Məhkəmə qərarları › İş №2(102)-2747/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2747/2023

18.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2747/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 Rəhim qızı, İddiaçı2 və İddiaçı4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-333/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ASC "xxxx" Bankının iddiası qismən təmin edilərək cavabdehlər X9, X7, X10, İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 və onlarla yaşayan ailə üzvlərinin Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A nömrəli evin 15 saylı mənzil mənzilindən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-132/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

4. İddiaçı X7 cavabdeh “Xalq Bank" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, **********92013 saylı kredit müqaviləsinin və xx.xx.2013-cü il tarixli, **********92013/1 saylı ipoteka müqqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsasını "xxxx" ASC xx.xx.2013-cü il tarixli **********92013/1 saylı ipoteka müqaviləsi və xx.xx.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi bağlayarkən notariat qaydasında razılıq ərizəsi almadığı şəxslərə, yəni İddiaçı3 Rəhim qızına, İddiaçı2, İddiaçı1 və İddiaçı4 qarşı mənzildən çıxarılma haqqında iddia qaldırılması təşkil etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(004)3955/2021 saylı qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı X7 tərəfin dən həmin qətnamədən verilmiş şikayətlərə apellyasiya və kassasiya qaydasında baxılaraq, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı3 Rəhim qızı, İddiaçı2 və İddiaçı4 cavabdeh "xxxx" X23 Cəmiyyətinə qarşı "kompensasiya ödənilməklə mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixli **********92013/1 saylı ipoteka müqaviləsi və xx.xx.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi bağlanarkən notariat qaydasında razılıq ərizələrinin alınmadığı iddiaçıların hər birinə 18000 manat olmaqla, cə mi 72000 manat məbləğində kirayə haqqı – kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia belə əsaslandırılmışdır ki, "xxxx" Bank ASC iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X9, X7, X10, İddiaçı3 Rəhim qızı, İddiaçı2, İddiaçı1, İddiaçı4, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay müddətində mülkiyyət hüququ və Banka məxsus olan ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşən 4 otaqlı, 59,7 kvadrat metr ümumi, 37,4 kvadrat metr yaşayış, 22,3 kvadrat metr yardımçı sahədən ibarət olan 15 nömrəli mənzildən çıxarılmaları və mənzilin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq "xxxx" Bank ASC-yə təhvil verilməsi, 10 manat məbləğində dövlət rüsumunun və 15 manat notariat xərclərinin cavabdehlərdən birgə qaydada iddiaçını n xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-333/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra icraatı qaydasında “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından əldə edilməsi üçün iddiaçıya təklif edilmiş və bank həmin təklifi qəbul etmişdir. Mənzilin alqı-satqısı hərrac təşkilatçısı olan Xaçmaz rayon İcra və Probasiya şöbəsi və iddiaçı tərəfindən imzalanmış hərrac təşkilatçısının hərracın yekunları barədə 180 nömrəli protokolu və iddiaçı ilə hərrac təşkilatçısı arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına dair dövlət reye strindən çıxarış verilmişdir. Bank mənzil üzərində mülkiyyət hüququndan istifadə edə bilməmişdir. Onlar, Xaçmaz Rayon Məhkəməsində prossesdə iştirak etməmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə qətnaməsini əldə edəndən sonra bütün bu olanlardan xəbəri olmuşdur. X9, X7, X10, İddiaçı3 Rəhim qızı, İddiaçı2, İddiaçı1, İddiaçı4, ünvan 2 ünvanında pasport qeydiyyatındadırlar. Həmin bu qeydiyyatda olan şəxslərdən bank, cəmi üç nəfərdən, yəni X9, X7, X2 Bank ipoteka müqaviləsi bağlayarkən notariat qaydasında razılıq ərizəsi almışdır. Bankın bu saxtakarlığı nədən yaratdığı məlum deyildir, çünki digər ailə üzvlərinin dediyinə görə bank işlərindən onların anladığı bir şey olmadığından sənədləşmə işlərini bank öz öhdəsinə götürmüşdü. İndi isə "xxxx" Bank ASC xx.xx.2013-cü il tarixli ********* *92013/1 saylı ipoteka müqaviləsi və xx.xx.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi bağlayarkən notariat qaydasında razılıq ərizəsi almadığı şəxslərə, hazırki iş üzrə iddiaçılara qarşı mənzildən çıxarılma haqqında iddia qaldırmışdır. Cavabdeh hətta belə digər qeydiyyatda olan X11 və X3 adlarını heç bir yerdə qeyd etməmişdir. Hal-hazırda iş Azərbaycan Respublikası Ali Məhkəməsindədir. "xxxx" Bank ASC göstərilən müqavilələri bağlayarkən saxtakarlığa yol vermişdir. Halbuki, həmin evdə dünyaya gəlmişlər. Cavabdeh "xxxx" Bank ASC müqavilə bağlayarkən notariat qaydasında razılıq ərizəsi almadığı şəxslərə, yəni onlara kompensasiya ödəyərək mənzildən çıxarmalıdır. Kompensasiyanın məbləği qanunvericilikdə konkret olaraq göstərilməsə də, təcrübədə adətən həmin kompensasiya məbləğin i hesablayarkən həmin ərazidə oxşar şəraitdə ev üçün kirayə haqqının 3 və ya 5 ildə olan miqdarında kompensasiya məbləği müəyyən olunur. Xaçmaz şəhərində yaşadıqları evə oxşar şəraiti olan evlərin kirayə haqqı hesablanıldıqda hər bir iddiaçıya 18000 manat kirayə haqqı müəyyən olunmalıdır. Çünki bu vəziyyət sənədləşməni cavabdeh üzərinə götürdüyünə görə yaranmışdır. Əgər belə olmasaydı əmlakları banka girov qoyulmayacaqdı.

7. Yasamal Rayon Məhkəməsinin 2(004)-5182/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçılar müvafiq kredit və ipoteka müqavilələrinin bağlanması zamanı onların razılığının alınmamasını əsas gətirərərək, cavabdeh tərəfindən kompensasiya ödənilmək lə, onların istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqavilələrin etibarlılığının mübahisələndirilməsini məqbul saymır. Məhkəmənin belə qənaətə gəlmişdir ki, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir.

9. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1 və 9-cü, Mülki Prosessual Məcəllənin 82.3 və 233.3cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iy ul 2015-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçılar birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

11. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 qeyd etmişdir ki, iddia tələbi əsassızdır, ipoteka müqaviləsi bağlanılan vaxt həmin şəxslər mənzildə qeydiyyatda olmamış, sonradan qeydiyyata düşmüşlər. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – X12 (sədrlik edən və məruzəçi) X13 və X6) 2(103)-1478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)5182/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4- cü maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında förmalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.

16. Kollegiya qeyd etmişdir ki, iddiaçılar onların razılığının alınmamasını əsas gətirərərək, "xxxx" Bank ASC tərəfindən kompensasiya ödənilməklə, onların istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, hazırda qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqavilələrin etibarlılığı mübahisələndirildiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayə tinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı X8 (Vəkil3) apellyasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 228.2. Yaşayış bi nasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23..Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyər ləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İddia tələbi ondan ibarətdir ki, ipoteka və kredit müqaviləsi bağlanarkən notariat qaydasında razılıq ərizələrinin alınmadığı iddiaçıların hər birinə 18000 manat olmaqla, cəmi 72000 manat məbləğində kirayə haqqı – kompensasiya ödənilsin.

32. Məhkəm ələr müəyyən etmişlər ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-333/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ASC "xxxx" Bankının iddiası qismən təmin edilərək, o cümlədən cavabdeh İddiaçı1 Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A nömrəli evin 15 saylı mənzil mənzilindən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir.

33. Eyni zamanda X4 cavabdeh “Xalq Bank" ASC-yə qarşı xx.xx.2013-cü il tarixli, **********92013/1 saylı ipoteka müqqaviləsinin etibarsız hesab edilməsi haqqında iddiası (iddianın əsasını "xxxx" ASC xx.xx.2013-cü il tarixli **********92013/1 saylı ipoteka müqaviləsi və xx.xx.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi bağlayarkən notariat qaydasında razılıq ərizəsi almadığı şəxslərə, o cümlədən İddiaçı1 qarşı mənzildən çıxarılma haqqında iddia q aldırılması təşkil etmişdir) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(004)-3955/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

34. İşə mahiyyəti üzrə baxan məhkəmələr yuxarıda göstərilən məhkəmə qərarlarının preyudisial olmasını nəzərə alaraq bu qənaətə gəlmişlər ki, hazırkı iddia tələbinin təmin olunması üçün qanuni əsaslar yoxdur.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. Kassasiya şikayətinin bəzi də lilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar