Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2776/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X.X.X.nə qarşı müqavilənin qismən və torpaq qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3643/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Quba Rayon Məhkəməsinin 2(027)-369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Z.C.Tahirov) İddiaçı cavabdehlər Cavabdeh1 və X.X.X.nə qarşı müqavilənin qismən və torpaq qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3643/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abbasov (sədrlik edən və məruzəçi), Z.İ.Məmmədov və S.A.Qafari) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, xx xxxx 1972-ci il tarixli müqavilənamənin qismən etibarsız hesab edilməsi və 1955 nömrəli torpaq qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X9 və X2r. ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsi atası Mişiyev Sion və əmisi X10 məxsus olmuşdur. Quba rayon Notariat Kontorunda verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən (o vaxtkı ünvan 3 fərdi yaşayış evinin atasının payına düşən 1/2 hissəsi anası və özü daxil olmaqla 8 uşağa verilmişdir. Eyni qaydada ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin əmisi X6 payına düşən 1/2 hissəsi də onun arvadı Turə Mişiyevaya və oğlu İsrail Mişiyevaya verilmişdir. Bundan sonra xx xxxx 1972-ci ildə Quba ray on Notariat Kontorunda bağlanmış xx xxxx 1972-ci il tarixli müqavilənaməyə əsasən Turə Mişiyeva və oğlu X16 rayonu, Qırmızı qəsəbə, Fətəlixan küçəsi 121 ünvanında yerləşən evin öz paylarına düşən 1/2 hissəsini X11 satmışdır. Bundan sonra mübahisəli yaşayış evi xx.xx.1991-ci il tarixdə X7 və onun uşaqları - Cavabdeh3, Dovro, Raxil, Armida, Valentina, Zinaida, Şintu və onun adına Qeydiyyat Vəsiqəsi verilmişdir. Lakin xx xxxx 1972-ci ildə Quba rayonu Notariat Kontorunda bağlanmış xx xxxx 1972-ci il tarixli müqavilənamədə ünvan 2 ünvanında yerləşən evin 1/2 hissəsinə X7 və Cavabdeh3 adı qeyd edilmişdir. Buna görə də müqavilənamə əsassızdır. Çünki müqavilənamədə Rafail imza etməmiş, Rafailin adı sonradan yazılmışdır. Hazırkı müqavilənamənin bu formada yazılması onun hüquqlarını pozur. Ona görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Əlixanlı Elgün İsa oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya inst ansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı vəkili Əlixanlı Elgün İsa oğlu teleqramla müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1 və X.X.X.nin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləy ib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarını n faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2008-ci il tarixli, AZ-İ № 263793 saylı çıxarışdan görünür ki, X8 18.10. 2007-ci il tarixdə ölmüşdür. İşdə olan Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2008-ci il tarixli, İİ-İE № 018611 saylı çıxarışdan görünür ki, X14 xx.xx.1959-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxx 1972-ci il tarixdə Quba rayon X3 notariusu A.Hacıbəyov tərəfindən təsdiq edilmiş Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1 959-cu ildə vəfat etmiş vətəndaş X5 bütün əmlakına onun arvadı X12, qızı Davro Sionovna, qızı Raxilya Sionovna, qızı Armida Sionovna, qızı Valentina Sionovna, qızı Zinaida Sionovna, oğlu Rafail Sionoviç, oğlu Şintu Sionoviç, oğlu Ariil Sionoviç bərabər hissə ilə vərəsədirlər. İşdə olan xx xxxx 1972-ci il tarixli müqavilənamədən görünür ki, Turə Mişiyeva və X16 rayonu X15 küçəsindəki 167 №li evin özlərinə məxsus 377 kv.metr sahəsində yerləşən iki mərtəbəli dörd otaqlı evin 1/2 hissəsini X4 və Cavabdeh3 Sion oğluna satmışlar. Yenə işdə olan 1955 nömrəli torpaq qeydindən görünür ki, xx xxxx 1972-ci ildə bağlanmış müqaviləyə əsasən 377 kv.metr torpaq sahəsi və yaşayış evinin bir hissəsi X4 və Cavabdeh3 Sion oğlunun istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seri yalı, 885422 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 Sionoviç xx.xx.2011-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 87,1 kv.metr, yardımçı sahəsi 169,9 kv.metr, ümumi sahəsi 257 kv.metr olan fərdi yaşayış evinin 33,25 kv.m. hissəsinə İddiaçı mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.1987-ci il tarixli Qeydiyyat Vəsiqəsindən görünür ki, Quba rayonu, Qırmızı Qəsəbə (Lenin) Fətəlixan küçəsində yerləşən 2 mərtəbəli, 4 ota qlı, ümumi sahəsi 377 kv.metrdən ibarət olan yaşayış evi mülkiyyət əsasında X7 və uşaqları Cavabdeh3, Dovro Raxil, Armida, Valentina, Zinaida, Şintu və Ariil Sionoviçin adına qeyd olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsi iddiaçını atası Mişiyev Sion və əmisi X10 məxsus olmuşdur. Quba rayon Notariat Kontoruna verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, həmin fərdi yaşayış evinin atasının payına düşən 1/2 hissəsi anası və özü daxil olmaqla 8 uşağa verilmişdir. Eyni qaydada əmisi X6 payına düşən 1/2 hissəsi də onun arvadı Turə Mişiyevaya və oğlu İsrail Mişiyevaya verilmişdir. Bundan sonra xx xxxx 1972-ci il tarixli müqavilənaməyə əsasən Turə Mişiyeva və oğlu İsrail Mişiyev mübahisəli evin onların payına düşən 1/2 hissəsini X11 və Cavabdeh3 satmışlar. Hazırda iddiaçı müqavilənamənin saxtalaşdırıldığını və Rafailin adının sonradan yazıldığını, ona görə də müqavilənamənin həmin hissədə, eləcə də torpaq qeydinin etibarsız hesab edilməli olduğunu əsas gətirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi müqavilə münasibətləri 1972-ci il tarixdə yarandığından hazırkı mübahisə həmin dövrdə qüvvədə olmuş 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə uyğun həll edilməlidir. Azərbaycan SSR Mülki Məcəlləsin: -73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dö vlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları 5 üzrə isə bir il müəyyən edilir. -77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. -82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddia müddəti 3 il müəyyən olunsa da iddiaçı təxminən 47 il sonra bu barədə məhkəməyə müraciət etdiyindən buraxılan müddət üzrlü hesab edilmədikcə həmin iddia üzrə mübahisəyə məhkəmədə baxılması cavabde h tərəfin konstitusion hüquqularının kobud pozulması ilə nəticələnər ki, bu da qeyri-qanuni və yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri oby ektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia m üddətini ötürmüşdür və buna görə də bütün hallarda iddia əsassız olmaqla təmin oluna bilməz. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin buraxılmasına baxmayaraq, qeyd edilən mübahisə üzrə ədalət mühakiməsini həyata keçirmiş və tətbiq edilməli olan normanı deyil, tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmiş, yekun nəticədən asılı olmayaraq maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir ki, bu da həmin qətnamənin ləğvi üçün əsasdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin o lunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3643/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2776/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2776/2020
22.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver