Məhkəmə qərarları › İş №2(102)-2730/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2730/2020

21.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2730/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Məmmədov Asəf Sahib oğlu, Cavabdeh, cavabdehin vəkilləri X4, X10 oğlu və maraqlı şəxsin vəkili İbrahimov Ramiz Hilal oğlunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(007)1527/2019 saylı qətnaməsi ilə (sədrlik edən F.Mirzəyev) ilk iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, XXX yerləşən “xxxx” MTK-ya məxsus yaşayış binasının 1 giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv/m olan 2 otaqlı, 62 saylı mənzilinin X3 verilməsi barədə bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə” nin və xx xxxxxxxx 2016-cı il tarixli “Müqavilə” nin etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “xxxx” MTK-dan 65111 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınıb X3 verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən, məruzəçi), R.Eyvazov və Z.Əliyev, 2(103)-13278/2019 saylı mülki iş) hazırki iş üzrə maraqlarına (hüquq və vəzifələrinə) toxunan şəxs X6 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)1527/2019 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi qismən (qarşılıqlı iddia ərizəsinin təmin edildiyi hissədə) ləğv edilmiş və iddiaçı X2 cavabdeh «xxxx» MTK-ya qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı «xxxx» MTK cavabdeh X3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, XXX yerləşən "xxxx’' MTK-ya məxsus yaşayış binasının 1 giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv/m olan 2 otaqlı, 62 saylı mən zilin müqavilə əsasında X3 verilməsi barədə bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və xx xxxxxxxx 2016-cı il tarixli “Müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, "xxxx” MTK-a ilə “xxxx” MMC-nin direktoru X9 arasında xx xxxx 2016-cı ıl tarixində 23 saylı müqavilə bağlanmışdır. Müqavilə tikilmiş binalara liftlərin quraşdırılması ilə əlaqədar idi. xx xxxxxxxx 2016-cı il tarixli müqavilə əsasında X3 Abşeron rayon İH Başçısının xx xxxx 2014-cü tarixli 345 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri, XXX prospektində 1 bloklu, 12 mərtəbəli, 2 otaqlı 62 saylı mənzilin verilməsi barədə müqavilə bağlanmışdır. X1 ilə xx xxxxxxxx 2016-cı il tarixində müqavilə bağlanmışdır ki, bu müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. 100,17 kv/m sahəsi olan 2 otaqlı mənzilə görə 65111 manat pul ödənməli idi. Hər kv/m-in qiyməti 650 manat müəyyən edilmişdir. X13 sənədləşmədə iştirak etrnəsə də X6 təqdim etdiyi şəxsiyət vəsiqəsi əsasında mənzil onun adına sənədləşdirilmişdir. Sənədlər imzalanmaq məqsədilə Vəliyev Alışa verildi ki, X8 Neftçilər xəstəxanasında xəstə yatdığı üçün qohumu vasitəsi ilə ona çatdırılsın. A.Vəliyev, sənədi Aqil adlı dostu ilə xəstəxanada müalicə olunan Lazım Məmmədova göndərməli idi və göndərmişdi də. Üstündən xeyli vaxt keçdikdən sonra imzalanmış sənədlərin bir nüsxəsi MTK-ya verildi. Digər nüsxəsi isə mənzili alan şəxsdə qaldı. Məmmədov Lazıma onun MTK-ya borclu olmamasına dair maliyyə arayışı verilməsinə baxmayaraq ona pulun ödənilməsi barədə kassa qəbzi verilməmişdir. Belə ki, kassa mədaxil qəbzi mənzilə ödənilən pul kassaya mədaxil olunduğu təqdirdə təqdim olunur. Kassa qəbzi olmadığı üçün verilən maliyyə arayışının heç bir hüquqi qüvvəsi yoxdur. Maliyyə arayışı ona görə borcun olmaması nəzərdə tutulmaqla təqdim edilmişdir ki, həmin şəxslər A.Vəliyevi aldadaraq pulun veriləcəyini inandırıb maliyyə arayışı yazdırmış və qeyd edildiyi kimi, sonradan pulun ödənilməsi barədə qəbz təqdim edilməmişdir. Həmin şəxslərin verdikləri vədlər özünü doğrultmadığına görə, yəni mənzilin pulu ödənilmədiyi üçün müdiriyyət Alış Vəliyevlə əlaqə saxladıqda, Alış Vəliyev tərəfindən Cavabdehla əlaqə saxlanılmış və o bildirmişdir ki, bu mənzili Maşallah adlı şəxs ona borclu olduğu pulun əvəzinə verib. Yəni Maşallah mənzilin pulunu ö dəyib. Evin sənədlərini də Maşallahın ona verdiyini bildirmişdir. Vəziyyəti belə gördükdən sonra Alış Vəliyev tərəfindən Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinə Maşallah adlı şəxsin və qeyrilərinin hərəkətləri barədə müraciət olunmuş va barəsində Bakı Şəhəri Xətai Rayon Polis İdarəsində cinayət işi olduğuna görə iş materialları ora göndərilmişdir. Lazım Məmmədovun polisdə verdiyi izahata görə müqavilədə atılan imzalar ona məxsus deyil. Hal-hazırda Cavabdehla MTK-a arasında mənzillə bağlı mübahisə davam edir. Həmin cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydə alınmamışdır, təqdim olunan sənədlərdə həmin şəxsə məxsus olmayan saxta imzalar və MTK tərəfindən qanuni qaydada həyata keçirilmiş hallar mövcüddur. İddiaçı X5 cavabdeh «xxxx» MTK-ya qarşı. qarşılıqlı iddia ər izəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək qarşılıqlı iddianın da təmin olunmasını, “xxxx” MTK-dan ona məxsus olan 65111 manat pulun, əldən çıxmış faydaya görə 10000 manat pulun və ona vurulmuş mənəvi zərərə görə 5000 manat pulun, cəmi 80111 manat pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 30 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbində qeyd edilmişdir ki, 2016-cı ildə yeni kooperativ binalardan yaşayış sahəsi - mənzil almaq məqsədi ilə şəhərin yerlərində tikilən binalara baxmış və “xxxx” MTK tərəfindən Abşeron Xırdalan şəhəri, XXX 31 ünvanda tikilməkdə olan binanı bəyənmişdir. Həmin binadakı 62 saylı 100,17 kv.m sahəsi olan 2 otaqlı mənzili almaq qərarına gəlmişdir. xx xxxxxxxx 2016-cı il tarixdə o, həmin mə nzilə dair kooperativlə müqavilə bağlamış və mənzilin tam dəyərini 65111 manat olmaqla əvvəlcədən ödəmişdir. Bununla əlaqədar ona həmin tarixdə imzalanmış, şirkətin dairəvi möhürü ilə möhürlənmiş və ödənişin tam olaraq həyata keçirilməsinə dair maliyyə arayışı təqdim olunmuşdur. Bundan sonra dəfələrlə mənzilin ona təhvil verilməsi məqsədi ilə koperativə müraciət etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələrlə mənzili ona təhvil verməyərək get-gələ salmışlar. Bu yaxınlarda ona Nizami Rayon Məhkəməsindən bildiriş gəlmişdir. Ona məlum olmuşdur ki, kooperativ bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsini oxuduqda olduqca təəccüblə iddia ərizəsində göstərilir ki, guya o, şirkətə bir manat da ödəməmişdir. Ortada vasitəçilər olmuşd ur. Guya verilən mənzilin əvəzində Vəliyev Alış adlı şəxs mənzildə lift quraşdırmalı idi. İddia ərizəsində qeyd olunan və idddiaçının irəli sürdüyü bu arqumentlərin heç bir əsası yoxdur və mənzili ona verməmək üçün gətirilən bəhanədir. Bir daha xatırladır ki, onun əlində kooperativ rəhbərliyinin imzaladığı və möhürlədiyi pulun ödənildiyinə dəlalət edən, eyni qaydada təsdiqlənmiş maliyyə arayışı vardır, qeyd olunan məbləğdə pulu verməsəydi həmin sənədləri ona verməzdilər. Digər tərəfdən əgər həmin müqavilə formal müqavilə olmuşdursa onda nəyə görə ötən iki il ərzində ləğv olunması və ya etibarsız hesab olunması barədə hər hansı bir tədbir görməmişlər. İsrarlı şəkildə mənzili tələb etdikdən sonra iddiaçı məcbur olub məhkəməyə müraciət edərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. E yni zamanda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Artıq belə bir qənaətə gəlmişdir ki, qeyd olunan mənzildən imtina edib verdiyi pulu geri tələb etsin. Eyni zamanda hesab edir ki, "xxxx" MTK iki il müddətində onun pulunu alıb saxladığı və mənzili ona təhvil vermədiyi üçün əldən çıxmış faydaya görə, eləcə də ona vurduğu mənəvi zərərə görə təzminat ödəməlidir. Əldən çıxmış faydanı 10000 manat, vurulmuş mənəvi zərəri isə 5000 manat dəyərində qiymətləndirir. Qeyd olunanlara əsasən ilk iddia tələbini qəbul edir və iddiaçı ilə onun arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə etiraz etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Eyni zamanda xx xxxxxxxx 2016-cı il tarixdə “xxxx” MTK ilə müqavilə bağlamış və mənzilin tam dəyərini -65111 manat pulu ödəmişdir. Bu barədə ona maliyə arayışı verilmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkilləri X4, X10 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Məmmədov Asəf Sahib oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin vəkili İbrahimov Ramiz Hilal oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini x ahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndiril məməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi maraqlı şəxsin şikayəti əsasında 1-ci instansiya məhkəməsinin qətnaməsini ləğv etməkdə haqlı olmamışdır. Beləki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, XXX yerləşən “xxxx” MTKya məxsus yaşayış binasının 1 giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv/m olan 2 otaqlı, 62 saylı mənzilinin X3 verilməsi barədə bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə” nin və xx xxxxxxxx 2016-cı il tarixli “Müqavilə” nin etibarsız hesab edilməsi və eyni zamanda qarşılıqlı iddianın qismən təmin edilərək “xxxx” MTK-dan 65111 manat pulun alınaraq X3 verilməsi qət edilmişdir. İşdə n görünür ki, həmin qətnamənin qarşılıqlı iddianın təmin olunan hissəsindən cavabdeh “xxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bundan sonra iş üzrə maraqlarına (hüquq və vəzifələrinə) toxunan şəxs X9 qətnamənin qarşılıqlı iddianın təmin olunan hissəsindən apellyasiya şikayəti vermiş və onun şikayəti təmin olunmuşdur. Apellyasiya Məhkəməsi şikayəti təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Mübahisə, iddiaçı «xxxx» MTK ilə cavabdeh X5 arasında olan mübahisədir. Bir tərəf müqavilənin əhəmiyyətsiz əqd olması əsası ilə etibarsızlığını tələb edir, qarşı tərəf isə mənzil tikintisi üçün MTK-ya vermiş olduğu pulun geri qaytarılmasını tələb edir. İşə baxan 1-ci instansiya məhkəməsi müqaviləni etibarsız hesab etmiş və qarşı tərəfin kooperativə vermiş olduğu pulun elə kooperativin özündən cavabdehin xeyrinə tutulmasını qət etmişdir. Həmin pulun (kooperativdən tutulan) MTK-dan tutulmasının maraqlı şəxsin hərhansı hüquqlarını pozması məntiqsizdir. Maraqlı şəxs bunu belə əsaslandırır ki, mübahisəli mənzil müqavilə əsasında ona satılmış və əqdlər etibarsız hesab olunduqdan sonra onun mənzili yenidən sahibliyinə qaytarmaq hüququ var. Müqavilələr əhəmiyyətsiz əqd kimi etibarsız hesab olunduğundan hazırkı işdə MM-nin 337.5. maddəsi tətbiq oluna bilməzdi. Çünki mənzilə görə pulun verilməməsi məhkəmə baxışı zamanı təsdiq olunmuşdur. Pulun kooperativdən geri alınması mənzilin ona verilməsinin qarşısını alır. Məhkəmə kollegiyası belə bir əsaslanma ilə razılaşmır. Maraqlı şəxsin mənzilə hüquqları tərəflər arasında (MTK il ə) bağlanmış mənzil tikintisi haqqında müqavilə ilə baş tutmuşdur. Tərəf həmin müqaviləyə istinad etməklə mənzili geri tələb edə bilər. Amma işə baxan məhkəmənin əqdi əhəmiyyətsiz əqd hesab edərkən eyni zamanda alınanların geri qaytarılması barədə ziddiyyətli qərar qəbul etməsi, barəsində qərar çıxarılmış tərəfin (MTK-nın) hüquq və mənafelərini pozur. Hazırkı işdə belə hüquqa MTK sahibdir və ancaq onun şikayəti ilə həmin məsələ həll edilə bilərdi. MTK-dan pul tutulması mənzilin maraqlı şəxsə qaytarılmasına əngəl deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifa də etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəs i ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən yuxarıda qeyd olunan hall ar nəzərə alınmaqla qətnamənin qanuniliyi və əsaslılığı MPM-nin 372-cı maddəsinin tələblərinə uyğun şəkildə yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Nəticə: Kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunaraq, işə apelyasiya qaydasında baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-c u il tarixli qətnaməsi ləğv edilsin. İşə apelyasiya qaydasında yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar