Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2722/2020 09.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X3 və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13398/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Z.Rzayev, iş № 2(008)-1477/2019) İddiaçı cavabdeh “X6 FZE” MMC-yə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək onlar arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin 16-cı bəndi etibarsız hesab e dilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: xx xxxxxx 2017-ci il tarixdə Türkiyə Cümhuriyyətinin vətəndaşı İddiaçıla Birləşmiş Ərəb Əmirliyində təsis edilmiş və fəaliyyət göstərən “X6 FZE” MMC arasında alqı-satqı və gəlirin bölüşdürülməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi, 1222 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (fabrikin) 50 faizini təşkil edən hissəsini cavabdehə 180.000 ABŞ dollar ına satmaq və həmin məbləğin ikinci ödənişi kimi 105.000 ABŞ dollarının ödənildikdən sonra mənfəətin bölüşdürülməsi barədə üzərlərinə öhdəlik götürmüşlər. 2018-ci ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən müqaviləyə ondan xəbərsiz müddəalar, yəni onlar arasında mübahisə yarandıqda mübahisəyə X7 X2 müvafiq məhkəmələrində baxılması barədə müddəa daxil edilməsini əsas göstərməklə həmin müddəanı nəzərdə tutan müqavilənin 16-cı bəndinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kasasiya şikayəti verərək müqavilənin 16-cı maddəsində müəyyən edilmiş müddəanın ondan xəbərsiz, sonradan həmin hissəsinin dəyişdirilməklə müqaviləyə daxil edilməsini, lakin apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə işə baxaraq iddianın rədd olunması barədə düzgün olmayan nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmə dən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Tərəflər arasında bağlanmış alqı-satqı və gəlirlərin bölüşdürülməsi müqaviləsinə görə satıcı (iddiaçı) bu müqavilənin 1 saylı əlavəsində göstərilən xüsusiyyətlərə, miqdara, qiymətə uyğun olaraq mal və texniki avadanlıqları alıcının (cavabdehin) ünvanına çatdırılmasını, alıcı isə bunun müqabilində müqavilənin 4-cü bəndinə uyğun olaraq tərəflər arasında birgə əməkdaşlıq və iş münasibətlərinin yaranmasını təmin edir. İddiaçı müqavilənin 16-cı bəndinin etibarsız sayılmasını tələb edərkən müqavilə bağlanan zaman onların arasında mübahisənin yarandığı təqdirdə işə X2 müvaf iq məhkəmələrində baxılacağı barədə razılaşmanın olmamasını, həmin müddəanın müqavilənin bir sıra vərəqlərinin sonradan dəyişdirilməklə saxtakarlıq yolu ilə müqaviləyə daxil edilməsini əsas göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı, müəyyən olunduğu kimi tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İşdən göründüyü kimi müqavilə tərəflərin iradəsinə uyğun bağlanmış və müqavilənin saxtakarlıq yolu ilə dəyişdirilməsi ilə bağlı iş üzrə heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, müqavilənin qismən etibarsız sa yılması üçün qanunda müəyyən edilmiş əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2722/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2722/2020
09.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver