Məhkəmə qərarları › İş №2(102)-277/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-277/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-277/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər ləğv prosesində olan Maraqlı şəxs1 ASC-yə və Maraqlı şəxs2 MMC-yə qarşı “bank əməliyyat sistemində borcun silinməsi və cavabdehə köçürülmüş pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun silinməsi, iddianın ona cavab verməli olmayan şəxsə qarşı irəli sürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafi q qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Üçüncü şəxs Maraqlı şəxs1 ASC-nin vəkili X2 iştirakı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il i tarixli, 2(103)4616/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Maraqlı şəxs1 ASC və İddiaçı arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 248/29 USD №-li kredit müqaviləsi ilə bank tərəfindən iddiaçıya 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra olunmadığından son nəticədə Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx xx 2014-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs1 ASC-nin iddiası əsasında İddiaçı ümumilikdə 4804,72 ABŞ dolları borcun milli manat ekvivalenti ilə və 30 manat dövlət rüsumunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Daha sonra iddiaçı tərəfindən həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi davam etdirilmiş (lakin ödənişlər barədə məlumat iş materiallarında mövcud deyildir) və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən İddiaçı hesabına 1366,44 manat pul köçürülməklə, iddiaçının banka olan qalıq borcunun bir hissəsinin ödənilməsinə yönəldilmişdir. Ləğv prosesində olan Maraqlı şəxs1 ASC-nin ləğvedicisi Əmanətl ərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktuba əsasən iddiaçının yuxarıda qeyd olunan qətnamə üzrə 1886,69 ABŞ dolları borc və 30 manat dövlət rüsumu öhdəliyi mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər ləğv prosesində olan Maraqlı şəxs1 ASC-yə və Maraqlı şəxs2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank əməliyyat sistemində borcun silinməsi və cavabdehə köçürülmüş 1366,44 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Maraqlı şəxs1 ASC-yə 4804,72 ABŞ dolları ödənilməsi qət edilmişdir. İddiaçı həmin vəsaiti hissə-hissə olaraq Banka ödəmiş və borcu qalmamışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən iddiaçıya kreditin kompensasiyası olaraq 1366,44 manat pulun verilməsi nəzərdə tutulmuşdur. Lakin, ləğv prosesində olan Maraqlı şəxs1 ASC tərəfindən həmin kompensasiya məbləği qalıq borca silinmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)1608/2020 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov ) iddia təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən Bankdan 2012-ci ildə tarixdə kredit götürülmüş və həmin öhdəliyin icrası hissə-hissə ödənişlərlə həyata keçirilmişdir. Hazırda iddiaçının həmin kredit üzrə borcu mövcuddur. Bununla yanaşı hazırki iddia tələbini ləğv prosesində olan Banka qarşı deyil, Əmanətlərin Sığortalanması Fonduna irəli sürmüşdür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun normalarına əsasən Fondun mübahisə predmeti olan borcla bağlı səlahiyyəti mövcud deyil, Fond yalnız sığortalanmış əmanətlər üzrə münasibətlərin iştirakçısı ola bilər. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1608/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il i tarixli, 2(103)-4616/2020 nömrəli qətnaməsi ilə (ha kim A.Ə.Hüseynin sədrliyi ilə, hakimlər İ.Ə.Kərimlidən və N.E.Məmmədovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)1608/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə apelyatorun şikayətində qeyd etdiyi dəlillərlə bağlı qeyd etmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən kreditorların tələblərini qeydə alınması və onların ödənilməsi üçün tədbirlər görülməsi ləğvedicinin səlahiyyətlərinə aiddir. Beləliklə, apelyasiya şikayətində i rəli sürülən dəlillər əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il i tarixli, 2(103)-4616/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı düzgün olaraq Əmanətlərin Sığortalanması Fondunu cavabdeh qismində cəlb etmişdir. Çünki, iddiaçı ilə bağlı bü tün yazışmaları bankın adından Fond aparır, pretenziyalara Fond cavab verir və mübahisələndirilən məbləğin verilməməsinin izahını Fond həyata keçirir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 ASC-nin vəkili X1 şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh və digər üçüncü şəxs vəkillərin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiril məməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kasator apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kasasiya baxışının predmetini kasasiya şikayətinin dəlillərinə uyğun olaraq apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 71.1-ci maddəsinə əsasən məhkəmə bankın müflis elan olunması na dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuz luğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir. 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlar ını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasi ya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmələr əsaslı olaraq hesab etmişlər ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvetmə prosesində olan bankın borcları ilə bağlı hər hansı səlahiyyəti mövcud deyildir və iddia ona qarşı düzgün olmayaraq irəli sürülmüşdür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan normalarına əsasən ləğvedici müflis elan olunmuş bankın qanuni nümayəndəsi olsa da və onu idarə etsə də, müstəqil hüquqi şəxs olmaqla ləğv etmədə olan bankın öhdəliklərinə cavabdehlik daşımır. Bankın ləğv prosesi başa çatanadək, sonuncu hüquqi şəxs kimi mövcud olaraq qalır. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kimi göstərilmiş Əmanətlərin Sığortalanması Fondu mübahisələndirilən məbləğlə bağlı yazışmaları iddiaç ı ilə ləğv prosesində olan Maraqlı şəxs1 ASC-nin adından aparmış və bu onun cavabdeh qismində tanınması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il i tarixli, 2(103)-4616/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar