd edilən əmlak X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa iddiaçının mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə də müraciəti olmamışdır.

23. İddiaçı qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmədiyindən onun notariat ofisinə ünvanlanan ərizədə qanun üzrə vərəsə kimi qeyd edilməməsi vərəsəlik şəhadətnaməsinin etibarsızlığı üçün əsas olmamışdır. Həmçinin yuxarıda göstərildiyi kimi iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiyi üçün iddia tələbi Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 3nə dair 05 fevral 2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi hissəsində də əsassız olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı Minaxanım Əliyeva qətnamədən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətin i onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir.

25. Göstərilmişdir ki, anasının sağlığında onun qayğıları ilə maraqlanmış və mərhum anasının vərəsəsi kimi yas mərasimlərində bir övlad kimi yaxından iştirak etmiş, yas mərasiminin xərclərini özü çəkmiş və yas mərasiminin yola verilməsində böyük rolu olmuşdur. O, qardaşından daimi olaraq miras əmlakla bağlı maraqlanmışdır. Məlumdur ki, o, Azərbaycan Respublikası ərazisində deyil, Böyük Britaniya vətəndaşlığını qəbul etmiş və orada yaşayır. Belə olan halda daimi olaraq miras əmlakın olduğu yerdə qala bilməzdi. Miras əmlak yalnız torpaq sahəsindən ibarətdir və orada heç bir yaşayış yoxdur. O, daimi olaraq miras əmlakla maraqlanmış, qardaşından miras əmlakın sən ədləşdirilib-sənədləşdirilməməsini soruşmuşdur. Qardaşı isə hər dəfə miras əmlakın sənədləşdirilmədiyini, əgər sənədləşdirilərsə ona da məlumat veriləcəyini bildirmişdir. Yəni, qardaşı olan Cavabdeh1 etibar edərək, miras əmlakın aralarında qanuni əsasla bölünəcəyinə inanmışdır. Göründüyü kimi, miras əmlak onun tərəfindən qanuni vərəsə kimi qəbul edilmişdir. Heç bir halda miras paydan imtina etməmişdir. Qardaşı Cavabdeh1 da bunu bildiyi üçün sənədləşmə işlərini ondan gizlin, torpaq sahəsini isə ona məlumat vermədən miras kimi adına keçirmişdir.

26. Həmçinin iş materiallarına əlavə edilmiş mərhum anası X6 qəbir daşının fotoşəkli də bir övlad kimi valideyninə laqeyd olmadığının ifadəsidir. Həmçinin mərhum anasından ona 1 ədəd brilyant qaşlı üzük də miras payı olaraq qalmışdır. (Bu hallarla ba ğlı fotoşəkillər əlavə olunmuşdur).

27. Bütün bunlardan əlavə olaraq, cavabdeh tərəfindən miras əmlakın qəbuluna dair ərizədə vərəsələr kimi mərhum qardaşları X23 və X8 adlarının göstərilməsi halı da cavabdehin qərəzli mövqeyini və onun tərəfindən vərəsə kimi gizlədilməyinin faktı əsl niyyətini sübut edir. Məhz mərhum qardaşlarının adları ərizədə göstərilərək, onun adının ərizədə qeyd olunmaması halı məhkəmə tərəfindən nəzərə alınmayaraq, iş üzrə faktlara düzgün hüquqi qiymət verilməməsini göstərmiş olur. Qardaşlarının adları vərəsə kimi ərizədə göstərilsə də, onların da vərəsə kimi razılıqları və imtinaları alınmamış, miras pay barədə onların övladlarına da məlumat verilməmişdir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.

28. Onun vərəsə kimi mövcudluğu halı araşdırılmamışdır. Məhz bu hal "Notariat haqqında" Qanunun 55, 59, həmçinin 9-cu maddəsinin tələblərini kobud surətdə pozaraq onun qanuni vərəsə kimi hüquq və mənafelərinin pozulmasına səbəb olmuşdur.

29. Kassator bildirmişdir ki, cavabdehin mövqeyinə əsasən iddiaçı tərəfindən hansı tarixlərdə Azərbaycana gəldiyi və mirası qəbul etməsi göstərilməmişdir. Həmçinin cavabdeh demişdir ki, guya onun notariat ofisinə müraciət etməsindən iddiaçının xəbəri var idi. Amma çıxarışın olmaması və mübahisəli bağa çıxarış almalı olduğunu bildiyi üçün Azərbaycan Respublikasına gəlmirdi. Məhkəmə tərəfindən isə cavabdehin əsas gətirdiyi hallara əsasən apellyasiya şikayəti təmin edilmişdir.

30. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 02.03.2022-ci il tarixli məktubundan da göründüyü kimi, mərhum anası X6 vəfatından sonra o, anasının vəfatı ilə əlaqədar həqiqədən də Azərbaycan Respublikasının ərazisinə 14.01.2009 tarixində gəlmişdir. Həmin il növbəti dəfə Respublika ərazisinə girişi isə 18.02.2009-cu il tarixinə düşür. Həmçinin, dövlət sərhədindən giriş-çıxışı ilə bağlı məlumatlara nəzər saldıqda görünür ki, dəfələrlə o, Azərbaycan Respublikasına gəlmişdir. Lakin, buna baxmayaraq, qardaşı tərəfindən miras əmlakla bağlı məlumatlar ondan gizlədilmiş və bilərkdən vərəsə kimi hüquqları qərəzli olaraq məhdudlaşdırılmışdır.

31. Kassasiya şikayətində Mülki Məcəllənin 1133.1, 1193, Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 1291 və 13 21-1-ci maddələrinin Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli və Mülki Məcəllənin 1193-cü maddəsinin Konstitusiyanın 13-cü maddəsinin 1 və 2-ci həssələrinə 29-cu maddəsinin 1, 2 və 3-cü hissələrinə uyğunluğunun yoxlanılmasına dair 20 oktyabr 2011-ci il tarixli qərarlarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 1131.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

34. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, m iras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

35. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

36. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

37. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

38. Maddə 1159.1.1. qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

39. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə d ə vəsiyyət üzrə vərəsə qəbul edir.

40. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

41. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apelyas iya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının pros essual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

50. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən İddiaçı qızı kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddədə nəzərdə tutulan müddətlər iddia müddətləri deyil, kəsici müddətlərdir və tərəflərin bununla bağlı ərizə verib-verməməsindən asılı olmayaraq miras əmlakın bu müddət ərzində qəbul edib-edilmədiyi, habelə miras üzrlü səbəbdən gec qəbul edildiyi halda bu müddətin uzadılmasına əsasların olubolmadığı ba rədə hallara məhkəmə tərəfindən qiymət verilməlidir. Miras əmlak müəyyən edilmiş müddət ərzində qəbul edilmişdirsə mübahisəyə hər hansı müddətin tətbiqi üçün əsas yoxdur, əgər həmin müddət ərzində qəbul edilməmişdirsə və bu müddətin uzadılması üçün əsaslar yoxdursa onda iddia tələbi Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş kəsici müdətlərin mübahisəyə tətbiqi əsası ilə rədd olunmalıdır

53. Qeyd edilməlidir ki, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəs ində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir.

54. Apellyasiya instansiyası məhkəməsinin araşdırdığı faktiki halların məcmusu ilə iddiaçının miras əmlakı qəbul etməsi müəyyən olunmur. Çünki iddiaçı istinad olunan maddədə göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirasın faktiki olaraq qəbul edilməsi ilə bağlı hər hansı hərəkət lər etməmişdir.

55. Nəzərə alınmalıdır ki, yalnız o dəlil – yəni cavabdehin mirasın qəbul edilməsi anında iddiaçının adını vərəsələr sırasında göstərməməsi mirasın qəbulu haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas kimi qəbul olunmamalıdır. Bu nəticəyə gəlmək üçün ilk növbədə iddiaçının mirası qəbul etməsi müəyyən olunmalı, bundan sonra o, mirasın qəbulu haqqında şəhadətnaməni mübahisələndirmək hüququna malik ola bilər. Göstərildiyi kimi iddiaçının isə mirası hər hansı üsula qəbul etməsi müəyyən edilmir.

56. Bu eyni zamanda iddiaçının iddia tələbində və kassasiya şikayətində istinad etdiyi digər vərəsələrə də aiddir.

57. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçıya miras əmlakın mövcudluğu, anasının vəfatı ilə mirasın açılması məlum olmuşdur. Bu isə ona müstəqil olaraq mira sının qəbulu üçün müraciət etmək imkanı vermişdir. Lakin iddiaçı bu imkandan da istifadə etməmişdir.

58. Kassasiya şikayətində iddiaçı əvvəlki məhkəmə instansiyalarında istinad etmədiyi yeni dəlilə - ona anasından miras olaraq bir ədəd üzüyün qalmasına əsaslanaraq mirasın bir hissəsini qəbul etdiyindən digər hissəsi də qəbul etməsini göstərir. Qeyd edilməlidir ki, həmin dəlil nə qədər ki, faktiki halları araşdıran aşağı instansiya məhkəməsinə təqdim olunmamışdır, bu vəziyyətdə həmin dəlilin kassasiya icraatında qəbul edilməsi yolverilən hesab edilə bilməz. Apellyasiya məhkəməsinin araşdırma predmetini təşkil etməmiş hala kassasiya şikayətində istinad edilə bilməz.

59. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və apelly asiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir.

60. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(103)-970/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar