Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2721/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X9, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 01 saylı Bakı Ərazi İdarəsinin vəkili X8 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14112/2019 saylı qətnaməsindən maraqlı şəxs xxxxx Ərazi İdarəsinin kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu i l tarixli, 2(008)-4045/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.A.Paşayeva) Ərizəçi maraqlı şəxs xxxxx Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək, JN-0162 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsində qeyd edilən “Müzəffərova” soyadının, ona məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsində qeyd olunan “Muzaferova” soyadı ilə eyni şəxs olması faktının müəyyən edilməsi qət edilib. Maraqlı şəxs qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14112/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 20 19-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Maraqlı şəxs qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, ərizəçi maraqlı şəxsə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN-0162 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsində qeyd edilən “Müzəffərova” soyadının, ona məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsində qeyd olunan “Muzaferova” soyadı ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş in faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 01 saylı Bakı Ərazi İdarəsinin vəkili Ziya Bağırov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Ərizəçi məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasi ya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, ərizənin əsaslı olmasına, ərizəni təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2.11, 308-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, ərizəçinin istinad etdiyi hallar ondan ibarətdir ki, Azərbaycan Resp ublikası Kənd Təsərrüfatı Nazirliyi və Həmkarlar Komitəsinin xx xxxx 1998-ci il tarixli birgə iclasının 14 saylı qərarı ilə, Bakı şəhəri, Sabunçu rayonu, “Məhsul” B.Y.K-nın Bilgəh kəndindəki 22 saylı bağ sahəsi onun və oğlu X7 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi əvvəllər atası X1muşdur. xx xxxx 1995-ci il tarixdə atası kəskin beyin ürək çatışmazlığı diaqnozundan ölmüşdür. Bundan sonra həmin bağ sahəsi vərəsəlik qaydasında ona keçmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh kəndinə yerləşən 22 saylı bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın əldə edilməsi üçün xx xxxxxx 2017-ci il tarixdə onun tərəfindən Reyestr Xidmətinə müraciət edilmiş, qeyd olunan bağ sahəsinin mülkiyyətinə verilməsini təsdiq edən JN-0162 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və həmin Şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər barədə məlumatın verilməsi tələb edilmiş, lakin həmin orqan tərəfindən sənədlərin Bakı şəhər Ərazi İdarəsinin Arxivində olmaması barədə cavab verilmişdir. JN-0162 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə” xx xxxxx 2000-ci il tarixdə X12 Komitəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiqlənmiş, lakin həmin Şəhadətnamədə onun soyadı “Müzəffərova” oğlunun soyadı isə Yakobluk kimi qeyd edilmişdir Qeyd etdiyi halların mövcudluğu Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh kəndində yerləşən 22 saylı bağ sahəsinin mülkiyyətinə verilməsinə təsdiq edilməsi, habelə həmin bağ sahəsinə çıxarışın əldə olunmasına maneçilik törədir. Bununla bağlı tərəfindən maraqlı şəxsə müraciət olunmuşdur. Həmin ərizədə yuxarıda qeyd etdiyi ziddiyyətlərin aradan qaldırılmasını xahiş etməyinə baxmayaraq, maraqlı şəxsin xx xxxx 2019-cu il tarixli məktubunda “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamədə soyad “Müzəffərova” kimi qeyd edilməsi, şəxsiyyət vəsiqəsində isə “Muzaferova” kimi olması ziddiyyətli hal kimi qeyd edilmiş, həmin soyadlarının eyni şəxs olmasını təsdiq edən sənəd tələb edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, ərizəni təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, hazırda Kənd Təsərrü fatı Nazirliyinin varisi olan keçmiş X17 Komitəsinin xx xxxxxx 1989-cu il tarixli Qərarı ilə Bilgəh ərazisindən DASK-nın işçilərinin istifadəsi üçün ayrılmış 3,0 ha torpaq sahəsindən Komitənin Meyvə-tərəvəz və üzüm istehsalı və emalı baş idarəsinin rəis müavini işləmiş X4 600 kv.m bağ sahəsi ayrılmış və o “Məhsul” bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilmişdir. Bakı şəhər Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli “Ölüm haqqında” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Eyni zamanda Lənkəran rayon VVAQ Şöbəsi tərəfindən verilmiş “AZ seriyalı 041585 saylı” doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, atası X5, anası X6 Ərizəçi xx xxxx 1961-ci il tarixdə Lənkəran ra yonunda anadan olmuşdur. “JN-0162 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, “Məhsul” B.Y.K-nin Bilgəh kəndindəki 22 saylı bağ sahəsi X2 mülkiyyətindədir. Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli məktubdan görünür kı, “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamədə soyad “Müzəffərova” kimi qeyd edilmiş, lakin şəxsiyyət vəsiqəsində isə “Muzaferova”-dır. Eyni şəxs olması barədə sənəd təqdim edilməsinin məqsədəmüvafiq olması qeyd edilmişdir. Eyni zamanda maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, “JN-0162” saylı “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnaməyə dair məlumat və həmin Şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər Bakı şəhər Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qabil Əliyev və Cəbrayıl Lotfi ərizəçinin Bilgəh qəsəbəsində bağ sahəsinin olmasını təsdiq etmişlər. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.11, 308, 311-ci maddələrinin tələblərini nəzərə alaraq haqlı olaraq qeyd etmişdir ki, ərizəni təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Çünki “JN-0162 saylı” “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ərizəçiyə məxsus olması barədə hüquqi əhəmiyy ətli faktın müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur. Həmçinin, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, hazırki hüquqi əhəmiyyətli faktın sənədlərdə göstərilən şəxslərin eyni şəxs olması kimi deyil, sənədin şəxsə məxsus olması kimi müəyyən edilməsi prosessual baxımdan daha düzgündür. Lakin birinci instansiya məhkəməsinin qətnaməsinin mahiyyətcə düzgün olduğunu və əsaslandırılmayan apelyasiya şikayətinin tam əsassız olduğunu nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydası nda ləğv edilməsi üçün əsaslar mövcud deyil. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, k asasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Maraqlı şəxs xxxxx Ərazi İdarəsinin kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14112/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2721/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2721/2020
25.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver