Məhkəmə qərarları › İş №2(102)-2738/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2738/2020

22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2738/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, daşınmaz əmlakın boşaldılaraq təhvil verilməsi və kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-9317/2019 nömrəli qərardadından cavabdeh və vəkili ünvan 1 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)1957/2019 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Rzayev) İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh ilə iddiaçı arasında olan Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış xx xxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə uyğun olaraq Cavabdeh öhdəsinə götürdüyü vəzifəyə əsasən ünvan 1 ünvanında yerləşən y/s 239,7 kv.m, k/s 205,6 kv.m olan (ü.s 445,6 kv.m) 6 otaqlı **** saylı bağ evini torpaq sahəsi ilə birlikdə boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə, yəni cavabdehin öhdəliyini yerinə yetirmədiyi səbəbindən cavabdehdə n iddiaçının xeyrinə 20000 manat kompensasiyanın, ödəniləcək kompensasiya məbləğinin hər gün üçün 0,1% olmaqla dəbbə pulu qismində 2400 manat pulun tutulması hissəsində rədd edilməsi, iddia ərizəsi qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50%-nin, yəni 15 manatının Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, qalan 50%-nin, yəni 15 manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Ə.Sarıyev - sədrlik edən və məruzəçi, V.T.Həsənov və Ş.A.Məmmədova) xx xxxxxx 2019-cu il tarixli, 2(103)9317/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-1957/2019 nömrəli qətnaməsi öhdəliyin yerinə yetiril mədiyi səbəbindən cavabdehdən iddiaçının xeyrinə 20000 manat pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 20000 manat məbləğində pulun tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehn kassasiya şikayəti və eyni zamanda apellyasiya instansiyası məhkəməsinə ərizə verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9317/2019 nömrəli qənaməsindən qanunla müəyyən edilmiş kassasiya şikayətinin verilməsi müddətinin buaxılması səbəbinin üzrlü hesab edilərək, işin kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xah iş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.Ə.Sarıyev - sədrlik edən və məruzəçi, V.T.Həsənov və Ş.A.Məmmədova) xx xxxxxx 2020-ci il tarixli, 2(103)9317/2019 saylı qərardadı ilə kassasiya verilməsi üçün prosessual müddətin bərpa olunması barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh və vəkili ünvan 1 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə proseslərinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmamış, iş üzrə məhkəmə aktları cavabdehə rəsmi qaydada təqdim olunmamış, onların surətini cavabdeh icra və probasiya şöbəsindən 2019-cu ilin noyabr ayında əldə etmişdir. İddiaçı və vəkili X2 məhkəmə iclasında verdikləri izahatlarında və məhkəməyə təqdim etdikləri yazılı etirazda kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və vəkili lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəməyə gəlməmiş gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini r əhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi xəbərnaməli poçt vasitəsi ilə cavabdehin rəsmi qeydə alındığı ünvana xx xxxxxx 2019-cu il tarixli reyestrlə göndərilsə də, məktubun ona çatdırılmasına dair xəbərnamə iş materiallarına əlavə olunmamışdır. Bununla belə iş materiallarından görünür ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh i ş materiallarında göstərilən ünvanda yaşamır və məhkəmə tərəfindən göndərilən sənəd ona çatmır. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçı tərəfindən Cavabdeh təqdim olunmuş və sonuncu qətnamənin iddiaçıda qalan surətində imza edərək, qətnaməni qəbul etmişdir. Həmin ərizəyə əlavə olunmuş qətnamənin surətinin sonuncu vərəqəsinin arxa səhifəsində “Qətnaməni aldım. Cavabdeh 28.08.19” qeydləri edilməklə imza olunmuşdur. Cavabdeh həmin qeydlərin onun tərəfindən edilməsini kassasiya şikayətində mübahisələndirməmişdir. İş materiallarından həmçinin cavabdeh kassasiya şikayətini və müddətin bərpasına dair ərizəni apellyasiya məhkəməsinə xx xxxxxx 2019-cu ildə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasə n apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, p rosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Pirəli Orucov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Qərarında göstərmişdir ki, “Ərizəçinin müraciət etməyə cəhd göstərdiyi hüquqi müdafiə vasitəsinin açıq-aydın səmərəsiz olduğunu nəzərə alaraq, Məhkəmə bu fikirdədir ki, ərizəçi həmin vasitənin səmərəsiz olmasından müəyyən bir məqamda xəbərdar tutmalı idi. Əgər ərizəçinin bildirdiyi kimi, o, açıq-aydın mövcud olan hüquqi müdafiə vasitəsindən istifadə etməyə çalışıbsa və yalnız bundan sonra həmin vasitəni səmərəsiz edən hallardan xəbər tutubsa, 35-ci maddənin 1-ci bəndinin məqsədləri üçün altı aylıq müddətin axımının ərizəçinin həmin hallardan ilk dəfə xəbər tutduğu və ya xəbər tutmağa borclu olduğu tarixdən başladığını hesab etmək münasib olar. Hazırkı işdə ərizəçi birinci instansiya məhkəməsinin qərarından xx xxxxxx 2005-ci ildə şikayət vermişdi. Lakin şikayətinə heç bir cavab almadı. Bundan başqa, belə görünür ki, o, şikayət ərizəsinin vəziyyəti barədə, yaxud ona baxılıb-baxılmadığı barədə Apellyasiya Məhkəməsinə sonradan hər hansı sorğu göndərməyib. Başqa sözlə, şikayət ərizəsini verdikdən sonra apelyasiya instansiyası məhkəməsi tərəfindən şikayətlərinə baxılması üçün ərizəçinin lazımi səy göstərdiyi sübuta yetirilməyib. Apelyasiya instansiyası məhkəməsinin bu növ şikayətə alındığı gündən sonra üç gün ərzində baxmalı olduğunu nəzər ə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin bilavasitə şikayəti verdikdən bir neçə ay sonra, başqa sözlə, ən azı 2005-ci ilin sonundan şikayətinə səmərəli şəkildə baxılmayacağından xəbərdar olduğunu hesab etmək olar, baxmayaraq ki, o, xx xxxxxx 2005-ci ildən bəri şikayətinə heç bir cavab almamışdı. Buna görə də Məhkəmə hesab edir ki, ərizəçi xx xxxxxx 2007-ci ildə Məhkəməyə bu şikayətini təqdim etməzdən xeyli əvvəl bu vəziyyətdən xəbərdar olmalı idi.” “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X5 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apelyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətin in nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Avropa Məhkəməsi Ryabıx Rusiyaya qarşı və Kot Rusiyaya qarşı işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zəru rətlə əlaqədar haqlı ola bilər. “X3 şikayəti iləəlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpasıüçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məh kəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ iləəlaqədar MPM-in tələblərinə riayət edilməkləçıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim et məyə borcludur. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə qətnaməsini xx xxxxxx 2019-cu il tarixdə aldığı halda, ondan kassasiya şikayətini 4 aydan sonra, xx xxxxxx 2019cu il tarixdə verməsinin üzrlü səbəblərdən baş verməsini əsaslandırmamış və bununla bağlı apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmişdir. Bel ə ki, artıq həmin andan cavabdehin qətnamədən xəbəri olmuş və Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda irəli sürülmüş mövqeyinə əsasən də, onun qətnaməni mübahisələndirilməsi üçün müvafiq addımlar atmaq imkanı olmuşdur. Lakin cavabdeh qanunla müəyyən olunmuş müddətdə bu addımları atmamışdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, kassasiya şikayətində göstərildiyi kimi cavabdehin birinci instansiya məhkəməsi və apellyasiya intansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərlar edilməməsi (məhkəmə kollegiyası həmin halların həqiqətə uyğun olubolmamasını hazırki halda araşdırmağa zərurət bilmir), qətnamədən kassasiya şikayəti vermə müddətinin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas deyildir. Ona görə də m əhkəmə kollegiyası hesab edir ki,cavabdehin müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması barədə apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili ünvan 1 oğlu oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-9317/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an dan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar