Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-275/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 qarış iş üzrə QƏRARİ iş № 2(102)-275/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı vəkili Vəkil3, Cavabdeh2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2098/2020 saylı qətnaməsindən İddiaçı verdiyi kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və Cavabdeh2la birgə nikahı dövründə əldə etdikləri Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində tikdikləri fərdi yaşayış evinin sökülməsinin əvəzi olaraq Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh2 ödənilmiş 65.851 manat pulun yarısı olan 32.925 manat pulun sonuncudan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim İ.Ə.Əliyev) iddia rədd olunub. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən sökülmüş ev özbaşına tikili olub. Həmin ev Cavabdeh2la İddiaçı nikaha girənədək tikilib və evin onların birgə nikahı dövründə ümumi gəlirləri hesabına inşa edilməsi mülki iş materialları ilə istisna olunur. İddiaçı sözügedən evin Cavabdeh2la birgə nikahları dövründə ümumi gəlirləri hesabına əldə olunmasını iddia etsə də tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Beləliklə iddianın təmin edilməsi üçün əsaslar olmayıb. Birinci instansiya məhkəməsi hüquqi möv qeyini Ailə Məcəlləsinin 32, 33.3, 33.4, 36.9-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən və məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Mübahisəli ev İddiaçı ilə Cavabdeh2 birgə nikah ı dövründə ümumi gəlirləri hesabına əldə olunub. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkil3 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh2 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları o lmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Həmin Məcəllənin 32.1-ci maddəsinin tələbinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əml ak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinin tələbinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinin tələbinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublika sı Mülki Məcəlləsi: Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Həmin Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üz rə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı ilə xx xxxx 2004-cü il tarixdə Cavabdeh2la ailə qurub və onların birgə nikahından xx xxx 2003-cü ildə Ləman, xx xxxxxx 2004-cü ildə Ayxan adlı iki uşaqları doğulub. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah p ozulub. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinin xx xxxx 2018-ci il tarixli məktubuna əsaslanaraq müəyyən etmişdir ki, XocəsənAvtovağzal ərazi mənzil tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülməsi ilə əlaqədar olaraq Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanında yerləşən Cavabdeh2 məxsus olan fərdi yaşayış evinin köçürülməsinə xx xxxxxx 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 65.581 manat kompensasiya ödənilib. Həmçinin Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx xxxx 2018-ci il tarixli məktubundan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Cavabdeh2 ailə üzvləri Bakı şəhəri, Binəqədi rayonu, Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının yaxınlığından kompensasiya ödənilməklə köçürülüb. Daha sonra xx xxxxxx 2007-ci il tarixli Aktdan görünür ki, Fikrət Alıyev, Rəna Qabilova və X2 rayonundan məcburi köçkün düşmüş Məmməd Hümbətovun ilə üzvləri ilə birlikdə Binəqədi rayonu, Motodrom yaşayış sahəsində 1998-ci ildən onların qonşuluğunda 43 saylı evdə yaşamasını imzaları ilə təsdiq etmişlər. xx xxxxxx 2019-cu il tarixli aktdan isə görünür ki, Mayıs Yolçiyev, Ənvər Allahverdiyev, Adil Əsədov və X1 rayonundan məcburi köçkün düşmüş Məmməd Hümbətovu çoxdan tanıdıqlarını, əvvəllər Motodrom yaşayış massivində bir məhəllədə yaşadıqlarını, 1997-ci ilin aprel-may aylarında Məmməd Hümbətovun sifarişi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində ona məxsus olan təxminən 2 sota yaxın həyətyanı sahəsində onun üçün ümumi sahəsi 108 kv.metr olan, uzunluğu 12 metr, eni 10 metrdən ibarət olan birmərtəbəli ev tikmələrini, təmir xərcini və onların zəhmət haqqını Məmməd Hümbətovun ödəməsini öz imzaları ilə təsdiq etmişlər. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, mübahisəli ev 1997-ci ildə tərəflər nikaha daxil olmamışdan əvvəl Cavabdeh2 atası üçün tikilmiş, daha sonra həmin ev Cavabdeh2 verilmişdir. Apelyasiya insansiyası məhkəməsi sadalanan sübutları araşdırıb, qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, ərarvadın ümumi birgə mülkiyyətinə onların birgə nikahı zamanı, ümumi gəlirləri hes abına əldə edilən əmlak aid edilir. Sadalanan maddi hüquq normalarının mənasından da göründüyü kimi mübahisəli evə dair tərəflərin paylarının müəyyən edilməsi üçün ilk növbədə həmin evin onların birgə mülkiyyəti olubolmaması müəyyən edilməlidir. Hazırki halda mübahisəli ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmayıb. Bu səbəbdən də həmin ev tərəflərin ümumi birgə mülkiyyəti kimi qiymətləndirilə bilməz. İşə əlavə edilmiş sübutlardan, o cümlədən şahid ifadələrindən, işdə iştirak edən şəxslərin izahatlarından görünür ki, mübahisəli ev 1997-ci ildə inşa edilməklə, tərəflər nikaha girənədək əldə edilib. İddiaçı, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində mübahisəli evi Cavabdeh2la birgə nikahları dövrün də ümumi gəlirləri hesabına əldə etdiklərini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, qeyd olunan prosessual normaların mənasına görə tələb və etirazlarının əsası kimi istinad etdiyi halları tərəflər özləri sübut etməlidirlər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, sadalanan maddi hüquq normalarının mənasına görə, əmlakın ər, arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər-arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Eyni zamanda cavabdeh Bakı şəhəri, Bin əqədi rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında bağlanmış müqavilə o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olsun. Hazırki halda iddiaçının mübahisəli ev üzərində hər hansı hüququnun əmələ gəlməsi mülki iş materialları ilə istisna edildiyindən, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin digər dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araş dırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar müzakirə etməyə lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı ApelyasiyaMəhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2098/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-275/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-275/2021
02.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver