Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2781/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı MMC-nin vəkili X4, Cavabdeh Əbülfəz qızı və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)3966/2019 saylı qətnaməsindən Cavabdeh Əbülfəz qızının kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-9/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim C.İ.Sə fiyeva) İddiaçı MMC (bundan sonra iddiaçı) Cavabdeh Əbülfəz qızına (bundan sonra cavabdeh) qarşı “mənzilə dair müqavilənin, maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddiası, həmçinin üçüncü şəxs X2 (bundan sonra üçüncü şəxs) Cavabdeh Əbülfəz qızına və İddiaçı MMC qarşı “mənzilə dair müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi öhdəliyinin həvalə edilməsi” barədə iddiası təmin edilərək, “xxxx” MMC ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqavilənin, həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanda inşa edilmiş 14 mərtəbəli yaşayış binasının 2-ci blok 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 85 kv.metr olan 112- saylı mənzilin üçüncü şəxsə təhvil verilməsinin iddiaçıya həvalə edilməsi qət edilib. Cavabdeh qətnaməd ən apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)3966/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Abbasov sədrlik edən, məruzəçi, Z.İ.Məmmədov və T.Q.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda inşa edilmiş 14 mərtəbəli yaşayış binasının 2-ci blok 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 85 kv.metr olan 112- saylı mənzilə dair “xxxx” MMC ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2010cu il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi ni xahiş edib. Eyni zamanda üçüncü şəxs də məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda inşa edilmiş 14 mərtəbəli yaşayış binasının 2-ci blok 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 85 kv.metr olan 112- saylı mənzilə dair “xxxx” MMC ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin ona verilməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüqu qi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili Ceyhun Qulamov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı MMC-nin vəkili Coşqun İsgəndərov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh vəkili Eldar Səfərov və üçüncü şəxs Xəqani Məmmədov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər dar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, müqaviləyə əsasən üçüncü şəxs cavabdehdən əvvəl mübahisəli mənzilin pay haqqını tam məbləğdə ödəməklə həmin mənzilə mülkiyyət hüququ əldə edib. Cavabdehlə müqavilə bağlarkən həmin mənzil artıq dörd ilə yaxın idi ki, üçüncü şəxsə satılmışdı. Başqa sözlə “xxxx” MMC ilə üçüncü şəxs arasında alqı-satqı müqaviləsi daha əvvəl bağlanıb və hazırda həmin müqavilə qüvvədədir, cavabdeh tərəfindən mübahisələndirilməyib və “xxxx” MMC isə ümumiyyətlə mənzilə dair hər hansı əqd bağlamaq hüququ olmayıb. Beləliklə də cavabdehlə müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıb və bu səbəbdən də həmin müqavilə etibarsızdır. Birinci instansiya məhkəməsi iddia tələblərini təmin etm əklə düzgün nəticəyə gəlib. Eyni zamanda mənzilin cavabdehə təhvil verilməsinə dair Abşeron rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin olmasına dair cavabdehin arqumentləri də əsassızdır. Belə ki, əvvəla, həmin qətnamə qanuni qüvvəyə minməyib, üçüncü şəxs həmin qətnamədən apelyasiya şikayəti verib və apelyasiya baxışı üzrə icraat isə hazırki işə baxılanadək dayandırılıb. Üçüncü şəxs həmin işdə iştirak edən şəxs olmayıb və həmin işdə iddianın predmeti tamam başqa mənzilin cavabdehə təhvil verilməsi olub. Bu səbəbdən də sözügedən qətnamə preyudisiallıq baxımından müəyyən olunmuş şərtlərə cavab vermədiyi üçün cavabdehin həmin qətnaməyə istinad etməsi əsaslı sayıla bilməz. Bundan başqa, mübahisə predmeti barəsində üçüncü şəxsin iddiası üzrə müddətin keçm əsi də mülki iş materialları ilə istisna olunur. Çünki üçüncü şəxs cavabdehlə bağlanan müqavilədən xəbərsiz olub. Bu hal onun Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsi və həmin şikayətin icraata qəbul edilməsi ilə də təsdiq olunur. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 178.8, 337.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmamışdır. Belə ki, xx xxxxxx 2007-ci il tarixl i müqaviləyə əsasən, “xxxx” MMC ünvan 2 ünvanda tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blok 9-cu mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 85 kv.metr olan 112- saylı mənzilini 2009-cu ilədək Xəqani Məmmədova təhvil verməyi, sonuncu isə mənzilin hər kvadrat metri üçün 300 ABŞ dolları olmaqla, cəmi 25.500 ABŞ dollarını “xxxx” MMC ödəməyi öz öhdəsinə götürmüşdür. xx xxxxxx 2007-ci il tarixli kassa mədaxil orderinə əsasən Xəqani Məmmədov tərəfindən sözügedən müqavilə üzrə “xxxx” MMC bütövlükdə 22.287 ABŞ dolları pul ödənilmişdir. Eyni zamanda,xx xxxxxx 2010-cu il tarixli müqaviləyə əsasən, “xxxx” MMC ünvan 2 ünvanda tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blok 9-cu mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 85 kv.metr olan 112- saylı mənzilini Cavabdeh təhvil verməyi, sonuncu i sə mənzilin hər kvadrat metri üçün 400 manat olmaqla, bütövlükdə 34.000 manat pulu “xxxx” MMC ödəməyi öz öhdəsinə götürmüşdür. xx xxxxxx 2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh tərəfindən 34.000 manat pul vəsaiti “xxxx” MMC ödənilmişdir. Bundan sonra, Abşeron rayon məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh və digərlərinin “xxxx” MMC qarşı “öhdəliyin icra edilməsinin həvalə edilməsi” barədə iddiası təmin edilərək, sözügedən mənzilin Cavabdeh təhvil verilməsi öhdəliyinin yerinə yetirilməsi vəzifəsinin “xxxx” MMC üzərinə qoyulması qət edilmişdir. Sonradan qətnamə qanuni qüvvəyə minmiş və xx xxx 2013-cü il tarixdə qətnamə üzrə icra vərəqəsi verilmişdir. Daha sonra, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərardadı ilə “xxxx” MMC qətnamədən apely asiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. “xxxx” MMC həmin qərardaddan verdiyi şikayətlərə isə apelyasiya və kasasiya qaydasında baxılaraq sözügedən qərardad dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərardadından isə görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsindən üçüncü şəxs Xəqani Məmmədov apelyasiya şikayəti vermiş və apelyasiya baxışı üzrə icraat hazırki işə baxılanadək dayandırılmışdır. İşə əlavə edilmiş icra məmurunun iştirakı ilə tərtib edilən xx xxxx 2018-ci il tarixli aktdan isə görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsi icra olunaraq sözügedən mənzil təmirsiz, boş vəziyyətdə təl əbkar Cavabdeh təhvil verilmişdir. Cavabdeh deməsinə görə mənzildə təmir işləri aparmışdır və bu gün də həmin mənzil onun sahibliyində, istifadəsindədir. Əvvəla, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə istinad edib, üçüncü şəxsin sözügedən mənzilin pay haqqını tam məbləğdə ödəməklə mənzilə mülkiyyət hüququ əldə etməsi qənaətinə gəlsə də, gəldiyi nəticəni qeyd olunan maddənin tələblərinə uyğun olaraq kifayət qədər araşdırmamışdır. Belə ki, üçüncü şəxslə bağlanan müqavilədə mənzilin ümumi dəyəri 25.500 ABŞ dolları göstərildiyi halda, sonuncu tərəfindən xx xxxxxx 2007-ci il tarixli “kassa mədaxil orderi”nə əsasən “xxxx” MMC hesabına bütövlükdə 22.287 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Göründüyü kimi mübahisəli mənzilin pay haqqının üçüncü şəxs tərəfindən tam məbləğdə, yəni 25.500 ABŞ dolları ödənilməsi mülki iş materialları ilə istisna edildiyi halda, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə istinad edərək, üçüncü şəxsin mənzilə mülkiyyət hüququ əldə etməsi qənaətinə gəlmişdir. Digər tərəfdən, “xxxx” MMC (hazırki adı “xxxx” MMC) təşkilati hüquqi formasına görə Kooperativ deyil, Məhdud Məsuliyyətli Cəmiyyətdir. Mübahisəli mənzilə dair iddiaçı ilə cavabdeh arasında, eləcə də üçüncü şəxs arasında bağlanmış müqavilələr öz məzmumuna görə əslində podrat müqaviləsidir. Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa təlabatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 109-3-cü maddəsində göstərilir ki, kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Həmin Məcəllənin 111.3.3-cü maddəsinə görə, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Apelyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələbləri üzrə heç bir araşdırma aparmadan, “xxxx” MMC təşkilati hüquqi formasına, mübahisəli mənzilin hüquqi vəziyyətinə aydınlıq gətirmədən, təşkilatı hüquqi formasına görə Kooperativlə MMC fərqli hüquqi şəxslər olmasına diqqət yetirmədən, hazırki mülki mübahi səyə Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərini tətbiq etməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu isə, MPM-nin 418.1 və 418.2-ci maddələrinin tələblərinə görə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Kasasiya instansiyası məhkəməsi eyni zamanda artıq formalaşmış məhkəmə təcrübəsini nəzərə alıb hesab edir ki, mənzil və qeyri-yaşayış sahələrinin tikintisi ilə məşğul olan MMC ilə ayrıayrı şəxslər arasında yaranan münasibətlər podrat münasibətləri hesab edilməklə, onlar arasında öhdəlik hüquq münasibətləri podrat müqaviləsinə əsasən əmələ gəldiyindən, belə münasibətlərə podrata aid normalar tətbiq edilməli dir. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı bir məmulatın hazırlanması nəzərdə tutulursa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayırsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Maddənin mənasına görə, “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” ifadəsi, yəni hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verməsi məhz podratçının vəzifəsi kimi müəyyən edilib. Həmin Məcəllənin 452.1-ci maddəsində isə göstərilir ki, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak h ələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələbləri baxımından mübahisəli mənzilin xx xxxxxx 2007-ci il tarixli müqavilə üzrə üçüncü şəxsin sahibliyinə, istifadəsinə verilməsi öhdəliyi “xxxx” MMC tərəfindən icra edilmədiyi halda, üçüncü şəxsin həmin mənzili ötən müddət ərzində cavabdehdən geri tələb etməklə, müqavilədə nəzərdə tutulmuş şərtlərlə ona verilməsini tələb etməməsinin səbəblərini araşdırmadan, həmin mənzillə bağlı 2013-cü ildən “xxxx” MMC ilə cavabdeh arasında uzun-uzadı məhkəmə çəkişmələrinin davam etməsinə və sonda mənzilin sonuncunun sahibliyinə, istifadəsinə verilməsi ilə üçüncü şəxs in həmin mənzili tələb etmək hüququnun aradan qalxmasına əhəmiyyət vermədən, ümumiyyətlə sonuncu ilə bağlanmış müqavilənin həqiqiliyini yoxlamadan, bunun üçün ən azından iş üzrə müvafiq ekspertizalar keçirib üçüncü şəxslə bağlanmış müqavilənin geri tarixlə tərtib edilib-edilməməsini, müqavilədəki imzanın “xxxx” MMC qanuni təmsilçilərinə, möhürün isə “xxxx” MMC məxsus olub-olmamasını araşdırmadan, bu barədə əsaslandırılmış rəy almadan, cavabdehin çoxsaylı vəsatətlərinə hüquqi qiymət vermədən, həmin müqavilənin Cavabdeh və digərlərinin “xxxx” MMC qarşı “öhdəliyin icra edilməsinin həvalə edilməsi” iddiasına dair mülki işə baxılarkən, sonuncu tərəfindən məhkəmədən gizlədilməsini nəzərə almadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Mübahisəli mənzilə dair cavabdehlə iddiaçı arasında məhkəmə çəkişmələrinin 2013-cü ildən davam etməsi, sonuncunun həmin mənzilə dair xx xxxxxx 2007-ci il tarixdə üçüncü şəxslə müqavilə bağlamasını məhkəmədən gizlətməsi və mənzili cavabdehdən əvvəl üçüncü şəxsə satdığını qeyd etdiyi halda, məhz üçüncü şəxsin mənafeyi üçün hazırki iddianı qaldırması da, “xxxx” MMC ilə üçüncü şəxsin mənafelərinin üst-üstə düşdüyünü təsdiq edir və bu hal açıq-aşkar üçüncü şəxsin əvvəlki məhkəmə çəkişmələri barəsində məlumatsız olması, iddiaçının onu məlumatlandırmaması qənaətinə gəliməyə əsas vermir. Ona görə də kasasiya instansiyası məhkəməsi, üçüncü şəxsin cavabdehlə bağlanmış müqavilədən xəbərsiz olması və bu halın onun Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsi ilə təsdiq edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmır. Belə ki, mübahisəli mənzilə dair cavabdehlə müqavilə bağlanmasından 7 ildən sonra iddiaçı və üçüncü şəxs cavabdehə qarşı eyni məzmunlu iddia ərizələri ilə məhkəməyə müraciət etməklə kəsici müddəti də ötürmüşlər. Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilir ki, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kasasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, əslində kəsici müddətdir. Yəni hə min müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, eyni mənafedən çıxış edən iddiaçının, o cümlədən üçüncü şəxsin nə vaxtdan sözügedən müqavilənin etibarsız sayılmasına əsas verən halları bilmələrini və ya bilməli olmalarını kifayət qədər araşdırmadan, onların kəsici müddəti ötürməmələrinə dair işin halları barədə səhv nəticəyə gəlmiş və iddiaçının tələbinə münasibətdə nəyə görə kəsici müddəti tətbiq etməməsini ümumiyyətlə qətnamədə əsaslandırmamışdır. Daha sonra, işə baxan məhkəmələr “xxxx” MMC ilə cavabdeh arasında bağlanmış müqavilənin uydurma əqd olduğunu, yəni həmin müqavilənin X5in və digərlərinin “xxxx” MMC-nə verəcəkləri tikinti materiallarına görə bağlandığını, lakin tikinti materiallarının verilmədiyni və cavabdehin mənzilə görə “xxxx” MMC hər hansı məbləğdə pul ödəmədiyini göstərsələrdə, gəldikləri nəticəni Mülki Məcəllənin 340.1-ci maddəsinin tələbləri baxımından kifayət qədər əsaslandırmamışlır. Belə ki, həmin maddənin mənasına g örə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanan əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Əvvəla, işdən görünür ki, mübahisəli mənzilə dair “xxxx” MMC ilə cavabdeh arasında xx xxxxxx 2010-cu il tarixli müqavilə bağlanıb və həmin müqaviləyə əsasən cavabdeh tərəfindən “xxxx” MMC hesabına 34.000 manat məbləğində pul köçürülüb. Bu hal “xxxx” MMC tərəfindən cavabdehin adına verilmiş xx xxxxxx 2010-cu il tarixli maliyyə arayışı, habelə Abşeron rayon məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsinin surəti ilə də təsdiq olunur. Digər tərəfdən, işdə qeyd olunanların əksini, yəni sözügedən müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Halbuki, MPM -nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Daha sonra, apelyasiya instansiyası məhkəməsi bir tərəfdən cavabdehlə bağlanmış müqaviləni əhəmiyyətsiz əqd hesab etdiyi halda, digər tərəfdən iddiaçının və üçüncü şəxsin tələblərinə əsasən həmin müqaviləni etibarsız hesab etməklə ziddiyyəti nəticəyə gəlmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinin hazırki mülki mübahisəyə tətbiq edilməsinin mümkünlüyünü müzakirə etməmişdir. Həmin maddənin mənasına görə, əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) on un dəyərini pulla ödəməlidirlər. Göründüyü kimi, sözügedən maddi hüquq norması əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, yəni alıcının ödədiyi məbləğin cavabdeh tərəfindən ona qaytarılmasını ehtiva edir. Əqd etibarsız hesab edildikdə ümumi qaydaya görə hər bir tərəf əqd üzrə aldığını digər tərəfə qaytarmalıdır. Mülki hüquq nəzəriyyəsində bu hala ikitərəfli restitusiya deyilir. Alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda onun dəyəri ödənilir. Bundan başqa, əqdin etibarsız hesab edilməsinin ümumi nəticələri ilə bərabər xüsusi nəticələri də ola bilər. Bu, alınan əmlakdan istifadə, görülmüş iş, göstərilmiş xidmətlərlə əlaqədar zərərin, əldən çıxmış gəlirin ödənilməsində özünü göstərir. Əqd etibarsız hesab edildikdə tərəflər biri-birindən həmin xərclərin ödənilm əsini də tələb edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Əbülfəz qızının kasasiya şikayəti qismən təmin edilsin, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3966/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2781/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2781/2020
06.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver