Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2724/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun və cərimənin tutulması” tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-2724/2021 (Açar sözlər: məhkəmə aidiyyəti üzrə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili X3, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7840/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassa siya şikayəti üzrə işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC (Alıcı), həmin MMC-nin Kürdəmir filialı (Tədarükçü) və Cavabdeh (Təsərrüfat) arasında 07.02.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Təsərrüfat, 60 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 120 ton xam pambıq məhsulunu istehsal edib Alıcıya satmağı, Tədarükçü, Təsərrüfatın gətirdiyi xam pambığı mövcud standartların tələblərinə uyğun olmaqla vaxtında qəbul edib onun kondisiya dəyərinin Alıcı tərəfindən Təsərrüfata ödənilməsini təmin etməyi, Alıcı, Tədarükçünün vasitəsilə götürülən öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan materialın və pul vəsaitinin Tədarükçünün iştirakı ilə Təsərrüfata v erilməsini öhdələrinə götürmüşlər. İşdə olan vergi uçotuna alınmış vergi ödəyiciyi barədə məlmatdan görünür ki, Cavabdeh ********** VÖEN nömrəi ilə verdi orqanıda qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (MMC) X2 (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin Kürdəmir filialı və cavabdeh arasında bağlanmış 07 fevral 2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin 60 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 120 ton xam pambıq məhsulunu istehsal edib MMC-nə satmağı öhdəsinə götürdüyünü, müqavilənin icrası ilə əlaqədar cavabdehin MMC-dən 27937,54 manat məbləğində avans vəsaitlər aldığını, müqavilə şərtlərinə əsasən cavabdehin götürdüyü avansın dəyərini xam pambıqla ödəməli v ə avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı olduğu halda, 13382,43 manat məbləğində 27832,17 kq xam pambıq təhvil verdiyini və beləliklə müqavilənin şərtlərini pozduğunu, sonradan onun təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 367,50 manat dəyərində vəsaitləri geri qaytardığını və 14187,61 manat borcu qaldığını, müqavilənin 4.2-ci bəndində, cavabdehin müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə 20 faiz həcmində cərimə ödəməli olduğunun nəzərdə tutulduğunu bildirmiş, buna görə də Cavabdeh 14187,61 manat əsas borcun, 9216,78 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rü sumunun MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, X1 14187,61 (on dörd min yüz səksən yeddi manat altmış bir qəpik) manat əsas borcun, 1418 (bir min dörd yüz on səkkiz) manat cərimə borcunun və 20,10 (iyirmi manat on qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-7840/2020) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəmə sinin 2(004)-959/2020 saylı iş üzrə 05 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “X1 14187,61 (on dörd min yüz səksən yeddi manat altmış bir qəpik) manat əsas borcun və 1418 (bir min dörd yüz on səkkiz) manat cərimə borcunun tutulması” hissəsində ləğv olunması və həmin tələb üzrə yeni qətnamə çıxarılması, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 7093,80 (yeddi min doxsan üç manat 80 qəpik) manat tutulması, həmin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona gör ə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7840/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7840/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələb lərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının şikayətində göstərilənlərə münasibətdə yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə İddiaçı hüquqi şəxsdir, cavabdeh isə sahibkarlıq statusuna malik olan və vergi ödəyicisi kimi qeydə alınmış fiziki şəxsdir. Mübahisə predmeti isə sahibkarlıq fəaliyyəti bağlı yaranmış pul tələbindən ibarədir. Belə olan halda işə baxan apellyasiya instansiyası məhkəməsi ilkin olaraq işin məhkəmə aidiyyətini yoxlamalı olduğu halda belə araşdırmanın aparılmasını təmin etməmiş və işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul etmişdir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun ola raq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tər əfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2724/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2724/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2724/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver