Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2735/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mirasdan məcburi payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1664/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh doğma bacıdırlar və X10 onların anası olub.
2. Hədiyyə verən X10 ilə hədiyyə alan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinə əsasən, həmin müqavilə hədiyyə verən X4 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 24, mənzil 176, ümumi sahəsi 58 kv.m olan mənzilin tam mülkiyyət üzrə məxsus hissəsindən hədiyyə alan Cavabdeh bağışlaması haqqında bağlanmışdır.
3. Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi ev 24, mənzil 176 mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bund an sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anasından miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km, “ünvan 1 dair bağışlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə məcburi pay hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km “ünvan 1 ünvanda yerləşən mənzil anası X6 adına olmuşdur. Sözügedən mənzili mərhum anası 01 may 2023-cü il tarixdə cavabdeh olan bacısı Cavabdeh bağışlamışdır. Lakin, bu bağşılama cavabdehin anasına olan təzyiq və təhdidlərdən sonra baş vermişdir. Belə ki, mərhum anasının yaşadığı yerdə olan qonşular belə cavabdehin anasına qarşı gös tərdiyi şiddətə şahidlik etmişlər. Həmin qonşular hətta anasının cavabdehə “nolar elmə-etmə” deyərək yalvararaq ağladığını belə eşitmişlər. Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km, “ünvan 2 ünvanda yerləşən mənzil mərhum anasının aldanması nəticəsində bağışlandığı üçün etibarsız hesab edilməli və sözügedən mənzil üzərində onun məcburi pay hüququ tanınmalıdır.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz təqdim edərək göstərmişdir ki, işin hərtərəfli araşdırılmasında maraqlı olduğu üçün mübahisələndirilən bağışlama müqaviləsinin vedeo görüntülərinin əldə olunması məqsədilə 1 saylı Sumqayıt “Asan Xidmət” mərkəzinə müraciət olumuş, həmin qurumdan xx.xx.2024-cü il tarixli cavab verilərək, 01 may 2023-cü il tarixdə rəsmiləşdirilmiş müqavilənin video görüntülərini n saxlanmasının mümkün olmaması səbəbindən video görüntülərin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Həmçinin, iddianın əqdin etibarsız hesab edilməsi hissəsi ilə bağlı bildirmişdir ki, Mülki Məcəllənin 339.2-ci maddəsində deyilir ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Həmin maddənin mənasına görə əqd bağlanması məqsədilə aldadılmış tərəf həmin əqdi mübahisələndirə bilər. Lakin, iddiaçı əqd üzrə tərəf olmadığından həmin əqdi mübahisələndirmək baxımından subyektiv hüquqa malik deyil. İddiaçı nın mərhum anası X1 mülkiyyətində 3 yaşayış sahəsi olmuşdur. Mərhum anaları cavabdehə mənzili bağışlamazdan əvvəl həmin mənzillərdən birini-ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 09 mart 2022-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzində İddiaçı bağışlamış, sonuncu isə həmin mənzili 09 avqust 2022-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzində X5. Sonradan mərhum X3 Gülüş Məhərrəm qızı və X12 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddaçı, tələbini onunla əsaslandırmışdır ki, qızı İddiaçı onu iradəsinin ziddinə olaraq yaşadığı evdən aparmış, qızı Cavabdeh gizlətmiş, ona dilənçilik etdirmiş, gecələr yatmağa qoymamış, ona işgəncələr vermişdir. İddiaçı onu saxladığı evdə polis əməkdaşı ona müraciət etdikdə cavabdehin ona işgəncə verdiyini bildirmiş və ona (polisə) yalvarmışdır ki, qızı Cavabdeh ilə getməsinə köməklik etsin. Nəhayət, qızı Cavabdeh polisin köməkliyi ilə onu Alatavada yerləşən evlərindən taparaq, öz evinə aparmışdır. Qeyd etdiyi həmin hallar Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli qətnamələrində öz əksini tapmışdır. Həmçinin, məhkəmənin diqqətinə çatdırmaq istəmişdir kı, İddiaçı sağlığında onun mülkiyyətində olan əmlakları ələ keçirmək üçün muxtəlif vasitələrdən istifadə etmiş, ona şiddət göstərmişdir. Ona görə də mərhum X2 Abşeron rayon İcra Hakimiyyətinə muraciət edərək, İddiaçı tərəfindən zorakılığa məruz qalmasını bildirmiş və A bşeron rayon İcra Hakimiyyəti İddiaçı zorakılığın təkrarlanmaması barədə inzibati və cinayət məsuliyyəti barədə xəbardarlıq edilməsi və X7 qısa müddətli mühafizə orderi verilməsi barədə 12 sentyabr 2022-ci il tarixli qərar qəbul edərək profilaktik qeydiyyata götürülməsi üçün Abşeron rayon Polis İdarəsinə göndərmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çardırmaq istəmişdir ki, iddiaçı 2021-cı ildə məhkəməyə mərhum X8 qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə” iddia vermiş və Bakı şəhəri, Nəsimi rayon məhkəmənin xx.xx.2021-ci il və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci tarixli qətnamələri ilə iddiası təmin olunmamışdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli, 2(006)4535/2024 saylı qətnaməsi ilə (hakim Nail Abbasov) iddia təmin edilməmişdir.
8. Məhkəmə, mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlaklarla bağlı arasında notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanmışdır. Həmin vaxt qanunvericiliyin pozulması halı məhkəmə iclasında müəyyən edilməmişdir. Hazırkı mübahisə üzrə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan heç bir hal müəyyən edilməmişdir.
9. Məhkəmə, mübahisə üzrə nəticəyə gələrkən həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını nəzərə alaraq qeyd etmişdir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Mübahisələndirilən xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi nin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan heç biri mövcud deyil.
10. Məhkəmə, eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, iddia “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” hissədə təmin edilmədiyindən, iddianın “məcburi payın müəyyən edilməsi” hissəsi də təmin edilə bilməz.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 339, 324, 666, 668, 670-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin həqiqi halları ondan ibarətdir ki, mərhum anası X10 bağışlama müqaviləsini cavabdehin ona etmiş olduğu fiziki və psixoloji təsir əsasında imzalamışdır. Çünki həmin ərəfələrdə anası iflic (paralic) keçirdiyi üçün, öz hərəkətlərini sərbəst idarə etməkdə çətinlik yaşamışdır. O həmin xəstəlik səbəbindən, sərbəst hərəkət etməkdə və öz zəruri təlabatını ödəməkdə çətinlik çəkmiş, təkərli əlil arabasında olmuşdur. Belə olan halda isə anasının cavabdehin fiziki və psixoloji təsiri altında həmin bağışlama müqaviləsinin mahiyyətini dərk etmədən imzalamışdır. Bundan başqa həmin əqdin etibarsız olması nı təsdiq edən faktlardan biri də iş materiallarında 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində bağlanılmış həmin əqdin rəsmiləşdirilməsi zamanı qeydə alınmış videogörüntülərin mövcud olmaması halı olmuşdur. Halbuki, həmin videogörüntülər mövcud olduğu halda ən azı mərhum anasınının zahiri görünüşündə və öz hərəkətlərində xarici təsirin olub-olmadığını müəyyənləşdirmək mümkün olardı. Eyni zamanda tərəfindən məhkəməyə təqdim edilmiş sübutların demək olar ki, heç biri nəzərə alınmamış, qonşular tərəfindən təqdim edilmiş akta düzgün hüquqi qiymət verilməmiş, hətta məhkəmə öz qətnaməsində qonşuların heç birinin ifadəsinə əsaslanmağı lüzum bilməmişdir. Eyni zamanda cavabdeh dəfələrlə anasına özünün qulluq edəcəyi adı ilə onun nəzarətindən uzağlaşdıraraq qaldığı evə aparmışdır. Lakin hər dəfə c avabdehin qaldıqları evin qonşuluğunda yaşayanlardan, sağ ikən anasının özündən bacısının anasına hansı əzab işgəncələr verməsini eşitmişdir. Bu səbəbdən də hər dəfə anasının cavabdehlə birlikdə yaşamasının əleyhinə olmağa çalışmışdır. Hətta anası sağ olarkən belə bacısı gəlib onu məcburi şəkildə apardıqdan sonra bu qanunsuzluqlardan bezib müxtəlif televiziya kanallarına çıxaraq bu məsələni ictimailəşdirmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının məhkəməyə təqdim etmiş olduğu “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın və mühafizə orderinə sübut olaraq düzgün hüquqi qiymət verilməmişdir. Görünən odur ki, məhkəmə qətnaməsində həmin sübuta istinad edilərək onun əsasında qətnamə qəbul edilmişdir. Halbuki, məhkəmə hələ anasının səhhətində yaranm ış problemlərin ciddiləşmədiyi bir dövrdə, yəni öz hərəkətlərini sərbəst idarə edərkən Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin rəisinə xx.xx.2021-ci il tarixli, yazmış olduğu ərizəsində və həmin tarixdə vermiş olduğu izahatında bildirmişdir ki, “qızım Cavabdeh mənə məxsus təqaüd kartımı götürərək bu ilin mart ayından bu günə qədər mən xəstə olduğum üçün pulları çıxardıb mənə xərcləyirdi. Mən dəfələrlə qızım Xatirədən təqaüd kartımı istədikdə verməyəcəyini mənə bildirdi. Xahiş edirəm qızım Xatirədən mənə məxsus təqaüd kartımı mənə qaytarılmasını və bir daha məni narahat etməməsi üçün mənə köməklik göstərəsiniz”. Lakin məhkəmə tərəfindən həmin ərizə və izahat tədqiq edilmədiyi halda anasının fəaliyyət qabiliyyətliliyini itirdiyi bir dövrdə cavabdehin fiziki və psixoloji təsir əs asında polisə etmiş olduğu müraciətləri sübut olaraq qiymətləndirilmişdir. 14. "xxxx" MMC-nin 21 aprel 2025-ci il tarixli hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 24, mənzil 176, ümumi sahəsi 58 kv.m olan mənzilin bazar dəyəri 58.500 manat təşkil edir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1664/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova sədrlik edən, məruzəçi, Vahid Sadıqov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli, 2(006)-4535/2024 saylı qətnaməsi - məcburi payın müəyyən edilməsi tələbinin təmin edilməyən hissəsində ləğv edilməklə, həmin h issədə iddiaçının cavabdehə qarşı “məcburi payın müəyyən edilməsi” tələbi qismən təmin edilmiş, cavabdehdən 14.625 manatın tutularaq iddiaçıya verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Məhkəmə kollegiyası bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tələbə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Lakin mübahisələndirilən xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan da hər hansı biri mövcud olmamışdır.
17. Məhkəmə kollegiyası məcburi payın müəyyən edil məsi tələbinə dair hissədə qeyd etmişdir ki, iddiaçı mərhum X6 mirasına münasibətdə məcburi pay almaq hüququna məxsus olmuşdur. Belə ki, hazırda bağışlama halında məcburi pay hüququ olan şəxs hesab olunan birinci növbəli vərəsə olan iddiaçı ona çatacaq pay pozulduğundan, həmin bağışlanmış əşya hesabına məcburi payının tamamlanmasını tələb etməkdə haqlı olmuşdur.
18. Məhkəmə kollegiyasının mövqeyinə görə mərhum ananın sağlığında iddiaçı tərəfindən ona bağışlanmış evi satıldığından, başqa sözlə artıq digər şəxsin mülkiyyətinə keçdiyindən və bağışlamadan iki ildən artıq müddət keçməklə həmin vaxtı da mirasa daxil olmadığından, qeyd edilən dəlil hazırki iddianın əsassız olmasına dəlalət etmir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tamamlanma tələbi zamanı bağışlanmış əşya xəyali olaraq m iras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Bu baxımdan miras əmlaka daxil olmalı olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 24, mənzil 176, ümumi sahəsi 58 kv.m olan mənzilin dəyərinin 1/4 hissəsi olan 14.625 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 324, 339, 666, 668, 670, 1133, 1151, 1159-cu, “Mülki Məcəllənin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Ple numunun 19 dekabr 2012-ci il tarixli qərarına, “Mülki Məcəllənin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 103.1, 106.1, 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2025-ci il tarixli, 2(103)-1664/2025 nömrəli qətnaməsini ləğv edərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 dekabr 2024cü il tarixli 2(006)-4535/2024 nömrəli qətnaməsinin dəyidirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə münasibətləri tənzimləyən hüquq normasının olmamasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi şəxsi mülahizələrinə əsaslanaraq bağışlanmış əmlakdan iddiaçının xeyrinə məcburi payın həcmini müəyyən etmiş, bu zaman heç bir hüquq normasına istinad etməmiş, nəticədə cavabdehin vərəsəlik hüquqları pozulmuşdur. Daha sonra qeyd olunmuşdur ki, hazırda həmin miras əmlak mübahisə tərəflərinin heç biri tərəfindən faktiki olaraq qəbul edilməmiş, həmin əmlaka vərəsəlik işi açılmamış və məhkəmə miras əmlakdan məcburi pay müəyyən edilərkən həmin əmlak da mirasdan kənarda qalmışdır. Lakin, həmin əmlaka mülkiyyət hüququ rəsmi reyestrdə qeydə alınmadığı üçün həmin əmlak d a mirasdan kənarda qalmışdır. Bununla da məcburi payın həcminin müəyyənləşdirilməsi qaydalarını müəyyən Mülki Məcəllənin 1195-ci və 1151-ci maddələrinin tələbi pozulmuşdur. Bundan başqa qeyd olunmuşdur ki, prosses iştirakçılarının hüquqi bərbərliyi işə baxan məhkəmə tərəfindən qorunmamış, qüvvədə olan qanunvericilik normalarında miras qoyanın sağlığında bağışladığı əmlaka məcburi pay hüququnun hansı həcmdə və qaydada məhdudlaşdırılması və vərəsələrin həmin əmlaka hansı həcmdə hüquqlarının olması nəzərdə tutulmadığı halda, işə baxan məhkəmə tərəflərin qanun və məhkəmə qarşısında bərəbərlik hüququ prinsipini cavabdehə münasibətdə pozmuş və heç bir qanuverici norması ilə əsaslandırmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayət inə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
26. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbər dar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
27. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
28. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları ( tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
29. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlaması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiq edildikdə etibarlıdır.
30. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
32. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
33. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü m əqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
34. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
35. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarı
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitə rəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarı 37. “Vərəsəlik hüquq institutu ailə və əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimlədiyindən, bağışlanmış əşyanın vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair göstəriş Mülki Məcəllənin 32-ci fəslində də nəzərdə tutulmuşdur. Həmin fəsil bağışlamaya dair normaları təsbit edərək, bağışlama müqavil əsini sağ ikən bağlanan və hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirən, hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən müqavilə kimi müəyyən etmişdir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məc əllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik za manı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür.
38. Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azal dılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır:tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı;- əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı;- əşyanın bağışlanm asından iki ildən artıq müddət keçməməli;- həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
47. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Kassasiya şikayətlərində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
51. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissə də gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
52. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
53. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəl diyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı mərhum anası X6 mirasına münasibətdə məcburi pay almaq hüququna məxsus olmuşdur. Hazırda bağışlama halında məcburi pay hüququ olan şəxs hesab olunan birinci növbəli vərəsə sayılan iddiaçı ona çatacaq paya hüququ pozulduğundan, bağışlanmış mübahisəli mənzilin hesabına məcburi payının tamamlanmasını tələb etməkdə haqlı olmuşdur.
54. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, tamamlanma tələbi zamanı bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan t amamlanmamış hissə ödənilir. Bu baxımdan miras əmlaka daxil olmalı olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 24, mənzil 176, ümumi sahəsi 58 kv.m olan mənzilin dəyərinin 1/4 hissəsi olan 14.625 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
55. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2025-ci il tarixli, 2(103)-1664/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.