Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-277/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı miras əmlak üzərində payları müəyyən edilməklə, vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər miras əmlakın vərəsələr arasında bölünməsi, mirasdan imtina ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(106)1653/2021 nömrəli qətnaməsindən İddiaçı1 kas sasiya şikayətinə 24 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Şirməmmədov Elçin Qəhrəman oğlu ilə Cavabdeh2 27 aprel 1988-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan X1 xx.xx.1991-ci ildə İddiaçı1 01.04.1989-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. YYY Bakı şəhəri Nərimanov rayonunda 26.12.2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Кomitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür Lənkəran şəhəri, X3 küçəsi, 5 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 156.1 kv.m olan, d örd otaqlı ev mülkiyyət hüququ üzrə YYYnun adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində 13.05.2011-ci il tarixdə qeydiyyata alınmışdır Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı1 notariat kontoruna ünvanlandığı 18.04.2016-cı il tarixli təsdiq olunmuş ərizəsindən görünür ki, 26.12.2015-ci il tarixdə vəfat etmiş atası YYYndan çatası miras payı qəbul etməmiş, etmir və gələcəkdə də bununla bağlı heç bir iddia tələbi olmayacaqdır. Cavabdeh1 notariat kontoruna ünvanlandığı 20.04.2016-cı il tarixli təsdiq olunmuş ərizəsindən görünür ki, 26.12.2015-ci il tarixdə atası YYY oğlu vəfat etmişdir. Mərhumdan miras qalmış ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı TİRSAN yarımqoşqu markalı nəqliyyat vasitəsindən ona çatası paydan imtina edir. Cavabdeh1 notariat kontoruna ünvanlandığı 25.05.2016-cı il tarixli təsdiq olunmuş ərizəsindən görünür ki, 26.12.2015-ci il tarixdə vəfat etmiş atası YYYndan miras qalmış Maz 54323 yük markalı ** BP *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ona çatası payı qəbul etməmiş və etmir, gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. Cavabdeh1 notariat kontoruna ünvanlandığı 18.04.2016-cı il tarixli təsdiq olunmuş ərizəsindən görünür ki, 26.12.2015-ci il tarixdə vəfat etmiş atası YYYndan miras qalmış Maz 5410 yük markalı və ÇMZAP 990650 051 yarım qoşqu markalı nəqliyyat vasitələrindən ona çatası paydan imtina edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti müalicə müəssisəsinin 01 oktyabr 2019-cu il t arixli arayışından görünür ki, xx xxx 1989-cu il təvəllüdlü İddiaçı1 Lənkəran Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.2, 66.5-ci maddələri tətbiq olunmaqla 3 ay 16 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan edilməklə, 01 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qərarına əsasən cazasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “miras əmlak üzərində payları müəyyən edilməklə vərəsələr a rasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA № ******* saylı çıxarışa əsasən mərhum atası YYYnun mülkiyyətində olmuş ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 156.1 kv.m olan, dörd otaqlı miras evin 1/3 hissəsi üzərində onun, 1/3 hissəsi üzərində Cavabdeh2, 1/3 hissəsi üzərində isə Cavabdeh1 paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, mübahisə üzrə cavabdehlər Cavabdeh2 iddiaçılardan Qəhrəmanın anası, Cavabdeh1 bacısıdır. Mərhum atası YYY ilə anası 00027 aprel 1988-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahlarından 2 uşaqları, hazırki mübahisə tərəflərindən iddiaçı Qəhrəman, cavabdeh Kəmalə doğulmuşlar. X7 26 dekabr 2015-ci ildə vəfat vetmişdir. Onun vərəsələri anası, bacısı və özüdür. Mərhum atasından ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 156.1 kv.m olan, dörd otaqlı ev miras qalmışdır. Həmin ev Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA № ******* saylı çıxarışa əsasən mərhum YYYnun mülkiyyətində olmuşdur. Doğulduğu vaxtdan həmin evdə yaşamışdır. Lakin 2018-ci ildə həbs olunması ilə əlaqədar orada yaşmamış, 2019-cu ildə həbsdən azad olunandan sonra isə cavabdehlər onu evə buraxmamışlar. Məhkəmə baxışında Cavabdeh2 və Cavabdeh1 iddianı qəbul eməyərək izahatlarında bildirmişdirlər ki, həyat yoldaşı YYY 26 dekabr 2015-ci il tarixdə vəfat etdikdən sonra onun miras əmlakı, ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 156.1 kv.m olan, dörd otaqlı ev, Bakı şəhərində ev, avtomobillər miras qalmışdır. Bakı şəhərindəki evi 60 000 manat sataraq İddiaçı1 vermiş, eyni zamanda miras qalmış avtomobilləri də İddiaçı1 adına keçirmişlər. Bunun müqabilində İddiaçı1 ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 156.1 kv.m olan, dörd otaqlı evdə miras payından imtina etmişdir. Lakin İddiaçı1 miras kimi verilmiş Bakı şəhərində satdıqları evin 60000 manat pulunu və avtomobilləri də sataraq pulunu israf etmişdir. Miras əmlakın demək olar ki, əksər hissəsini İddiaçı1 israf etdiyindən, narkotikə tələbatı olduğundan hazırda da onun qızı ilə yaşadığı evə göz dikmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edirlər. Lənkəran rayon məhkəməsinin 2(049)-1052/2020 nömrəli 29 oktyabr 2020-ci il tarixli (hakim Toğrul Məmmədov) qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı məlum olmuşdur ki, YYY 26.12.2015-ci il tarixdə ölmüşdür. Onun miras əmlaklarından müəyyən hissəsi İddiaçı1 verilmiş, İddiaçı1 bunun müqabilində ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 156.1 kv.m olan, dörd otaqlı evə olan payından imtina etmişdir. İddiaçı1 notariat konturana ünvanlandığı 18.04.2016-cı il tarixli təsdiq olunmuş ərizəsində 26.12.2015-ci il tarixdə vəf at etmiş atası YYYndan çatası miras payı qəbul etmədiyini, və gələcəkdə də bununla bağlı heç bir iddia tələbi olmayacağını bildirmişdir. Hazırda isə iddiaçı məhkəmədə miras əmlakına dair payların müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Bu səbəbdən də İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehlərin paylarının da müəyyən edilməsinə dair iddia tələbinə məhkəmə qiymət verərək hesab edir ki, iddiaçı bu barədə subyektiv hüquqa malik deyildir. Belə ki, mirasın qəbulu hər bir vərəsənin özünə məxsus olan iradə ifadəsidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 1145, 1243.1, 1246, 326, 327, MPM-nin 14, 107, 119-cu maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı1 Lənkəran Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(049)-1052/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 1257.1-ci maddəsinin tələblərini pozmuşdur. Mirasdan hər hansı şərtlə imtinaya yol verilməməsi birbaşa qanunla müəyyən edildiyi halda, məhkəmə bu qanunazidd razılaşmanı qanuniləşdirərək, öz qətnaməsinin əsaslandırıcı hissəsində “İddiaçı1 Elcin oğlu bunun müqabilində, yəni iddiaçının şərtlə hazırki miras əmlakdan imtina etdiyini müəyyən etmişdir”. Maraqlıdır ki, heç bir sübut təqdim olunmadığı halda, məhkəmə necə müəyyən etmişdir ki, iddiaçı ona verilən digər əmlakların müqabilində hazırki miras əmlakdan imtina etmişdir? Yuxarıda qeyd olunan hallar və Mülki Məcəllənin tələbləri baxımından qanunla müəyyən edilmiş müddətdə icra olunmayan mirasdan imtina barədə ərizə necə sübut kimi qiymətləndirilə bilər? Aydın şəkildə görünür ki, məhkəmə tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırki işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmiş və bu azmış kimi Mülki Məcəllənin 1243, 1256, 1257 və 1269-cu maddələrində imperativ qaydada müəyyən edilmiş göstərişləri də pozmuşdur. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakiml ər X8 sədrlik edən və məruzəçi, T.Heydərov, İ.Əhmədov) 16 iyun 2021-ci il tarixli 2(106)-1653/2021 nömrəli qətnaməsi ilə iddiaçı Şirməmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(049)-1052/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, mərhum YYY oğlu tərəfindən vəsiyyətnamə qoyulmadığından qanun üzrə vərəsəlik qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşin müəyyən olunan hallarına əsasən mübahisənin predmetini təşkil edən fərdi yaşayış evi üzərində mirasqoyanın xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 13 may 2011-ci il tarixdə qeydiyyatdan keçmiş, mirasqoyan YYY oğlu ilə hazırki iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 27 aprel 1988-ci ildən rəsmi nikahla ər-arvad olmaqla bir yerdə yaşamışlar, həmin əmlakın bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqdlər üzrə mirasqoyanın mülkiyyətinə keçməsinə dair işdə sübutlar yoxdur, demək həmin əmlak onların birgə nikahları dövründə əldə etdikləri əmlak hesab olunur və miras açılan hissə əmlakın 50% hissəsini təşkil edir. İşin müəyyən olunan hallarına əsasən iddiaçı mirası faktiki qəbul etmiş şəxs olaraq, mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina etmiş, notariat kontoruna verdiyi ərizəsində bu imtinasını hər hansı bir şərt qarşılığında etdiyini qeyd etməmişdir və mirası qəbul etməkdən imtina barədə ərizəsini geri götürmək hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1133, 1151, 1159, 1243, 1246, 1256, 1257, 1268, 1269, MPM-nin 372, 384, 385, 392, 393-cü maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı1 Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.06.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassator bildirir ki, apellyasiya instani syası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mirası faktiki qəbul etmiş şəxs olaraq mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina etmiş, notariat kontoruna vermiş olduğu ərizəsində bu imtinasını hər hansı şərt qarşısında etdiyini qeyd etməmiş və mirası qəbul etməkdən imtina barədə ərizəsini geri götürmək hüququ yoxdur. Bundan çıxış edərək qeyd edirik ki, məhkəmə kollegiyası iddiaçının 18.04.2016-cı il tarixli ərizə ilə 26.12.2015-ci il tarixdə vəfat etmiş atası YYYndan ona çatası miras payından imtina etdiyini müəyyən etmişdir. Mülki Məcəllənin 1256-cı maddəsinin 1-ci abzasında göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina edə bilər. Qeyd olunan maddə imperativ şəkildə edilməli hərəkəti konkret müddətlə məhdudlaşdıraraq müəyyən edir ki, vərəsə miras qəbulundan vərəsəliyə çağırıldığı gündən 3 ay ərzində imtina edə bilər. Hazırki halda isə miras qoyan YYY 26.12.2015-ci il tarixdə vəfat etmiş, miras qəbulundan imtina barədə ərizə isə 18.04.2016-cı il tarixdə yəni mirasın açıldığı gündən 3 ay 23 gün sonra təsdiq edilmişdir. Mirasın açıldığı vaxtda isə tərəflər birgə yaşamış, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə hər hansı ərizə verməmişlər. Yəni mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış və davam etmişlər. Eyni zamanda sözügedən ərizədə iddiaçının hansı miras əmlakdan imtina etməsi də aydın göstərilməmişdir. Çünki cavabdehlərin verdikləri izahatlarında da təsdiq olunur ki miras qoyan E.Şirməmmədovun miras əmlakları təkcə h azırki mübahisəli mənzildən ibarət olmamış və onun digər vərəsəlik predmeti olan başqa əmlakları da olmuşdur. İddiaçı həmçinin kassasiya şikayətində qeyd etmişdir ki, göstərdiyi hallar məhkəmə tərəfindən sübut kimi istinad olunan və həqiqiliyi iddiaçı tərəfindən mübahisə edilən mirasdan imtina barədə 15.04.2016-cı il tarixli ərizənin özü özlüyündə etibarsız və əhəmiyyətsiz olduğunu göstərir. Bundan başqa, qətnamənin əsaslandırıcı hissəsində göstərilir ki iddiaçı notariat kontoruna vermiş olduğu ərizəsində bu imtinasını hər hansı şərt qarşısında etdiyini qeyd etməmiş və mirası qəbul etməkdən imtina barədə ərizəsini geri götürmək hüququ yoxdur. Qanunvericilikdə hər hansı şərtlə və ya hər hansı müddətə mirası qəbul etmə və ya mirasdan imtina etmə barədə birbaşa göstəriş olmasına baxmayaraq id diaçının notariat kontoruna vermiş olduğu ərizəsində bu imtinasını hər hansı şərt qarşısında etdiyini qeyd etmədiyini göstərmədiyini qeyd etmişdir. Maraqlıdır ki, hazırki miras əmlakdan şərt qarşısında imtina etməsini iddiaçı tərəf deyil, cavabdeh tərəf məhkəməyə bildirmişdir. Lakin məhkəmə iddiaçının ərizəsində bu halı qeyd etmədiyinə istinad etmişdir. Eyni zamanda apellyasiya məhkəməsi miras əmlaklardan müəyyən hissəsi “İddiaçı1 verilmiş, İddiaçı1 isə bunun müqabilində ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən, ümumi hissəsi 156.1 kv metr olan dörd otaqlı evə olan payından imtina etmişdir” qənaətinə bu barədə heç bir sübut təqdim edilmədyi halda nəyin əsasında gəldiyi məlum deyildir. Kassator kassasiya şikayətinin dəlillərini əsaslandırarkən MM-nin 1256, 1269, 1243, 1255, 125 7, MPM-nin 9,88,217, AR Konstitusiyanın 29,60-cı maddələrinə və bir sıra Avropa Məhkəməsinin qərarlarına istinad etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiy i barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3 Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1269. Mirasa sahiblik etməyə və y a onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslıl ığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, bununla bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verilməmişd ir. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, miras əmlaklardan müəyyən hissəsi İddiaçı1 verilmiş, İddiaçı1 bunun müqabilində ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 156.1 kv.m olan, dörd otaqlı evə olan miras payından imtina etmişdir və imtina geri götürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı və 1269-cu maddələrinin tələblərini düzgün tətbiq etməmiş, işdə olan vərəsələrin miras əmlaka dair ərizələrinin məzmununu düzgün hüquqi qiymət verməmiş, vərəsələrin bu ərizələri hansı məqsədlə və şərtlə verdiklərini, həmin ərizələrin vərəsəliyə dair açılmış notariat işinə aid olub-olmadığını araşdırmamış, həmçinin ərizələrin Mülki Məcəlləsinin 1256-c ı və 1269-cu maddələrinin tələblərinə cavab verməməsi barədə apellyasiya şikayətinin dəlillərinə ətraflı qiymət verməmişdir. Belə ki, həmin maddələrə əsasən vərəsə vərəsiləyə çağırıldığını bildiyi və ya bilməli oldğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina edə bilər. Lakin iş materiallarından göründüyü kimi mirasqoyan YYY 26.12.2015-ci il tarixdə vəfat etmiş, miras qəbulundan imtina kimi qiymətləndirilən ərizə isə 18.04.2016-cı il tarixdə, yəni mirasın açıldığı gündən 3 ay 23 gün sonra təsdiq edilmişdir. Belə olan halda, məhkəmə apellyasiya şikayətinin Mülki Məcəllənin 1256-cı maddəsinin tələblərinin dügün tətbiq edilməməsi barədə dəlilini hansı səbəbdən nəzərə almadığını qətnamədə göstərməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 18.04.2016-cı il tarixli ərizə də iddiaçı mirasdan imtina etdiyini deyil, ümumiyyətlə mirası qəbul etmədiyini və etməyəcəyini bəyan etmişdir. Mirasın qəbul edilməməsi isə tamamilə başqa hüquqi anlayışdır. Həmçinin vərəsələrdən Cavabdeh1 də 3 avtomaşınla bağlı 2 mirasdan imtina barədə, 1 mirasın qəbul edilməməsi barədə ərizələr vermişdir və məhkəmə araşdırması zamanı həmin avtomaşınların iddiaçının adına keçirildiyini bildirmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin ərizələri məzmuna düzgün hüquqi qiymət verməklə, həmin məzmuna uyğun olaraq tətbiq edilməli olan müvafiq maddi hüquq norması mübahisəyə tətbiq etməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, mübahisənin düzgün həlli üçün miras kütləsinə daxil olan əmlakların hər hansı hissəsinin vərəsəlik yolu ilə və ya başq a qaydada iddiaçının adına keçib-keçməməsi araşdırılmadan, miras əmlaklara dair açılmış vərəsəlik işinə baxış keçirilmədən tərəflərin dəlillərinə qiymət verilməsi mümkün deyildir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Belə olan halda, vərəsələrin yuxarıda qeyd edilən ərizələrinin mirasa daxil olan əmlakların bölüşdürülməsi olub-olmamasına da qiymət verilməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, zidd iyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaç ının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüq uqdan məhrum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(106)1653/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş yeni baxışa göndərilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(106)1653/2021 nömrəli qətnaməsi ləğv edilsin iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-277/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-277/2022
24.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver