Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2780/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ağdaş rayon Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 Feyruzovna) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Ağdaş rayon Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-517/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsindən İddia çı kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X11 ilə X4 birgə nikahlarından Şəkərxanım, Cəmi və Hürü adlı uşaqları doğulmuşdur.
2. Vəsiyyət edən B.Cəmiyeva öldüyü günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Ağdaş rayonu, Şıxlı kəndində yerləşən evini qızı Hürü Cəmiyevaya vəsiyyət etmişdir. Vəsiyyətnamə 22 mart 1995-ci ildə Cavabdeh 2B-2-25 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
3. Vəsiyyət edən B.Cəmiyeva xx.xx.2002-ci ildə, onun uşaqları Cəmi Cəmiyev xx.xx.2014-cü ildə, Hürü Cəmiyeva isə xx.xx.2021-ci ildə ölmüşdür.
4. Ağdaş Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(014)-323/2022 saylı qətnaməsinə əsasən İddiaçı Sracəddinovnanın cavabdehlər Ağdaş rayon no tariat ofisi, X1rşı vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilərək Ağdaş rayon notariat ofisində xx.xx.2021-ci il tarixində rəsmiləşdirilmiş 2V-485 və 2V-486 reyestr nömrəli vərəsəlik şəhadətnamələri ilə iddiaçının qardaşı C.Cəmiyevin adına olan Ağdaş rayonu, Şıxlı kəndində yerləşən 0.4653 ha və 0.117 ha torpaq sahələri üzərində iddiaçının tanınmış pay hüququnun nisbəti tam hissədə müəyyən edilmişdir.
5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-76/2023 saylı qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23in 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən mərhum X3 adına verilmiş JN99A kod 90319018 nömrəli “Torpa ğın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və **********2310301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Qərar qanuni qüvvəyə minmişdir (Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-289/2023 saylı qərarı və Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2336/2023 nömrəli qərarı). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, 12 aprel 2002-ci il tarixdə Ağdaş rayon u, Şıxlı kəndində ölmüş anası X4 adından verilmiş və cavabdeh Ağdaş rayon Notariat konturu (hazırda Ağdaş rayon Notariat Ofisi) tərəfindən tərtib edilərək rəsmiləşdirilmiş 22 mart 1995-ci il tarixli, 2V-2-25 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideynləri evləndikdən sonra bir müddət Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yaşamış, sonra Ağdaş rayonu Şıxlı kəndinə gəlmişlər. Onlar birgə nikah dövründə qanuni istifadələrində olmuş sənəd üzrə 0,10 ha, faktiki isə 0,15 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirərərək orada yaşamışlar. Bacısı Hürü 1979-cu il tarixində evlənərək Bakı şəhərinə köçmüş, daimi qeydiyyatda olmaqla və rəsmi işləməklə 2021-ci ilə dək Bakı şəhərində yaşamışdır. Qardaşı Cəmi evli olmamış, onun adına ayrı təsərrüfat olsa da, həmin təsərrüfatda fərdi yaşayış evi tikdirməmiş, ölən günədək valideynlərinə məxsus olan təsərrüfatda yaşamaqla valideynləri ilə birlikdə təsərrüfatı birgə idarə etmişdir. Torpaq islahatı zamanı Ağdaş rayon İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli qərarı ilə anası təsərrüfatında tək ailə üzvü olduğuna görə Ağdaş rayonu, Şıxlı kəndi ərazisindən anasının mülkiyyətinə 1,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,15 hektar həyətyanı torpaq sahəsi verilmiş, bu barədə adına torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.
8. İddiaçının çoxsaylı müraciətlərinə baxmayaraq, anasının qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinə görə adına işlənmiş torpağın mülkiyy ətə verilməsinə dair şəhadətnaməni əldə edə bilməmişdir. Anasına ölən günədək o, və qardaşı qulluq etmişlər. Anasının ölümündən sonra ondan miras qalmış bütün daşınar və daşınmaz əmlaklara faktiki olaraq qardaşı ilə sahiblənərək onu birgə idarə etməyə başlamışlar. Qardaşının ölümündən sonra isə həmin əmlakları faktiki olaraq özü qəbul edərək idarə etmişdir.
9. İddiaçı 2014-cü il tarixində anasından miras qalmış əmlaka vərəsəlik işinin açılması ilə bağlı aidiyyətı üzrə cavabdehə müraciət etmişdir. Lakin anasının ölümündən sonra ondan miras qalmış daşınmaz əmlakın kütləsini dəqiq müəyyən etmək mümkün olmadığına görə vərəsəlik işi yarımçıq qalmışdır. Vərəsəlik işi açılan və araşdırma aparılan zaman cavabdehdən anası tərəfindən sağlığında vəsiyyətnamə qoyması barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, bəzi inzibati orqanların vəzifəli və məsul şəxsləri tərəfindən bütün sənədlər saxtalaşdırılaraq anasının ölümündən sonra ondan miras qalmış əmlaklar, yəni həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahələri 2021-ci il tarixinədək Bakı şəhərində qeydiyyatda olan, yaşayan və işləyən bacısının adına sənədləşdirilmişdir. Əsas da o göstərilmişdir ki, bütün həmin torpaq sahələri bacısının adına anası tərəfindən verilmiş vəsiyyətnamə əsasında sənədləşdirilmişdir. Halbuki ona xx.xx.2014-cü il tarixində vərəsəlik işi açdıran zaman anasından hər hansı formada vəsiyyətnamənin olub-olmaması bildirilməmişdir.
10. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də aydın görünür ki, bütün yazışmalarda vəsiyyətnamənin olmasından söhbət belə, getmir. Sonradan notarusdan əldə etdiyi sənədlərdən məlum olmuşdur ki, guya anası 22 mart 1995-ci il tarixində notariusda rəsmiləşdirilmiş vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamə üzrə anası özünə məxsus bütün əmlakı, o cümlədən Ağdaş rayonu, Şıxlı kəndində yerləşən yaşayış evini qızı H.Cəmiyevaya vəsiyyət etmişdir. Anası 1990-cı illərdən başlayaraq İİ A mərhələ hipertenziya xəstəliyindən əziyyət çəkirdi. Buna görə də anası 22 fevral 1993-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək mütəmadi olaraq Ağdaş rayonu, Şıxlı kənd sahə xəstəxanasında stasionar müayinə və müalicədə olmuşdur. Anası ölən günədək özünü idarə edə bilməmiş, yataq xəstəsi olmuş, sərbəst hərəkət edə bilməmiş və hafizəsi özündə olmamışdır. 1993-cü ildən demək olar ki, huşunu tamam itirmişdir. Anası xx.xx.2002-ci il tar ixində beyin qan dövranının pozulması nəticəsində ölmüşdür. Belə bir vəziyyətdə anasının sərbəst şəkildə notariat orqanlarına gedərək mübahisələndirilən vəsiyyətnaməni yazdırıb imzalaması, bu zaman onun hüquq və vəzifələri ona izah olunan zaman onları qavraması mümkün deyildir. Anasının qeyd edilən vəziyyətdə olması Ağdaş rayon Mərkəzi Xəstəxanası X23in verdiyi arayışla öz təsdiqini tapır.
11. Bundan başqa, anasına məxsus əldə etdiyi 1977-2022-ci illər üzrə Ağdaş RİHBA-nın Şıxlı kənd inzibati ərazi dairəsi üzrə təsərrüfat başına kitablarında anası tərəfindən icra edilmiş imza nümunələri ilə vəsiyyətnamədə icra edilmiş imza bir-birindən əhəmiyyətli dərəcədə fərqlidir. Həmin sənədlərdən bunlar aydın şəkildə görünür. Anasının ölüm haqqında şəhadətnaməsində də beyin qan dövranının pozulmağı və beyin sklerozu ölüm səbəbi kimi göstərilmişdir. Mübahisələndirilən vasiyyətnamə anası tərəfindən yox, notarius tərəfindən yazılmışdır. Lakin həmin vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə notarius tərəfindən iki nəfər şahidin iştirakı ilə tərtib edilməmişdir. Bütün göstərdiyi həqiqi hallara görə anası kimlərinsə vasitəsilə cavabdeh orqana aparılsa da, anası faktiki olaraq iflic vəziyyətində olduğu üçün həmin vəsiyyətnaməni imzalayaraq soyadını və adını yaza bilməzdi. Həmin imza, soyad və adının yazılması başqa şəxs tərəfindən icra edilmişdir. Notariat orqanı və Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin bir-biri ilə ziddiyyət təşkil edən sorğulara cavab məktubları da mübahisələndirilən vəsiyyətnamənin qanunsuz yolla tərtib olunması üçün kifayət qədər şübhələr yaradır.
12. İddiaçı tələ binin əsası kimi Mülki məcllənin 337.1-337.4, 1179.2, 1180.1, 1180.2,və 1225.1-1225.3-cü maddələrinə istinad etmişdir.
13. Birinci instansiya məhkəməsi X15 Feyruzovnanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
14. Birinci instansiya məhkəməsi şahid X14 bildirmişdir ki, iddiaçı onun anası, vəsiyyət edən isə nənəsidir. Nənəsi uzun müddət yataq xəstəsi olmuş, ölən günə qədər anası ona qulluq etmişdir. Nənəsi hərəkət qabiliyyətini itirmiş, danışıqlarının və etdiyi hərəkətlərinin mahiyyətini dərk etməmiş, deyilənləri başa düşməmiş, ağlına gələn hərəkətləri etmiş və insanları tanımamışdır. Həmin vaxt ərzində yeməyi belə əllə yedizdirilmişdir.
15. Birinci instansiya məhkəməsi şahid X9 bildirmişdir ki, hər dəfə vəsiyyət edənin yaşadığı evə gəldikdə qızının, yəni iddi açının onun qulluğunda olduğunu görmüşdür. 16. “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X23 məhkəmənin sorğusuna cavab olaraq 05 may 2023-cü il tarixli məlumatına əsasən X4 “huşunun aydın olmaması”, “anlaqsız olması” və yaxud “psixi status”unda hər hansı patologiyanın olması ilə bağlı diaqnoz qeydə alınmamaşdır.
17. Ağdaş Rayon Məhkəməsinin 2(014)-510/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. 18. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 xx.xx.2023-cü il tarixli məktubuna əsasən mülki işin materialları əsasında vəsiyyət edənin psixi vəziyyəti haqqında ölümündən sonra rəy vermək mümkün olmadığından (B.Cəmiyevanının psixi xəstəliyi haqqında 1993-cü ildən heç bir məlumat aşkar edilməmişdir) mülki işin materialları geri göndərilmişdir.
19. Ağd aş Rayon Məhkəməsinin 2(014)- 510/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Cavid Sultanov)
20. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçının anası X2 rayonu, Şıxlı kəndində yaşamış və həmin kənddə yerləşən 1,0352 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar X5 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınaraq X4 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. X10 12 aprel 2002-ci il tarixdə beyin qan dövranının pozulması səbəbindən ö lmüş və ölən günədək də Ağdaş rayonu, Şıxlı kəndində yaşamışdır. X10 ölməmişdən əvvəl, yəni 22 mart 1995-ci il tarixdə vəsiyyətnamə yazaraq öldüyü günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən Ağdaş rayonu, Şıxlı kəndində yerləşən evini X8 vəsiyyət etmişdir və həmin vəsiyyətnamə 22 mart 1995-ci il tarixdə Ağdaş rayon notariat kontorunun dövlət notariusu tərəfindən təsdiqlənmişdir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mülki mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlərə 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
22. Birinci instansiya məhkəməsi 1964-cü il Mülki Məclləsinin normalarına istinadən hesab etmişdir ki, vəsiyyətnamənin verildiyi gün qüvvədə olan mülki qanunvericiliyin t ələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın vəsiyyətnamə müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bununla da, vəsiyyətnamənin qanuna uyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. X10 22 mart 1995-ci il tarixli 2V-2- 25 reyestr nömrəli vəsiyyətnamə yazarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin - yəni X6 h əmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir.
23. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, vəsiyyətnamənin etibarsızlığına səbəb ola biləcək, tətbiq edilən Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır.
24. Bununla da birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, qeyd olunan vəsiyyətnamə həmin vaxt qüvvədə olan 1964-cü il tarixli Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də, məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır. Odur ki, vəsiyyətnamə qanuni şəkildə bağlanmış, etibarsız hesab olunması üçün heç bir əsas yoxdur, bu səbəbdə n də iddia tələbi əsassızdır və təmin edilə bilməz.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 39, 43, 44, 527, 537, 545, 548-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayətinin dəlilləri belə olmişdur: - iş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilən sənədlərdən aydın görünür ki, vəsiyyət edən 1993-cü il tarixdən 2002-ci il ölən günədək tibbi arayışda qeyd edilən ağır xəstəliklərdən əziyyət çəkdiyinə görə həmin vəsiyyətnaməni əqli və fiziki cəhətdən sərbəst formada i mzalaya bilməzdi. Lakin notarius həmin vəsiyyətnaməni qanunsuz yolla təqsdiqləməklə və məhkəmə həmin vəsiyyətnamənin qanuni yolla təsdiqləndiyini və notarius tərəfindən bu zaman heç bir qanun pozuntusuna yol verilməməsi, ona görə də iddia tələbinin təmin edilməməsi qənaətinə gəlməklə iddiaçını miras əmlakda bərabər pay almaq hüququndan məhrum etmişdir; - 22 mart 1995-ci il tarixli, 2V-2-25 nömrəli vəsiyyətnamədən məlum olur ki, həmin vəsiyyətnamə vəsiyyət edən tərəfindən “imzalanmışdır”. Halbuki, işə əlavə olunmuş tibbi arayışdan və şahid ifadələrindən aydın görünür ki, vəsiyyət edən xəstə olduğuna, həmin vəsiyyətnaməni əqli və fiziki cəhətdən sərbəst imzalamaq imkanı olmadığına görə həmin səbəblər vəsiyyətnamədə göstərilməklə vəsiyyətnamə başqa şəxs tərəfindən imzalanmalı idi. Lakin vəsiy yətnamədən görünür ki, vəsiyyətnamə guya sağlam və anlaqlı olduğundan sərbəst şəkildə vəsiyyət edən tərəfindən “imzalanmışdır”; - iş materiallarına əlavə edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X23 arayışından məlum olur ki, vəsiyyət edən 1993-cü il tarixdən ölən günədək arayışda qeyd edilən ağır xəstəliklərdən əziyyət çəkdiyindən həmin vəsiyyətnaməni əqli və fiziki cəhətdən sərbəst şəkildə imzalamaq iqtidarında olmadığına görə notariusun iştirakı ilə başqa şəxs tərəfindən imzalanmalı olduğu halda, notarius tərəfindən həmin hərəkətlər edilməmiş, vəsiyyət edənin bioloji sağlığından sui-istifadə edilərək vəsiyyətnamə “təsdiqlənmişdir”; - işə baxan məhkəmə qeyd edilən həqiqi halları nəzərə almamış, iddia tələbini rədd etməklə Mülki Məcəllənin1225.1-1225.3-cü maddələrinin tələblərini pozmuşd ur; - iddia ərizəsinin əsasını təşkil edən vəsiyyətnamə imzalanan zaman vəsiyyət edənin ağır xəstə olması və ona görə də həmin vəsiyyətnaməni imzalamağa əqli cəhətdən imkanı olmaması və vəsiyyətnamənin mahiyyətini başa düşə bilməməsi işə əlavə olunmuş xəstəxananın tibbi arayışı və şahid ifadələri ilə tam sübut olunur. İşə baxan məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən, “Ağdaş rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən mərhum X4 imzaladığı sənədləri faktiki məzmununu dərk edib-etməməsinin mümkünlüyü barədə ekspert rəyinin “Məhkəmə Tibbi Ekspertiza və X12”nin xüsusi komissiyası tərəfindən verilməsinin məqsədə müvafiq olduğu qeyd edilsə də, həmin Birliyin konkret olaraq vəsiyyət edənin vəsiyyətnamə imzalanan vaxtı anlaqlı və ya anlaqsız olması barədə konkret rəy verməməsinin sə bəblərini, vəsiyyət edənin ölümündən sonra onun vəsiyyətnaməni imzalamaq iqtidarında olub-olmamasını dəqiq müəyyən etmək mümkün olmadığına görə ölümündən sonra bunu dəqiq müəyyən etmək üçün şahid ifadələrinə zərurət yarandığından bu istiqamətdə şahidləri dindirsə də, ekspertiza mərkəzi tərəfindən həmin şahidlərin dindirilməsinin hansı səbəbdən nəzərə alınmamasını qətnaməsində düzgün aydınlaşdırmamışdır.
28. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-517/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov, Vəzirxan Məlikov)
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edimi ş hallarına görə mərhum X10 tərəfindən, özünə məxsus bütün əmlaklar, o cümlədən Ağdaş rayonu, Şıxlı kəndində yerləşən fərdi yaşayış evi, Ağdaş rayon dövlət notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B2-25 reyestr nömrəli vəsiyyətnaməyə əsasən övladı (iş üzrə 3-cü şəxs X15 Feyruzovnanın anası) X8 vəsiyyət edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən vəsiyyətnamə tərtib olunarkən vəsiyyət edənin hərəkət edə bilməməsi və s. kimi dəlilləri məhkəmə iclasında təsdiq olunmamış, iddiaçı həmin dəlillərini əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi şahid ifadələrinə münasibətdə də düzgün qeyd etmişdir ki, iddiaçı tərəf in vəsatəti əsasında dindirilmiş şahidlərin verdikləri məlumatlar işin faktiki halları ilə uyğunluq təşkil etməməklə yaxın münasibətdə olduqları iddiaçı tərəfin iradəsinə Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Şikayət iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutları əlaqəli şəkildə şərh etməmiş, həmin sübutlardan demək olar ki, istifadə etməmiş və təqdim edilən sübutların qəbul edilməməsinin səbəblərini qətnaməsində aydın şəkildə izah etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə (1964) Maddə
39. Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Maddə
43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Maddə
44. Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla təl əb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Xarici ticarət əqdlərinin formasına və imzalanma qaydasına riayət etməmək əqdin etibarsızlığına səbəb olur. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməmişsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum edilmişlərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Maddə
537. Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil ol an və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrıayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Maddə
545. Vəsiyyətnamə tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Maddə
548. Vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirməyə və ya ləğv etməyə haqlıdır. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassas iya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasi ya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
39. İşdən görünür ki, iddia tələbi 2 mart 1995-ci ildə Cavabdeh 2B-2-25 reyestr nömrəsi ilə qeydiyyata alınmış vəsiyyətnamənin etibarsızlığı barədədir. İddiaçı tələbinin əsası kimi vəsiyyətnaməni verən anasının psixi vəziyyətinə görə həmin vaxt bunu mənasını başa düşməməsinə istinad etmişdir.
40. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçı vəsiyyətnamənin etibarsızlığı ilə bağlı istinad etdiyi halları sübut edə bilməmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr işin hallarını, buna uyğun olaraq, hüquq münasibətlərinin yarandığı vaxtı müəyyən edərək, mübahisəyə 1964-cü il Mülki Məcəllə sinin normalarını tətbiq etməklə iddianı təmin etməyərkən düzgün nəticəyə gəlmişlər.
42. Kassasiya şikayətinin 2000-ci il 01 sentyabrdan tətbiq edilən Mülki Məcəllənin normalarının pozulması barədə dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, iddiaçı 1995-ci ildə verilmiş vəsiyyətnaməni mübahisələndirir.
43. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Məhkəmələr də yuxarıda qeyd edildiyi ki, mübahisəyə onun yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin normalarını tətbiq etməklə prosessual qanunvericiliyin tələblərinə uyğun hərəkət etmişlər. Buna görə də mübahisəyə 2000-ci il 01 sentyabrdan qüvvədə ola n Mülki Məcəllənin normalarının tətbiq edilməli olması barədə dəlil hüquq münasibətinin yaranma tarixi baxımından əsaslı sayıla bilməz.
45. İşə əlavə olunmuş tibbi arayış və şahid ifadələrinə əsasən vəsiyyət edənin xəstə olması, onun həmin vəsiyyətnaməni əqli və fiziki cəhətdən sərbəst imzalamaq imkanının olmaması barədə kassasiya şikayətinin dəlili də əsassızdır.
46. Əvvəla, iddiaçı tibbi sənədlərlə anasının vəsiyyətnaməni əqli və fiziki cəhətdən sərbəst imzalamaq imkanı olmamasını sübuta yetirə bilməyib.
47. Bundan əlavə, bu halın şahid ifadələri ilə təsdiqi isə, ümumiyyətlə, istisna edilir. Belə ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
48. Hər hansı şəxsin psixi vəziyyətinin və bununla da həmin şəxsin əqdi imzalayarkən öz hərəkətlərinin mənasını başa düşməməsi halının müəyyən edilməsi xüsusi bilik tələb edən ekspertiza fəaliyyətinə aid məsələdir.
49. İşdən görünür ki, birinci instansiya məhkəməsi psixiatrik ekspertiza təyin etmiş, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 xx.xx.2023-cü il tarixli məktubuna əsasən mülki işin materialları əsasında vəsiyyət edənin psixi vəziyyəti haqqında ölümündən sonra rəy vermək mümkün olmadığından (B.Cəmiyevanının psixi xəstəliyi haqqında 1993-cü ildən heç bir məlumat aşkar edilməməsi) mülki iş materialları geri qaytarılmışdır.
50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-517/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.