Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2773/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2773/2022 (açar sözlər: mənzildən istifadə hüququna xitam, yaşayış sahəsinə ehtiyacın aradan qalxması ilə bağlı məsələlər) Bakı şəhəri, 23 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2129/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 23 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra “cavabdeh”) İddiaçı (bundan sonra “iddiaçı”) keçmiş gəlinidir. Cavabdeh xx.xx.2005-ci ildə iddiaçının oğlu Eldar Salmanovla nikaha daxil olaraq, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdehin bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü Elmir və xx.xx.2009-cu il təvəllüdlü Elton adlı iki uşağı var
2. Cavabdehin əri xx.xx.2015-ci il tarixdə öldükdən sonra, onun iddiaçı ilə münasibətləri pozulmuş və cavabdeh uşaqları ilə birlikdə evdən çıxmaq məcburiyyətində qalmışdır.
3. Bundan sonra, cavabdeh iddiaçıya qarşı onun və azya şlı övladlarının mübahisədə adı keçən evə istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə barədə iddia qaldırmış və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(037)1212/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin övladları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra olunmuşdur.
4. Cavabdeh uşaqları ilə birlikdə bir müddət mübahisədə adı keçən evdə yaşadıqdan sonra özünə məxsus əşyaları orada saxlamaqla evdən çıxmış və hazırda anasından miras qalmış İsmayıllı şəhəri, Q.Nəbi küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evində (xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ½ hissədə payı müəyyən edilmişdir) yaşayır.
5. Mübahisədə adı keçən ev xx.xx.2021-ci il tarixdə daşınm az əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi (sonradan tələbin dəqiqləşməsi barədə ərizə) ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2016cı il tarixli qətnaməsi ilə mülkiyyət hüququ ilə ona məxsus evə köçürülmüş cavabdehin istifadə hüququna xitam verilməsi, cavabdehin övladları və əmlakı ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edlməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisəli evə köçürülməsi barədə məhkəmə qətnaməsi çıxarılarkən sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, hazırda mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Belə olan halda, tərəflər arasında evlə bağlı münasibətlərə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Məmmədovun şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında qeyd oluan hüquqi mövqelərə əsasən xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır.
8. Konstitusiya Məhkəməsi həmin Qərarında qeyd edib ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişməsi, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına lınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüuq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda xüsusio mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə dig ər ailə üzvlərini yaşayış hüququnu yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş qaydalara uyğun həll edilməlidir.
9. Hazırki işdə də iddiaçının mülkiyyət hüquqları 29 aprel 2021-ci il tarixində qeydə alındığı üçün mübahisə Mənzil Məcəlləsini 30-cu maddəsinin dispozisiya şərtləri daxilində qitmətləndirilməlidir. Belə olan halda, cavabdeh fərdi yaşayış evinin mülkiyyətçisi kimi iddiaçının ailə üzvü sayılmadığından, eyni zamanda digər qohumlar kateqoriyasına aid olmadığından cavabdehin iddiaçı ilə bərabər həmin evdən istifadə hüququ olmamalıdır.
10. Eyni zamanda, münasibətləri kəskin şəkildə münaqişəli olduğundan bir evdə yaşamaları da mümkün deyildir.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etmişdir.
12. Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, uşaqları ilə birlikdə bir müddət mübahisəli evdə yaşasa da, sonradan həmin evdə yaşamaq mümkün olmadığından özünə məxsus əşyaları məhkəmə qətnaməsi ilə köçürüldüyü otaqda qoyaraq, valideynlərinə məxsus evə köçmüşdür. Hazırda uşaqları ilə birlidkə anasından miras qalmış evdə yaşasa da, mübahisə predmeti olan evdən uşaqlarına da pay düşdüyünə görə əşyalarını oradan çıxarmaq fikri yoxdur.
13. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-561/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin iddiaçının mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməklə, sonuncunun övladları və əmlakları ilə birgə həmin evdən çıxarılması qət edilmişdir. (hakim İlqar Hüseynov)
14. Birinc i instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən edib ki, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, 9 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmış, həmçinin, bu evə dair xx.xx.2021-ci il tarixdə iddiaçının adına texniki pasport tərtib edilmişdir. Cavabdeh uşaqları ilə birlikdə iddiaçıya məxsus evdə qeydiyyatda olsa da, bir müddət iddiaçı ilə birlikdə mübahisəli evdə yaşamamış, sonradan İsmayıllı şəhəri, C.Əmrəliyev küçəsi, ev 8 ünvanında mərhum anasına məxsus fərdi yaşayış evində yaşamağa başlamışdır. Bu hal cavabdehin özü tərəfindən də etiraf edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evinin onun uşaqlarına məxsus olmasını əsas gətirərək sözügedən evdən çıxmayacağını bildirir və hazırda da cavabdehin mübahisəli evdən istifadə etmək niyyətinin olması müəyyən edilməmişdir.
16. Birinci instansiya məhkəməsi ilk növbədə nəzərə alıb ki, kompensasiya verilmədən cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıbqalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, cavabdeh əvvəllər iddiaçının ailə üzvü olduğu üçün sözügedən fərdi yaşayış evinə köçürülmüş və həmin evdə qeydiyyatdadır. Cavabdeh bir müddət sözügedən fərdi yaşayış evində yaşamış, sonradan və hazırda da mərhum anasına məxsus fərdi yaşayış evində yaşamaqla, hazırda iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə zərurəti aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, kompensasiya ödənmədən cavabdehin istifadə hüququna xitam verilməsi mümkündür. Mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir.
17. Birinci instansiya məhkəməsi göstərilənləri nəzərə alaraq hesab edib ki, hazırkı mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək hüququna malikdir. Belə ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və ya kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və evin tərkib hissəsindən istifadə etmələrinə ehtiyac yaranmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnu əmə lə gətirən əsas aradan qalxdığından, onun istifadə hüququna xitam verilməlidir
18. Bundan başqa məhkəmə hesab edir ki, yuxarıda qeyd edildiyi kimi yaşayış binasının tərkib hissəsindən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, həmin yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud istifadəni ehtiva edən əşya hüququ olduğu üçün istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında
19. Birinci instansiya məhkəməsi on u da göstərib ki, yaşayış binasının tərkib hissəsindən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, həmin yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud istifadəni ehtiva edən əşya hüququ olduğu üçün istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Eləcə də, istifadə hüququ olan şəxsin kənar şəxsləri yaşayış sahəsinə köçürmək hüququ qanunda nəzərdə tutulmamışdır
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2, 152.5, 228.5, 262.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ev cavabdehin həyat yoldaşından miras qalmış və xx.xx.2016-cı il tarixli məhkəmə qətnaməsi ilə uşaqları ilə birlikdə həmin evə köçürülmüşlər. Hazırda isə Bakı şəhərində günəmuzd işləyərək k irayədə yaşayırlar.
23. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (2(107)-2129/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev, Ələddin Məcidov)
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşmayaraq, qeyd etmişdir ki, tərəflərin izahatlarına əsasən onlar daima mübahisə etməklə, mübahisəli evdə normal şərtlər daxilində birlikdə yaşaya bilmirlər. Mübahisəyə görə cavabdeh evi tərk etmişdir. İşdə olan vərəsəlik şəhadətnaməsindən görünür ki, cavabdeh anasından qalmış mirasın yarısına pay almışdır.
25. Apellyasiya instansiyası məhkəməsinin qənaəti nə görə, cavabdehin miras əmlakdan pay alması, onun iddiaçıya məxsus evdən kompensasiya ödənilmədən çıxarılmasına əsas verə bilməz. Belə ki, cavabdehin miras əmlakda uşaqları ilə bərabər normal şərtlər daxilində yaşaya biləcəyi müəyyən edilmir. Cavabdehin izahatı və iş materialları ilə müəyyən edilir ki, miras əmlakda cavabdehin atası, qardaşı öz ailəsi ilə birlikdə yaşayır. Ümumilkdə miras qoyanın 12 nəfər ailə üzvü vardır. Yəni cavabdehin həmin miras əmlakda normal şərtlər daxilində yaşaması qeyri-müəyəndir.
26. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə işin müəyyən olunmuş həqiqi hallarına əsasən cavabdehin iddiaçıya məxsus evin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxmadığından, yəni hazırda yaşayış sahəsinə ehtiyacı olduğından cavab dehin mübahisəli evin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi yolverilməzdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Şikayət iddia ərizəsi eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, apellyasiya məhkməsi iş üzrə heç bir araşdırmadan, əlavə sübut olmadan, maddi hüquq normalarının tələblərini pozmaqla birinci instansiya məkəməsi tərəfindən qəbul edilmiş qanuni və əsaslı olan qətnaməni ləğv edərək, iddianın rədd olunması qənaətinə gəlmişdir. Halbuki, cavabdeh özü də hər iki instansiya mə hkəməsində verdiyi izahatlarda özünün yaşayış evi olduğunu, cavabdehə məxsus evdən isə yalnız övladlarına pay istədiyini bildirmişdir. b)
29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna x itam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayı ş binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar öz ünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli ol an nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instans iyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiy a instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
34. Belə ki, apellyasiya məhkəməsi iddianı rədd edərkən ona istinad edib ki, cavabdehin iddiaçıya məxsus evin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxmadığından, yəni hazırda yaşayış sahəsinə ehtiyacı olduğundan cavabdehin mübahisəli evin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi yolverilməzdir.
35. İşdən görünür ki, cavabdeh iddiaya etirazını iddiaçının mülkiyyətində olan evdən istifadə etməsinə ehtiyacın aradan qalxmaması ilə deyil, həmin evdə onun övladlarının pay hüququnun olması ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi isə iddianı cavabdehin etirazının dəlilləri baxımınd an deyil, tamam başqa əsasla rədd etmişdir.
36. İşin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh anasından miras qalmış evin yarısına pay almış və cavabdeh hazırda iddiaçıya məxsus evdə yaşamır.
37. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olub ki, məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məh z bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünündigər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxi l olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.
38. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarında işin hallarından asılı olaraq, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığ ı təqdirdə (məsələn, keçmiş ailə üzvünündigər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsinin kompensasiya ödəmədən də mümkün olması təsbit edilib.
39. Apellyasiya məhkəməsi isə işin qeyd edilən hallarına Konstitusiya Məhkəməsinin Qərarında əks olunan hüquqi mövqe baxımından qiymət verməmiş, cavabdehin köçürüldüyü evdə uzun müddət yaşamamasını onun yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmaması baxımından araşdırmamışdır. Apellyasiya məhkəməsi isə (yuxarıda qeyd edildiyi kimi, cavabdehin etirazının dəlillərinə uyğun olmayan əsasla), bunu yalnız cavabdehin miras əmlakda uşaqları ilə bərabər normal şərtlər daxilində yaşaya biləcəyin in müəyyən edilməməsi, miras əmlakda cavabdehin atası, qardaşının öz ailəsi ilə birlikdə (12 nəfər) yaşaması ilə izah etsə də, işin bu halını hansı sübuta qiymət verməklə müəyyən etdiyini qətnamədə göstərməmişdir. Halbuki mübahisənin qanuni həlli üçün bu, mühüm əhəmiyyət daşımışdır. Belə olan halda da, iddiaçının cavabdehin evdən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya vermədən istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlı olmaması barədə apellyasiya məhkəməsini gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Həm də cavabdehin mülkiyyətində olan evdə (anasından miras qalmış) yaşamaq imkanın olmaması barədə qeyd etdikləri yaşayış sahəsindən istifadə hüququnun mahiyyətinə tamamilə ziddir. Belə ki, bu hüquq şəxsi servitut sayılmaqla, yaşayış sahəsinə olan ehtiyacla bağlıd ır. Belə bir ehtiyac yoxdursa və ya aradan qalxıbsa, servitut da avtomatik aradan qalxmış sayılır.
40. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarına görə cavabdehin məhkəmə qətnaməsi ilə köçürüldüyü ev iddiaçının adına 29 aprel 2021-ci ildə qeydə alınıb. Belə olan halda, iddianın əsaslılığına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il 2014-cü il tarixli Qərarının kontekstində də qiymət verilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
41. Bundan başqa, cavabdehin mübahisəli evə istifadə hüququ nə əvvəlki qətnamə ilə yaranmış, nə də hazırda yaranması üçün hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə və s.) yoxdur. Birinci instans iya məhkəməsi iddianı bütövlükdə təmin etməklə olmayan istifadə hüququna xitam vermişdir. Apellyasiya instansiyası məhkəməsi isə kompensasiya ödənilmədən istifadə hüququnun xitamının mümkün olmadığını qeydə etməklə faktiki olaraq olmayan istifadə hüququ ilə bağlı ziddiyyətli vəziyyət yaratmışdır.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bunun nəticəsi olaraq tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsas lı qərar qəbul etməlidir.
43. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2129/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.