Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2770/2023 04.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X24 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə, X3, X8, X9, X4, X6, X7, X2 və X10 qarşı ilkin; “X24 LTD” MMC-nin qarşılıqlı; üçüncü şəxs Əliyev Allahverdi Abış oğlunun «X24 LTD» MMC-yə, X7, X2, X10, X5, "xxxx" ASC-yə qarşı müstəqil tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X11 ibarət tərkibdə, iddiaçı LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X24 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə, X3, X8, X9, X4, X6, X7, X2 və X10 qarşı borcun tutulması və ipoteka predmetinə yönəldilmə tələbinə dair ilkin; “X24 LTD” MMC-nin LPO İddiaçı2 ASCyə qarşı kredit və ipoteka müqavilələrinin etibarsızlığı barədə qarşılıqlı iddia tələbinə; üçüncü şəxs Əliyev Allahverdi Abış oğlunun «X24 LTD» MMC-yə, X7, X2, X10, X5, "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka qeydinin və çıxarışın ləğvi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 581/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı2 ASC və müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Allahverdi Abış oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya instansiyası məhkəməsində birinci icraat, həmin icraatlar üzrə tələblərin və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırılması hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4667/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarında ətraflı qeyd olunmuşdur (bax: i.v. 340-370, İV cild; link https://sc.supremecourt.gov.az/storage/Mulki/2022/2_4667+xx.xx.2022.pdf). Kassasiya instansiyası məhkəməsində birinci icraat
1. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2( 102)-4667/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (məruzəçi), Mehparə Əhmədova və İsmayıl Xəlilov) Qərarla iddiaçı Ləğv prosesində olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-7/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi Bankla “X24 LTD” MMC arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şosesinin şimalında istifadədə olan 1,033 ha torpaq sahəsində yerləşən 2 girişli, 2484,8 kv.m. ümumi, 2157,9 kv.m. əsas, 326,9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (bundan sonra – mübahisəli bina) ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2013-cü il tarixli, 93/2013 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və tələbin qeyd edilən ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, cavabdeh “X24 LTD” MMC-nin kassasiya şikayəti təmin edilməmişdir.
2. Kassasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün müstəqil tələb irəli sürən üçüncü şəxslə “X24 LTD” MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsinin 2.3-cü bəndinin etibarlı bir şərt olub-olmamasının müəyyən edilməsi mühüm əhəmiyyətə malik olsa da, apellyasiya instansiyası məhkəməsi qeyd edilən hala hüquqi qiymət ve rməmişdir. Halbuki xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsinin 2.3-cü bəndinin etibarlı bir şərt olubolmamasının müəyyən edilməsi, Bankla “X24 LTD” MMC arasında bağlanmış mübahisəli binanın ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2013-cü il tarixli, 93/2013 saylı sonrakı ipoteka müqaviləsinin etibarlı olub-olmamasının aydınlaşdırılmasına və son nəticədə xx.xx.2013-ci il tarixli müqavilə etibarlı olduğu təqdirdə isə ilkin iddianın həmin hissədə təmin edilməsinə əsas ola bilər.
3. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təm in edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun şəxsiyyətə zidd, mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Qeyd edilən kriteriyalar üzrə xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsinin 2.3cü bəndinin etibarlı bir şərt olub-olmamasına qiymət verərkən məhkəmələr nəzərə almalıdırlar ki, götürdüyü borca görə mülkiyyətçinin öz əmlakı üzərində sərəncam verməsi hüququnun, o cümlədən, sonrakı ipoteka müqaviləsi ilə əmlakını yüklü etmək hüq uqunun qadağan edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
4. Həmçinin Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli binanın ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2013-cü il tarixli, 93/2013 saylı sonrakı ipoteka müqaviləsi bağlanan zaman təsisçilərin razılığı alınmasa da, həmin müqavilə onlar tərəfindən mübahisələndirilməmiş, qeyd edilən ipoteka müqaviləsinin etibarsızlığı barədə qarşılıqlı iddia tələbi təsisçilər tərəfindən deyil yalnız “X24 LTD” MMC tərəfindən verilmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən “X24 LTD” MMC-nin qeyd edilən əsasla xx.xx.2013-cü il tarixli, 93/2013 saylı sonrakı ipoteka müqaviləsini mübahisələndirməyə subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir.
5. Bundan başqa Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi “X24 LTD” MMC tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətin ötürülüb-ötürülməməsinə də hüquqi qiymət verməmişdir. Belə ki, qeyd edilən əqd xx.xx.2013-cü il tarixdə bağlandığı halda həmin əqdin etibarsızlığına dair qarşılıqlı iddia ərizəsi birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə iclasında təqdim edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi “X24 LTD” MMC-nin təsisçilərinin mübahisəli binanın ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2013-cü il tarixli, 93/2013 saylı sonrakı ipoteka müqaviləsindən mə lumatlı olub-olmamasını və müqavilə bağlanan zaman razılıq alınmasa da onlar tərəfindən əqdin sonradan bəyənilməsi halının mövcudluğunu araşdırmamışdır. İş materiallarından görünür ki, “X24 LTD” MMC-nin təsisçiləri X12, X13 (həm də direktor), X1 ibarət olmuş və mübahisəli kredit müqavilələri bağlanan zaman onların hər biri ilə ayrı-ayrılıqda 05 iyun 2013-cü il tarixli sonrakı girov müqavilələri bağlanmış və həmin girov müqavilələrinə əsasən öz təsis paylarını Bank qarşısında girov ilə yüklü etmişlər. Eyni zamanda xx.xx.2013-cü il tarixli, 92/2013 №-li kredit müqaviləsinin 4.1-ci maddəsində kredit öhdəliklərinin təminatı kimi mənzillər, qeyri-yaşayış binasının və təsis paylarının ipotekada olması göstərilmişdir. Göründüyü kimi qeyd edilən sübutlar hazırkı iş üzrə mübahisənin düzgün həll edi lməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə həmin sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
7. Qətnamənin qalan hissələrinə münasibətdə Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, qətnamənin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
8. Kassasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 14.2.1, 169.1, 269.1, 269.4, 295, 319.1, 319.6, 354.2, 357, 385.1, 386.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 448.2, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3.3, 41.1, 59.3, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 218.1, 407.2, 416.1, 416.2, 418.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx.xx.2008-ci il tarixli qərarına, Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
9. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-581/2023 nömrəli, 27 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakimlər: Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Lalə Rəhimli) Bank tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-506/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsi Bankla “X24 LTD” MMC arasında bağlanmış mübahisəli binanın ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2013-cü il tarixli, 93/2013 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və tələbin qeyd edilən ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi hissələrində ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə çıxarılmaqla, ilk iddia tələbinin bu hissələrdə təmin edilməsi, qarşılıqlı iddia tələbinin həmin hissələrdə təmin edilməməsi və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələblərinin təmin edilməməsi, ilk iddia tələbləri üzrə borcun ödənilməsinə dair tutmanın mübahisəli binaya yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 9.000.000 manat məbləğində müəyyən edilməsi, mübahisəli binaya tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binasının boşaldılması qət edilmişdir.
10. Məhkəmə ilk növbədə mübahisə predmeti olan müvafiq əqdin qarşılıqlı iddiaçıya münasibətdə etibarlı əqd olub-olmaması ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddiaçı qeyd edilən hissədə iddia tələbinin əsası kimi istinad etdiyi hallar həmin kredit müqaviləsinin etibarli əqd olmasını müəyyən edən qanuni qüvvəyə minmiş (həmin hallar mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır) məhkəmə qətnaməsi ilə təkzib olunur. Bundan əlavə, qarşılıqlı iddiaçı məhkəmə araşdırması zamanı qeyd edilən müqavilələrin təzyiq altında bağlandığını iddia etsə də, həmin hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, işə baxılarkən belə hallar müəyyən edilməmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddiaçı ilə qarşılıqlı iddiaçı arasında müvafiq müqavilələrin bağlanılması qarşılıqlı iddiaçı hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən bağlanılsa da, onun bütün təsisçiləri qeyd olunan müqavilələr barədə məlumatlı olmuşlar, bu hal da onların həmin müqavilələrin təsisçilər tərəfindən bəyənilməsi kimi ifadə edilməsini göstərir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı olan hüquqi şəxsin təsisçiləri, habelə qanuni təmsilçi (direktoru) həmin müqavilənin bağlanmasının bütün təsisçilərin iradəsi ilə bağlandığını, lakin buna məcbur qaldıqlarını, müqavilə bağlandığı andan, yəni 2013-cü il tarixdən hüquqlarının pozulduğunu, etibarsız olmasına əsas hesab etdikləri hallar barədə məlumatlı olduqlarını bildirmişlər. İş materiallarından görünür ki, qarşılıqlı iddiaçı qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, hazırkı mülki iş üzrə qarşılıqlı iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüş, lakin birinci instansiyası məhkəməsi bu hala hüquqi qiymət verməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qeyd olunan kəsici müddət tətbiq edilməklə qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
13. Həmçinin, məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin eyni əqdin etibarsız hesab edilməsi ilə bağlı tələbin əsası kimi istinad etdiyi hallarla bağlı qeyd etmişdir ki, üçüncü şəxs ilə qarşılıqlı iddiaçı arasında müvafiq müqavilənin 2.3-cü bəndində nəzərdə tutulması özlüyündə etibarlı şərt qismində çıxış etməmişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən Mülki M əcəllədə nəzərdə tutulmuş hallardan başqa şəxsin mülkiyyət hüququnun məhdudlaşdırılması yolverilməzdir. Həmin şərtin məzmunundan görünür ki, bu şərt məhz qarşılıqlı iddiaçı qismində çıxış edən hüquqi şəxsin öz əmlakları barəsində sərəncam vermək hüququnu qadağan etməklə, onun müqavilə azadlığından məhrum edilməsini özündə ehtiva edir ki, bu şərt birbaşa qanunvericiliyin tələbinə zidd olmuşdur. Ona görə də üçüncü şəxsin iddia tələbinin əsası qismində çıxış edən tərəflər arasında bağlanmış müqavilənin həmin şərti etibarlı şərt qismində çıxış etmədiyindən, həmin şərtə əsaslanan iddia tələbi əsaslı hesab edilə bilməz. Bu baxımından müstəqil tələb irəli sürən üçüncü şəxsin ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ondan törəmə olan tələbləri də təmin edilməməlidir.
14. Məhkəmə, həmçinin qeyd etmişdir ki, hər hansı əqdin etibarsız hesab edilməsi üçün həmin əqd mülki qanunvericiliyin tələblərini pozmaqla bağlanmalıdır. İndiki halda mübahisə predmeti olan ipoteka müqaviləsinin bağlanması zamanı mülki qanunvericiliyin hər hansı tələbinin pozulması halı müəyyən edilməmişdir. Ona görə də ilk iddia tələbi mübahisələndirilən hissədə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3cü maddəsinin tələbi baxımından ilk iddia tələbi müvafiq ipoteka predmeti olan qeyriyaşayış sahəsinin boşaldılması hissəsində də əsaslıdır.
15. İşə baxılarkən ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyindən, məhkəmə təyin edilmiş qiymətləndirmənin nəticəsinə dair rəyi əsas götürməklə, mübahisəli binanın likvid dəyərini ******* manat müəyyən etmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.2.1, 87.10, 169.1, 295, 319.1, 319.4, 319.6, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 340.1, 354.1, 354.2, 357, 404.1, 443.1, 445.1, 448.1, 448.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 34.1, 39.3.3, 41.1, 59.3-cü, MPM-in 4.1, 14.2, 77.1, 78.1, 88, 217.3, 384.0.2, 385, 420-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli, B.Qasımovun şikayəti üzrə 9 dekabr 2019-cu il tarixli, N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli, Ə.İbrahimovun şikayəti üzrə 12 apre l 2004-cü il tarixli, T.Qasımovanın şikayəti üzrə 1 dekabr 2020-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə” dair 18 mart 2022-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
17. Bank kassasiya şikayəti verərək, ipoteka predmetinin ilkin satış qiyməti hissəsində qətnamənin dəyişdirilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “B+Ş Audit” Konsalting MMC-nin M 47/21 nömrəli, 21 iyul 2021-ci il tarixli ekspert rəyində torpaq sahəsi ilə birlikdə qeyriyaşayış binasının likvid qiyməti 9.000.000 manat müəyyən edilmişdir. Qeyd edilən ekspert rəyinin yanlış olması və qismən nəzərə alınması (ancaq 2 girişli, 2484.8 kv.m ümumi, 2157.9 kv.m əsas, 326.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına qiymət hissəsində) və ya təkrar ekspertiza təyin edilməsi barədə vəsatət təqdim etsələr də, məhkəmə həmin dəlilləri nəzərə almamışdır. Halbuki, müqavilə bağlanarkən mübahisəli binanın bazar dəyəri "xxxx" MMC tərəfindən 1.750.000 manat, likvid dəyəri 1.500.000 manat məbləğində qiymətləndirilmişdir. Eyni zamanda müraciətləri əsasında müstəqil qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, QXM A-315 saylı qiymətləndirmə hesabatı ilə binanın bazar qiyməti 4.969.600 manat, likvid qiyməti 4.224.160,00 manat müəyyən edilmişdir. Rəydə göstərilən 4.224.160,00 manat torpaq sahəsinin deyil, yalnız torpaq üzərində yerləşən qeyri-yaşayış binasının qiymətidir. “B+Ş Audit” Konsalting MMC-nin 21 iyul 2021-ci il tarixli rəyində isə göstərilən məbləğ istifadədə olan torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış sahəsinin birgə qiymətidir. Halbuki torpaq sahəsi “X24 LTD” MMC-nin xüsusi mülkiyyətində deyildir.
19. Qətnamədən, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Allahverdi Abış oğlu kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, onun ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka qeydinin və çıxarışın ləğvi tələbinin təmin edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qüvvədə olan zaminlik müqaviləsinin 2.3-cü bəndini “etibarlı olmayan şərt” hesab etməsi qanunvericiliyə ziddir. Çünki qanunla qadağan edilməyən hüquq və vəzifə müəyyən edən istənilən şərt müqavilədə əks oluna bilər. Hazırki zaminlik müqaviləsi də qarışıq müqavilə tipi olmaqla 2011-ci ildə bağlanmaqla cavabdehlərin əmlaklarına dair ondan aldıqları borcun müqabilində əmlakları ilə bağlı icazəsi olmadan hər hansı hərəkət etməsini məhdudlaşdırması tam qanunidir. Çünki Mülki Məcəllənin 169.1-ci maddəsində də qeyd edildiyi kimi mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Ancaq məhkəmə qanunun bu tələblərini nəzərə almayaraq hesab etmişdir ki, mülkiyyət hüququ yalnız ipoteka müqaviləsi bağlamaqla məhdudlaşa bilər. Ümumi hüquq bu icazəni verdiyi halda məhkəmənin yalnız xüsusi hüquqla bu cür məhdudlaşdırıcı təfsiri tam əsassızdır. Çünki qanunvericilik qarışıq müqavilə tiplərində istənilən şərti məhz etibarlı şərt olaraq tərəfin iradə ifadəsi ilə şərtləndirib. Tərəflər də öz iradə ifadələrinə uyğun bu şərti müqavilədə əks etdirdiklərindən həmi n şərt etibarlıdır. Bunu etibarlı olmayan şərt hesab edən apellyasiya instansiyası məhkəməsi bununla bağlı Bankın hər hansı iddia tələbinin olmadığını və onu mübahisələndirmədiyini nəzərə almamışdır. Əslində apellyasiya instansiyası məhkəməsi iddia tələblərindən kənara çıxaraq, mübahisə predmeti olmayan bir müqaviləni etibarsız hesab etmişdir.
21. Bundan başqa, mübahisəli binanın Bank qarşısında ipoteka ilə yüklü edilməsi «X24 LTD» MMC-nin nizamnaməsinə, kreditlərin verilməsi qaydalarına zidd olduğu üçün etibarsızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Allahverdi Abış oğlunun kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, onun kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada)
23. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
24. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.
25. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
26. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
27. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
28. Maddə 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
29. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
30. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əş yanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
31. Maddə 319.6. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər
33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
34. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
36. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ə rzində əqdi mübahisə edə bilər.
37. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
38. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
39. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyə tdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
40. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanun
41. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
42. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
43. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranma sı anıdır
44. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır.
45. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları na müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətləri əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan mübahisəli binaya tutma yönəldilməsi və üçüncü şəxs Əliyev Allahverdi Abış oğlunun mü stəqil tələbinin təmin olunmaması hissələrində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Allahverdi Abış oğlunun kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir.
57. Bununla yanaşı, Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik daşınmaz əmlakın hər hansı öhdəliyin təminatı kimi yüklü edilməsinin (ipotekaya qoyulmasının) qaydalarını ciddi tənzimləmişdir. Həmin qaydalara (xüsusən də müqavilənin notariat qaydada təsdiq edilməsi (Mülki Məcəllənin 307.7-ci maddəsi), ipoteka yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (Mülki Məcəllənin 309cu maddəsi) riayət olunmamaqla tərəflər arasında əldə edilmiş hər hansı razılaşma daşınmaz əmlakın yüklülüyü (ipotekası) hüquqi nəticəsini doğura və ona görə də əşyanın sonradan qanunla müəyyən olunmuş qaydada yüklü edilməsinə ma ne olan hüquqi əsas kimi çıxış edə bilməz.
58. Kassasiya şikayətinin mübahisəli binanın Bank qarşısında ipoteka ilə yüklü edilməsinin «X24 LTD» MMC-nin nizamnaməsinə, kreditlərin verilməsi qaydalarına zidd olduğu barədə dəlillərə münasibətdə qeyd olunmalıdır ki, hazırkı iş üzrə kassatorun (müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Allahverdi Abış oğlunun) həmin dəlillərə istinad etməklə bağlı subyektiv hüququ yoxdur.
59. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi rəylə razı olmadığını bildirsə də, yeni qiymətləndirmə ilə bağlı yalnız şifahi vəsatət vermiş, hazırkı kas sasiya şikayətində ifadə edilmiş dəlillərə, habelə ipoteka predmetinin likvid qiymətinin daha az olduğu barədə sübutlara istinad etməmiş, apellyasiya instansiyası məhkəməsi ayrıca akt şəkildə qəbul etdiyi əsaslandırılmış qərardadla iddiaçının nümayəndəsini şifahi vəsatətini təmin etməmişdir.
60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti və müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Allahverdi Abış oğlu tərəfindən verilmiş kass asiya şikayətləri təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-581/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.