Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2743/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdən payın ayrılması) 11.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1980/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Müba hisə Bakı şəhəri, 3-cü mikrorayon, Cavadxan küçəsi, ev № 16-da yerləşən 32 №-li mənzillə bağlıdır.
2. Mənzil 3 nəfərin – iddiaçının və cavabdehlərin ümumi paylı mülkiyyətindədir, hər birinin payı 1/3 hissə təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdən payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, 3cü mikrorayon, Cavadxan küçəsi, 16 saylı evin 32 saylı mənzilindən ona məxsus payın ümumi mülkiyyətdən naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə m üraciət edərək, Bakı şəhəri, 3-cü mkr., Cavadxan küç., 16 saylı evin 32 saylı mənzilin açıq hərracdan satılması və pulun paylara uyğun bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 3-cü mkr., Cavadxan küç., 16 saylı evin 32 saylı evin 1/3 xüsusi mülkiyyət kimi İddiaçı, 1/3 hissəsi X4, digər 1/3 hissəsi isə Cavabdeh2 məxsusdur. Mənzil 2 otaqdan, sahəsi 3753 kv.m.-dən ibarətdir. Mənzildə cavabdehlər qeydiyyatda olmaqla yaşayırlar. Mənzil mülkiyyətə vərəsəlik qaydasında keçmişdir. Faktiki olaraq cavabdehlər xüsusi mülkiyyət kimi iddiaçıya məxsus paydan da istifadə edirlər. Aralarında razılıq olmadığından ona məxsus payın ümumi mülkiyyətdən ayrılması tələbi ilə çıxış edir.
6. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iş üzrə İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X1 vərəsəlik üzrə pay sahibi olduğu Nəsimi rayonu, Cavadxan küçəsi, b16, m 32-də yerləşən mənzildən ona məxsus payın ümumi mülkiyyətdən naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasında göstərmişdir ki, guya ona məxsus payın ümumi mülkiyyətdən naturada ayrılması hissəsində onlarla razılığa gələ bilmir. Bildirir ki, həmin mənzilin 1/3 hissəsi anasına, qalan 1/3 hissəsi ona məxsusdur. İddiaçı iddiaları həqiqəti əks etdirmir və yalandır. Onun məqsədi əsassız varlanmaqdır. Çünki, evin satışını təşkil edən alqı-satqı vasitəçiləri dəfələrlə evə müştəri tapmışdır. Evin orta bazar qiyməti 75.000 manat civarındadır. İddiaçı dəfələrlə zəng edib evə müştəri çıxdığını bildirmək istəsə də, o, onun telefon zənglərinə cavab verməmişdir. Hesab edir ki, İddiaçı düşən payın kompensasiya vasitəsi ilə ödənilməsi daha məqsədə uyğundur. Qeyd edilənləri nəzərə alaraq, mübahisəli mənzilin hərraca çıxarılmadan müəyyən edilən qiymətə uyğun tərəflər arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-629/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin tərəflər arasında razılıq olduğu üçün baxış keçirilməsinə zərurət yaranmadığı əsası ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 629/2022 saylı qərarda dı ilə mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki və qiymətləndirmə ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. 8. 26 sentyabr 2022-ci il tarixli, 10/4387 №-li ekspert rəyində göstərilir ki, ünvan 1 evin 32 saylı mənzildən İddiaçı məxsus 3/1 payın naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9. bəndlərinin və Məhkəmə Tikinti-texniki X2 tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. 9. "xxxx" MMC tərəfindən verilən 22 noyabr 2022-ci il tarixli, H/01-PLS №-li Hesabatda göstərilir ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qiymətləndirmə keçirilən vaxtı, ünvan 1 evin 32 saylı ünvanda yerləşən, qiymətləndirməyə tə qdim olunan mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilmişdir
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-629/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi təmin edilmiş, İddiaçı və cavabdehlər X4 və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, 3-cü mikrorayon, Cavadxan küçəsi, 16 saylı evin 32 saylı mənzili 80.000 (səksən min) manat ilkin satiş qiyməti ilə açıq hərraca çıxarılması, satılması və satışdan əldə olunan pul vəsaiti vərəsəlik üzrə paylara uyğun olaraq bölüşdürülməsi qət edilmişdir.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli əmlakın naturada ayrılması mümkün olmamış və mənzilin bazar qiyməti 80.000 (səksən min) mana t məbləğində müəyyən edilmişdir. Mənzilin naturada ayrılması mümkün olmadığından mənzil bazar qiymətinə uyğun, yəni ilkin satış qiyməti 80.000 manat məbləğində müəyyən edilərək açıq hərraca çıxarılmalı və satılmalı, satışdan əldə olunan pul vəsaiti vərəsələr arasında bərabər şəkildə bölünməlidir
12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220, 1133, 1134, 1157, 1159, 1274, 1275, 1276, 1278-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra – MPM) 77.1, 217.3, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş e tmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1980/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdə olan mənzildən payın ayrılması barədə” iddiası təmin edilməmişdir.
16. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 220-ci maddəsində ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılmasının 3 qaydası nəzərdə tutulub: 1) payın naturada ayrılması; 2) payın dəyərinin ödənilməsi; 3) əşyanın açıq hərracda satılm ası və satış pulunun bölüşdürülməsi. 1-ci qaydanın tətbiq edilməsi mümkün deyil. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4387 nömrəli rəyi ilə müəyyən olunub ki, mənzildə iddiaçının 1/3 payının naturada ayrılması texniki cəhətdən mümkün deyil (iş v. 54). 2-ci qaydanın tətbiq edilməsi mümkündür. Belə ki, mənzilin bazar dəyəri 80.000 manat təşkil edir. Bu qiymət "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli H/01-PLS nömrəli qiymətləndirmə hesabatı ilə müəyyən edilib (iş v. 72). Birinci instansiya məhkəməsi bu qiymətlə mənzilin satılmasını qət edib, iddiaçı qətnamədən apellyasiya şikayəti verməyib, bu isə onu təsdiq edir ki, o, 80.000 manatın mənzilin bazar dəyəri kimi müəyyən edilməsinə razıdır. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə bildirib ki, iddiaçıya düşən paya görə kompensasiya ödənilməsini məqsədəuyğun hesab edir. O cümlədən apellyasiya icraatı zamanı Cavabdeh2 bildirib ki, 80.000 manatın 1/3 hissəsini, yəni 26.666 manatı iddiaçıya ödəməyə hazırdır. Cavabdeh bu mövqeyini yazılı şəkildə də məhkəməyə bildirib. Bundan başqa, cavabdeh apellyasiya icraatı zamanı 26.666 manat pulu nağd formada məhkəmə iclasına gətirib və həmin pulu payın əvəzi kimi iddiaçıya ödəməyə hazır olduğunu bildirib. Lakin iddiaçı bildirib ki, həmin pulu qəbul etməkdən imtina edir, mənzilin satılmasını tələb edir, çünki mənzilin satılmasını tələb etmək onun hüququdur. 3-cü qayda tətbiq edilə bilməz. Belə ki, Mülki Məcəllənin 220.6-cı maddəsindən görünür ki, 3-cü qayda o halda tətbiq oluna bilər ki, 1-ci və 2-ci qaydanın tətbiqi açıq-aşkar məqsədəuyğu n olmasın. Eyni mövqe Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında da qeyd olunub. Göründüyü kimi, iddiaçı 2-ci qaydanın tətbiq edilməsini, yəni öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Lakin iddiaçı həmin qaydanın tətbiqini tələb etməmiş, ardıcıllığı pozaraq 3-cü qaydanın tətbiq edilməsini, yəni mənzilin açıq hərracdan satılmasını və satış pulunun bölüşdürülməsini tələb etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 220-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, iddiaçı Mülki Məcəllənin 220-ci maddəsinə əsaslanaraq mənzilin açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qətnaməsi ilə tələb təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi qətnaməni ləğv edərkən Mülki Məcəllənin 220ci maddəsinin 3-cü hissəsinə istinad edir. Halbuki həmin hissədə mülkiyyətçinin hüququndan bəhs edilir. Ancaq nəticədə məhkəmə həmin hüququ iddiaçıya vəzifə kimi tətbiq edir. Apellyasiya instansiyası məhkəməsi həmçinin MPM-in 14, 217 və 218-ci maddələrini pozaraq prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətin ə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə
220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.1.Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfin dən ona ödənilməsi hüququna malikdir. 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər Mülki Prosessual Məcəllə
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasın a istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlə ri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
33. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi əmlakın naturada bölünməsi mümkün olmaddığı halda, iddiaçı öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna mali kdir. Lakin iddiaçı həmin qaydanın tətbiqini tələb etməmiş, ardıcıllığı pozaraq mənzilin açıq hərracdan satılmasını və satış pulunun bölüşdürülməsini tələb etmişdir. Bu isə Mülki Məcəllənin 220ci maddəsində göstərilən qaydaya uyğun deyil.
35. Kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onl arın dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 mart 2023-cü il tarixli, 2(103)-1980/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.