Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2761/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı QƏRARİ Açar sözlər: pul tələbi 30.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1487/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh STŞ-Turan” Mənzil Tikinti Kooperativi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 30 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Cavabdeh MMC (bundan sonra – cavabdeh və ya cəmiyyət ) ilə İddiaçı (bundan sonraiddiaçı) arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən cavabdeh Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzili iddiaçıya satmağı öz öhdəsinə götürmüş, iddiaçı cavabdeh cəmiyyətə 25760 ABŞ dolları məbləğində ödəniş etmişdir.
2. İddiaçı cavabdeh MTK-ya və üçüncü şəxs X5 qarşı «müqavilənin və onun nəticələriin etibarsız hesab edilməsi və mənzilin istifadəyə verilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, Sumqayıt şəhər məhkəməsinin 2(060)-4047/2021 sayl ı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 3293/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 2(060)-4047/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-333/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3293/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə ödədiyi 25760 ABŞ dolları, 40.185,60 ABŞ dolları faiz olmaqla, cəmi 65.945,60 ABŞ dolları məbləğində pul vəsaitinin və 404 manat dövlət rüsumunun alınaraq ona ödənilməsibarədə məhkəmədən xahiş edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kvm olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzilinə dair onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 03/17 №-li müqavilə əsasında həmin mənzilə görə tərəfindən həmin tarixdə MMC-yə 25760 ABŞ dolları pul ödənilmişdir. Eyni mənzilə dair üçüncü şəxs X6 ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 03/17 №-li müqavilə əsasında üçüncü şəxs tərəfindən həmin tarixdə MMC-yə 25000 ABŞ dolları pul ödənilmiş, mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə xüsui mülkiyyət hüququ əsasında üçüncü şəxs X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən məhkəmə aktlarından görünür ki, mənzilə görə tərəfiindən xx.xx.2006-cı il tarixdə MMC-yə 25760 ABŞ dolları pul ödənilmişdir. Hesab edir ki, müqavilə üzrə öhdəliyin predmeti olan mənzilin ona verilməsi mümkün olmadığından, həmin mənzilə görə cavabdehə ödədiyi pul vəsaiti geri qaytarılmalıdır. Mübahisəsizdir ki, cavabdeh 2006-cı ildən halhazıradək onda olan pul vəsaitindən faydalanmışdır. Bundan başqa cavabdeh onun pul vəsaitini qanunsuz saxlamış, onu qaytarmaqdan boyun qaçırmış, onun ödənilməsini gecikdirmişdir. Belə ki, xx.xx.2006-cı il ta rixli, 03/17 №-li müqavilə bağlayaraq ondan Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kvm olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzilin ona satılmasının əvəzində mənzilin dəyərini təşkil edən 25760 ABŞ dolları məbləğində vəsaiti almasına baxmayaraq, həmin mənzili sonradan X6 ilə bağladığı xx.xx.2007-ci il tarixli, 03/17 №-li müqavilə əsasında ona yenidən satmış və 25000 ABŞ dolları almış, ondan almış olduğu 25760 ABŞ dolları pul vəsaitini isə 16 il müddətində qanunsuz olaraq saxlamış, ondan qanunsuz olaraq faydalanmışdır. 2022-ci il üçün Azərbaycan Mərkəzin Bankının müəyyən etdiyi faiz dərəcəsi 7,75 %-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinin t ələbinə görə faizlər iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Hesab edir ki, cavabdehdən 25760 ABŞ dolları, həmin məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş 7,75 % uçot dərəcəsinə iki faiz bəndi əlavə edilməklə illik (25760 X 9,75 % =2.511,60) 2.511,60 faiz hesablanmalı, bununla da həmin məbləğin qanunsuz olaraq saxlanıldığı 2006-cı ildən keçən 16 il müddətində toplanmış 40.185,60 (2.511,60 X 16 il = 40.185,60) məbləğində faizləri də cavabdehdən alınaraq ona ödənilməlidir.
6. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazla, eyni zamanda, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbini əsassız hesab edir. İddianın təmin olunması üçün hər hansı bir hüquqi və faktiki əsasın olmadığı qənaətindədir. İddiaçının məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli kassa mədaxil qəbzinin və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş (mənzilin X1 dair) 2007-ci il tarixli kassa mədaxil qəbzinin tərtibatında fərqlər vardır. Belə ki, 2006-cı ildəki mədaxil orderində öncə baş mühasib qrafası, daha sonra sədr qrafası vardır. 2007-ci ildəkində isə öncə direktor (əvvəlki qəbzdə isə direktor əvəzinə sədr qeyd edilib) sonra baş mühasib qeyd edilmişdir. Qəbzlərdəki yazı üslubundan görünür ki, tamamilə başqa şəxslər tərəfindən tərtib edilmişdir. Hər iki qəbzdə və müqavilələrdə mənzilin qiymətləri fərqlidir. Qeyd edilən ünvanda yerləşən çoxmənzilli yaşayış binası Ca vabdeh MTK tərəfindən inşa edilərək bina sakinlərinə təhvil verilmişdir. İddiaçı Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilmiş 1 bloklu, 15 mərtəbəli, yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan 17 saylı mənzilin ona satılmış olmasını israr etsə də, ötən 15 il ərzində bir dəfə də olsun həmin mənzilə gəlməmiş, mənzili və ya onun dəyəri ilə bağlı cəmiyyətə qarşı bir dəfə də olsun heç bir tələb irəli sürməmişdir (tələbinə dair hər hansı yazılı sübut yoxdur). Ötən bu müddət ərzində iddiaçı əgər həqiqətən də mənzilin sahibi idisə mütləq mənzilə gələrək baş çəkməli idi və əgər gəlmiş olsa idi həmin mənzilin başqaları tərəfindən təmir olunaraq yaşayış sahəsi kimi istifadə edilməsinin şahidi ola bilərdi. Hətta tikinti şirkətinin təşkilati-hüquqi form asının MMC-dən MTK-ya dəyişməsində də məlumatı yoxdur.Mübahisəli mənzil iddiaçının istinad etdiyi müqavilənin bağlanmasından 6 ay sonra, yəni xx.xx.2007-ci ildə, 03/17 saylı müqavilə əsasında X2. Bina təhvil verildikdən sonra mənzilin əsl sahibi X6 mənzili təmir etmiş və hazıradək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Bütün bu yuxarıda qeyd edilən faktlar iddiaçının bundan əvvəl Sumqayıt şəhər Məhkəməsində mənzilin faktiki istifadəsinə verilməsinə dair tələbinə baxılarkən etiraz şəklində məhkəməyə təqdim edilmiş və məhkəmə bu məsələlərə hüquqi qiymət vermişdir. Eyni zamanda, iş üzrə iddia müddəti də ötmüşdür. Belə ki, hazırkı mübahisənin mahiyyətini müqavilə üzrə tələb təşkil etdiyinə görə hesab edir ki, iddia tələbinə 3 illik müddət tətbiq edilməli və digər əsaslarla yanaşı bu əsas da məhkəmə tərəfindən nəzərə alınmaqla iddia rədd edilməlidir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5438/2022 saylı, 7 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehdən xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə 25.760 ABŞ dolları, həmin pulun vaxtında qaytarılmamasına görə 2.576 ABŞ dolları faizlər olmaqla, cəmi 28.336 (iyirmi səkkiz min üç yüz otuz altı) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və ödənilmiş dövlət rüsumunun 173,72 (bir yüz yetmiş üç manat 72 qəpik) manat hissəsi tutularaq, iddiaçıya verilməsi verilməsi hissəsində təmin edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Məhkəmə araşdırması zamanı müə yyən edilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən mənzilin pulunu nəğd ödəmiş və qəbzini almışdır. O, həm Azərbaycan, həm də İsrail vətəndaşı olduğu üçün və ailə vəziyyəti ilə əlaqədar olaraq xarici ölkələrdə olmuş, bu səbəbdən Sumqayıt şəhərində sözü gedən mənzili aldığını unutmuşdur. Oğlu böyüdüyü zaman ona ev lazım olduğundan 2020-ci ilin yayında Sumqayıt şəhərində ev aldığı yadına düşmüş, bu məqsədlə evi almaq üçün cavabdeh MMC-yə müraciət etmiş, bu zaman ona məxsus olan mənzilin başqasına satıldığı məlum olmuşdur. İddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində pul məbləğinin gecikdirilməsinə görə bank uçot dərəcəsi əsas götürülməklə, hesablanmış faiz məbləğinin tutulması tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə istinad etməsi qəbul edilə bilməz. Belə ki, maddənin adından da göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsi pul öhdəliklərinin icrası ilə bağlı tətbiq edilir. Hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətlər isə pul öhdəliyi ilə bağlı deyil, ödənilmiş əşyanın verilməməsi ilə bağlı yaranmışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasg Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3. 385.1, 386.1, 445.7, 448.1, 448.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı a pellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü və 445.7-ci maddələrdən hansının tətbiq edilməsindən asılı olmayaraq hər iki maddə də faizlərin hesablanması münasibətlərini tənzimləyir. Mülki işdən göründüyü kimi cavabdeh iddiaçıdan sonuncuya verməli olduğu mənzilin əvəzində müqavilənin bağlandığı 25 iyul 2006-cı il tarixdə 25760 ABŞ dollara almış, lakin 11 yanvar 2007-ci il tarixdə eyni mənzili üçüncü şəxsə - X3. Beləliklə, cavabdeh 11 yanvar 2007-ci il tarixdən etibarən iddiaçının pulunu qaytarmalı olmuşdur. İddiaçının isə onun mənzilinin 11 yanvar 2007-ci i l tarixdə bir başqa şəxsə satılmasın dan məlumatı olmamış, bu barədə 2021-ci ildə xəbərdar olduqdan dərhal sonra isə cavabdehə və üçüncü şəxsə qarşı cavabdehlə üçüncü şəxs arasında bağlanmış müqavilənin və onun nəticələrinin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsinə dair iddia qaldırmışdır. Ona görə 25 iyul 2006-cı il tarixdə iddiaçıya mənzil satmış cavabdehin eyni mənzili 11 yanvar 2007-ci il tarixdə başqa şəxsə satdığı andan iddiaçı qarşısında mənzilə görə iddiaçıdan aldığı pulu ləngimədən iddiaçıya qaytarmaq kimi bir öhdəliyi olmuşdur və o öhdəlik də əlbəttəki, pulla ifadə edilməlidir. Belə olan vəziyyətdə istinad edilən maddi hüquq normalarından hansının tətbiq edilməsindən asılı olmayaraq hesab edir ki, cavabdehin iddiaçıya qaytarmalı olduğu 25760 ABŞ dolları məbləğində pul vəsaitinin qaytarılmalı olduğu müdd ət mübahisəli mənzilə dair cavabdehin üçüncü şəxslə bağladığı müqavilənin tarixindən, yəni 11 yanvar 2007-ci il tarixdən dərhal sonra başlamışdır. Cavabdeh iddiaçıya qaytarmalı olduğu pul vəsaitini 11 yanvar 2007-ci il tarixdən etibarən qanunsuz olaraq özündə saxlayıb ondan faydalandığına görə təkcə həmin məbləği deyil, əlbəttə ki, həmin məbləğin qaytarılmasının gecikdirildiyi müddət üçün, həm də həmin müddətdə iddiaçının pul vəsaitindən qanunsuz olaraq faydalandığına görə də faizlər ödəməlidir. Digər tərəfdən həm 439.3-cü maddədə, həm də 445.7-ci maddədə faizlərin illik 5 faiz miqdarında hesablanması nəzərdə tutulmuşdur. Bu baxımdan yenə də hansı maddənin tətbiq edilməsindən asılı olmayaraq gecikdirilmiş bütün müddət üçün faizlər ödənilməli, bu səbəbdən də iddia qalan hissədə də təmin edi lməlidir. Məhkəmənin iddiaçının xx.xx.2006-cı il tarixdə cavabdehlə müqavilə bağlamasına baxmayaraq uzun müddət keçdikdən sonra, yəni 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, bununla da ona dəymiş zərərin artmasına şərait yaratması ilə bağlı gəldiyi qənaətlə razı deyil. Belə ki, iddiaçı cavabdehlə bir müqavilə bağlamış və həmin müqavilə üzrə dəyərini tam ödədiyi mənzili iddiaçıya verilməli idi. Cavabdehin iddiaçı ilə bağladığı müqavilə ləğv edilmədən eyni mənzili üçüncü şəxsə satmaq kimi bir hüququ olmamış, lakin cavabdeh belə bir hərəkət etmişdir ki, bu da hüquq deyil, hüquqdan sui-istifadə olmuşdur. İddiaçı müqavilənin digər tərəfinə, yəni cavabdehə etibar etmiş və təbiidir ki, cavabdehin iddiaçıya satdığı mənzili başqa bir şəxsə də satacağını qabaqcadan görə bilməmişdir. Bu hal isə heç bir halda iddiaçının ona dəymiş zərərin artmasına şərait yaratması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi faizlərin tutulması ilə bağlı hissədə Mülki Məcəllənin 439.3-cü maddəsini tətbiq etməli olduğu halda qanunsuz olaraq tətbiq etməmişdir. Belə ki, məhkəmə yanlış olaraq hesab etmişdir ki, hazırkı mübahisə üzrə münasibətlər pul öhdəliyi ilə bağlı deyil, ödənilmiş əşyanın verilməməsi ilə bağlı yaranmışdır. Lakin ödənilmiş əşya verilmədiyinə görə qaytarılmalı olan, həmin əşyaya görə ödənilmiş pul vəsaiti və onun ödənilməsinin gecikdirilməsinə, habelə gecikdirilmiş müddətdə ondan qanunsuz olaraq faydalanmağa görə tutulmalı olan faizlərdir ki, bu öhdəlik də pulla ifadə edilir. Birinci instansiya məhkəməsi faizlərin tutulması ilə bağlı hissədə Mülki Məcəllən in 445.7-ci maddəsini tətbiq etmiş, lakin bu zaman əsassız olaraq hesab etmişdir ki, həmin maddədə nəzərdə tutulmuş gecikdirilmiş müddət hazırkı mübahisə ilə bağlı 11 yanvar 2007-ci il tarixdən deyil, iddiaçının başqa mülki iş üzrə mənzilin təhvil verilməsi ilə bağlı qaldırdığı iddianın tarixindən,yəni 2021-ci ildən hesablanmalıdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, iddiaçı hüququnun pozulduğunu uzun müddətdir (2007-ci ildə mənzil digər mülkiyyətçiyə satıldığı vaxtdan) bilirmiş və həmin vaxt iddia qaldırmaq iqtidarında olub, yaxud da bilməli idi. Təbii ki, bu qədər uzun müddət keçməsini i ddiaçının iradəsindən asılı olaraq baş verdiyi fikir ilə razıdırlar. Əslində məhkəmə bu faktı əsas götürərək iddia müddətini tətbiq etməli idi. Lakin göründüyü kimi məhkəmə iddiaçıya sanki kömək etmək, onun iddiasının təmin olunmasına faktiki zəmin yaratmaq üçün qətnamədə qeyd etmişdir ki, “...məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini əsassız hesab edərək təmin olunmaması qənaətinə gəlmişdir. Belə ki, işin məhkəmə baxışı zamanı araşdırılmış, eləcə də, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmuş mübahisəsiz hallarından görünür ki, iddiaçı öz hüquqlarının pozulması barədə 2021-ci ildə məlumatlı olmuşdur....”. Göründüyü kimi məhkəmənin qeyd etdiyi fikirlər bir-birinə zidddir. Ümumiyyətlə bu məsələdə MTK-nın hər hansı təqsiri olmadığı üçün cərimə hesablanm asından söhbət gedə bilməz. Cərimə qəsdən və ya ehtiyatsızlıqdan zərərçəkənə zərər vurulduğu halda tətbiq edilə bilər. Halbuki, belə bir müqavilə ortaya çıxanda MTK-nın özü üçün də maraqlı idi ki, belə bir müqavilə mövcud ola bilməz və güman ki, həmin müqavilələr ya saxtadır ya da vaxtı ilə iddiaçıya satılmış mənzilin müqaviləsidir ki, o mənzil iddiaçı tərəfindən MTK-ya geri qaytarılsa da iddiaçı müqaviləni MTK-ya geri qaytarmamışdır. Sonradan müqaviləni taparaq iddiaçı belə bir iddia qaldırmışdır. İddia müddətinin keçməsinə gəldikdə isə açıq aşkar görünür ki, iş üzrə iddia müddəti həqiqətən də keçmişdir. Belə ki, iddiaçı mənzil alıbsa əlində ən azından mənzilin açarı olmalıdır, mütəmadi maraqlanmalıdır. Bundan başqa məhkəmə 439.3-cü maddə ilə bağlı düzgün hüquqi nəticəyə gəlsə də, 445.7-c i maddəyə istinad edərkən, Mülki Məcəllənin 443.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Tərəflər arasında bağlanmış olduğu iddia edilən müqavilədə cavabdehin üzərinə öhdəliyini icra etmədikdə ödənilmiş pul vəsaitinə görə faizlərin ödənilməsi tələbi qoyulmamışdır. Halbuki, 443.1-ci maddəsinin ikinci cümləsinin hüquqi mənası məhz borclunun üzərinə bu cür məsuliyyətin qoyulmadığı halda, dəymiş zərərin ödənilməsi vəzifəsinin aradan qalmasını nəzərdə tutur. Eyni zamanda Mülki Məcəllənin 443.7-ci maddəsinin hüquqi mənasından aydın olur ki, əgər təqsir (qəsd və ya ehtiyyatsızlıq formasında) yoxdursa, borclunun üzərinə dəymiş zərərin ödənilməsi vəzifəsi qoyula bilməz. Hazırkı halda cavabdehin təqsiri heç bir hüquqi əsasla sübuta yetirilməyib. Etirazda da bu müqavilənin və qəbzin mövcudluğun un şübhə doğurması, onun ya saxta olması, yaxud da sonradan mənzili geri qaytarsa da müqavilənin və qəbzin iddiaçıda qalması ehtimalının olmasını vurğulanmışdır. Belə olduğu halda cavabdehin təqsirinin olmasından söhbət gedə bilməz və üzərinə nəinki əsas məbləğin, hətta faizlərin ödənilməsi öhdəliyi qoyula bilməz. Eyni zamanda iddiaçı uzun müddət ölkədə olmaması səbəbindən evi unutduğunu bildirsə də ölkəni tərk etməsinə dair hər hansı sübut (DSX-dən arayış və ya ölkədən çıxışını təsdiq edən pasport) təqdim edə bilməmişdir. Lakin məhkəmə onun bu dəlilini əsaslı hesab edərək qətnamədə nəzərə almışdır. Eyni zamanda “ev aldığı yadından çıxmışdır” formasında iddianın dəlili necə əsaslı ola bilər, necə ola bilər ki, şəxs aldığı əmlakı unutsun....belə bir şeyin olması mümkünsüzdür....halbuki, cav abdehin nümayəndəsi işə Sumqayıt şəhər məhkəməsində, həm də Yasamal rayon Məhkəməsində baxılanda “necə ola bilər ki, aldığınız əmlaka 14 il ərzində bir dəfə də olsun baş çəkməmisiz, salamatlığını yoxlamamısınız?” deyə sual verəndə iddiaçı“bu mənim hüququmdur” deyə cavablandırmışdır. Bu cür ziddiyətli məqamın ortaya çıxması onu deməyə əsas verir ki, iddiaçı özü də tələbinin əsassız olduğunu bilir, lakin əlindəki müqaviləyə və qəbzə əsasən iddia tələbinin əsaslı olması görüntüsü yaradır. İddiaçının məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli kassa mədaxil qəbzinin və tərəflərindən məhkəməyə təqdim edilmiş (mənzilin X1 dair) 2007-ci il tarixli kassa mədaxil qəbzinin tərtibatında fərqlər vardır. Hər iki qəbzdə və müqavilələrdə mənzilin qiymətləri fərqlidir. Bütün bunlar şübhəli hallardır və ara şırma tələb etdiyi halda (etirazda bu barədə qeydlər edilmişdir) məhkəmə bu məsələyə ümumiyyətlə toxunmamışdır. Eyni zamanda iddia müddətinin ötməsi barədə ərizə verilsə də məhkəmə bu məsələyə düzgün hüquqi qiymət verməmişdir. Hazırkı mübahisənin mahiyyətini müqavilə üzrə tələb təşkil etdiyinə görə iddia tələbinə 3 illik müddət tətbiq edilməli və digər əsaslarla yanaşı bu əsas da məhkəmə tərəfindən nəzərə alınmaqla iddia rədd edilməlidir. Həmçinin qətnamənin pulun vaxtında qaytarılmaması ilə əlaqədar 2576 ABŞ dolları faizlərin cavabdehdən tutulmasına dair hissəsi də əsassızdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.Mərdanova sədrliyi və məruzəsi ilə, E.Həsənov və S.Bəhramzadə) 2(103)-1487/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanan vaxt MMC-nin rəhbəri olmuş şəxs müqavilədə və kassa mədaxil orderindəki imzanın ona məxsus olmasını qəbul etmişdir ki, cavabdeh tərəfindən həmin halın əksini təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən cavabdeh tərəf bildirmişdir ki, iddiaçı ilə bağlanmış müqavilədə mənzilin dəyərinin 27560 ABŞ dolları göstərilməsi real olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş 11 yanvar 2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X6 mənzilə dair 25000 ABŞ d olları məbləğində vəsait ödəniş etmişdir. Göründüyü kimi mənzilə dair bir il fərqlə bağlanmış müqavilələrdə göstərilən məbləğlər arasında ciddi fərq olmamaqla real göstəriciləri əks etdirmişdir. Eyni zamanda İlham Abbasova 2007-ci ildə verilən kassa mədaxil orderindəki imza şahid qismində dindirilmiş Mehman Səlimova məxsus olmuşdur. İddiaçı cavabdeh MTK-dan xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə ödədiyi 25760 ABŞ dolları tələb etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətna mənin ləğv edilməsi və Suraxanı rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassatorlar kassasiya şikayətlərini apellyasiya şikayətlərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə etirazın dəlilləri
20. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması v ə ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
27. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi
29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəl i sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
35. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində iddiaçı və cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iddia üzrə gəldiyi nəticə ilə də razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
39. Belə ki, iddiaçı onun mənzilinin 11 yanvar 2007-ci il tarixdə bir başqa şəxsə satılmasından məlumatı olmamış, bu barədə 2021-ci ildə xəbərdar olduqdan dərhal sonra isə cavabdehə və üçüncü şəxsə qarşı cavabdehlə üçüncü şəxs arasında bağlanmış müqavilənin və onun nəticələrinin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsinə dair iddia qaldırmışdır.
40. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən mənzilin pulunu nəğd ödəmiş və qəbzini almışdır. O, həm Azərbaycan, həm də İsrail vətəndaşı olduğu üçün və ailə vəziyyəti ilə əlaqədar olaraq xarici ölkələrdə olmuş, bu səbəbdən Sumqayıt şəhərində sözü gedən mənzili aldığını unutmuşdur. Oğlu böyüdüyü zaman ona ev lazım olduğundan 2020-ci ilin yayında Sumqayıt şəhərində ev aldığı yadına düşmüş, bu məqsədlə evi alma q üçün cavabdeh MMC-yə müraciət etmiş, bu zaman ona məxsus olan mənzilin başqasına satıldığı məlum olmuşdur. İddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
41. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu qədər uzun müddət keçməsini iddiaçının iradəsindən asılı olaraq baş verdiyi fikir ilə razılaşmır və qeyd edir ki, iddiaçı uzun müddət ölkədə olmaması səbəbindən evi unutduğunu bildirsə də ölkəni tərk etməsinə dair hər hansı sübut təqdim etməmişdir.
42. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, sözügedən alğı-satqı müqaviləsi 2006cı il tarixdə bağlanmış, həmin müddətdən keçən 14 il ərzində iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı hər hansı bir iddia ilə məhkəməy ə müraciət etməmiş, əmlakdan sahiblik və istifadə etmək istiqamətində hər hansı aktiv hərəkətlər etməmişdir.
43. Məhkəmə kollegiyası bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli kassa mədaxil qəbzinin və tərəflərindən məhkəməyə təqdim edilmiş (mənzilin X1 dair) 2007-ci il tarixli kassa mədaxil qəbzinin tərtibatında fərqlər vardır. Hər iki qəbzdə və müqavilələrdə mənzilin qiymətləri fərqlidir. Bütün bunlar şübhəli hallardır və araşırma tələb etdiyi halda (etirazda bu barədə qeydlər edilmişdir) məhkəmə bu məsələyə ümumiyyətlə toxunmamışdır. Eyni zamanda iddia müddətinin ötməsi barədə ərizə verilsə də məhkəmə bu məsələyə düzgün hüquqi qiymət verməmişdir.
44. İşə baxan məhkəmələr cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini əsassız hesab edərək təmin olunmaması qənaətinə gələrkən mövqelərini belə əsaslandırmışlar ki, iddiaçı öz hüquqlarının pozulması barədə 2021-ci ildə məlumatlı olmuşdur. Bu hal isə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəsiz qaydada müəyyən olunur.
45. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4047/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya və üçüncü şəxs X5 qarşı “müqavilənin və onun nəticələriin etibarsız hesab edilməsi və mənzilin istifadəyə verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh MTK ilə X6 arasında Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli 98 mənzilli yaşayış evinin “A” korpusunun 3- cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kvm olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzi linə dair bağlanmış xx.xx.2007-ci il tarixli, 03/17 saylı müqavilənin və onun əsasında olan bütün hüquqi nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin maneəsiz olaraq istifadəyə verilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia rədd edilmişdir. İddia məhz Mülki Məcəllənin 452.1-ci maddəsinin dispozitiv şərtlərinə cavab vermədiyi üçün hüquqi cəhətdən əsaslı hesab edilməmişdir.
46. Hazırki işə baxan məhkəmələr üçün isə bu hal hələ iddiaçının öz hüquqlarının pozulmasından 2021-ci ildə məlumatlı olduğu barədə fikir formalaşdırsa da, nəzərə alınmalıdır ki, həmin iddia digər bir qanun normasının tələbləri ilə əsaslandırıla bilmədiyi üçün uğursuz olmuşdur.
47. Nə qədərki, hazırki iddiaya baxılan zamanı cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir, işə yenidən baxan apellyasiya məhkəməsi iddianı yenidən həll edərkən yuxarıda qeyd edilən halları dəqiqləşdirdikdən sonra iddiaçının tələb hüququnu Mülki Məcəllənin 373.1-ci maddəsinin şərtləri əsasında yoxlamalıdır.
48. Həmçinin, işə yenidən baxan apellyasiya məhkəməsi işin 132-133-cü vərəqlərində olan 25 iyul 2006-cı il tarixli, 03/17 nömrəli müqavilənin (əsli) həqiqətən tərəflər arasında bağlanıbbağlanılmaması məsələsini, müqavilənin bağlanma tarixi ilə 3.7-ci bəndində qeyd edilən tarix arasında olan ziddiyəti araşdırmalı, lazım gəldikdə müvafiq ekspertizalar təyin etməli və işin həqiqi hallarına uyğun olan qanuni yekun nəticəyə gəlməlidir.
49. Qeyd edilməlidir ki, tərəflər arasında bağlandığı iddia edilən müqavilənin 3.7-ci bəndində bi nanın əsas işlərinin iyun 2006-cı il tarixində, tamamlama işlərinin oktyabr 2006-cı il tarixində təhvil verilməsi barədə tərəflər razılığa gəlmişlər.
50. Əgər, həqiqətən, tərəflər arasında belə bir razılıq mövcud olmuşdursa, o zaman işə yenidən baxan məhkəmə mənzilin oktyabr 2006-cı ildə iddiaçı tərəfindən təhvil alınıb-alınmaması məsələsini dəqiq araşdırmalı və müəyyən edilmiş hallar əsasında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə yenidən hüquqi qiymət verməlidir.
51. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019 -cu il tarixli qərarındakı hüquqi mövqeyə görə, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.
52. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab vermir.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, iddiaçının kassasiya şika yəti qismən, cavabdehin kassasiya şikayəti təmin edilməlidir.
54. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya M əhkəməsinin Mülki Kollegiyasının “30” “mart” “2023”-cü il tarixli 2(103)1487/2023 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.