Məhkəmə qərarları › İş №2(102)-2721/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2721/2024

05.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2721/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 X və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi 05.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-452/2024 nömrəli, 8 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır.

2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2(060)-4368/2022 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evi üzərində İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh1 hər birinin 1/2 hissədə olmaqla payı müəyyən olunmuşdur. 3. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 xx.xx.2022-ci il tarixli L000539 saylı kredit limiti müqaviləsi üzrə borclu X1 bank qarşısında öhdəliklərinin icrasının təminatı kimi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817 “b” saylı bağ evini Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Bu zaman iddia çının razılığı alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 Təvəkkül oğlu və Cavabdeh2 ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərinə qoyulmuş yüklülüyün götürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Təvəkkül oğlu ilə Cavabdeh2 ASC arasmda xx.xx.2022- ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817 “b” saylı bağ evinin ipoteka ilə yüklü edilməsinə dair bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərinə bank tərəfindən qoyulmuş yüklülüyün ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır, aralarında bağlanmış nikah Sumqa yıt Şəhər Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Birgə nikahdan 3 azyaşlı övladları vardır. Cavabdehlə birgə nikahları dövründə Bakı şəhər 48 saylı notariat kontorunun xüsusi notariusunda rəsmiləşdirilmiş xx.xx.2015-ci il tarixli, 4G-12 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində 817 “b” saylı bağ evini almış və həmin əmlak üzərində cavabdehin mülkiyyət hüququ Reyestr Xidmətində qeydə alınmış və adına çıxarış verilmişdir. Qeyd edilən bağ evi onların birgə nikahı dövründə əldə etdikləri əmlak olduğu üçün həmin əmlakın aralarında bölünməsi və payların müəyyən olunması barədə məhkəmədə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 44368/2022 saylı qətnaməsinə əsasən bu əm lak üzərində hər birinin payı ½ hissədə müəyyən olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin icra prosesində ona məlum olmuşdur ki, cavabdeh evin birgə nikah dövründə əldə edilmiş əmlak olmasına baxmayaraq onun razılığı olmadan Cavabdeh2 ASC-də ipoteka ilə yüklü etdirmişdir. Halbuki xx.xx.2022-ci il tarixli qətnamə əsasında bu əmlak üzərində hər birinin payı 1/2 hissədə müəyyən olunmuşdur, digər tərəfdən hətta paylar müəyyən edilməsəydi belə, bu əmlak onların birgə nikah dövründə əldə etdikləri əmlak olduğu üçün bankın onun yazılı razılığı olmadan onu ipoteka ilə yüklü etdirməyə səlahiyyəti olmamışdır. Çünki əmlak onların birgə nikah dövründə əldə edilmiş əmlakdır. Cavabdeh həmin əmlakı ipoteka ilə yüklü etdirdiyi üçün o, öz payına uyğun DƏDRX-dən çıxarışı da ala bilməmiş, qətnamə icrasız qalmışdır. İpoteka müqaviləsi onun bir mülkiyyətçi kimi hüquqlarının pozulması ilə bağlanmışdır, ona görə də həmin müqavilə etibarsız hesab edilməli və əmlak üzərinə qoyulmuş yüklülük götürülməlidir.

6. Cavabdeh2 ASC məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh1 ipoteka müqaviləsinin rəsmiləşdirilməsi zamanı xx.xx.2022-ci il tarixli nikah haqqında şəhadətnaməni təqdim etmiş, həmin şəhadətnaməyə əsasən, onun həyat yoldaşı X2 əmlakın ipoteka qoyulmasına dair notarial təsdiqliqlənmiş xx.xx.2022-ci il tarixli ərizə vermişdir. Göründüyü kimi, notariat ofısi qanunla müəyyən olunmuş sənədlərin siyahısını Cavabdeh1 tələb etmiş və cavabdeh təqdim etdiyi sənədlərə uyğun olaraq ipoteka müqaviləsini notarial qaydada rəsmiləşdirmi şdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, mövcud qanunvericilikdə ipoteka saxlayanın üzərinə ipoteka qoyanın keçmişdə olan ailə vəziyyəti barədə məlumatların tələb olunması vəzifəsi qoyulmamışdır. Hazırkı ipoteka müqaviləsi üçtərəfli müqavilədir. Müqaviləni borcalan, ipotekaqoyan və ipotekasaxlayan (hazırkı halda X) imzalamışdır. İddiaçının təqdim etdiyi məlumatlara əsasən mübahisələndirilən ipoteka müqaviləsinin predmeti olan əmlaka Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında iddiaçının və Cavabdeh1 payları müəyyən olunmuşdur. Bundan 15 gün sonra isə qeyd edilən əmlak Cavabdeh1 tərəfındən Banka ipoteka qoyulmuşdur. Bu məsələdə iki əsas məqam vardır ki, onları məhkəmənin diqqətinə çatdırırlar. Birinci, məlum olduğu kimi Bank müqavilənin vicdanlı tərəfidir. Çün ki müqavilə bağlanan anda bu əmlakın cavabdehlə iddiaçının birgə mülkiyyətində olması faktı Banka məlum olmamış, Bank bilərəkdən bu əmlakı borcalan Cavabdeh1 kredit öhdəliklərinın təminatı kimi ipotekaya qəbul etməmişdir. Bank vicdanlı tərəf olmaqla, iddiaçının heç bir hüququnu pozmamış, eləcə də qanunvericiliyin tələblərinə əməl etməklə müqavilə bağlamışdır. Əgər əmlak müqaviləsi bağlanan zaman nikahda olan şəxslərdən birinin (birgə mülkiyvətçinin) razılığı olmadan ipoteka qoyulmuş olsa idi, o zaman ipoteka müqaviləsinin etibarsızlığından söhbət gedə bilərdi. Artıq nikahı pozulmuş şəxslərdən birinin adına qeydiyyatda olan əmlakın satılmasına və vicdanlı alıcı tərəfindən alınması zamanı birgə mülkiyyətçi olmuş şəxsin bu cür tələb hüququ öz əhəmiyyətini, məhz əmlak satıldığı anda onlar nika hda olmadığı üçün itirmiş hesab edilir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin danılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfındən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Hazırkı halda Bank mövcud qanunvericiliyin tələbləri çərçivəsində kredit müqaviləsi bağlamış, bununla bağlı kredit vəsaiti təqdim etmiş, müqavilənin təminatı kimi ona Cavabdeh1 təqdim etdiyi sənədlər əsasında əmlakı yüklü etmişdir. Ona görə də iddia rədd olunmalıdır.

7. Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə dair izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli ev üzərində məhkəmə qətnaməsi əsasında tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilmişdir. Cavab deh ona aid hissəyə dair də çıxarış almışdır. İddiaçı gedib öz payına dair çıxarış ala bilər. Cavabdeh mübahisəli evi Banka ipotekaya qoyaraq kredit götürmüşdür. Cavabdeh1 Banka ödənişləri vaxtında edir və onun heç bir gecikməsi yoxdur. Bu səbəbdən Cavabdeh1 əməlində heç bir dələduzluq və ya Bankı aldatma halı yoxdur. Evin qiyməti təxminən 200.000 manatdırsa, deməli evin Cavabdeh1 düşən dəyəri 100.000 manatdır. Hazırda Cavabdeh1 Banka elə təxminən o məbləğdə borcu qalmışdır. Cavabdeh1 öz hüququndan istifadə edib. İddiaçı isə evin birindən 500 manat kirayə haqqı alır, cavabdeh isə bu məsələ ilə bağlı narazılıq etmir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5266/2023 nömrəli iş üzrə 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim- G.C.Tanrıverdiyeva) iddia təmin edilmişdir.

9. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində ipoteka müqaviləsinin tarixini səhv (xx.xx.2022-ci il) göstərsə də, onun tərəfindən ipoteka müqaviləsinin əldə edilməsi mümkün olmadığından, eyni zamanda iddia ərizəsinin məzmunundan iddiaçının niyyətinin Cavabdeh1la Cavabdeh2 ASC arasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817 “b” saylı bağ evinin ipoteka ilə yüklü edilməsinə dair bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə yönəldiyi aydın olduğundan, iddia tələbi sözügedən əmlakla əlaqədar bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi kimi qəbul edilməlidir.

10. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən müqavilənin bağlanması iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Belə ki, hal-hazırda iddi açının mübahisəli bağ evinin ½ hissəsinə mülkiyyət hüququnun tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Mübahisələndirilən ipoteka müqaviləsi bağlanan zaman sözügedən qətnamə qanuni qüvvəsini almasa da, cavabdeh X belə bir qətnamənin mövcudluğundan xəbərdar olmuş, lakin buna baxmayaraq həmin evi iddiaçının razılığı olmadan ipoteka ilə yüklü etdirmişdir.

11. Məhkəmə mübahisələndirilən müqavilə bağlanarkən Bankın vicdanlı əldə edən olması ilə bağlı Bankın iddiaya etirazının dəlilləri ilə razılaşmamışdır.

12. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericilik reyestrdəki qeydə əsaslanan vicdanlı əldə etmə barədə qaydanı eynilə daşınmaz əmlak üzərində ipotekaya da aid edir.

13. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı maddəsinin müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

14. Göründüyü kimi ər-arvadın (o cümlədən keçmiş ər-arvad) ümumi mülkiyyətinə aid olan daşınmaz əşya ilə bağlı müqavilə bağlanarkən digərinin razılığının alınmaması həmin müqavilənin etibarsızlığına səbəb olur. Qeyd olunan norma (Mülki Məcəllə, 225.6-ci maddəsi) ər-arvaddan birinin digərinin razılığı olmadan bağladığı sərəncam əqdi üzrə vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmadığı barədə qaydanı təsbit etmişdir. Belə olan halda əldə edənin vicdanlı olması nəzərə alınmır.

15. Bu səbəbdən məhkəmə qeyd etmişdir ki, hazırki halda Bankın vicdanlı olması, yəni mübahisəli bağ evinə məhkəmə qətnaməsinə əsasən iddiaçının mülkiyyət hüququnun tanınması barədə məlumatlı olmaması nəzərə alına bilməz. Lakin Bank müqavilənin etibarsız sayılması ilə əlaqədar ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdeh X tələb edə bilər.

16. Məhkəmə Bankın ipoteka müqaviləsinin yalnız əmlakın ½ hissəsinə münasibətdə etibarsız sayılmalı olması ilə bağlı dəlilləri ilə əlaqədar isə qeyd etmişdir ki, AR Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar.

17. Məhkəmə qeyd etmişdir ki, hər bir halda mübahisəli ipoteka müqaviləsinin bağlanması üçün paylı mülkiyyətçi kimi iddiaçının razılığı tələb olunduğundan, müqavilənin qismən (bağ evinin ½ hissəsinə münasibətdə) etibarsız hesab edilməli olması barədə Bankın etirazının dəlilləri də əsassızdır.

18. M əhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 140, 152, 215.4, 225.6, 269.1. 269.3, 271.1, 276.1, 280.1, 280.2, 280.3, 280.4, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 337.1, 337.4, 390.1-ci maddələrinə, Ailə Məcəlləsinin 33.1-ci maddəsinə. “İpoteka haqqında” Qanunun 10.1, 10.2-ci maddələrinə, habelə Mülki Prossesual Məcəllənin 14.1, 14.2,77.1, 119.1, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh2 ASC-ti apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırılmışdır.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-452 /2024 nömrəli, 8 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər- İ.K.Dəmirov sədrlik edən, məruzəçi, F.Vəkil2 və L.E.Rəhimli) Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(060)5266/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

23. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817 “b” saylı bağ evi ½ pay hüququ olmaqla iddiaçının və Cavabdeh1 birgə mülkiyyətindədir. Buna görə də Cavabdeh1 Banka əmlakı ipotekeya qoyarkən iddiaçının da razılığ ı alınmalı idi. Cavabdeh2 ASC-nin apellyasiya şikayətində qeyd etdiyi vicdanlı alıcı olmasına dair dəlili əsaslı deyil. Belə ki, onun vicdanlı alıcı olması müqavilənin etibarlı olmasına əsas vermir. Lakin müqavilə üzrə Cavabdeh1 həmin müqavilənin etibarsız olduğunu bildiyindən dəymiş ziyanın əvəzi ondan tələb edilə bilər.

24. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 225.1, 225.6, 337.1, 337.2, 337.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh2 ASC kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti apelyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, X öz payına səlahiyyətli olması səbəbindən müqavilənin ½ hissədə etibarsız hesab edilməsi mümkünlüyü qanunla yol verilən olduğu halda, məhkəmə bu məsələyə qiymət verməmişdir, Mülki Məcəllənin 215.4-cü maddəsini düzgün tövsif etməmişdir. Maddənin hüquqi ifadəsində açıq şəkildə hər bir mülkiyyətçinin digər mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam veriməsini nəzərdə tutulur. Maddə mülkiyyətçinin öz payına sərəncam veriməsinə deyil, bütünlüklə əşyanın özünə sərəncam veriməsinə necə yanaşılmalı olmasını vurğulayır. Yəni maddə payçının öz payına sərəncam, ondan istifadə verilməsinə hər hansıməhdudiyyət müəyyən etmir. Əgər payçı əşyadan (bütün paylardan) istifadə edərsə, ona sərəncam verərsə və ya ona dair sahiblik həyata keçirmək istəyərsə, bu zaman digər payçıların razılığını almalıdır, ona görə ki, bu cür sahiblik, istifadə və sərəncam digər mülkiyyətçilərin əmlakları(payları) barəsində həyata keçirildiyi üçün onların maraqlarına toxuna, hüquqlarını poza bilər. Hazırkı halda bütövlükdə əmlaka sərəncam vermiş olsa da məhkəmə keçmiş arvadıİddiaçı payına münasibətdə onun (İddiaçı) hüququnun pozulması qənaətinə gəlməli, məhz bu baxımdan da müqavilənin hissəvi etibarsızlığı barədə qətnamə çıxartmalı idi. Bu qənaətə gəlmək üçün ən vacib məqam Mülki Məcəllənin 215.6-cımaddəsində nəzə rdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə “paylımülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Göründüyü kimi maddəyə əsasən hər bir payçı öz payını sərbəst şəkildə üzərində sərəncam verilə bilər”. 215.4 və 215.5-ci maddələrin mətnində isə paya deyil, bütünlükdə əşyaya sərəncam verilməsinə dair hüquqi rejimi tənzim edərək, payçının əşyaya (bütün paylara) sərəncam verilməsi zamanı digər payçıların razılıqlarının alınmasını ehtiva edilir. Odur ki, birinci instansiya məhkləməsi kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də əsassızdır və qanunsuzdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassas iya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

29. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

30. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

31. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə ed ilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

33. Maddə 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

34. Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkə mə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 ASC tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

47. Cavabdeh2 ASC-ti kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi Cavabdeh2 ASC-nin bu dəlilləri ilə razılaşmır.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən ipoteka müqaviləsinin bağlanması iddiaçının mülkiyyə t hüququnun pozulmasına gətirib çıxarmışdır. Belə ki, halhazırda iddiaçının mübahisəli bağ evinin ½ hissəsinə mülkiyyət hüququnun tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Mübahisələndirilən ipoteka müqaviləsi bağlanan zaman sözügedən qətnamə qanuni qüvvəsini almasa da, cavabdeh Elçin Məmmədov belə bir qətnamənin mövcudluğundan xəbərdar olmuş, lakin buna baxmayaraq həmin evi iddiaçının razılığı olmadan ipoteka ilə yüklü etdirmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi, mübahisələndirilən müqavilə bağlanarkən, Bankın vicdanlı əldə edən olması ilə bağlı Bankın iddiaya etirazının dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, mülki qanunvericilik reyestrdəki qeydə əsaslanan vicdanlı əldə etmə barədə qaydanı eynilə daşınmaz əmlak üzərində ipotekaya da aid etmişdir.

50. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı maddəsinin müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb ed ə bilər.

51. Göründüyü kimi ər-arvadın (o cümlədən keçmiş ər-arvad) ümumi mülkiyyətinə aid olan daşınmaz əşya ilə bağlı müqavilə bağlanarkən digərinin razılığının alınmaması həmin müqavilənin etibarsızlığına səbəb olur. Qeyd olunan norma (Mülki Məcəllə, 225.6-ci maddəsi) ər-arvaddan birinin digərinin razılığı olmadan bağladığı sərəncam əqdi üzrə vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmadığı barədə qaydanı təsbit etmişdir. Belə olan halda əldə edənin vicdanlı olması nəzərə alınmır.

52. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki halda Bankın vicdanlı olması, yəni mübahisəli bağ evinə məhkəmə qətnaməsinə əsasən iddiaçının mülkiyyət hüququnun tanınması barədə məlumatlı olmaması nəzərə alına bilməz. Lakin Bank müqavilənin etibarsız sayılması ilə əlaqədar ona d əymiş zərərin əvəzinin ödənilməsini cavabdeh Elçin Məmmədovdan tələb edə bilər.

53. Apellyasiya instansiyası məhkəməsi, Bankın ipoteka müqaviləsinin yalnız əmlakın ½ hissəsinə münasibətdə etibarsız sayılmalı olması ilə bağlı dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, AR Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar.

54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər bir halda mübahisəli ipoteka müqaviləsinin bağlanması üçün paylı mül kiyyətçi kimi iddiaçının razılığı tələb olunduğundan, müqavilənin qismən (bağ evinin ½ hissəsinə münasibətdə) etibarsız hesab edilməli olması barədə Bankın apellyasiya şikayətinin dəlilləri tam əsassızdır.

55. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticiyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu m addələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 aprel 2024-cü il tarixli, 2(105)-452/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar