Məhkəmə qərarları › İş №2(102)-2733/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2733/2022

31.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2733/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10912/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakıları müəyyən etdi: İşin halları İddiaçı tərəfindən 52 saylı notariat ofisində verilmiş ərizəyə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 13-də yerləşən 34 nömrəli mənzilin 55000 manata satılması barədə X6 ilə razılığa gəlmişlər. Eyni zamanda həmin məbləğin müvafiq alqı-satqı müqaviləsi təsdiq edildikdən sonra depozit hesab vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin İddiaçı izah olunması ərizədə qeyd olunmuşdur. “Elektron notariat” X2 Çıxarışa əsasən ünvan 1 ünvanında X14, İddiaçı, X12 və X16 qeydiyyatdadırlar. X15 tərəfindən notariat ofisində verilmiş ərizəyə əsasən X15 arvadı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 13-də yerləşən 34 nömrəli mənzilin satılmasına etirazının olmadığını, razı olduğun u qeyd etmişdir. X14 və X12 tərəfindən notariat ofisində yazılmış ərizələrə əsasən Fatimə Həsənova və Rəhman Məlikzadə ayrı-ayrılıqda ərizələrində qeydiyyatda olduqları İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 34 nömrəli mənzilin satılmasına və mənzildən istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində mənzildən qeydiyyatdan çıxacaqları barədə öhdəlik götürdüklərini qeyd etmişlər. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı ilə X6 arasında ünvan 1 ünvanına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın qiyməti 55000 manat göstərilmişdir. Qəbzin təsdiq edilmiş surəti nə əsasən X7 tərəfindən 25 fevral 2020-ci il tarixdə 52 saylı Notariat şöbəsinin hesabına 55000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13, 34 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı cavabdeh X4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Naximov küç əsi, 13 saylı evin 34 saylı mənzillə bağlı cavabdeh X6 ilə onun arasında Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış 26 fevral 2020-ci il tarixli, AN-İ №0842333 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X3 adına Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılmış mülkiyyət hüququna dair qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, mənzildən cavabdehin çıxarılması və mənzilin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ona məxsusdur və xx.xx.2020-ci il tarixədək onun mülkiyyətində olmuşdur. xx.xx.2020-ci il tarixdə həmin mənzi llə bağlı cavabdeh ilə onun arasında formal olaraq alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə uydurma əqddir. Belə ki, X25 ilə cavabdeh arasında ticarət münasibətləri olmuş, onlar avtomobil alqı-satqısı ilə məşğul idilər. Cavabdehin də həmin alqı-satqıda payı var idi. Lakin həmin payın həqiqi məbləğini o, bilmir. Cavabdeh iddia etmişdir ki, Rəhman Məlikzadənin ona 55.000 manat borcu vardır. X25 ailə qurmaq üçün nişanlandı və 06 mart 2020-ci il tarixə toy təyin edildi. Bundan sonra cavabdeh oğlunu sıxışdırmağa, ondan pul tələb etməyə başladı. Hətta onlarla dava-dalaş salmağa başladı. Nəhayət onları hədələdi ki, martın 6-da toya gələcək, Rəhmanı və bütün ailəsini biabır edəcək, toy şənliyini pozacaq. Onlardan tələb etdi ki, adına olan mənzilini müvəqqəti olaraq onun adına keçirsin, nə zaman Rəhman onun pulunu qaytarar, o da mənzilini onun adına keçirər. O, da bu hədə-qorxunu nəzərə alıb, toy şənliklərinin pozulmaması, biabırçı vəziyyətin yaranmaması üçün məcbur olmuş, xx.xx.2020-ci il tarixdə cavadehlə uydurma əqd - Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 13 saylı evin 34 saylı mənzilinin guya cavabdehə satılması barədə uydurma “alqısatqı müqaviləsi” bağlamışdır. Həmin gün cavabdeh bir tanışı vasitəsilə 55.000 manat gətizdirmiş, həmin pul notariusun depozit hesabına qoyulmuş, guya ona alqı-satqı pulu ödənilmişdir. Lakin, o, heç bir pul məbləği almamışdır, ona görə ki, mənzillə bağlı aralarında alqı-satqı niyyəti yox idi. Göründüyü kimi, cavabdehlə onun arasında Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış alqısatqı müqaviləsi həmin müqaviləyə uyğun hüquqi nəticəl ər yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmıəş əqddir. Həmin əqd uydurma əqddir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2(011)-3337/2020 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Bakı şəhəri 52 saylı Notariat Ofisinin Xüsusi X5 tərəfindən 4Ə-246 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı ilə X6 arasında 26 fevral 2020-ci il tarixdə bağlanmış "Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsi"nin etibarsız hesab edilməsi, cavabdeh X3 adına verilmiş Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət R eyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və dövlət reyestri tərəfindən aparılmış qeydin ləğv edilməsi, cavabdeh X3 Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilindən çıxarılması və mənzilin İddiaçı sahibliyinə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq edilmişdir ki, iddiaçının X25 ilə cavabdeh arasında ticarət münasibətləri olmuş, Rəhman Məlikzadənin sonuncuya borcu yaranmış, həmin borcun ödənilməsini təmin etmək üçün cavabdehin təkidi ilə Rəhmanın anası iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzill ə bağlı xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının mülkiyyətində olan daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi bağlansa da, iddiaçının faktiki həmin mənzili satmaq niyyətinin olması təsdiq edilmədiyindən, həmin əqd faktiki olaraq alqı-satqıya uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığından uydurma, nəticə etibarilə əhəmiyyətsiz əqd olduğu üçün bağlandığı andan etibarsız olduğundan iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikasının Konstitusiyasının 13.1, 29.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 324, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 390.1, 405.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) xx.xx.2021-ci il tarixli, 2(103)-10912/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3337/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işin apelyasiya baxışı zamanı mübahisəli mənzilin alqı-satqısı ilə əlaqədar X6 tərəfindən mənzilin dəyərinin, yəni 55000 manat pulun notariat ofisinin depozit hesabına ödənilməsi, həmin pulun "xxxx" ASC-yə mədaxil edildikdən sonra, satıcı İddiaçı adına məxaric olunması barədə sənədlər əldə edilərək işə əlavə edilmiş, İddiaçı məxaric orderindəki imzanın ona məxsus olmasını təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin İddiaçı münasibətdə mübahisəli hüquq münasibətinə tətbiqini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, mübahisəli əmlak Bashiri X1 qanunsuz deyil, dövlətin müvaf iq orqanında qeydə alınmış hüquqa əsasən yerləşir. Belə olan halda isə mübahisəli hüquq münasibətinə Mülki Məcəlləsinin 157.2-ci maddəsi tətbiq oluna bilməz. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqaviləni etibarsız hesab etsə də, cavabdeh X6 tərəfindən müqavilə bağlanarkən ödənilmiş 55000 manat pulun taleyini həll etməmişdir. Beləliklə, müqavilənin bağlanması ilə əlaqədar alıcı tərəfindən ödənilmiş 55000 manat pul da iddiaçının sərəncamında qalmışdır. Nəhayət birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış əqdin uydurma əqd olmasına istinad etmiş və göstərmişdir ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (Maddə 337.3.) Birinci instansiya məhkəməsi əqdin hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanmasına istinad etsə də cavabdehin mənzilin alınması üçün 55000 manat pulu notariusun depozit hesabına köçürülməsinə münasibət bildirməmiş, uydurma əqd bağlandığı təqdirdə alıcı tərəfindən 55000 manat pulun ödənilməsinə aydınlıq gətirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki işin materialları ilə tərəflər arasında alqı-satqı müqaviləsinin qanunun tələblərinə müvafiq surətdə bağlanması təsdiq olunur. Müqavilə əsasınnda alınmış mənzilə görə X6 55000 manat pulu notariat orqanının depozit hesabına köçürmüş və iddiaçı həmin məbləği almışdır. Ona görə iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsin in 2(011)-3337/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil3) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və ailəsi məcbur olub mənzili formal alqı-satqı müqaviləsi ilə cavabdehin adına keçirib, depozitə qoyulmuş pul vəsaitini isə o almayıb, həmin vəsaiti keçirən şəxs pulu götürüb. Göründüyü kimi müqavilənin bağlanmasında tərəflərin iradə ifadəsi yoxdur. İşin bu halları votsap yazılarla tə sdiq olunur. Məhkəmə MM-nin 324.1-ci maddəsini düzgün tətbiq etməyib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddianı rədd etməklə hazırki iş üzrə tərəflər arasında bağlanmış özlüyündə əhəmiyyətsiz olan əqdi qanuniləşdirməklə MM-nin 337.3-cü maddəsinin tələbini pozmuşdur. Cavabdehin votsap yazıları ilə də təsdiq olunur ki, iddiaçı doğru danışır, cavabdeh iddiaçını məcbur edərək onunla alıq-satqı müqaviləsi bağlasa da həqiqətən də alqı-satqı münasibətində olmayıb, müqavilə mənzilin alınması niyyəti ilə bağlanmayıb, müqavilə iddiaçının oğlunun borc öhdəliyini icra etməsi üçün təsir vasitəsi olaraq bağlanılıb. Odur ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 13 saylı evin 34 saylı mənzillə bağlı tərəflər arasında bağlanmış alqı-satqı müqav iləsi uydurma əqddir. Məhkəmə apelyasiya şikayətini təmin edərkən MM-nin 340.1-ci maddəsinin tələblərini pozub. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 13 saylı evin 34 saylı mənzilini onun satmaq, cavabdeh X3 almaq niyyəti olmayıb, onlar əslində belə razılığa gəlməyiblər, sadəcə olaraq oğlu Rəhman Məlikovun X4 avtomobil alqı-satqısı ilə bağlı aralarında yaranmış borc öhdəliyinin icrasına qədər mənzilin Vüsalənin adına keçirilməsi barədə formal alqı-satqı müqaviləsi bağlayıblar, avtomobillərin pulunun ödənişi icra olunduqdan sonra Vüsalə mənzili iddiaçının adına qaytarmalı idi. Müqavilənin formal bağlanması iş materiallarında olan Votsap yazılarla da təsdiq olunur. Belə olan halda MM-nin 405.1-ci maddəsinin tətbiqi əsasszıdır. Məhkəmə işə baxarkən notariat kontorunda bağlanmış müqaviləni sübut hesab edir, ancaq, nəzərə almır ki, həmin müqavilə mübahisə predmetidir, müqavilə zahirən qanunauyğun görünə bilər, ancaq, işdə olan sübutalarla, o cümlədən Votsap yazışmaları, görüntülü telefon danışığı ilə təsdiq olunur ki, müqavilə iradə ifadəsi olmadan bağlanmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağalayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tə rəfindən imzalanmış sənədin tətibi yolu ilə bağlanmalıdır. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya g östərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tər əf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, iddiaçı iddia tələbində olduğu kimi kasasiya şikayətini də cavabdehlə bağlanmış müqavilədə alqı-satqı niyyətinin mövcud olmaması, müqavilə üzrə müəyyən edilmiş əmlakın dəyərini təşkil etmiş məbləğinin onun tərəfindən əldə edilməməsini əsas kimi göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində də aşkar olunur ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası əmlakın alqı-satqı dəyərini təşkil edən pul vəsaitinin banka kim tərəfindən mədaxil və kim tərəfindən məxaric edilməsi məqsədilə qərardad qəbul etmiş, əldə edilmiş cavabla həmin pul vəsaitinin iddiaçı tərəfindən qəbul edildiyi müəyyən edilmişdir. İddiaçı həmin vəsaitin onun tərəfindən məxaric edilmədiyini göstərmiş olsa da, əldə edilmiş sənədlərdə olan imzanın ona məxussluğunu etiraf etmişdir. Həmin pul vəsaitinin onun tərəfindən əldə edilməməsi isə iddiaçının subyektiv mülahizələrindən başqa hər hansı sübutla öz təsdiqini tapmamışdır. Odur ki, işə mahiyyəti üzrə baxmı ş apelyasiya kollegiyası qanunvericiliklə bu kateqoriya müqavilələrin bağlanması üçün zəruri olan şərtlərin pozulmasının müəyyən edilmədiyini əsas götürərək iddia tələbini təmin etməməkdə haqlı olmuş, bu zaman hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya yoxlaması nəticəsində tərəflərin alqı-satqı müqaviləsi bağlamaq niyyətində olmamaları ilə əlaqədar hal müəyyən olunmadığına və hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyinə görə kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10912/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar