Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2768/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarlı hesab edilməsi, sübutetmə yükü, alqı-satqı müqaviləsinin etibarlığı şərtləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı “əqdin etibarlı hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(105)-2307/2022 nömrəl i qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən, X6 və ailə üzvləri Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2.06 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ JN kod 30408058 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir.
2. Həmin torpaq sahəsindən İddiaçı istifadə edir. İddiaçı həmin torpaq sahəsindən alğı-satqı əsasında istifadə etdiyini iddia edir. Torpaq sahəsinin mülkiyyətçiləri isə torpaq sahəsinin İddiaçı icarəyə verildiyini bildirirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər arasında, Şabran rayonu, Padar kəndi ərazisində yerləşən 2.06 hektar torpaq sahəsinin alğı-satqısı üzrə bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, alğı-satqı zamanı cavabdehlərdən Cavabdeh1 və Cavabdeh4la qiyməti razılaşan zaman kənd sakini X3 da onların söhbətlərində iştirak etmişdir. Həmin vaxt əlində kifayət qədər pul olmadığından qarşılıqlı razılığa əsasən X1 məxsus 1 baş dananı ondan alaraq cavabdehlərə vermiş, əvvəlki pulla 1 milyon manat pulu iyun ayında taxılı biçən kimi ona ödəmək barədə razılaşmışlar. Aralarında torpağın alğı-satqısı baş tutmuş, torpağın dəyəri olaraq 1 milyon manat dəyərində dananı və sonra 1 milyon manat pulu X1 vermişdir. Həmin vaxt 1 milyon manat pul 250 dollar müqabilində olmuşdur. Alğısatqı zamanı dövlət aktı ona təqdim edilmişdir. O, əqdi icra etsə də, yəni torpağın pulunu ödəsə də, cavabdehlər torpağa dair zəruri sənədləşməni apararaq əqdin notariat qaydasında təsdiqlənməsi üçün notariat kontoruna gəlməmişlər. O, torpağı aldığı vaxtdan hal-hazıra kimi mülkiyyətçi kimi həmin torpaq sahəsinə fasiləsiz və etirazsız sahiblik etmiş, torpağa qulluq göstərmiş, 3500 manat xərc çəkib artezian quyusu qazdırmışdır. Bu barədə sübutlarından biri budur ki, to rpağın mülkiyyətə verilməsinə dair dövlət aktının əsli cavabdehlər tərəfindən ona təqdim edilmişdir. Əgər həmin dövlət aktını onlardan qeyriqanuni yolla əldə etsəydi, onlar bu 23 il ərzində onu çoxdan məhkəməyə verərdilər. Həmin vaxt torpağın alğı-satqısına dair akt da tərib edilmişdir, lakin cavabdehlər Sumqayıt şəhərinə köçüb getdiklərindən akta imza etmələri mümkün olmamışdır.
5. İddiaçı tələbinin əsaslılığını təsdiq etmək üçün sübut kimi 5 yanvar 2000-ci il tarixdə tərtib olunmuş aktı təqdim etmişdir. Həmin aktda X2 mülkiyyətində olan torpaq sahəsini İddiaçı 250 ABŞ dollarına satdığı, pulu Əhməd Abdurəhmanovun qəbul etməsi qeyd olunmuş, akt kənd icra nümayəndəsi, bələdiyyə sədri, iddiaçının özü və digər iki kənd sakini tərəfindən imzalanmışdır. Aktda Cavabdeh1 adı qeyd olunmasına baxma yaraq, onun tərəfindən akta imza edilməmişdir.
6. Şabran rayon Rəhimli Bələdiyyəsi tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli 26 saylı arayışda, həmin torpaq sahəsinin vergisinin 2000-ci ildən hal-hazıra kimi İddiaçı tərəfindən bələdiyyənin hesabına köçürüldüyü göstərilmişdir.
7. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, sözügedən torpaq sahəsini ailə üzvlərinin razılığı ilə iddiaçıya icarəyə vermişdir. Əvəzində bir baş dana almışdır. Aralarında olan danışıq 1999-cu ildə olmuşdur, həmin vaxt torpağa dair dövlət aktını da iddiaçıya vermişdir. İddiaçı torpaqdan istifadə etdiyinə görə torpaq vergisini də həmin tarixdən özü ödəmişdir.
8. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, mübahisəli torpaq sahəsini qaynı ilə həyat yoldaşı istifadə üçün 5-6 illiyə iddiaçıya icarəyə vermişlə r. Lakin onların arasında alğı-satqı olmamışdır.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, hər iki tərəfi tanıyır. 1999-2000-ci illərdə Əhmədlə qardaşı Aslan Akif müəllimin yanına gəlmişlər ki, onlara verilmiş pay torpağını satırlar. Aralarında olan razılaşmaya görə Akif müəllim onda olan dananı alıb Əhmədə vermişdir, dananın əvəzində Akif müəllimdən 1 milyon pul almışdır. Torpağın alğı-satqısına öz aralarında razılaşmışlar.
10. Digər şahid X9 bildirmişdir ki, həmin vaxtı o icra nümayəndəsi olmuşdur. Akif müəllim onun yanına gəlmişdir ki, torpağı Əhməddən almışdır. Lakin sənədləşmə aparılmamışdır. O, Akifə demişdir ki, gedin aranızda olan işləri sənədləşdirin. Akif müəllim akt tərtib edərək onun yanına gətirmişdir və o, aktı təsdiq etmişdir.
11. Şabran Rayon Məhkəm əsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 avqust 2022-ci il tarixli, 2(031)-607/2022 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında həmin torpaq sahəsinə dair münasibətlər 1999-cu ilin noyabr ayında baş vermişdir. Ona görə də mübahisənin həllinə həmin tarixdə qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir.
13. Belə ki, hazırkı halda tərəflərin arasında mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair müqavilə vardır. Belə olan vəziyyətdə iddiaçı notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra edib razılaşmalarına əsasən torpaq sahəsinin dəyərini hazırki iş üzrə cavabdeh tərəfə ödəmiş, tərəflərdən biri kimi notariatda təsdiq edilməli olan əqdi ta mamilə icra etmiş, digər tərəf isə sözügedən müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Artıq mübahisə predmeti olan torpaq sahəsi 23 ildir iddiaçının istifadəsində və faktiki mülkiyyətindədir. İddiaçı qeyd olunan daşınmaz əmlakın sənədlər əsasında mülkiyyətçisi olmadığından həmin əmlak üzərində istədiyi kimi sərəncam vermək imkanı yoxdur. Bu səbəbdən məhkəmədə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı iddia qaldırmışdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29, 60-cə maddələrinə, 71-ci maddəsinin İİ-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 157.1, 157.8, 238, 324.1, 324.2, 324.4, 335.2, 405.1-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2, 14.2, 77.1, 78.1, 88, 106.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə olunan 2,06 ha torpaq sahəsi 4 nəfərin ümumi birgə mülkiyyətindədir. İddiadan görünür ki, danışıqlar yalnız iki nəfər arasında aparılmışdır. Bu danışıqlar da əmlakın özgəninkiləşdirilməsi barəsində deyil, yalnız kirayəyə verilməsi barədə olmuşdur. Məhkəmə işin araşdırılması zamanı hadisənin vaxtının 1999-cu il tarixdə olması barədə qərara gələrkən yanlışlığa yol vermiş və hüquqi əsaslandırmanı köhnə məcəlləyə uyğun aparmışdır. İddiaçı ilə aralarında torpaq sahəsi barədə danışıqlar 1999-cu ildə aparılmasına dair nəticəyə gəlsə də, bu halı heç bir mötəbər sübutla təsdiq etməmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(105)-2307/2022 nömrəli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd olunması qət edilmişdir.
18. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş altı nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış 05 yanvar 2000-ci il tarixli aktdan görünür ki, X4 mülkiyyətində olan 2.06 ha torpaq sahə sini İddiaçı 250 ABŞ dollarına satmışdır. Cavabdeh X5 akta imza etməmişdir.
19. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təstiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması, notariat qaydasında təstiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqı müqaviləsinin etibarlığını şübhə altına alır.
20. Daşınmaz əşyalarının alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəlləsinin 335.2-ci mad dəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkil X8) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın predmetindən də göründüyü kimi, tərəflər arasında sırf natamam qalmış münasibətlərin tamamlanması tələb edilmişdir. Cavabdehlər tərəfindən iradə ifadəsi kimi 1999-cu ildən son bir ilədək heç bir tələb irəli sürülməməsi aşkar şəkildə ortadadır. Həmin dövr üçün olan torpaq qiymətləri ilə hazırda olan torpaq qiymətlərində fərq yarandığı üçün artıq mübahisə yaratmaq, torpağı icarə veribmiş kimi bəhanə etməklə tələb etmək əsassızdır. Məhkəmə tərəfindən isə işin bu hissəsində münasibətləri tənzimləyən maddi hüquq normaları deyil, sırf iddianın rədd edilməsi yönündə münasibətləri tənzimləyən qanunvericilik aktları tətbiq edilmişdir. Halbuki, məhkəmə araşdırma nəticəsində ortaya çıxan real vəziyyəti aşkara çıxarmaqla yanaşı cavabdehlərin əqdin onların üzərinə düşən hissəsində öhdəlikləri icra etməməsi, həmin aktın rəsmiləşdirilməsindən şüurlu şəkildə boyun qaçırmalarına qiymət verməli və bu növdən olan maddi hüquq normaları (münasibətlərin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsi) tətbiq etməli idi. 2
3. Həmçinin, cavabdehlər 20 ildən artıq müddətdə torpaqla bağlı tələb irəli sürməmiş, özlərinin dediyi kimi icarə müqaviləsinin rəsmiləşdirilməsində maraqlı olmamışlar. Çünki müdafiə üçün irəli sürdükləri dəlillər yalan üzərində qurulmuş və məhkəmə kollegiyası isə onların bu yalanlarına əsaslanaraq düzgün olmayan nəticəyə gəlmişdir.
24. Digər tərəfdən, məhkəmə tərəfindən şikayət araşdırılarkən şahidlərin verdiyi ifadələrə, torpaq sahəsinin ödənişlərinin onun tərəfindən həyata keçirilməsinə qiymət verilməmişdir. Belə ki, iddiaçı 1999-cu ildə aktda qeyd edilən şahidlərin də iştirakı ilə həmin dövr üçün torpağın qiyməti olan pulu verərək mübahisəli torpaq sahəsini almışdır. Pulun verilməsi təsdiq olunması ilə eyni zamanda, dövlət aktının cavabdehlər tərəfindən ona verilməsi bütün hallarda süb ut olunmuşdur.
25. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci, Mülki Prosessual Məcəlləsinin 52, 386, 387, 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
27. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan isti fadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
31. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəl i şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
33. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 335.2. Əgər tərəflərdən biri notari at qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (24 iyun 2005-ci il 949İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Məcəllədən çıxarılanadək qüvvədə olmuşdur).
37. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
38. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də ba ğlaya bilərlər.
39. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Torpaqların alğı-satqı Qaydaları (Azərbaycan Respublikası Prezidentinin 1997-cii il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş, 15 fevral 2016-cı il tarixli Fərmanı ilə ləğv olunmuş) 40. 5-ci bənd. "Torpaq islah atı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir. Torpaq bazarı haqqında Qanun (7 may 1999-ci il tarixdə qəbul edilmişdir)
41. Maddə
10. Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alğı-satqı müqavilələri əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilər ək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qətnamənin mübahisələndirilən hisəsində düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı onun tərəfindən təqdim olunmuş akt əsasında cavabdehlərlə yaranmış münasibətlərin torpaq sahəsinin alğı-satqı münasibətləri kimi tanınmasını və bunun əsasında torpağa dair alğı-satqı müqaviləsinin etibarlı sayılmasını tələb edir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "F.Nəcəfovanın şikayəti üzrə” 3 mart 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelər baxımından nəzərə alınmalıdır ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə ş ərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir.
53. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir.
54. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur.
55. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi).
56. Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri).
57. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir.
58. Hazırkı iş üzrə iddiaçının kassasiya şikayətində əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
59. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalida siyasını) nəzərdə tuturdu.
60. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
61. Tərəflərin torpaq sahəsinin alğı-satqısı bürədə razılaşmalarını sübut etmək üçün iddiaçı tərəfindən təqdim olunan aktda torpaq sahəsinin iddiaçıya satıldığı qeyd olunmasına baxmayara q, aktın tərtib olunmasında cavabdehlərdən heç biri iştirak etməmiş, aktda cavabdeh Ə.Abdulrəhimovun adı qeyd olunsa da, akt onun tərəfindən imzalanmamışdır.
62. İddiaçı kassasiya şikayətində mübahisənin həllinə Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiq edilməli olduğunu bildirir.
63. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 335.2-ci maddəsinə istinadla məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur:
1. Əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli;
2. Məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı;
3. Əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
64. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.
65. Qanunvericilik torpaq sahəsinin satılması barədə əqdlərin də yalnız yazılı formada bağlanmasını tələb etdiyinə görə hazırki vəziyyətdə iddiaçı cavabdehlə tərtib olunmuş yazılı razılaşmanı təqdim etməli idi. Lakin iddiaçı torpaq sahəsinin alğı-satqısına dair cavabdehlə tərtib olunmuş yazılı razılaşmanı təqdim etməmişdir.
66. İş üzrə tərəflərin arasında torpaq sahəsinin satılması üzrə münasibətlərin hazırki Mülki Məcəllə qüvvəyə minəndən (xx.xx.2000-ci ildən) əvvəl yarandığı barədə dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla torpağın alğı-satqısı ilə bağlı razılaşmanın bu tarixdən əvvəl baş tutması müəyyən edilməyib, nəticə etibarilə bu münasibətlər istifadə üzrə münasibətlər kimi tanınır. Ümumiyyətlə cavabdeh torpaqla bağlı razılaşmanın olmadığını, torpağın ancaq istifadəyə verildiyini bildirir. Bundan başqa, torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair müqavilələrin yazılı tərtib olunması barədə tələb xx.xx.2000-ci ildən əvvəl də qanunvericilikdə nəzərdə tutulmuşdu (bu qərarın 40 və 41-ci paraqrafları). Buna görə də, hətta tərəflərin arasında münasibətlər xx.xx.2000-ci ildə əvvəl yarandığı qəbul edilsə belə, razışlaşmanın yazılı formasına riayət olunmadığına görə məhkəmənin gəldiyi nəticə dəyişmir. Bundan əlavə, iddiaçının özü kassasiya şikayətində aralarında olan mübahisəyə Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiq edilməsini tələb edir. Doğrudur ki, məhkəmənin hansı maddi hüquq normasını tətbiq etməsi tərəfin istəyindən deyil, məhkəmənin mövqeyindən asılıdır. Lakin münasibətlərin yaranma zamanını müəyyən etmək baxımından iddiaçının bu dəlili əhəmiyyətli ola bilər.
67. Bundan başqa, sözügedən torpaq sahəsi birgə mülkiyyət olmaqla 4 nəfər şəxsin mülkiyyətindədir və digər mülkiyyətçilərin torpağın özgəninkiləşdirilməsinə razılığı olmamışdır. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.
68. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur.
69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
70. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətna mənin ləğv edilməsi üçün əsas təşkil etmir.
71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(105)2307/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.