Məhkəmə qərarları › İş №2(102)-2743/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2743/2024

31.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2743/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1854/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddia çıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və akt əsasında hesablanmış 17432,84 manat borc iddiaçıdan tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 17432,84 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacına əsassız olaraq yüksə k məbləğdə borc hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonradan ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında sayğacda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itkisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında onun üçün 17432,84 manat məbləğində qaz borcu hesablanmışdır. Onun həmin qaz sayğacına bu məbləğdə müdaxilə etmək imkanı olmamışdır. Bildirir ki, cavabdeh təşkilat qaz xəttinə bu məbləğdə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Ona görə də, «X” İstehsalat Birliyi tərəfindən ona (abonent kodu: **********01520) əsassız hesablanmış 17432,84 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Nicat Mirzəyev ifadəsində göstərmişdir ki, ünvan 2 ünvana (**********01520) baxış keçirilən zaman boruların bir-birinə qaynaq izi ilə birləşdirilməsinin, birləşdirilmə əsasında yaranan qaynaq izlərinin olmasını müəyyən etmişdir. Lakin həmin boru üzərində hər hansı kənar müdaxilə nəticəsində yaranmağa xarakterik iz və zədələr aşkar edilməmişdir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1370/2023 nömrəli, 24 noyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddianın qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən təb ii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********01520 olan sayğaca) hesablanmış 16611,74 manat borcun silinməsi, 135 manat məbləğində dövlət rüsumunun Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından, cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddiaçıya hesablanmış 16611,74 manat məbləğində borc silinməlidir.

7. Həmçinin iddianı 1183,66 m anat pulun silinməsi hissəsində təmin etməyən məhkəmə qeyd etmişdir ki, həmin borc iddiaçı tərəfindən istifadə etdiyi qaza görə hesablandığından və iddiaçı tərəfindən ödənilməli olduğu üçün bu hissədə iddia təmin edilə bilməz.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 63.1, 77.1, 97. 1, 97.5, 119.2, 218.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərindən müəyyən olunmuş zərər iddiaçının etirafında da öz əksini tapmasına baxmayaraq, məhkəmə bu halı nəzərə almamışdır və tələbin çox hissəsini təmin etmişdir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun olmuş və bir nüsxəsi abonentə təqdim edilmişdir, lakin abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. İB- nin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün əlavə ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Belə ki, məhkəmə iclasına mülki iş üzrə ekspertiza rəyi vermiş ekspert məhkəmə iclasında verdiyi ifadə həmçinin tərtib olunmuş ekspertiza rəyində qeyd edilənlər tam olaraq aydın olmasa da mülki işə əlavə ekspertiza təyin edilməmişdir.

11. Apellyasiya məhkəməsinin müraciəti əsas ında Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi 2010-cu ildən etibarən Cavabdeh İB-də qeydiyyatda olmasına baxmayaraq təbii qazdan istifadəyə görə istehlakçı tərəfindən ümumiyyətlə ödəniş edilməmiş, yalnız 2022-ci ilin yanvar ayında 20 manat məbləğində ödəniş edilmişdir. Həmçinin abonent saldosunun təhlili zamanı məlum olur ki, abonentin 1638,71 manat məbləğində qaz sayğacının göstəricisinə əsasən yaranan borcu, 16612,05 manat məbləğində isə sayğacdan kənar qanunsuz qoşulma nəticəsində hesablanmış borcu mövcuddur. O cümlədən qeyd edilmişdir ki, qaz sərfiyyatına görə 2018-2023-cü illər ərzində müvafiq olaraq 2018-ci il üzrə 1966,80 manat, 2019-cu il üzrə 1966,80 manat, 2020-ci il üzrə 309,20 manat, 2021-ci il üzrə 1960 manat, 2022-ci il üzrə 1322,50 manat, 2023-cü ilin 1 ayı üzrə isə 105,84 manat hesablanmışdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1854/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (məruzəçi), C.Musayeva və G.Auxundova) iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1370/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********01520 olan sayğaca) hesablanmış 11860,53 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. İlk növbədə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya məxsus abonent saldosunda 2010-cu ildən 2018-ci ilədək sayğacdan qeyri-qanuni istifadə nəticəsində tərtib olunmuş aktlara əsasən hesablanmış borc məbləğlərinin əsaslandığı hər hansı sənəd və ya həmin dövrə aid tərtib edilmiş aktlar məhkəməyə təqdim edilməmiş və həmin sənədlərin mövcud olmadığı bildirilmişdir. Buna görə də iddiaçının adına 2018-ci ilədək hesablanmış borc məbləğlərinin silinməsi ilə bağlı tələbi haqlı olmaqla apelyasiya şikayəti qeyd edilən hissədə təmin edilə bilməz.

14. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, abonent saldosundan və tərtib edilmiş mütəxəssis rəyindən göründüyü kimi abonentin adına 2018-2023-cü illər aralığında sayğacdan qeyri-qanuni istifadəyə görə tərtib edilmiş aktlara əsasən 201820 23-cü illər ərzində müvafiq olaraq 2018-ci il üzrə 1966,80 manat, 2019-cu il üzrə 1966,80 manat, 2020-ci il üzrə 309,20 manat, 2021-ci il üzrə 1960 manat, 2022-ci il üzrə 1322,50 manat, 2023-cü ilin 1 ayı üzrə isə 105,84 manat hesablanmışdır.

15. Həmin məbləğlərlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı özü də apelyasiya baxışı zamanı müəyyən bir dövr ərzində sayğaca qeyri-qanuni qoşulma halının mövcud olduğunu bildirmiş, lakin bunun dəqiq tarixini xatırlamadığını qeyd etmişdir. O cümlədən hələ 2018-ci il tarixdən etibarən qanunsuz qoşulmaya dair mütəmadi olaraq aktların tərtib olunmasına, qanunsuz qoşulma hallarının mövcud olmasına və dəymiş zərərin hesablanmasına dair məlumatlı olsa da, özü də bu halların davam etməsinə şərait yaratmış, əgər sayğacda nöqsan və ya qüsur var id isə belə, onun tərəfindən yeni sayğacın quraşdırılmasına dair cavabdehə edilən hər hansı rəsmi müraciət və ya digər tədbirlərə dair sübut iş materiallarından müəyyən edilmir. Bununla da iddiaçı özü də zərərin böyüməsinə, bir növ şərait yaratmışdır.

16. Odur ki, məhkəmə kollegiyası iddiaçıya 2018-ci il üzrə 1966,80 manat, 2019-cu il üzrə 1966,80 manat (mütəxəssis rəyinə əsasən) məbləğində borcun hesablanması barədə iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir.

17. İddia tələbinin 2020-2023-cü illər ərzində hesablanan borcun silinməsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh birliyə sayğacın quraşdırılması ilə bağlı müraciət etməsə də, cavabdeh birliyin də qanunvericiliklə müəyyən edilmiş öhdəlikləri olmuş və zərərin böyüməsinə özləri də şərait yaratmışlar.

18. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

19. Lakin cavabdeh birliyin əməkdaşları qanunvericiliyin yuxarıda qeyd edilən normalarının göstərişlərinə əməl etməyərək qaz xəttini şəbəkədən ayırmamış və bununla da dəymiş zərərin artmasına bilavasitə özləri də təkan vermişlər.

20. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd edilən mütəxəssis rəyinə əsasən yaranmış ümumi borcun 1638,71 manat məbləğində olan hissəsi qaz sayğacının göstəricisinə görə hesablanmış cari borca aid olduğundan və birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılma aparmayaraq həmin borcun məbləği 1183,66 manat qeyd edildiyindən, cavabdehin apelyasiya şikayəti qeyd edilən hissədə qismən əsaslı olmaqla 1183,66 manat deyil, 1638,71 manat məbləğində sayğac göstəricisinə görə hesablanmış cari borc məbləğinin silinməsi də təmin edilməməlidir.

21. Yekunda məhkəmə kollegiyası qeyd etmişdir ki, ümumi borc məbləği olan 17432,84 manat borcun 2018-2019-cu illər ərzində tərtib edilmiş aktlara əsasən hesablanmış 3933,60 (1966,80+1966,80) manat hissəsi və cari sərfiyyata görə hesablanmış 1638,71 manat məbləğində olan hissəsi, ümumilikdə 5572.31 manat borc məbləğinin silinməsi ilə bağlı iddia tələbi təmin edilməməli, qalan 11860,53 manat məbləğində borc isə silinməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 14.2. 21.1, 21.3, 1115-ci maddələrinə; “Qaz təchizatı haqqında” Qanununa; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, habelə Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.3, 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1854/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilm əsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmələr dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmiş, iddiaçının istifadə edilmiş qaza görə hər hansı məbləğ ödənilmədiyini nəzərə almamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı əslində əldə etdiyi Cavabdeh İB-nin mülkiyyətindəki qazı müqavilədə nəzərdə tutulmuş şəkildə yox qeyri qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı r. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

27. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;

28. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

29. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır;

30. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Qaz təchizatı haqqında” Qanunun (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə)

31. Həmin Qanunun 13.8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İ stehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Qanunun (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə)

32. Həmin Qanunun 13.8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsinidayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksima l saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın

33. Həmin Qanunun 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir;

34. Həmin Qanunun 4.6-ci bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısını n sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır;

35. Həmin Qanunun 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır;

36. Həmin Qanunun 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar;

37. Həmin Qanunun 4.9-ci maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir;

38. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir;

39. Həmin Qanunun 6.6-cı maddəsinə əsasən qazın verilməsinindayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir;

40. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasənkassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;

44. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasənkassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəl i sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

45. Həmin Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;

46. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüq uqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.

51. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsa slandırma ilə razılaşıb qeyd etmişdir ki, abonent saldosundan və tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının adına 2018-2023-cü illər ərzində sayğacdan qeyri-qanuni istifadəyə görə tərtib edilmiş aktlara əsasən 2018-2023-cü illər ərzində müvafiq olaraq 2018-ci il üzrə 1966,80 manat, 2019-cu il üzrə 1966,80 manat, 2020-ci il üzrə 309,20 manat, 2021-ci il üzrə 1960 manat, 2022-ci il üzrə 1322,50 manat, 2023-cü ilin 1 ayı üzrə isə 105,84 manat hesablanmışdır.

52. Həmin məbləğlərlə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı özü də apelyasiya baxışı zamanı müəyyən bir dövr ərzində sayğaca qeyri-qanuni qoşulma halının mövcud olduğunu bildirmiş, lakin bunun dəqiq tarixini xatırlamadığını qeyd etmişdir. O cümlədən hələ 2018-ci il tarixdən etibarən qanunsuz qoş ulmaya dair mütəmadi olaraq aktların tərtib olunmasına, qanunsuz qoşulma hallarının mövcud olmasına və dəymiş zərərin hesablanmasına dair məlumatlı olsa da, özü də bu halların davam etməsinə şərait yaratmış, əgər sayğacda nöqsan və ya qüsur var idisə belə, onun tərəfindən yeni sayğacın quraşdırılmasına dair cavabdehə edilən hər hansı rəsmi müraciət və ya digər tədbirlərə dair sübutlar mülki iş materiallarına əlavə edilmişdir. Bununla da iddiaçı özü də zərərin böyüməsinə, bir növ şərait yaratmışdır.

53. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya 2018-ci il üzrə 1966,80 manat, 2019-cu il üzrə 1966,80 manat (mütəxəssis rəyinə əsasən) məbləğində borcun hesablanması barədə iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir.

54. İddia tələbinin 2020-2023-cü illər ərzində hesablanan bo rcun silinməsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə sayğacın quraşdırılması ilə bağlı müraciət etməsə də, cavabdehin qanunvericiliklə müəyyən edilmiş öhdəlikləri olmuş və zərərin böyüməsinə özü də şərait yaratmışdır.

55. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin cavabdehin əməkdaşları qanunvericiliyin yuxarıda qeyd edilən normalarının göstərişlərinə əməl etməyə rək qaz xəttini şəbəkədən ayırmamış və bununla da dəymiş zərərin artmasına bilavasitə özləri də təkan vermişdir.

56. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd edilən mütəxəssis rəyinə əsasən yaranmış ümumi borcun 1638,71 manat məbləğində olan hissəsi qaz sayğacının göstəricisinə görə hesablanmış cari borca aid olduğundan və birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılma aparmayaraq həmin borcun məbləği 1183,66 manat müəyyən edildiyindən, cavabdehin apelyasiya şikayəti qeyd edilən hissədə qismən əsaslı olmaqla, 1183,66 manat deyil, 1638,71 manat məbləğində sayğac göstəricisinə görə hesablanmış cari borc məbləğinin silinməsi hissəsində təmin edilməməlidir. Yekunda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ümumi borc məbləği olan 17432, 84 manat borcun 2018-2019-cu illər ərzində tərtib edilmiş aktlara əsasən hesablanmış 3933,60 (1966,80+1966,80) manat hissəsi və cari sərfiyyata görə hesablanmış 1638,71 manat məbləğində olan hissəsi, ümumilikdə 5572.31 manat borc məbləğinin silinməsi ilə bağlı iddia tələbi təmin edilməməli, qalan 11860,53 manat məbləğdə borc isə silinməlidir

57. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddianı yuxarıda göstərilən məbləğdə təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də cavabdehin kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qət naməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 aprel 2024-cü il tarixli, 2(103)-1854/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar