Məhkəmə qərarları › İş №2(102)-2722/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2722/2021

31.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2722/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6932/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İcraçı Cavabdeh2 MMC-nin direktoru X ilə “payçı” İddiaçı aralarında bağlanmış 09 aprel 2009-cu il tarixli müqaviləyə ə sasən icraçı Bakı şəhəri, X mikrorayon, X küçəsi, 5 saylı binanın qarşısında inşa edilən binanın Vİ sağ mərtəbəsində ümumi sahəsi 130 kv.m olan sahənin tikinti işləri başa çatdıqdan sonra payçıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə sahənin dəyəri bir kv.metr üçün 700 manat olmaqla 91.000 manat müəyyən olunmuş və həmin pul vəsaitinin ödənilməsi barədə payçıya 09.04.2009-cu il tarixli maliyyə arayışı verilmişdir. Həmçinin İcraçı Cavabdeh2 MMC-nin direktoru X ilə “payçı” Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2009-cu il tarixli müqaviləyə əsasən icraçı Bakı şəhəri, X mikrorayon, X küçəsi, 5 saylı binanın qarşısında inşa edilən binanın Vİ sağ mərtəbəsində ümumi sahəsi 246kv.m olan sahənin tikinti işləri başa çatdıqdan sonra payçıya verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavil ə üzrə sahənin dəyəri bir kv.metr üçün 700 manat olmaqla 172200 manat müəyyən olunmuş və həmin pul vəsaitinin ödənilməsi barədə payçıya 008.10.2009-cu il tarixli maliyyə arayışı verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 03 iyul 2015-ci il tarixli, 2(102)-3068/2015 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 06 mart 2015-ci il tarixli qətnaməsi ilə müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh1 və qeyrilərinin Cavabdeh2 MMC-yə qarşı «öhdəliklərin yerinə yetirilməsi, yaşayış binasının təhvil verilməsi öhdəliyinin qoyulması» barədə iddiasının qismən təmin olunması, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, X mikrorayon, X küçəsində inşa edilən 5 saylı binanın qarşısında inşa edilən 10 mərtəbəli (9 yaşayış mərtəbəli) 36 mənz ildən ibarət binanın Cavabdeh1 və qeyriləri ilə bağlanmış müqavilələrə uyğun mənzillərin təhvil verilməsi vəzifəsinin Cavabdeh2 MMC-yə təhvil verilməsi qət olunmuş, qətnamə kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə 30.10.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, x, X küçəsi, 5 saylı binanın qarşısında inşa edilən binanın Vİ sağ mərtəbəsində ümumi sahəsi 130 kv.m olan sahənin - mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə aralarında bağlanmış 09 aprel 2009cu il tarixli müqavilə üzrə Cavabdeh2 MMC Bakı şəhəri, X, X küçəsi, 5 saylı binanın qarşısında inşa edilən binanın Vİ sağ mərtəbəsində ümumi sahəsi 130 kv.m olan sahənin tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti olan obyektin ona verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə o, sahənin dəyəri bir kv.metr üçün 700 manat olmaqla 91.000 manat pulu tam ödəmişdir. Müqavilə üzrə tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti olan obyekt Cavabdeh2 MMC tərəfindən ona təhvil verilməli idi. Lakin sonradan ona məlum olmuşdur ki, həmin sahə eyni zamanda 08 oktyabr 2009-cu il tarixli müqavilə üzrə Cavabdeh1 da satılmış və hazırda həmin obyektdən cavabdeh istifadə edir. Dəfələrlə cavabdehdən ona məxsus sahənin boşaldılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Onunla Cavabdeh2 MMC arasında bağlanmış müqavilə qüvvədə olduğu halda, eyni zamanda Cavabdeh2 MMC ilə qanunsuz olaraq Cavabdeh1 arasında yeni müqavilə bağlanmışdır. Həmin sahə üzrə ilkin müqavilə onunla bağlanmış və onun tərəfindən müqavilə üzrə ödəniş tam həyata keçirilmişdir. Lakin buna baxmayaraq, sonradan həmin sahəyə dair eyni şərtlərlə Cavabdeh1 ilə müqavilə bağlanmışdır. Mübahisəli sahəyə dair ilkin müqavilə onunla bağlandığından sonradan bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X3 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh2 MMC-nin rəhbəri X adlı şəxslə X5 adlı şəxs arasında olan razılığa əsasən X5 mənzillərin tikintisi üçün Xə pul vermiş, bunun qarşılığında tikilən binanın bir neçə mənzili, o cümlədən 6-cı mərtəbəsində yerləşəcək mübahisəli mənzil X4 verilməli idi. Lakin onun oğlu X10 ilə cavabdeh İddiaçı və digər şəxslər arasında borc münasibətləri yarandığından X5 həmin borcun bir hissəsinin təminatı olaraq mənzili müvəqqəti olaraq İddiaçı adına rəsmiləşdirməyə razılıq vermiş və bu razılaşma əsasında Cavabdeh2 MMC ilə İddiaçı arasında 09 aprel 2009-cu il tarixdə müqavilə imzalanmışdır. Həmin müqavilə bağlanan zaman borcun bir hissəsi artıq digər bir əmlakla (qarajla) əvəzləşdirilmişdir. Lakin borc məbləği tam ödənildikdən sonra İddiaçı bununla bağlı müraciət edilməsinə baxmayaraq, iddiaçı müqaviləni geri qaytarmaqdan imtina etmişdir. Borc ödənildiyindən və cəmiyyətlə iddiaçı arasında 09.04.2009-cu il tarixdə müqavilə formal olaraq bağlandığından və hər hansı hüquqi nəticələrə səbəb olmadığından, X2 razılığı ilə mübahisəli mənzilə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında 08.10.2009-cu il tarixli müqavilə bağlanmışdır. Həmin vaxtdan da mənzil Cavabdeh1 istifadə və sahibliyindədir, bu şəxs hazırda həmin mənzili artıq təmir etdirmiş və orada yaşayır. İddiaçı nəinki mənzilə heç vaxt sahiblik və ondan istifadə etməmiş, hətta onun yerini də bilməmişdir və artıq cavabdeh həmin mənzili təmir edən zaman, təxminən 2017-ci ildə mənzili axtarıb tapmışdır. Digər tərəfdən cavabdehlər arasında mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi ilə bağlı məhkəmə mübahisəsi də olmuş və həmin mübahisənin nəticələrinə dair mənzil məhkəmə qərarı ilə məhz Cavabdeh1 təhvil verilmişdir. Həmin mübahisədə tərəf kimi xeyli mənzil sahibi iştirak etsə də, iddiaçı iştirak etməmişdir. Bu da iddiaçının həmin mənzildən məlumatlı olmaması, mənzilin heç vaxt ona təhvil verilməməsi ilə bağlıdır və bilavasitə iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilənin əhəmiyyətsiz olmasına dəlalət edir. O da nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi 08.10.2009-cu il tarixli müqavilədə göstərilmiş mənzilin sahəsi ilə iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış mənzilin sahəsi də fərqlidir. Məhkəmə iclasına Cavabdeh1 nümayəndəsi və vəkili X1 vəsatəti əsasında gətirilmiş şahid X10 (hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir) məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Adil adlı şəxsl ə və İddiaçı ilə qonşu olmuşdur. Onun Adilə borcu yaranmışdır. Borcun bir hissəsinin təminatı olaraq Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, X mikrorayon, X küçəsində inşa edilən binada yerləşən və atasına məxsus olan mənzili atasının razılığı ilə müvəqqəti olaraq vermişdir. Lakin Adilin istəyinə uyğun olaraq, mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Belə ki, Adil şəxsi işləri ilə bağlı adının belə bir müqavilədə hallanmasını istəmirdi. Borcun bir hissəsi ödənilmiş, bir hissəsi isə digər əmlakla, yəni qarajla əvəzləşdirilmişdir və həmin əmlak (qaraj) hazırda da Adilin sahibliyindədir. Borc tam ödənildikdən sonra İddiaçı müraciət edilmiş və müqavilənin geri qaytarılması xahiş edilmişdir. Lakin İddiaçı müxtəlif bəhanələrlə, o cümlədən müqaviləni itirdiyini, qaynatasında olmasını və sair bildi rməklə, müqaviləni geri qaytarmamışdır. Halbuki, İddiaçı həqiqətdə mübahisəli mənzili almamış və mənzilə görə hər hansı məbləğdə pul ödəməmişdir. Məhkəmə iclasında iştirakı Cavabdeh1 nümayəndəsi və vəkili X3 tərəfindən təmin edilmiş şahid X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, aralarındakı şifahi razılığa əsasən Bakı şəhəri, X, X küçəsində bina inşa edilməsi üçün Cavabdeh2 MMC-nin direktoru Xə pul vermiş, bunun müqabilində həmin binanın bir neçə mənzili, o cümlədən həmin binanın 6-cı mərtəbəsində yerləşən mübahisəli mənzil ona verilmişdir. Oğlu ilə İddiaçı arasında borc münasibətləri olduğundan həmin borcun bir hissəsinin müqabilində mübahisəli mənzili formal olaraq İddiaçı adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Nəticədə borcun bir hissəsi ona məxsus qeyri-yaşayış sahəsi (qarajla) ilə əvəzləşdirilmiş, digər hissəsi isə ödənilmişdir. Lakin buna baxmayaraq, İddiaçı müqaviləni qaytarmaqdan imtina etmişdir. Həqiqətdə İddiaçı mübahisəli mənzilə görə hər hansı məbləğdə pul ödəməmiş və mənzilə heç vaxt sahiblik və ondan istifadə etməmişdir. Binəqədi Rayon Məhkəməsinin (hakim Fuad Abdiyev) 16 mart 2020-ci il tаrixli, 2(001)710/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X mikrorayon, X küçəsi, 5 saylı binanın qarşısında çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bir mənzilə dair m üxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyrimümkündür. Belə olan halda, hazırki vəziyyətdə mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlanması (öhdəliyin əmələ gəldiyi) ilə yanaşı, həmçinin payçı (sifarişçi) qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar a raşdırılmalıdır. Müddət etibarı ilə Cavabdeh2 MMC ilə İddiaçı arasında müqavilə daha əvvəl bağlanmışdır. Lakin bu hal Cavabdeh2 MMC-nin mübahisəli mənzilin Cavabdeh1 deyil, məhz ona təhvil verilməsi barədə öhdəliyin yaranması kimi qəbul edilə bilməz. Belə ki, İddiaçı ilə müqavilə 09 aprel 2009-cu il tarixdə bağlanmasına baxmayaraq, araşdırma zamanı İddiaçı həmin müqavilədə göstərilən mənzili təhvil aldığı, bu mənzildən hər hansı vaxt istifadə və ona sahiblik etdiyi müəyyən edilməmişdir (iddiaçı tərəf bu barədə hər hansı sübut təqdim edə bilməmişdir). Cavabdeh1 bu istiqamətdə etdiyi hərəkətlər (gördüyü tədbirlər) isə əksinə mənzilin məhz Cavabdeh1 təhvil verildiyini (mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olduğunu) təsdiq edir. Belə ki, Cavabdeh1 08.10.2009-cu il tarixli müqavilədə göstərilən mənzilin onun istifadə və sahibliyinə verilməsi üçün hələ 2013-cü ildə məhkəməyə müraciət etmiş və məhkəmə araşdırılmasının nəticələrinə dair mənzilin ona təhvil verilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Cavabdeh1 həmin mənzili təmir etdirmiş və hazırda orada yaşayır. Məhkəmə mübahisəsində İddiaçı iştirak etməmişdir və bu baxımdan həmin qərar ona münasibətdə hər hansı preyudisial əhəmiyyətə malik deyil. Lakin, bu məhkəmə prosesində iştirak edən mənzil sahiblərinin sayı və mübahisənin müddəti (üç instansiyada baxılıbdır) belə qənaətə gəlməyə imkan verir ki, iddiaçının həmin mənzildən və onun yerləşdiyi binada baş verən proseslərdən ümumiyyətlə məlumatı olmamışdır. Digər tərəfdən o hal da nəzərə alınmalıdır ki, iddiaçının etibarsızlığını mübahisəl əndirdiyi 08.10.2009-cu il tarixli müqavilənin predmeti ümumi sahəsi 246 kv.m. olan mənzil olduğu halda (iddiaçı həmin müqavilənin qismən deyil, tam etibarsız hesab edilməsini tələb edir), iddiaçının özü ilə bağlandığı 09.04.2009-cu il tarixli müqavilənin predmeti ümumi sahəsi 130 kv.m olan mənzildir. Hüquqi nəticə etibarı ilə bu iki müqavilənin predmeti eyni deyil, fərqli fərdi-müəyyən əşyadır və iddiaçı tam fərqli bir mənzilin ona təhvil verilməsini tələb edir. Bütün bunlar öz növbəsində cavabdeh tərəfin mövqeyinin və məhkəmə tərəfindən ifadələri mötəbər sübut kimi qiymətləndirilmiş şahidlərin ifadələrinin həqiqi olduğunu bir daha təsdiq edir və iddiaçı ilə bağlanmış 09.04.2009-cu il tarixli müqavilənin (ən azı müqavilədə göstərilən mənzilin təhvil verilməsi hissəsində) etibarsız olduğun u şərtləndirir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08.10.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Cavabdeh1 hazırda qanuni əsaslarla 08.10.2009-cu il tarixli müqavilədə göstərilən mənzildən istifadə və ona sahiblik edir və həmin mənzilin onun mülkiyyətinə verilməsi üçün üstün hüquqa malikdir. Bu səbəbdən iddia tələbi bu müqavilənin etibarsız hesab edilməsi hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə, iddia üzrə “müqavilənin etibarsız hesab edilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “mənzilin boşaldılması və təhvil verilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilava sitə müqavilənin etibarsız hesab edilməsi” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi “mənzilin boşaldılması və təhvil verilməsi” hissəsində də əsassızdır və rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 125-ci maddənin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.1, 152.2, 152.3, 157.8, 337.1, 340.2, 385.1, 425.1, 452.1,752.1, 761.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı oğlu tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apelyasiya Məhkəməsi M ülki Kollegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Fuad Talışınski və Ziya Şirinov) 20 oktyabr 2020-ci il tarixli qətnaməsi 2(103)6932/2020 nömrəli qətnaməsi ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin (hakim Fuad Abdiyev) 16 mart 2020-ci il tаrixli, 2(001)-710/2020 nömrəli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkilinin sorğusuna cavab olaraq təqdim edilmiş ibtidai istintaq (Cavabdeh2 MMC-nin təsisçisi və direktoru X7 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı) materiallarının surətlərindən (cədvəllər, maddi sübut kimi tanınma qərarı, təqsirləndirilən şəxsi əlavə dindirmə protokolu, ittiham aktı və s.) görünür ki, ibtidai araşdırma zamanı Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, X mikrorayon, X küçəsində inşa edilən 5 saylı binanın qarşısında inşa edilən 1 girişli, 10 mərtəbəli yaşayış binasından müqavilələr və həmin mənzillərdə yaşamaq hüququna malik olan şəxslərin siyahısı dəqiqləşdirilmiş, həmin siyahılarda iddiaçının adı ümumiyyətlə mövcud olmamış, əksinə Cavabdeh1 Vİ mərtəbədə mənzillərə sahib olması öz əksini tapmışdır. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi, mənzillə bağlı iddiaçının xeyrinə olan, onun hüquqlarını müəyyən və təsdiq edən məhkəmə qərarı da mövcuddur (Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 03 iyul 2015-ci il tarixli, 2(102)-3068/2015 saylı qərarı). Əksinə, məhkəmə araşdır maları zamanı keçən uzun müddət ərzində iddiaçının müqavilədə göstərilən mənzillə bağlı hər hansı real hərəkətlərinin (mənzilin təhvil alınması, ona sahiblik, istifadə və s. istiqamətində) mövcudluğu müəyyən olunmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlərin ifadələrindən görünür ki, iddiaçı ilə müvafiq müqavilənin bağlanmasına əsas olan hal verilmiş pulun (borcun) müqabilində təminat rolunu oynamış, reallıqda iddiaçı həmin mənzili almamış, ona görə pul ödəməmişdir. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etmişdir ki, yaşayış sahəsi faktiki olaraq cavabdehə təhvil verilmiş, sonuncu ora köçmüş, mənzili təmir edərək yaşayır. Məhkəmə kollegiyası MM-nin 452.1-ci maddəsinə əsaslanaraq göstərmişdir ki, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun o lduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kredito run xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Cavabdeh mübahisəli mənzilə faktiki sahiblənən alıcı olduğundan, yəni əşya artıq ona faktiki olaraq verildiyindən və keçən müddət ərzində sonuncu ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının etibarsızlığını mübahisələndirdiyi 08.10.2009-cu il tarixli müqavilənin predmeti ümumi sahəsi 246 kv.m. olan mənzil olduğu halda, iddiaçının özü ilə bağlanmış 09.04.2009-cu il tarixli müqavilənin predmeti ümumi sahəsi 130 kv.m olan mənzildir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməm işdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452, MPM-nin 77.1, 8X maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməzkən və apellyasiya instansiya məhkəməsi qəbul edilmiş qətnaməni dəyişdirmədən qüvvədə saxlarkən, həm prosessual, həm də maddi hüquq normalarını pozmuş, tərəflərin təqdim etdiyi sübutlara mülki prose ssual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verməmiş, işin həqiqi hallarını müəyyən edərkən fərziyyələrə əsaslanmış, müəyyən etdiyi həqiqi hallara tətbiq edilməli maddi hüquq normalarım tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, aşağıdakılara əsasən apellyasiya İnstansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmalıdır: Belə ki, cavabdeh MMC 08 oktyabr 2009-cu il tarixdə, yəni mənzil iddiaçıya satıldıqdan sonra digər Cavabdeh1 ilə də müqavilə bağlamış, bu dəfə həmin mənzili ikinci dəfə ona satmışdır. Sonradan cavabdeh MTK-nın direktoru törətdiyi qanunsuz əməllərə görə xarici dövlətə qaçmış, bir sıra vətəndaşların pullarını mənimsədiyi üçün barəsində hüquq mühafizə orqanlarında cinayət işi açılaraq axtarış elan olunmuşdur. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl mənzilinə baş çəkərkən mənzilinin Cavabdeh1 tərəfindən təmir edilməyə başladığının şahidi olmuş, mənzilin ona məxsus olduğunu, mübahisə başa çatana qədər təmirin dayandırılmasını təklif etsə də, cavabdeh razılaşmamışdır. Nəticədə iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Nə iddiaçı, nə də cavabdeh V. Həsənov MMC-nin direktoru barəsində açılmış cinayət işində zərərçəkmiş şəxs qismində tanınmamışdır. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə cinayət işi üzrə qəbul edilmiş qərarların (sübutların qiymətləndirilməsi barədə qərar, ittiham aktı, hökm, tərəflərin üzləşmə protokolları) tələb edilərək tədqiq edilməsini xahiş edilmiş, məhkəmə bu barədə vəsatəti təmin etmi şdir. Lakin, sonradan qəbul edilmiş qərarını məlum olmayan səbəblərdən icrasız saxlamışdır. Apellyasiya instansiya məhkəməsində qeyd edilən sübutlar natamam şəkildə məhkəməyə təqdim edilsə də bu dəfə apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutlara prosessual qanunvericiliyə uyğun hüquqi qiymət verməmişdir. Qeyd edilən cinayət işinin istintaqı aparılarkən hər iki tərəf (iddiaçı və cavabdeh) istintaqa məlum idi. Lakin, istintaq orqanı heç bir tərəfi zərərçəkmiş şəxs qismində tanımayaraq, tərəfləri məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəf vicdanlı birinci alıcı olduğundan məhkəməyə müraciət etmiş, lakin məhkəmələrin qeyd edilən qanunsuz qərarları ilə üzləşmişdir. İkincisi, tərtib edilmiş siyahılarda iddiaçının adının olmaması məhkəməyə heç bir hüquqi əsas vermirdi ki, qüvvədə olan müqaviləni şübhə altına alsın. Digər tərəfdən tərtib edilmiş siyahılar hər hansı bir şəxsə mülkiyyət hüququ vermir, istifadə və sahiblik hüququnu müəyyən edən və yaradan MMC ilə bağlanmış müqavilədir. Bu halda isə müqaviləni birinci bağlayan tərəf iddiaçıdır. Cavabdeh1 nümayəndəsi iddiaya qarşı etirazında göstərmişdir ki, guya iddiaçı tərəf mənzili qumar borcunun qarşılığında hal-hazırda AR Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə məhkumluq həyatı yaşayan X6 almışdır. Həmin şəxs məhkəmə tərəfindən dindirilərkən, həqiqətə uyğun olmayan ifadələr vermiş, iddiaçı tərəfin verdiyi suallara cavab olaraq qeyd edilən mənzilə dair müqaviləsinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi məhz qeyd edilən şahidin ifadəsini mötəbər sübut kimi qəbul etmiş, apellya siya instansiyası məhkəməsi də bunu təsdiq etmişdir. Məhkəmələr dələduzluq cinayəti ilə məhkum olunmuş şəxsin sözlərinə inanır, lakin iş materiallarında təqdim edilmiş müqavilələrə inanmır. Məhkəmə şahid İlyas Hacıyevin ifadələri ilə yanaşı onun atasını da məhkəməyə dəvət edərək dindirmiş, X5 ifadəsində göstərmişdir ki, oğlu Elçinin indiyə kimi müxtəlif borclarını ödəmişdir. Guya hazırda evi də barter qarşılığında almış, sonradan oğlunun borcu əvəzinə vermişdir. Şahid iddiaçı tərəfin suallarına cavab olaraq bildirmişdir ki, onun mənzilə dair heç bir müqaviləsi (barter müqaviləsi və.s) olmamışdır. Bununla yanaşı şahid borcun bir hissəsinin də qaraj müqabilində qaytarıldığını bildirsə də, qaraja dair də heç bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı şahid suala cavabında bildirmişdir ki, hər iki müqavilə bağlanarkən Çin Xalq Respublikasında olmuşdur. İddiaçı şahidin xarici pasportunun tədqiq edilməsini xahiş etsə də, məhkəmə uydurma hekayənin puç olduğunu görüb bundan imtina etmişdir. Nəticədə dələduz şahidlə, hadisələrin baş verdiyi dövrdə Çin Xalq Respublikasinda olmuş şahidlərin ifadələrini mötəbər sübut kimi dəyərləndirmişdir. İddiaçıya şahidlərlə iddiaçı arasında borc münasibətlərinin olduğunu məhkəmə hansı sübutlarla müəyyən etməsi, ümumiyyətlə borc münasibətlərinin olması barədə hər hansı bir sübuta - borc müqaviləsi, borcun etirafı barədə müqavilə, məhkəmə qətnaməsi istinad etməsi məlum olmamışdır. Bunun davamı olaraq məhkəmə şahidlərdən birinin dələduz olması, bununla bağlı məhkum olunması, digərinin isə müqavilələr imzalanarkən Ç in Xalq Respublikasında olması barədə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmişdir. Ən maraqlı hal isə Cavabdeh1 nümayəndəsi və hakim nə qədər çalışsalar da, digər cavabdeh “xxxx” MMC-nin direktoru Xi məhkəməyə gətirərək dindirə bilməməsidir. X azadlığa buraxılsa da (şərti olaraq) törətdiyi əməllərdən çəkinərək məhkəmədən yayınmışdır. Belə olan halda məhkəməyə T.Əliyevin istintaq zamanı cavabdehlərlə üzləşmə istintaq hərəkətlərinin protokollarını gətirib tədqiq edilməsini təklif etsək də, məhkəmə uydurma hekayəsinin puç olmasından çəkinərək, protokolların alınıb tədqiq edilməsi barədə təmin etdiyi vəsatəti icra etməmişdir. Apellyasiya instansiya məhkəməsi də apellyasiya şikayətinin bu dəlillərinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qe yd edir ki, “bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi, mənzillə bağlı iddiaçının xeyrinə olan, onun hüquqlarını müəyyən və təsdiq edən məhkəmə qərarı da mövcuddur (Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 03 iyul 2015-ci il tarixli, 2(102)-3068/2015 saylı qərarı) Məhkəmənin istinad etdiyi qərardan görünür ki, qeyd edilən mülki işdə hazırkı iddiaçının adına olan müqavilə barədə məhkəmənin xəbəri olmamışdır. Yəni qeyd edilən qərar hazırki mülki iş üçün heç bir preyudisial əhəmiyyət daşımır. Bu o deməkdir ki, hər iki məhkəmə instansiyası qeyd edilən məhkəmə qərarına düzgün hüquqi qiymət verməmişdir. Bununla yanaşı, məhkəmə iddiaçı tərəfindən müqavilənin tam etibarsızlığını mübahisələndirdyini tərəfin əleyhinə sübut kimi qiymətləndirir və hesab edir ki, müqavilələrin predmetləri guya eyni deyil. Halbuki, iddiaçı tərəfindən məhkəməyə həmin binaya - mənzillərə baxış keçirilməsini təklif edilsə də, bundan imtina etmişdir. Həmin mərtəbədə iki eyni kvadratmetrlik mənzil Cavabdeh1 satılmışdır. Bunu təkcə sanitar qovşaqlardan müəyyən etmək sadə məsələ idi. Onda aydın olacaqdı ki, iddiaçının mənzili ona satılmışdır. Müqavilənin tam və ya qismən etibarsızlığı məsələsi isə məhkəmənin hüquqi qiymət verəcəyi predmetə aiddir. Apellyasiya instansiyası məhkəməsində işin yuxarıda qeyd edilən halının araşdırılmasını təklif edilsə də, məhkəmə kollegiyası bundan imtina etmişdir. Sonda qəbul etdiyi qətnamədə birinci instansiya məhkəməsinin istinad etdiyi absurd halı haqlı saymış, iddianın predmetinin ayrı olduğu qənaətinə gəlmişdir. Bu zaman sual olunur ki, iddiaçı ilə c avabdehə verilmiş mənzillər ayrıdırsa (predmet ayrıdırsa) onda əlavə sübutların araşdırılmasına nə ehtiyac vardı?! İddiaçı daşınmaz mübahisəli əmlaka ilkin olaraq sahiblik və istifadə hüququ əldə etmiş, binanın tikilərək təhvil verilməsini gözləmişdi ki, sərəncam hüququnu da əldə etsin. Lakin, hazırda məlum olmayan cərəyan etmiş hadisələr nəticəsində mübahisəli mənzilin iddiaçıdan sonra daha bir şəxsə satılması müəyyən edilir ki, bunun da birinci təqsirkarı MMC-dir. İddiaçı kassasiya şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 178.X maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı İddiaçı və vəkili Vəkil1 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüq uqu - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.X maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və y a adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə ə sasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin i şin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən q əbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 21X maddələrinin tələblərinə riayət edilm iş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, tərəflərin hər ikisi eyni hüquqi qüvvəyə malik olan sənədlər əsasında (eyni şəxs tərəfindən imzalanmış, hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, oxşar məzmunlu, yaxın tarixli müqavilələr və mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı) mənzil əldə etmişlər. Məhkəmələr haqlı olaraq hesab etmişdirlər ki, müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri- mümkündür. Apellyasiya məhkəməsi tər əfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, İddiaçı ilə müqavilə 09 aprel 2009-cu il tarixdə bağlanmasına baxmayaraq, araşdırma zamanı İddiaçı həmin müqavilədə göstərilən mənzili təhvil aldığı, bu mənzildən hər hansı vaxt istifadə və ona sahiblik etdiyi müəyyən edilməmişdir (iddiaçı tərəf bu barədə hər hansı sübut təqdim edə bilməmişdir). Cavabdeh1 isə 08.10.2009-cu il tarixli müqavilədə göstərilən mənzilin onun istifadə və sahibliyinə verilməsi üçün hələ 2013-cü ildə məhkəməyə müraciət etmiş və məhkəmə araşdırılmasının nəticələrinə dair mənzilin ona təhvil verilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Cavabdeh1 həmin mənzili təmir etdirmiş və hazırda orada yaşayır. Belə olan halda, mübahisəyə MM-nin 452.1-ci maddəsinin tətbiq edilməsi düzgün olmuşdur. Həmin maddəd ə qanunverici fərdi müəyyən əşyaya( hazırki halda mənzilə) haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Cavabdeh mübahisəli mənzilə faktiki sahibləndiyindən, yəni əşya artıq ona faktiki olaraq verildiyindən və keçən müddət ərzində sonuncu ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmələr tərəfindən cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08.10.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilənlər ap ellyasiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Belə ki, kassasiya şikayətinin özündə də göstərildiyi kimi, tərəflərdən heç biri onlarla müqavilə bağlamış “xxxx“ MMC-nin direktoru T.Əliyevin barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar, bu isə onu deməyə əsas verir ki, müqavilə predmeti olan mənzilin iki və daha artıq şəxsə satılması faktı istintaq zamanı müəyyən edilməmişdir. Digər tərəfdən, bağlanmış müqavilələr Kooperativlə kooperativ üzvü arasında bağlanmış müqavilə olmadığından məhkəmələr haqlı olaraq bu müqaviləyə podrat müqaviləsi kimi qiymət vermişdirlər. Buna görə də, kassasiya şikayətində Mülki Məcəllənin müqavilələr bağlanan zaman qüvvədə olan 178.X maddəsinə istinad edilməsi əsassızdır. Kassasiya şikayətinin şahid ifadələrinin qeyri-mötəbərli yi və ifadələrin hər hansı başqa sübutla təsdiqlənməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın rədd edilməsi üçün həmin ifadələr əsas sübut olmamış, həmin sübutlar işdə olan digər yazılı sübutlarla birlikdə qiymətləndirilmiş və gəlinən nəticə əsaslandırılmışdır. Buna görə də, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6932/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar