Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2714/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, ünvan 2, Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2714/2024 (Açar sözlər: daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, ünvan 2 və Cavabdeh3 qarşı “alğı-satqı, ipoteka müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə d air iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-838/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş B, 32 saylı mənzil (yeni qaydalarla: AZ 1123, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,06 kv.m. olan mənzil İddiaçı xüsusi mülkiyyətində olmuşdur.
2. İddiaçı ünvan 2 ünvanladığı və 02 iyun 2022-ci il tarixində imzaladığı 3324 saylı ərizəsinə əsasən, o, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş B, 32 saylı mənzilini satmaq istəyir, bununla əlaqədar həmin əmlak üzərində qadağanın olubolmaması və ya ona ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş etmiş, qeyd edilən məlumatın əldə edilməsi ilə bağlı dövlət rüsumunun və xidmət haqqının ödənilməsinə dair qəbzləri də ərizəsinə əlavə etmişdir. 3. 40 saylı Notariat Ofisinə ünvanlanan 31 may 2022-ci il tarixli ərizəyə əsasən, X5 əri İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş B, 32 saylı mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etməmişdir.
4. İddiaçı ünvan 2 ünvanladığı və 02 iyun 2022-ci il tarixində imzaladığı digər ərizəsinə əsasən, ona Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş B, 32 saylı mənzili Cavabdeh3 106.000 manata satılması barədə razılığa gəlmələrini, qarışıq (alğı-satqı və ipoteka) müqavilə üzrə satış qiyməti 106.000 manat pul vəsaitinin 74.000 manatını Cavabdeh2 ASC-nin verdiyi kredit hesabına, 32.000,00 manatın isə Cavabdeh3 tərəfindən ödənilməsini, həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra notariatın depozit hesabı vasitəsilə ödənilməsi barədə qanunvericiliyinin tələbləri ona izah edilmişdir. Həmin tarixdə “Alğı-satqı və ipoteka” müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş B, 32 saylı mənzil İddiaçı tərəfindən Cavabdeh3 106.000 manata satılmışdır. 5. 02 iyun 2022-ci il tarixli, 082-22/İ nömrəli kredit müqaviləsinə, əsasən, “Kreditor” Bank tərəfindən “Borcalan” Cavabdeh3 74.000 manat m əbləğində illik 7 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti verilmişdir. Kredit “Borcalan”a Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş B, 32 saylı mənzilin alınması üçün verilmişdir.
6. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş B, 32 saylı mənzil 04 iyun 2022-ci il tarixindən Cavabdeh3 xüsusi mülkiyyətindədir.
7. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 fevral 2023-cü il tarixli qərarına, əsasən, X6, X1 Rüfət Rizvan oğlu və Cavabdeh3 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-4 9/2023 nömrəli, 05 mart 2023-cü il tarixli və, 6(005)-94/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarları ilə İddiaçı şikayəti təmin edilib və müvafiq olaraq 02 fevral 2023-cü və 09 aprel 2023-cü il tarixlərində polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi X9 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarının qanunsuz hesab edilməsi, ləğv edilməsi və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikasının Mərkəzi X2 01 sentyabr 2022-ci il tarixli mədaxil qəbzlərinə əsasən, Cavabdeh3 tərəfindən Cavabdeh2 ASC-nin Universal filialına 450,44 manat standart ev ödənişi, 34,76 manat həyat sığortası üzrə ödənişi, 14,80 manat əmlak sığortası ödənişi həyata keçirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktla rı. Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, ünvan 2 və Cavabdeh3 (bundan sonra cavabdehlər və ya Bank, Notariat Ofisi, ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 və Bank arasında bağlanmış 02 iyun 2022-ci il tarixli yaşayış sahəsinin alğı-satqı və ipoteka müqavilələrinin, eyni zamanda Cavabdeh3 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, X6, Cavabdeh3, X7, X4 və digər şəxslərlə əlbir olub Çin Xalq Respublikasından şərik qismində uşaq oyuncaqları si fariş verib gətizdirərək Bakı şəhərində satıb iddiaçıya hər ay 20.000 manat qazanc təşkil edəcəyinə dair yalan vədlər verib inandıraraq bu məqsədlə sərmayə əldə etmək üçün aldatma yolu ilə onu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş B, 32 saylı mənzilini girov qoyub Bankdan kredit götürməyə razı salmış və 02 iyun 2022-ci il tarixində həmin bank şöbəsində kredit sənədləşdirməsi adı ilə mənzilin alğı-satqı müqaviləsinə qol çəkdirərək onun mənzilini dələduzluq yolu ilə ələ keçirmişlər. Həmin tarixdə qeyd olunan şəxslər tərəfindən aldadılmağı nəticəsində Bankın əməkdaşı X7 tərəfindən tərtib olunmaqla Notariat Ofisində bağlanmış alğı-satqı və ipoteka müqavilələrinin mahiyyətini və məzmununu bilmədən həmin müqaviləni imzalamışdır. Bundan sonra X4 ona 49.000 manat pul təqdim edərək həmin vəsaitin Bank tərəfindən ona kredit qismində verildiyini və bunun müqabilində mənzilinin bank qarşısında girov qoyulduğunu bildirmişdir. Qeyd olunan şəxslər tərəfindən aldadılmağı nəticəsində ona Bank tərəfindən kredit vəsaitinin verildiyini düşünərək Banka 2022-ci ilin iyul ayında 509 manat, 2022-ci ilin avqust ayında 572 manat, 2022-ci ilin sentyabr ayında 525 manat, 2022-ci ilin oktyabr ayında isə 572 manat məbləğində ödəniş etmişdir. Yalnız 2022-ci ilin oktyabr ayında ona məlum olmuşdur ki, həmin şəxslər onu aldadaraq xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş B, 32 saylı mənzilinə dair əmlak hüquqlarını əldə etmişlər və Bank tərəfindən tərtib olunmaqla Notariat Ofisində bağlanmış 02 iyun 2022-ci il tarixli müqavilədə Cavabdeh3 alıcı qismində rəsmiləşdirilmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-1630/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının tələbinin əsaslı olmasına dair irəli sürdüyü dəlilləri işin faktiki və araşdırılmış halları ilə uzlaşmır. İddiaçının aldadılması faktı həqiqətən də mövcuddursa və bu halın ona notariat əməliyyatından sonra özünə 106.000 manat deyil, 49.000 manat verilərkən bəlli olmuşdursa, həmin vaxt buna etiraz edərdi və dərhal da hüquqlarının pozulması ilə bağlı müvafiq hərəkətlər etməsinə heç nə və heç kim maneə olmurdu.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçının ödənişləri e tməsi iddia tələblərində və polis orqanlarında verdiyi izahatın məzmununda göstərdiyi hallar üzrə olması ehtimalı nəzərə alınsa belə hər bir halda iddiaçı öz adına ipoteka krediti götürülməməsini və ödənişin də təyinatının öz adına olmayan ipoteka ilə bağlı olmasını bilirdi. Belə ki, bağlanılan müqavilənin bir nüsxəsi ona təqdim edilərək məzmunu ilə tam tanış olmuş, eləcə də sonrakı vaxtlarda hər ay ödəniş zamanı təqdim edilən qəbzdə ödənişin təyinatı, kimin adına ödənilməsi mütləq olaraq göstərilir və iddiaçının bu fakta diqqət yetirməməsinin mümkün olmaması və ödənişi özünə münasibətdə ipoteka krediti üçün ödəməsi barədə göstərdiklərinin həqiqətə uyğun deyil.
15. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının Cavabdeh3 adından ipoteka kreditlərinin ödəməsi faktı tərəflər arasında bağlanm ış alğı-satqı və ipoteka müqaviləsinin qanuna uyğun olmamaqla digər bir əqdi pərdələmək, aldadılma nəticəsində və ya hüquqi nəticələr yaradılmaması üçün bağlanılması qənaətinə gəlmək üçün hüquqi əsaslar yaratmır. İddiaçının həyat yoldaşının digər notariat ofisində mənzilin satılması və ipoteka qoyulmasına dair razılıq ərizəsi verməsi onların birgə mülkiyyətləri sayılan mənzilləri satmaq niyyətlərinin bariz nümunəsidir. Həmçinin razılıq ərizəsi verilən zaman ona heç bir təsir edilməmiş, o, könüllü və sərbəst şəkildə iradə ifadəsini əks etdirmişdir. Satış niyyəti olmadığı təqdirdə razılıq ərizəsində yalnız ipoteka qoyulmasına razılıq verməsi qeyd edilərdi ki, ərizə bu məzmunda olduğu təqdirdə alğı-satqı müqaviləsi bağlana bilməzdi.
16. Məhkəmə iddiaçının digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu hallar qanuni əsaslarla tərtib edilmiş mübahisələndirilən müqavilələrin etibarsızlığına əsas vermir. Belə ki, bütün bu dəlillərin əsassız olması iddiaçının mübahisələndirilən müqavilə bağlanan zaman niyyəti və iradə ifadəsinin və sonrakı zaman ərzində (polisə ərizə verilənə kimi) davranışları mənzilinin alğı-satqı müqaviləsi yolu ilə özgəninkiləşdirilməsinə yönəldilməsi ilə təkzib edilir. İddiaçının müqavilənin məzmununda bağlanmasının şərtlərinin nədən ibarət olması ilə məlumatlı olduğu halda, irəli sürdüyü dəlilləri ilə hazırki iddianı qaldırması hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 16.1, 324, 337, 339, 560.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, adətən, alıcı satıcının və satıcının ailə üzvlərinin satılan mənzildən qeydiyyatdan çıxmalarına qədər alğı-satqı müqaviləsini rəsmiləşdirmir. Belə olduqda ortaya sual çıxır ki, o və ailə üzvləri mübahisələndirilən mənzildə pasp ort qeydiyyatında qalmaqlarına baxmayaraq alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin səbəbi aydın deyil. Qətnamənin 14-cü vərəqinin yuxarıdan üçüncü abzasında əsaslandırılmış hissəyə münasibətdə qeyd edilmişdir ki, onun hansı davranışları ilə iddia ərizəsində göstərdikləri alğı-satqı müqaviləsi bağlandıqdan sonra onun ailə üzvləri ilə birlikdə mənzildə yaşamağa davam etməsi, mənzildən köçmək üçün, mənzildən qeydiyyatdan çıxmaq üçün heç bir hərəkət etməməsi qeyd edilmir. Hakim qətnaməsini əsaslandırmaq üçün ümumi söz yığımından istifadə edərək bu cür açıq-aydın faktları araşdırmamış və diqqətsiz qoymuşdur. Qətnamənin 14cü vərəqinin yuxarıdan dördüncü abzasında qeyd edilən əsaslandırmada hakim özü göstərmişdir ki, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edild iyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Qətnamədə qeyd olunmuş bu yazılarla və apellyasiya şikayətində göstərilənlərlə iddiaçının izahatının əsaslı olması sübut olunduğu üçün bunlar məhkəmə tərəfindən qəbul edilməklə qanuni qətnamə çıxarılmalı idi. Qətnamənin 14-cü vərəqinin yuxarıdan ikinci abzasında göstərilənlərə münasibətdə qeyd edilmişdir ki, o elə orada göstərilənlərlə sübut edir ki, alğı-satqı və ipoteka müqavilələri bağlanarkən aldadılmış və bu hallar da onun aldadılmağın sübutu kimi ayrı-ayrılıqda ilkin instansiyada araşdırılmalı idi. İlkin instansiyada Bakı şəhəri 9 saylı Notariat Ofisinin ofisində göstərilən müqavilələr təsdiqlənərkən aparılmış videoçəkilişin görüntülərinin alınması barədə iddiaçı tərəfindən verilmiş vəsatət müzakirəsiz qaldığı və təmin olunmadığı üçün apellyasiya instansiyası məhkəməsindən bu görüntülərin alınmasını xahiş etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-838/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin mənzillərin və yaşayış evlərinin alğı-satqısı zamanı, alğı-satqıdan sonra satıcı satılan əmlakı dərhal alıcıya təhvil vermirsə, formalaşmış bir təcrübə və qayda var ki, bu alğı-satqı müqaviləsində öz əksini tapır və müqavilədə bunun səbəbi və konkret olaraq, hansı müddətdən sonra və hansı şərtlər daxilində mənzilin və ya yaşayış evinin satıcı tərəfindən alıcıya təhvil veriləcəyi göstərilir. Bu zaman satıcının və satıcının ailə üzvlərinin satılan mənzildən qeydiyyatdan çıxmaları da alğı-satqı müqaviləsi rəsmiləşənə qədər həyata keçirildiyi dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hazırki vaxta kimi mənzilində yaşamağa davam etməsi, alıcının mənzli baxıb bəyənməməsi, mənzilin real bazar qiyməti ilə müqavilədə göstərilən satış məbləğinin uyğun olmaması, hazırki iddia veriləndən sonra ona qarşı mənzildən çıxarılmaya dair iddia qaldırılması kimi dəlillər alğı-satqı və ipoteka müqaviləsinin etibarsız lığına əsas vermir. Belə ki, iddiaçının özü də apellyasiya şikayətində qeyd edir ki, cavabdeh iddiaçı və onun ailə üzvlərinin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin iddiaçının və ailə üzvlərinin mübahisəli mənzili könüllü olaraq boşaltmamaları nəticəsində cavabdeh göstərilən hüquqlarını həyata keçirə bilməmiş və mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, o, öz əmlakı olan həmin mənzildən iddiaçının və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsini və onlara məxsus əşyaları ilə birgə mənzildən çıxarılmalarını tələb etməkdə haqlı olmuşdur.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, müqavilə bağlanıla rkən cavabdeh tərəfindən müqavilənin bağlanması məqsədi ilə iddiaçının məcbur edilməsi, aldadılması və s. hərəkətlərin edilməsi halları məhkəmə iclasında müəyyən olunmamış və belə hallara dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. İş materiallarından da müəyyən olunduğu kimi, iddiaçının həyat yoldaşının qeyd edilən müqavilə bağlanana 3 gün qalmış digər notariat ofisində mənzilin satılması və ipoteka qoyulmasına dair razılıq ərizəsi verməsi onların birgə mülkiyyətləri sayılan mənzilləri satmaq niyyətlərinin bariz nümunəsidir. Satış niyyəti olmadığı təqdirdə razılıq ərizəsində yalnız ipoteka qoyulmasına razılıq verməsi qeyd edilərdi ki, ərizə bu məzmunda olduğu təqdirdə də alğı-satqı müqaviləsi bağlana bilməzdi.
23. Apellyasiya şikayətinin iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı mövcud sübutlarla təsdiq edildiyindən yetərli sübut kimi qəbul edilməli olduğu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Prosessual qanunvericiliyin tələblərinə görə iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə iddiaçının iddiaçının izahatı formal mülahizələrə əsaslanmış və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.
24. Birinci instansiya məhkəməsində işə baxılarkən Notariat Ofisindən göstərilən müqavilələr təsdiqlənərkən aparılmış videoçəkilişin görüntülərinin əldə olunması barədə verilmiş vəsatətin təmin olunmadığı və apellyasiya instansiyası məhkəməsindən bu görüntülərin alınmasını xahiş etməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, işə apellyasiya instansiya məhkəməsində baxılarkən həmin video görüntülərin əldə edilməsi mqəsədilə məhkəmə tərəfindən Notariat Ofisinə və ləğv prosesində olan Cavabdeh2 ASC-yə sorğu ünvanlanmış, lakin sorğoya cavab olaraq bildirilmişdir ki, notariat ofisində notariat əməliyyatlarının çəkilən video görüntülərinin qalıcılığı təxminən 1 ay təşkil etdiyindən video görüntülərin təqdim edilməsi mümükünsüzdür.
25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324, 337, 339, 399, 560.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun B.Qas ımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarına, “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.1, 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
26. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2
7. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, onlar iddianın tam qanuni olmasını sübut etsələr də də, cavabdehlər öz mövqelərinin əsaslı olmasını sübut edən heç bir sənəd təqdim etməmişlər. Birinci instansiya və apellyasiya instansiya məhkəmələri işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
28. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
29. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ g əlməsi əsaslarındandır.
30. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələbl ər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
33. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
34. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsi z əqdlər ola bilər.
36. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
37. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
38. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
39. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları. 40. “Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları. 41. “Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifad əsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilm ədən, şikayəti təmin etmədən saxlaya bilər.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir.
55. Kasasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Belə ki, məhkəmə kollegiyasının qən aətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
58. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
59. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir.
60. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi və apellyasiya şikayətinin dəlillərini təkzib etməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 21-24-cü paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, məhkəmə araşdırması ilə mübahisələndirilən müqavilənin etibarsızlığı öz təsdiqini tapmamışdır. Bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur.
61. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
62. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayış ı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızl ığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
63. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
64. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq e dilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
67. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-838/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.