Məhkəmə qərarları › İş №2(102)-2718/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2718/2021

20.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2718/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X15 Azərbaycan” QSC-yə və müstəqil tələb irəli sürən 3-cü şəxs Nərimanov Ziya İlham oğlunun cavabdeh “X15 Azərbaycan” QSC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2718/21 (Açar sözlər: zaminlik müqaviləsinə xitam verilməsi) Bakı şəhəri, 20 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili X2, müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Ziya İlham oğlunun və kili X3, cavabdeh “X15 Azərbaycan” QSC-nin nümayəndəsi X1 və vəkili Mirzəliyev Rüfət Əsəd oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5075/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Ziya İlham oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh “X15 Azərbaycan” QSC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2013-cü il tarixli Zaminlik müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “X15 Azərbaycan” QSC id dia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26 iyul 2013-cü il tarixli Zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Ziya İlham oğlu cavabdeh “X15 Azərbaycan” QSC-yə qarşı “Zaminlik müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət edərək, onunla “X15 Azərbaycan” QSC arasında 26 iyul 2013-cü il tarixdə bağlanmış 24272/03 saylı zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X15 Azərbaycan” QSC ilə onun arasında 26 iyul 2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə cavabdeh qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Halbuki, Kredit müqaviləsi, əslində, müqavilə deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 385.1 -ci maddəsi nə görə isə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin Kredit müqaviləsində deyilir: “Bu Müqavilə borcverənin kredit vermək vədini ifadə etmir”. Başqa sözlə, Kredit limiti müqaviləsi üzrə cavabdehin Borc alan qarşısında hər hansı öhdəliyi, o cümlədən kredit vermək öhdəliyi mövcud deyil, o istədiyi vaxt kreditin verilməsindən imtina edə bilər. Buna görə də, Kredit müqaviləsi konsensual müqavilə deyil, yəni cavabdehin Borc alana gələcəkdə kredit vermək vədi mövcud deyil. Kredit müqaviləsi ilkin müqavilə də deyil. Çünki MM-in 402.1-ci maddəsinə əsa sən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Kredit müqaviləsi üzrə isə tərəflərin belə bir öhdəliyi mövcud deyil. Kredit müqaviləsi üzrə Borc alan cavabdehə kredit üçün müraciət edə bilər. Cavabdeh isə krediti verə də bilər, verməyə də bilər. Deməli, tərəflər arasında hər hansı öhdəlik yoxdur və bu, bir daha təsdiq olunur. Buna görə də Kredit müqaviləsi mülki hüquqi nəticə doğurmayan niyyət razılaşmasıdır. Belə ki, MM-in 402.6-cı maddəsinə müvafiq olaraq niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmu r. Eyni mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 26 aprel 2017-ci il tarixli, 2(102)-2547/l 7 saylı Qərarında da təsdiq edilmişdir. Qərarda deyilir: “24.07.2009-cu il tarixli, 15L********** saylı kredit xətti müqaviləsinin 1.1-ci bəndinin sonuncu cümləsində “bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir” göstərilməsi “xxxx” QSC-nin X9 qarşısında hər hansı öhdəliyi, o cümlədən, kredit vermək öhdəliyinə dəlalət etmir. Buna görə də, kredit xətti müqaviləsi konsesual müqavilə deyil, yəni “xxxx” QSC-nin X6 gələcəkdə kredit vermək vədi mövcud deyil. Əsasında hər hansı öhdəlik yaranmadığı üçün kredit xətti müqaviləsinə ümumiyyətlə, müqavilə kimi baxmaq olmaz”. Beləliklə, bu tip münasibətlər Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən heç bir mülki hüquqi nəticə doğurmayan n iyyət razılaşması kimi qiymətləndirilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Ziya İlham oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, onunla “X15 Azərbaycan” QSC arasında 26 iyul 2013-cü il tarixində 24273/03 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə 26 iyul 2013-cü il “X15 Azərbaycan” QSC ilə “xxxx” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borc alana 941.160 manat verilməsi ilə bağlı açılmış xəttinin təminatı kimi bağlanmışdır. Həmi müqavilə üzrə ayrılmış bütün vəsaitlər üzrə borcalan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə zamin borcverənin ilkin yazılı tələbi ilə kreditor məbləğini, ona hesablanmış faiz və cərimələrlə birlikdə borcun tutulması üzrə məhkəmə xərclərinini və borcalanın kredit müqaviləsi üzrə öhdəliyi icra et məməsi və ya lazımınca icra etməməsi nəticəsində borcverənə dəyən digər zərər də daxil olmaqla dərhal borcverənə ödənilməsini öz üzərinə götürür. Bunula belə, zamin razılaşır ki, borcalanın kredit müqaviləsi üzrə borcverən qarşısında müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra edilmədikdə borcverən zaminin “X15 Azərbaycan” QSC hər hansı bir bank hesabındakı pul vəsaitinin borcalanın kredit borcu miqdarında onun sərəncamı olmadan borcalanın borcu əvəzinə, həmçinin borc tutulması üzrə məhkəmə xərclərinin və borclanın kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borcverənə dəyən digər zərər dəymədən mübahisəsiz qeyd-şərtsiz qaydada hesabından silmək və ya borcalana qarşı olan tələb miqdarında hesabındakı məxaric əməliyyatlarına mə hdudiyyətlər qoymaq hüququna malik olacaq. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xxx il tarixli 2(006)-3844/2018 nömrəli məhkəmə iclas protokolu ilə Nərimanov Ziya İlham oğlu müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin xxx il tarixli 2(006)-3844/2018 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, “X15 Azərbaycan” QSC ilə İddiaçı və Nərimanov Ziya İlham oğlu arasında bağlanmış zaminlik müqavilələrinin etibarsızlığına səbəb ola biləcək hallara yol verilməmişdir. Bundan başqa məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, əgər “X15 Azərba ycan” QSC ilə İddiaçı və Nərimanov Ziya İlham oğlu arasında bağlanmış zaminlik müqavilələrinin sadəcə görünüş üçün bağlandığı fərz edilsə belə, İddiaçı və Nərimanov Ziya ilham oğlu 3 illik iddia müddətini ötürdükdən sonras məhkəməyə müraciət etdiklərindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 337, 340.1, 354.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev- sədrlik edən və məruzəçi, Elşad Şamayev, Şeyda Məhərrəmova) 2(103)-443/2019 saylı, xxx il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə- İddiaçı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsi, “X15 Azərbaycan” QSC ilə İddiaçı arasında 26 iyul 2013-cü il tarixdə bağlanmış 24273/04 saylı zaminlik müqaviləsi üzrə İddiaçı zaminliyinə xitam verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsasland ırmışdır ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, 26 iyul 2013-cü ildə bağlanmış kredit xəttinin açılması barədə 24273/1 saylı kredit müqaviləsində kreditin verilməsi ilə bağlı faiz dərəcəsi göstərilməmişdir. Bundan əlavə, 941160 manat kredit xəttinin Azərbaycan manatı ilə açılması müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsi üzrə müqavilənin mühüm şərti olan faiz dərəcəsi göstərilmədiyindən, 01 may 2014-cü il tarixli 5 saylı kredit sazişində isə faiz dərəcəsi ilə bağlı zaminin razılığı alınmadığından, bundan əlavə 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsində kreditin Azərbaycan manatı ilə verilməsi qeyd olunduğu halda, 01 may 201 4-cü il tarixli 5 saylı kredit sazişində kreditin ABŞ dolları ilə verilməsi zaminin məsauliyyətinin artmasına səbəb olduğundan (Mülki Məcəllə 477.0.1-ci maddəsi), bununla da zaminliyə xitam verildiyindən iddia tələbi zamin X4 münasibətdə təmin edilməlidir. Kollegiya cavabdeh tərəfin əqdlərin etibarsızlığı ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlərə istinad edərək, iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini əsassız hesab edərək qeyd edir ki, əvvəla Mülki Məcəllənin 354cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyildir. Bundan əlavə, iddiaçının tələbi zaminlik müqaviləsinin etibarsızlığı tələbi deyil, zaminliyə xitam verilməsidir. Beləliklə, apelyasiya kollegiyası İddiaçı iddiasının təmin edilməsi qənaətinə gəlmi şdir. Qətnamədən narazı qalan cavabdeh “X15 Azərbaycan” QSC kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Sənan Hacıyev sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Elşanə Vəliyeva) 03 iyun 2019-cu il tarixli, 2(102)3896/2019 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli, 2(103)-443/2019 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kasasiya instansiy ası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqaviləl ərində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İstinad edilən qərarda əks olunmuş hüquqi mövqedən görünür ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan əlavə kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Alınmadığı halda isə bu hal məsuliyyətin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb o lan hal kimi qiymətləndirilməklə Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyə xitamın verilməsi əsası kimi nəzərə alınmalıdır. Göründüyü kimi, iddianın təmin edilməsindən öncə zaminin verilmiş kreditin mühüm şərtlərindən xəbərinin olub-olmamasının ibarət halların araşdırılması zərurəti olsa da, apellyasiya instansiyası məhkəməsi bu hallarla bağlı hərtərəfli araşdırma aparmamaqla maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi yalnız zaminlik müqaviləsini tədqiq etməklə kifayətlənmişdir. Halbuki, zamin İddiaçı eyni zamanda kredit müqaviləsi üzrə borcu götürən “xxxx” MMC-nin təsisçisidir və kreditin götürülməsi barədə MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı olmuşdur. Kassasiya kollegiyası hesab edir ki, belə olan halda zaminin məsuliyyət məsələsinə qiymət verilərkən həmin şərtlər barədə onun məlumatının olmasının yalnız zaminlik müqaviləsinin şərtləri baxımından deyil, həmçinin işin digər faktiki hallarının araşdırılması baxımından qiymət verilməlidir. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Ziya İlham oğlu birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, birinci instnasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 2(103)-12443/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Ziya İlham oğlunun apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(006)-3844/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı və üçüncü şəxs Z.Nərimanov zamin olduqları kimi, əsas borclu “xxxx” MMC-nin müvafiq olaraq 34 və 33% pay hüquqlu təsisçiləridir. Göründüyü kimi onların kredit müqavilələrinin şərtləri, o cümlədən öhdəliyin miqdarı, müddəti valyutası və faizləri barədə ətraflı məlumatları olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbləri əsaslı hesab edilə bilməz. Qətnamədən narazı qalan müstəqil tələb irəli sürən üçüncü şə xs Nərimanov Ziya İlham oğlu kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və onun iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan İddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və onun iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. e) Kasasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Ələsgər Əliyev) 21 fevral 2020-ci il tarixli, 2(102)1229/2020 saylı qərarı ilə kasasiya şikayətləri təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.10.2019-cu il tarixli qətnaməs inin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarı qətidir və heç bir orqan və ya şəxs tərəfindən ləğv edilib və ya dəyişdirilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında müəyyən edilmiş hüquqi mövqe ondan ibarətdir ki, kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində həmin şərtlər göstərilmədikdə və ya dəyişdirildikdə bununla bağlı zaminin razılığı alınmalıdır. Zaminin vəziyyətinin pisləşməsinə səbəb olan halla rla bağlı onun razılığının alınmaması məsuliyyətinin artması kimi qiymətləndirilir və belə hallarda zaminlik müqaviləsinə xitam verilməlidir. Hazırki işdə İddiaçı və Nərimanov Ziya İlham oğlunun “xxxx” MMC-nin müvafiq olaraq 34 və 33 faiz pay hüquqlu təsisçiləri olmaları, onların kredit müqaviləsinin şərtləri barədə, o cümlədən öhdəliyin miqdarı, müddəti, valyutası və faizləri barədə məlumatları olması, zamin kimi bağladıqları müqavilədə öz əksini tapmadığına görə, onların zamin kimi razılığına bərabər tutula bilməz. Onlar fiziki şəxs kimi zaminlik müqaviləsi bağladıqlarına görə kreditin məbləği və faizlərinə, valyutasına, müddətinə dair razılıqları yalnız zamin kimi imzaladıqları müqavilədə öz əksini tapdıqda onlar üçün cavabdehlik yaratmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasi ya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı müddəaları tətbiq edərkən onları düzgün şərh və tətbiq etməmişdir. Ona görə də kassasiya şikayətləri təmin olunaraq iş yeni apelyasiya baxışına qaytarılmalıdır. f) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) 2(103)-5075/2020 saylı, xxx il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən, yəni İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı cavabdeh “X15 Azərbaycan” QSC-yə qarşı “əqdin etibarsız hesab edilmə si” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx il tarixli qətnaməsi yalnız mübahisələndirilən, yəni İddiaçı aid hissədə ləğv edildiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. Kollegiya qeyd edir ki, İddiaçı zamin olduğu kimi, əsas borclu “xxxx” MMC-nin 34 % pay hüquqlu təsisçisidir. Göründüyü kimi onun kredit müqaviləsinin şərtləri, o cümlədən öhdəliyin miqdarı, müddəti valyutası və faizləri barədə ətraflı məlumatları olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı iddia tələbi əsaslı hesab edilə bilməz. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) 2(103)-5075/2020 saylı, xxx il tarixli qərardadı ilə qətnamənin qət etdi hissəsində 3-cü abzasda “əqdin etibarsız hesab edilməsi” sözlərinin “zaminlik müqaviləsinə xitam verilməsi” kimi oxunması qərara alınmışdır. Kasasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri İddiaçı (vəkil X7) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və onun iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi zaminlik müqaviləsinə xitam verilməsi olmuşdur. Lakin işə ba xan məhkəmə əqdin etibarsız hesab edilməsinə dair qətnamə qəbul etmişdir. Hansı ki, iddiaçının məhkəmədən belə bir xahişi olmayıb. İşə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xxx il tarixli 2(102)1229/2020 saylı qərarında vurğulanan iddiaçının xeyrinə olan hallara heç bir münasibət bildirməməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. 26 iyul 2013-cü il tarixli Zaminlik müqaviləsində zaminin təminat verdiyi kreditin (əsas öhdəliyin) məbləği, müddəti və illik faiz dərəcəsi öz əksini tapmamışdır. Halbuki zaminin öhdəliyi aksessor öhdəlikdir və zaminlik müqaviləsi bağlanarkən əsas öhdəliyin bu şərtləri zaminlik müqaviləsində də aydın göstərilməlidir. Əks halda, zamin hansı öhdəlik üçün hansı müddətə və hansı həcmdə məsuliyyəti öz ü zərinə götürdüyünü bilmir, nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə dair müddəalarının tələbləri pozulur. Zaminlik məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi açıq, aydın və dəyişməzdir. Təsisçilərin ümumi yığıncağının qərarında təsisçilərin müəyyən məbləğdə kredit vəsaitinin alınması üçün “X15 Azərbaycan” QSC-yə müraciət edilməsi qərara alınmışdır. Yəni, sonradan verilmiş kreditin dəqiq miqdarı, müddəti, valyutası (kredit ABŞ dollarında verilmişdir) və faiz dərəcəsi barədə zamin İddiaçı məlumatı olmamışdır. Bundan başqa (hətta kreditin dəqiq miqdarı, müddəti, valyutası və faiz dərəcəsi barədə zamin İddiaçı məlumatı olmuşdursa belə!), Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəli kləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Ümumən həmin Məcəllənin 52.2-ci maddəsində deyilir: “Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir." Göründüyü kimi qanunvericilik məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı və zamin olaraq İddiaçı məsuliyyəti arasında fərq qoyur. İştirakçı olaraq həmin cəmiyyətdə mövcud payları həcmində, zamin olaraq isə bütün əmlakı ilə cavabdehlik daşıyır. Yəni, zamin olaraq məsuliyyətin həddi daha yüksəkdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi öz qərarlarında zaminin m əlumatlı olmasını yox, razılığının alınmasını vurğulayır. Lakin, yuxarıda da qeyd olunduğu kimi verilmiş kreditlər üzrə İddiaçı zamin olaraq razılığı alınmamışdır. Beləliklə, yuxarıda göstərilənlər məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını təsdiq edir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Ziya İlham oğlu (vəkil X8) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)5075/2020 saylı, 24.09.2020-ci il tarixli qətnaməsi ilə onun tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirilmədən yalnız İddiaçı apelyasiya şikayəti araşdırılaraq onun tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı cavabdeh «X15 Azərbaycan» QSC-yə qarşı iddiası təmin edilməmişdir. Hesab edir ki, apelyasiya instansiya məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli qərarı ilə hər iki kasasiya şikayəti, yəni həm iddiaçı həm də onun tərəfindən verilmiş şikayət təmin olunaraq iş yenidən baxılması üçün qaytarılmışdı. Lakin qətnamədən də görünür ki, Bakı apelyasiya məhkəməsinin mülki kollegiyasında işə baxılarkən yalnız id diaçı tərəfindən verilmiş şikayətə münasibət bildirilmiş, onun tərəfindən verilmiş şikayətə baxılmamışdır. Qətnaməyə də nəzər saldıqda görürük ki, qətnamədə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarına istinad edilir və Bakı apelyasiya məhkəməsinin mülki kollegiyasının xxx il tarixli qətnaməsi yalnız mübahisələndirilən, yəni İddiaçı aid hissədə ləğv edildiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılması qeyd edilmişdir. Buradan da göründüyü kimi hakimin istinad etdiyi qərar və onun əsasında ləğv edilmiş qətnamə mövcud deyil. Belə ki hazırki işə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli qərarına əsasən yenidən baxılmalı idi. (kasasiya şikayətlərinə əsasən 15 oktyabr 2019-cu il tarixli 2(103)-12443/2019 saylı qətnamə ləğv olun ub). Aşağıdakı əsaslara görə hesab edirəm ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. b) Kasasiya şikayətlərinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs Nərimanov Ziya İlham oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı o lmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X7 iddiaçının kasasiya şikayəyini müdafiə edərək, məhkəmədə kasasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən 3-cü şəxs Nərimanov Ziya İlham oğlunun vəkili X8 3-cü şəxsin kasasiya şikayətini müdafə edərək, məhkəmədən kasasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “X15 Azərbaycan” QSC-nin nümayəndəsi X5 və vəkili Mirzəliyev Rüfət Əsəd oğlu kasasiya şikayətlərinə etiraz edərək, şikayətlərin əsassız olduğunu bildirib, şikayətlərin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kasasiy a şikayəti təmin edilməməli, müstəqil tələb irəli sürən 3-cü şəxsin kasasiya şikayəti isə kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xxx il tarixli qətnaməsi ləğv edilməli və mülki iş müstəqil tələb irəli sürən 3-cü şəxsə münasibətdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İlkin olaraq İddiaçı kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində apelyasiya məhkəməsinin məhkəmədən əqdin etibarsızlığına dair xahiş olmadığı halda bu barədə qətnamə qəbul etməklə pozuntuya yol verməsini göstərsə də, iş materiallarından görünür ki, apelyasiya kollegiyası 28.09.2020-ci il tarixdə qətnaməyə düzəliş barədə qərardad qəbul edərək, qətnamədə əqdin etibarsız hesab edilməsi sözlərinin zaminlik müqa viləsinə xitam verilməsi kimi oxunması qərara alınmışdır. Ona görə də iddiaçının bu barədə dəlili əsaslı hesab edilə bilməz. Digər tərəfdən iddiaçı zamin kimi onun razılığının olmadığına dəlil olaraq istinad etsə də, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, İddiaçı “xxxx” MMC-nin təsisçisi olaraq 1.200.000 ABŞ dolları məbləğində kredit vəsaitinin bankdan alınmasına dair 20.07.2013-cü il tarixdə “xxxx” MMC təsisçilərinin (səhmdarların, payçıların) ümumi yığıncağının qərarının qəbul edilməsində də birbaşa iştirak edərək səs də vermişdir. Bununla da o, kreditin götürülməsinə, kredit müqaviləsinin bağlanma şərtlərinə razılıq vermiş və həmin razılığa uyğun olaraq özü də bankla zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin bağlanması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan halların baş verməsi isə iş materialları ilə müəyyən edilməmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25.07.2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddə t, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Göstərilənlərə əsasən iddiaçının bu barədə dəlili də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ona münasibətdə ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Müstəqil tələb irəli sürən 3-cü şəxs Nərimanov Ziya İlham oğlunun kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, həqiqətən də kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Bakı Apellyasiya məhkəməsinin 11.09.2019 -cu il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən 3-cü şəxs Nərimanov Ziya İlham oğlunun apelyasiya şikayəti mümkün hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15.10.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı və 3-cü şəxsin apelyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xxx il tarixli qərarı ilə iddiaçının və 3-cü şəxsin kasasiya şikayətləri təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşə təkrar baxan apelyasiya kollegiyası isə bu halları qəbul etdiyi qətnamədə göstərsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu i l tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx il tarixli qətnaməsinin yalnız mübahisələndirilən, yəni İddiaçı aid hissədə ləğv edildiyindən, qətnamənin əsaslığının həmin hissədə yoxlanılmalı olduğunu göstərmiş, İddiaçı münasibətdə apelyasiya araşdırmasını həyata keçirmişdir. Lakin apelyasiya məhkəməsi nəzərə almamışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx il tarixli qətnaməsindən sonra Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.10.2019-cu il tarixli qətnaməsi qəbul edilmiş, həmin qətnamə ilə də həm iddiaçının, həm də 3-cü şəxsin apelyasiya şikayəti əsasında qətnamə qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarından sonra xxx il tarixli qərarı qəbul edilmiş, həm iddiaçının, həm də 3-cü şəxsin kasasiya şikayətinə baxılmış, kasasiya şikayətləri təmin edilərək, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Beləliklə, işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, araşdırmamış, müstəqil tələb irəli sürən 3-cü şəxsin apelyasiya şikayəti üzrə araşdırma aparmamaqla ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə müstəqil tələb irəli sürən 3-cü şəxsin kasasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.09.2020-ci il tarixli, 2( 103)-5075/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürən 3-cü şəxs Nərimanov Ziya İlham oğlunun kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5075/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar