Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2780/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Oqtay oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X3 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. X9 1942-ci ildə vəfat etmişdir.
3. X6 varisi X7 05 aprel 2004-cü il tarixdə vəfat etmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13 iyun 2022-ci il tarixli **********17 saylı məktubunda göstərilib ki, Cavabdeh adına ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-514F, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamən”yə əsasən Qəbələ rayonu, Bum qəsəbəsində 0.10 həyətyanı torpaq sahəsi ümumi birgə payda xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sənədlərin surəti məhkəmə sorğusu əsasında təqdim oluna bilər.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövl ət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13 iyun 2022-ci il tarixli **********17 saylı məktubunda göstərilib ki, X4 adına Qəbələ rayon Bum kəndində 5 nəfər ilə birlikdə JN 942 kod 40600038 olan (xx.xx.1998-ci il tarixli 11 saylı Qərarı) xx.xx.1998-ci il tarixli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən 1.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olub, lakin, Qəbələ rayon DNK-nın xx.xx.2007-ci il tarixli 4Ə-153 saylı müqaviləsinə əsasən 0.84 ha hissəsi özgəninkiləşdirilib (əldə edən X10). Cavabdeh adına qeyd olunan əmlaklar sırasında Qəbələ rayon Bum qəsəbəsində 5 nəfər ilə birlikdə 0.10 ha həyətyanı torpaq sahəsi (**********, xx.xx.2015) vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya mə hkəməsində icraat
6. İddiaçı Cavabdeh Oqtay oğluna qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi, mirasın qəbul edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası, X5 miras qalmış Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə vərəsəlik hüququnun müəyyən olunması, 0.10 ha həyətyanı torpaq sahəsinin ona aid hissəsinin müəyyən olunması və mirasın onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, babası X9 1942-ci ildə vəfat etmişdir. Babasının mülkiyyətində Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsi olmuşdur. Qohumluq əlaqələrinə görə torpaqların vərəsəlik qaydasında sənədləşdirmə işləri aparılmamışdır. Bab asının yeganə varisi anası-Simuzər xanım vəfat edəndən sonra onlara məlum olmuşdur ki, babasının mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsi (**********, xx.xx.2015) qanunsuz olaraq babasının qardaşı oğlu Cavabdeh Oqtay oğlu tərəfindən mənimsənilmişdir. Halhazırda babasından miras olaraq qalan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin qanuni vərəsəsi olsa da, daşınmaz əmlak aidiyyəti olmayan şəxs tərəfindən qanunsuz olaraq mənimsədildiyi üçün həmin torpaq sahəsindən məhrum qalmışdır.
8. Qəbələ Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ə razi İdarəsi tərəfindən göndərilmiş 20 oktyabr 2022-ci il tarixli **********25 saylı məktubda göstərilmişdir ki, elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən X6 adına qeydiyyata alınmış 0.10 ha torpaq sahəsi aşkar edilməmişdir.
9. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1082/2022 nömrəli, 25 noyabr 2022-ci il tаrixli qətnaməsi ilə (hakim E.İsayev) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatlarında və məhkəməyə təqdim etdiyi sənədlərdə X5 miras qalmış Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə vərəsəlik hüququnun müəyyən olunması, 0.10 ha həyətyanı torpaq sahəsinin ona aid hissəsinin müəyyən olunması və mirasın onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxar ılmasını iddia etsə də, tələblərini əsaslandıra bilməmiş və iddianın əsası kimi, həmçinin Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.10 ha mübahisəli həyətyanı torpaq sahəsinin X6 mülkiyyətində olması barədə məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Həmçinin elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən mərhum X6 adına Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyata alınmış 0.10 ha torpaq sahəsi aşkar edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdi m etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1159.1.1, 1159.2, 1243.1, 1261, 1262, 1274, 1282.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 10-1.3, 14.2, 77.1, 88, 119.1, 217, 218.3-cü maddələrinə, İnsan Haqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə əsassız və qanunsuz qətnamə çıxarmaqla, iddiaçının mülkiyyət hüquqularını pozmuşdur.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107 )-286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi) Ələddin Məcidov və Mahir Əsədli) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(025)-1082/2022 saylı qətnaməsi tam ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi, mirasın qəbul edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, n əticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
17. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının anasından miras qaldığını iddia etdiyi hissədə 1 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarına istinad etməkdə doğru nəticəyə gəlsə də, işə baxarkən iddiaçının iddia etdiyi miras əmlakla bağlı yaranmış hüquq münasibətlərinin həllində iddiaçının babasına münasibətdə maddi hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir. Belə ki, iddia tələbinin miras əmlakın babasından qalmasına dair hissədə tərəflər arasında yaranmış mübahisəyə iddiaçının babasının vəfat etdiyini bildirdiyi 1942-ci ildə qüvvədə olan Azərbaycan SSR-in Mülki Məcəlləsinin (16 iyun 1923-cü ildə qəbul edilmiş) normaları tətbiq edilməlidir. İş mater iallarında olan, Qəbələ rayon Bum qəsəbə İ.Ə.N tərəfindən 07 sentyabr 2018-ci il tarixdə verilmiş AZ-İ 954440 saylı “ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X7 05 aprel 2004cü il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində vəfat etmişdir. Kollegiya qeyd etmişdir ki, adları çəkilən hər iki mülki məcəllənin müvafiq normalarının tələblərindən də göründüyü kimi vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır.
18. İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, babası X9 1942-ci ildə vəfat etmişdir. Babasının mülkiyyətində Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsi olmuşdur. Babasının yeganə varisi olan anası Simuzər xanım vəfat etdikdən sonra onlara məlum olmuşdur ki, babasının mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən həyətyanı torpaq sahəs i qanunsuz olaraq babasının qardaşı oğlu Cavabdeh tərəfindən mənimsənilmişdir. Kollegiya dəlilə münasibətdə bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən göndərilmiş məktubla təsdiq edilir ki, Qəbələ rayonu, Bum qəsəbəsində 0,10 ha həyətyanı torpaq sahəsi torpaq islahatlarından əvvəl X8 məxsus olmuşdur.
19. İddiaçı apellyasiya şikayətində qeyd etməsinə baxmayaraq, iş materialına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsindən göndərilmiş məktubların heç birində Qəbələ rayonu, Bum qəsəbəsində 0,10 ha həyətyanı torpaq sahəsinin torpa q islahatlarından əvvəl X8 məxsus olmasına dair heç bir fikir ifadə edilməmişdir.
20. Kollegiya qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının babası olduğunu bildirdiyi X9 ilə onun qohumluq münasibətinə, həmin şəxsin 1942-ci ildə ölməsinə, X6 öldüyü tarixə onun adında hər hansı bir əmlakın olmasına, yəni miras əmlaka, həmçinin 05 aprel 2004-cü il tarixdə vəfat etmiş X7 ilə özünün qohumluğuna, X2 X5, özünün isə X1 hər hansı bir mirası qəbul etməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən göndərilmiş 20 oktyabr 2022-ci il tarixli **********25 saylı məktubdan görünür ki, elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən X6 adına qeydiyyata alınmış 0.10 ha torpaq sahəsi aşkar edilməmişdir.
22. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla, formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə də təsdiq edilmir.
23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb etmişdir ki, birinci ins tansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən iddiaçının 1942ci ildə vəfat etdiyini bildirdiyi mirasqoyan babası ilə bağlı hissədə maddi hüquq normalarını düzgün tətbiq etmədiyinə görə iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(025)1082/2022 nömrəli qətnaməsi tam ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiаçı İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi, mirasın qəbul edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan SSR-in Mülki Məcəlləsinin 487, 488, 489, 490, 499, 500, 503-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1 sentyabr 20 00-ci ildən qüvvədə olan) 1133.1, 1134.1, 1145, 1151.1, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246-cı, MPM-in 14.2, 77.1, 88, 217.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız və qanunsuz qətnamə çıxarmaqla, iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya i lə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. İddiaçı X6 nəvəsidir və qanuni vərəsə kimi Dadşov Tərlana məxsus olan torpaqdan payı var. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq mənimsənilmişdir. İddiaçı birinci növbədən vərəsə hesab edilməsinə baxmayaraq, məhkəmə əsassız və qanunsuz qətnamə qəbul edərək onun hüquqlarını pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən göndərilmiş məktubda təsdiq edilir ki, Qəbələ rayon u Bum qəsəbəsində 0.10m ha həyətyanı torpaq sahəsi torpaq islahatlarından əvvəl X8 məxsus olmuşdur. Qanun üzrə daha əvvəlki növbədə vərəsə olduğu (Mən İddiaçı) halda digər növbə qohumların vərəsə olması istisna edilməlidir, lakin məhkəmə bunun etməmiş və Mülki Məcəllənin 1159.1, 1159.3, 1160-cı maddələri pozulmuşdur. X9 vəsiyyətnamə qoymamış, 1-ci növbə üzrə varis İddiaçı anası vəfat etdiyindən Mülki Məcəllənin qanun üzrə vərəsəlik haqda müddəaları tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. İşin materiallarında şübhə doğuran halların olmasına baxmayaraq, məhkəmə bu halları araşdırmamış və nəticədə işə düzgün qiymət verməmişdir. İş üzrə preyudisial halları və qanuni qüvvəyə minmiş hökm-qətnaməni məhkəmə nəzərə alamamışdır. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1082/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. İddiaçının vərəsəlik hüquqları pozulmuşdur. Qanuni vərəsə kimi tanınaraq ona düşən miras payı verilməli olduğu halda, məhkəmə işin hallarını və iş materiallarını düzgün tədqiq etmədiyi üçün əsassız qətnamə qəbul etmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
29. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
30. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş ela n edilməsi ilə açılır.
31. Maddə1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
32. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
33. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
34. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
35. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
36. Maddə 1246. Vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bi r sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq nor malarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Məhkəmə tərkibi onu da nəzərə alır ki, iddiaçının vərəsəlik hüququnun müəyyən olunmasını tələb etdiyi Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində cavabdehin mülkiyyə t hüququ qeydə alınmışdır. Həmin qeydiyyat qüvvədə olduğu üçün iddianın təmin edilməməsi barədə gəlinən nəticə qanunvericiliyə uyğundur.
47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.