Məhkəmə qərarları › İş №2(102)-2730/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2730/2019

01.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2730/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili YH və cavabdehin vəkili X2 oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 09 fevral 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 Əlicavan oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 avqust 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Saatlı rayon məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli 2(055)-1768/2016 saylı qətnaməsi ilə (sədrlik edən hakim Malik Qarayev) iddia tələbi qismən təmin edilərək "xxxx" MMC ilə Cavabdeh1 Əlicavan oğlu ar asında bağlanmış 26 dekabr 2013-cü il tarixli 13/528.1 saylı təkrar lizinq müqaviləsinə və X3 arasında bağlanmış 26 dekabr 2013-cü il tarixli 12/528-1 saylı zaminlik müqaviləsinə xitam verilməsi, 26 dekabr 2013-cü il tarixli təkrar lizinq müqaviləsi üzrə 26 iyul 2016cı il tarixə olan 31.059 ABŞ dolları 56 sent əsas borc, 14.053 ABŞ dolları 33 sent faiz borcu, 921 ABŞ dolları 50 sent cərimə, cəmi 46.034 (qırx altı min otuz dörd) ABŞ dolları 39 (otuz doqquz) sent icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə cavabdehlər Cavabdeh1 Əlicavan oğlu və X1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Əlicavan oğlu və X1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-n in xeyrinə ödənilməsi, “SHACMAN” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı (model: SX33141R306, şassi: LZGCR2P618X020438) yük avtomobilinin Cavabdeh1 Əlicavan oğlundan alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 09 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Cəbrayılov (sədrlik edən, məruzəçi), N.Mirzəyev və T.Heydərov, 2(106)-365/2017 saylı mülki iş) hazırki iş üzrə Saatlı rayon məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli 2(055)-1768/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 dekabr 2013-cü il tarixli təkrar lizinq müqaviləsi üzrə 26 iyul 2016-cı il tarixə olan 31.059,56 ABŞ dolları əsas borc, 14053,33 AB Ş dolları faiz borcu, 19.921,50 ABŞ dolları cərimə və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Əlicavan oğlu və X1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 Əlicavan oğlunun müvəqqəti sahiblik və istifadəsinə verilmiş “SHACMAN” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı yük avtomobilini (model: SX33141R306, şassi: LZGCR2P618X020438) Cavabdeh1 alınaraq "xxxx"xxxx"xxxx" MMC ilə Cavabdeh1 Əlicavan oğlu arasında bağlanmış 26 dekabr 2013-cü il tarixli 13/528.1 saylı təkrar lizinq müqaviləsinə və X3 arasında bağlanmış 26 dekabr 2013-cü il tarixli 12/528-1 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 Əli cavan oğlu apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X2 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili YH kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci insta nsiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 Əlicavan oğlu arasında bağlanmış 26 dekabr 2013-cü il tarixli 13/528.1 saylı təkrar lizinq müqaviləsinə əsasən “SHACMAN” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı (model: SX33141R306, şassi: LZGCR2P618X020438) yük avtomobili iddiaçı tərəfindən cavabdehə lizinqə ve rilmişdir. Müqavilənin 2.4-cü bəndinə görə lizinq alan qeyd olunan lizinq predmeti üzrə Lizinq verənə öhdəlikləri köçürən öhdəliklərini tam həcmdə üzərinə götürür və qeyd olunan müqavilə üzrə Lizinq alan qismində çıxış edir. Bundan başqa Cavabdeh1 Əlicavan oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı Azərbaycan Lizinq Şirkəti» MMC ilə digər cavabdeh (zamin) X3 arasında bağlanmış 26 dekabr 2013-cü il tarixli 12/528-1 saylı zaminlik müqaviləsinə əsasən lizinq müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün ÜŞ iddiaçı qarşısında Cavabdeh1 Əlicavan oğlu ilə birgə məsuliyyət daşıyır. Göründüyü kimi Cavabdeh1 Əlicavan oğlu lizinq müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında 26 iyul 2016-cı il tarixə əsas borc üzrə 31.059,56 ABŞ dolları, faiz borc üzrə 14.053,33 ABŞ dolları, cərimə 19.921,50 ABŞ dolları icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən halda, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, liziqverəninin mükafatının məbləği, lizinq obyekti li zinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verdikdə lizinq verən icra ilə bağlı mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənlədirilərkən lizinq əmlakının qalıq dəyəri, lizi nq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmır. Həmin Məcəllənin 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 Əlicavan oğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 09 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar