Məhkəmə qərarları › İş №2(102)-2740/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2740/2024

23.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2740/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər:təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-215/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavab deh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğaca qeyri-qanuni müdaxilə faktı aşkar edilmiş, bu barədə xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlar tərtib edilərək, dəymiş ziyanın məbləği hesablanmışdır.

2. İddiaçının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanında yerləşən evə xx.xx.2022-ci il tarixdə “Zenner G-4” markalı, “smart” tipli qaz sayğacı quraşdırılmış, tərəflər arasında xx.xx.2022-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə 12.794,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında anası, qardaşı və özü yaşayır, anası işləyir, özü tələbədir, qardaşı nın isə 17 yaşı var işləmir, ev babasının olmuşdur, babası rəhmətə getdikdən sonra həmin ev atasına qalmışdır, atası cəzaçəkmə müəssisəsində olmuş, orada da vəfat etmişdir, həmin evdə uzun müddət heç kim yaşamamışdır, özü və ailəsi nənəsi gildə yaşamış, universitetə daxil olduqdan sonra yaxın olduğundan həmin evə köçmüşdürlər, evə verilən qazı açdırmaq istədikdə cavabdehin əməkdaşları bildirmişlər ki, ünvan üzrə borc vardır, ona bu həddə borc yazılmışdır, yayda qazdan istifadə etmirlər, balondan istifadə edirlər, ev köhnə 2 otaqlı evdir, qaz sayğacı keçən ilin iyun ayında qoyulmuşdur, ondan əvvəl may ayında, təbii qazdan istifadə etmişdirlər, bu zaman sayğac olmamışdır, müqavilə bağlamaq üçün müraciət etmişdir, daha sonra onunla müqavilə bağlanmışdır.

5. Cavabdehin nümayəndəsi X izahat ver ərək bildirmişdir ki, iddiaçı cavabdeh təşkilata ziyan vurmuşdur, bununla bağlı əməkdaşlar tərəfindən aktlar tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, iddiaçı sayğac olmadan qazdan istifadə etdiyinə görə, ona borc yazılmış və iddiaçının abonent koduna əlavə edilmişdir, bu barədə fotoşəkillər də iş materiallarında vardır, sayğac olmadan təbii qazdan istifadə nəticəsində hesabat aparılmışdır, sadalananlar və əldə olan əsaslı sənədlər iddiaçının uzun müddət təbii qazı taladığını təsdiq edir, əgər bu həddə borc yazılıbsa, bu o deməkdir ki, qazdan qanunsuz istifadə edilir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-348/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanı üzrə *** *******00029 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 12.673,44 manat borcun silinməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sayğacsız dövr ərzində təbii qazdan istifadəyə görə hesablaşma, ziyanın tələb olunan həddə hesablanmasına əsas olmuş mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, iddiaçı isə 2022-ci ilin may ayında qazdan sayğacsız istifadə etdiyini etiraf etdiyindən, 2022-ci il mayın 1-dən qüvvəyə minmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli Qanununa əsasən, qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, istehlakçının istifadə etdiyi qaz qurğusunun növü nəzərə alınmaqla, “Dəymiş ziyan ın bərpasına dair Tələbnamə”də göstərilən hesablaşmaya uyğun olaraq, lakin orta günlük iş rejimi 8 saat götürülməklə aparılmalıdır (1.2 x 8 saat x 30 gün= 288 m3; 3 x 8 saat x 30 gün= 720 m3; 288+720=1008 m3; 1008 m3 x 0,12 manat = 120,96 manat). Belə olan halda, məhkəmə hesab etmişdir ki, ümumilikdə qeyri-qanuni qazdan istifadə müddətində itirilmiş qaz sərfiyyatı 120,96 manat həddində müəyyən edilməli və iddiaçının abonent hesabına yazılmış 12.794,40 manat borcdan 12.673,44 (12794,40- 120,96=12673,44) manat silinməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8, 13, 11-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 80 saylı qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiy i tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2024-cü il tarixli, 3-16-16/2-3/1990 saylı rəyinə əsasən, tədqiqata təqdim olunan borunun üzərində müdaxilə nəticə sində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-215/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi) Günay Axundova və Fuad Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-348/2023 nömrəli, 09 fevral 2023cü il tarixli qətnaməsi qismən ləğv edilərək həmin hissədə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanı üzrə **********00029 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış borcun 12.509,28 manat hissəsinin silinməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, id diaçıya məxsus ünvanda xx.xx.2022-ci il tarixdə “Zenner” G-4 markalı, Smart tipli qaz sayğacı quraşdırılmış, tərəflər arasında xx.xx.2022-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

14. Birinci instansiya məhkəməsi iddiaçının 2022-ci ilin may ayında qazdan sayğacsız istifadə etdiyini etiraf etdiyinə əsaslanmış, həmin ay üzrə tərtib olunmuş akta əsasən, lakin orta günlük iş rejimi 8 saat götürülməklə hesablanmış (1.2 x 8 saat x 30 gün= 288 m3; 3 x 8 saat x 30 gün= 720 m3; 288+720=1008 m3; 1008 m3 x 0,12 manat = 120,96 manat) zərər məbləğini saxlamaqla, qalan borcun silinməsi qənaətinə gəlmişdir. Halbuki bu cür yanaşma məhkəmə aktlarının əsaslandırılması ilə bağlı prosessual qanunvericiliyin yuxarıda istinad olunan maddələrinə uyğun hesab oluna bilməz. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli dövr ərzində iddiaçının yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etmədiyi barədə gəldiyi qənaəti də MPM-in 88-ci maddəsinə əsasən işdə olan sübutlara və onlara tətbiq edilməli olan normativ hüquqi aktlara istinadla əsaslandırmamış, cavabdehin dəlilləri üzrə hər hansı araşdırma aparmamış, cavabdehlə iddiaçı arasında eyni ünvanda qazın alqı-satqısı barədə müqavilə xx.xx.2022-ci il tarixdə bağlandığı halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixlərində abonentin adına tərtib edilmiş 15 akt üzrə iddiaçının mülki hüquqi məsuliyyətinin hansı əsaslarla yaranmadığı barədə mövqeyini tətbiq edilməli olan maddi hüquq normalarına istinadla əsaslandırmamışdır.

15. Məhkəmə kollegiyası iddiaçının etirafını, həmçinin tərəflərin arasında müqavilənin bağlandığı tarixini nəzər ə alaraq hesab etmişdir ki, 2022-ci ilin may ayı üçün tərtib olunmuş aktdan başqa digər aktların əsaslı olmasının sübuta yetirilməmiş olduğu, bu aktlar əsasında hesablanmış borcun isə silinməli olduğu barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ağlabatan deyildir. Belə ki, “Qazdan istifadə Qaydaları”nın hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına müvafiq olaraq qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma alları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın veri lməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

16. Məhkəmə kollegiyası aktların cavabdeh tərəfindən tərtib edildiyi tarixlərdə iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi işdə olan sübutlara əsasən öz təsdiqini tapdığı qənaətinə gələrək eyni zamanda İB-yə dəymiş zərər üz rə borcun hesablanması ilə əlaqədar qeyd etmişdir ki, iş materiallarına mübahisəli ünvana dair əlavə edilmiş şəkillərdən göründüyü kimi iddiaçıya məxsus evdə işləyən qaz qurğularından yalnız PQ-2 qaz cihazı aşkar edilmişdir. Belə olan halda, xx.xx.2020- xx.xx.2022-ci il tarixlərində abonentin adına tərtib edilmiş 15 aktla itirilmiş qazın bərpası üçün hesabat yalnız PQ-2 qaz cihazı üçün aparılmalıdır. 35. xx.xx.2020-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə zi yanın məbləği 28,8 manat; 36. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 28,8 manat; 37. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 60 gün) 576 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,10 qəpikdən hesablandığın dan, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 57,6 manat; 38. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 28,8 manat; 39. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 60 gün) 576 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 57,6 manat; 40. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 28,8 manat; 41. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İd diaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 28,8 manat; 42. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 60 gün) 576 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 69,12 manat; 43. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 34,56 manat; 44. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 34,56 manat; 45. xx.xx.2022-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 34,56 manat; 46. xx.xx.2022-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 34,56 manat; 47. xx.xx.2022-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qaz dan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 34,56 manat; 48. xx.xx.2022-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 34,56 manat; 49. xx.xx.2022-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cih azın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3 -nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 34,56 manat;

17. Beləliklə, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlar üzrə müəyyən edilmiş ziyanın məbləği (PQ-4 üçün hesablanmış zərərin yarısı (570,24:2) olaraq) 285,12 manat saxlanılmaqla, qalan borc (12.794,40285,12=12.509,28) silinməlidir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2024-cü il tarixli, 3-16-16/2-3/1990 saylı məhkəmə-trasoloji ekspertizasının rəyi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o halda kifayət qədər yüksək olur ki, araşdır ma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar işə baxılan zaman müəyyən edilməsin. Göründüyü kimi sözügedən rəyə əsasən tədqiqata təqdim olunan borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş; qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Halbuki iş materiallarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvanda xx.xx.2022-ci il tarixdə Zenner G-4 markalı, Smart tipli qaz sayğacı quraşdırılmış, tərəflər arasında xx.xx.2022-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Beləliklə də istehlakçının yalnız xx.xx.2022-ci il tarixdən sonra qoşulduğu qazpaylayıcı borunun və sayğacın üzərində qeyri-qanuni qoşulma üçün xarakterik izlərin aşkar olunmaması hazırkı iş üzrə məhkəm ə kollegiyasının gəldiyi nəticə ilə ziddiyyət təşkil etmir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2, 1096, 1097.1 və 1097.1-cü maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.7, 4.8, 6.7-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil Qurban oğlu), iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-215/2024 saylı qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də rədd edilməsı barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca fotoşəkillər çəkilmişdir (iş materiallarında v ardır). İddiaçı tərəfin qanunsuz çəkdiyi qaz xətti hər dəfəsində Cavabdeh İB əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış (bununla bağlı da akt tərtib edilmişdir və həmin aktlar iş materiallarında mövcuddur), təbii qazın verilişi isə dayandırılmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən görülmüş qanunamüvafiq tədbirlər abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etmir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Cavabdeh İBnin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş material larına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiyasi məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İş materiallarından da məlum olduğu kimi tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir. Müvafiq maddi hüquq normalarının və tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən təbii qazdan istifadəyə görə yaranmış borc məbləği istehlakçı tərəfindən ödənilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini nəzərə almamış, iddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətl i halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir. Məhkəmə qanunsuz istifadəyə görə cavabdehə vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlməklə məhkəmə aktı qəbul etmişdir. İddiaçının qeyd olunan dövrlərdə təbii qazdan qanunsuz istifadə etməsi faktları apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edildiyi üçün cavabdehə dəymiş maddi zərərin miqdarınımüəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmiş və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə mötəbər olmayan sübutlara istinad etmiş və tərtib edilmiş aktlar üzrə yalnız PQ-2 qaz cihazına görə hesabat aparmışdır. Halbuki aktlarda istehlakçının istifadəsində olan cihazlar göstərilmişdir. Bundan əlavə ilin soyuq aylarında istehlakçının yalnız PQ-2 qaz cihazından istifadə etməsi ağlabatan deyil. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

27. Maddə 13.8 qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

28. Bənd 4.2. qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

29. Bənd 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

30. Bənd 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

31. Bənd 6.7. bəndinə görə qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən qismən -id dia tələbinin qismən təmin edilməsi hissəsində, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanı üzrə **********00029 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış borcun 12.509,28 manat hissəsinin silinməsi hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

43. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus ünvanda xx.xx.2022-ci il tarixdə “Zenner” G-4 markalı, Smart tipli qaz sayğacı quraşdırılmış, tərəflər arasında xx.xx.2022-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

46. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının etirafını, həmçinin tərəflərin arasında müqavilənin bağlandığı tarixini nəzərə alaraq qeyd e tmişdir ki, 2022-ci ilin may ayı üçün tərtib olunmuş aktdan başqa digər aktların əsaslı olmasının sübuta yetirilməmiş olduğu, bu aktlar əsasında hesablanmış borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ağlabatan deyil.

47. Belə ki, “Qazdan istifadə Qaydaları”nın hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına müvafiq olaraq qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma alları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırma lı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

49. Apellyasiya instansiyası məhkəməsi sözügedən aktların cavabdeh tərəfindən tərtib edildiyi tarixlərdə iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi işdə olan sübutlara əsasən öz təsdiq ini tapdığı qənaətinə gələrək eyni zamanda Birliyə dəymiş zərər üzrə borcun hesablanması ilə əlaqədar qeyd etmişdir ki, iş materiallarına mübahisəli ünvana dair əlavə edilmiş şəkillərdən göründüyü kimi iddiaçıya məxsus evdə işləyən qaz qurğularından yalnız PQ-2 qaz cihazı aşkar edilmişdir. Belə olan halda, xx.xx.2020- xx.xx.2022-ci il tarixlərdə abonentin adına tərtib edilmiş 15 aktla itirilmiş qazın bərpası üçün hesabat yalnız PQ-2 qaz cihazı üçün aparılmalıdır.

50. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq qeyd etmişdir ki, sözügedən aktlar üzrə müəyyən edilmiş ziyanın məbləği (PQ-4 üçün hesablanmış zərərin yarısı (570,24:2) olaraq) 285,12 manat saxlanılmaqla, qalan borc (12.794,40-285,12=12.509,28) silinməlidir.

51. Azərbaycan Respublikası Ədl iyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2024-cü il tarixli, 3-16-16/2-3/1990 saylı məhkəmə-trasoloji ekspertizasının rəyi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o, halda kifayət qədər yüksək olur ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar işə baxılan zaman müəyyən edilməsin.

52. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edərək qeyd etmişdir ki, qaz borusunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar e dilmədiyindən, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə olunmadığından, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

53. Göstərilənlənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni yuxarıdakı qaydada həll etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələbləri ni rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 aprel 2024-cü il tarixli, 2(103)-215/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar