Məhkəmə qərarları › İş №2(102)-2781/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2781/2023

27.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2781/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-842/2023 nömrəli, 14 mart 2023-cü il tarixl i qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər Deputatlar Soveti İcraiyyə Komitəsinin 16 may 1962-ci il tarixli 27/919 nömrəli qərarına əsasən 26 Bakı Komissarı adına NQÇİ-nə mədən ərazisi ayrılmış və onun sərhədləri müəyyən edilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş "xxxx" İB-nin “Bibiheybətneft” NQÇN-nin daimi istifadəsində olan torpaq sahələri barədə topoqrafik plan-xəritəyə əsasən Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin olduğu ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı daimi istifadəsində olan torpaq sahəsində yerləşmişdir.

3. İddiaçı “Bibiheybətneft” NQİ-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş və imzalanmış 7 iyun 2010-cu il tarixli akta əsasən "xxxx" İB-nin “Bibiheybətneft” NQÇN-nin daimi istifadəsində olan torpaq sahəsində Bakı şəhəri, Səbail rayonu, 2-ci Səlyan döngəsi, ö/t 20B ünvanında Cavabdeh yaşadığı özbaşına tikili müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci Səlyan döngəsi, ö/t 20B ünvanında yerləşən özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, cavabdehin və onunla yaşayan ailə üzvləri ilə birlikdə qanunsuz tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “Bibiheybətneft” NQÇİ-nin (26 Bakı Komissarı adına NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər icra Hakimiyyətinin (keçmiş Bakı şəhər X2 icraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmış və o Səbail rayonu ərazisində ən azı 1962-cı ildən fəaliyyət göstərərək neft-qaz hasilatını həyata keçirmişdir. Göründüyü kimi, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikint i işləri aparılmışdır. Torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaratmışdır. İddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunmuşdur.

6. Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, mübahisəli evi 2007-ci ildə alqı-satqı müqaviləsinə əsasən satın almış, həmin evə dair ona 19 saylı MİS tərəfindən mənzil kirayəçisi haqqında məlumat vərəqi verilmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-3350/2010 nömrəli iş üzrə 16 dekabr 2010-cu il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Bibiheybət” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən qeyri-qanuni tikili inşa edilmişdir. Həmin tikili barədə cavabdeh tərəfin təqdim etdiyi xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin surəti və 15198 saylı mənzil kirayəçisi haqqında məlumat vərəqinin surəti, daşınmaz əmlak üzərində hüquq müəyyənedici sənədlər olmadığından, cavabdeh tərəfin etirazı əsassız olmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, dövlət müəssisəsi olan “Bibihe ybət” NQÇİ-nin daimi istifadəsinə verilmiş torpaqlar sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olduğundan və həmin torpaqların təyinatının dəyişdirilməsi, habelə hər hansı bir şəxsin istifadəsinə verilməsi barədə heç bir sənəd olmadığından iddia tələbi əsaslı olmuşdur.

10. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş, bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 144.1, 180-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 22, 46, 111-ci, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu nun 6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə sorğusuna cavab olaraq AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş 30 mart 2011-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 2 ünvanda yerləşən mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində qalan torpaqlara aid olmaqla, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunmuş "xxxx" İB-nin “BibiHeybət” NQÇİ-nin istifadəsində olan torpaq sahəsinin topoqrafik planına əsasən Dövlət Neft Şirkətinin ərazisinin daxilin də yerləşmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1332/2011 nömrəli mülki iş üzrə 30 mart 2011-ci il tarixli qətnaməsi ilə (hakimlər İsmayıl Vəliyev (sədrlik edən və məruzəçi), Gündüz Quliyev və Sevda Hüseynova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hal, yəni mübahisəli torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 674 saylı sərəncamı ilə ARDNŞ-nin nəzdində olan “Bibiheybətneft” NQÇİ-nin istifadəsindən geri alınması məhkəmə araş dırılması zamanı sübuta yetirilməmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 180, 241.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 22, 68, 109, 111, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2452/2011 nömrəli mülki iş üzrə 25 avqust 2011-ci il tarixli qərarı ilə (hakimlər Ənvər Şadiyev (sədrlik edən və məruzəçi), İslam Əliyev və Şahmurad Hidayev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin yaşadığı tikilinin ARDNŞ-nin İddiaçı “Bibiheybət” NQÇİ-nin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahəsinin heç bir qanuni icazə olmadan özbaşına zəbt olunmaqla inşa edildiyi iş materiallarında olan sənədlərlə və işin apellyasiya instansiya məhkəməsinin araşdırılmış halları ilə tam təsdiq edilmişdir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 180, 241.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 2 2, 68, 109, 111, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. d) Avropa İnsan Hüquqları Məhkəməsindəki icraat

21. Cavabdeh İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edərək, onun işinə baxılarkən Konvensiyanın 8-ci maddəsi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə (yəni mülkiyyət hüquqlarının pozulması) dair pozuntuların müəyyən edilməsini xahiş etmişdir.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı ilə məhkəmə yekdilliklə Konvensiyanın 8-ci maddəsinə əsaslanan şikayəti məqbul, ərizənin qalan hissəsini isə qəbul edilməz elan etmiş, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan çıxarılma qərarı icra edilərsə, Konvensiyanın 8-ci ma ddəsinin pozulacağını, pozuntunun müəyyən edilməsinin özlüyündə ərizəçinin dəymiş olduğu mənəvi zərər üçün kifayət qədər ədalətli kompensasiya təşkil etdiyini qərara almış, ərizəçinin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd etmişdir.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin şikayətlə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən ə mlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi mənafe hüququ veribverməməsidir (baxın: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016- cı il).

24. Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünmüşdür ki, Azərbaycan qanunvericiliyinə görə icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın: İvanova və Çerkezov Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sent yabr 2018-ci il). Hazırkı işdə ərizəçi evi özü tikməmiş, başqa şəxsdən almışdır. Daxili qanunlar daşınmaz əmlakla bağlı əqdlərin notarius tərəfindən təsdiqini açıq şəkildə tələb edir və ərizəçi ilə satıcı tərəfindən imzalanmış alqı-satqı müqaviləsində, həqiqətən, müqavilənin imzalanması üçün tərəflər tərəfindən boş buraxılmış razılaşdırılmalı olan tarixlə bağlı müddəa olmuşdur. Bundan başqa, Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinə uyğun olaraq Dövlət reyestrinə heç bir qeyd daxil olmamışdır. Ərizəçinin alqı-satqı müqaviləsinin notarius tərəfindən təsdiq edilməməsi və dövlət reyestrində qeyd edilməməsi Hökumətin iddia etdiyi kimi, evə dair müvafiq tikinti və mülkiyyət sənədlərinin olmaması ilə izah edilə bilər. Buna görə də ərizəçi evi alarkən onun icazəsiz tikinti olduğunu bilirmiş və ya bilməli imiş.

25. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır ki, bu da ərizəçinin həmin müddəalarının sözügedən evə münasibətdə tətbiq edilməyəcəyinə inanmasına səbəb olmuşdur (Öneryıldız, § 128 ilə müqayisə edin).

26. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İstismar İdarəsi tərəfindən sənəd verilmiş və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmiş və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (yuxarıda göstərilən Öneryıldız, § 105 və Barahona Guachamin və digərləri İtaliyaya qarşı kk. № 33295/15, § 67, 4 dekabr 2018 ilə müqayisə edin). Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıda qeyd olunan Öneryıldız, §§ 105 və 127, Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007-V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin).

27. Müəyyən müddət ərzində d övlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu, özlüyündə evin sökülməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olmaq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonavius və başqaları Rusiyaya qarşı, № 19841/06, §§ 117-18, 11 oktyabr 2016-cı il, və Barahooa və başqaları, §§ 67-68 ).

28. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından ərizəçinin evi aldıqdan sonra təmir etdirdiyi görünsə də, evin qanuni sahibi olmayan ərizəçi bilməli idi ki, evdə abadlıq işləri aparmaqla ona məxsus olmayan daş ınmaz əmlaka investisiya etmişdir. Bundan əlavə, ərizəçi söküntü qərarının onun daşınan şəxsi əşyalarına təhlükə yaradacaq şəkildə icra olunacağını iddia etməmişdir.

29. Ona görə məhkəmə belə qənaətə gəlmişdir ki, şikayətin bu hissəsi (1 saylı Protokolun 1-ci maddəsi) 35-ci maddənin 3-cü bəndinin (a) yarımbəndinin mənasında Konvensiyanın müddəaları ilə bir araya sığmır və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

30. Avropa Məhkəməsi ərizəçinin onun əmlakının sökülməsi ilə bağlı ona pul ödənilməli olması ilə əlaqədar şikayəti ilə bağlı qeyd etmişdir ki, ərizəçiyə sözügedən evi onun hesabına sökmək barədə qərar verilmişdir. Ərizəçinin üzərinə qoyulan belə bir öhdəlik onun mülkiyyətindən dinc istifadə etmək hüququna müdaxilədir. Buna görə də söküntü sifarişinin həmin hissəsi nə 1 saylı Protokolun 1-ci maddəsi tətbiq edilir. Bununla belə, ərizəçi şikayətin bu hissəsini sözügedən müdaxilənin qanuniliyi və ya mütənasibliyi məsələsinin olduğunu sübut edən dəlillərlə əsaslandırmamışdır. Ona görə şikayətin həmin hissəsi də açıq-aydın əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Məhkəmə qeyd etmişdir ki, bu şikayət nə açıq-aşkar əsassızdır, nə də Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməzdir. Buna görə də o, məqbul elan edilməlidir.

32. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev" anlayışı qanuni şəkildə zəbt olunm uş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X1rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur.

33. Məhkəməyə verilən son məlumatın tarixinə qədər ərizəçi hələ də evdən çıxarılmamışdır. Bundan əlavə, vəzifəsi hər hansı müvafiq hadisələr barədə məhkəməni məlumatlandırmaqdan ibarət olan ərizəçi bu günə qədər 2015-ci ildən sonra çıxarılma qərarını n icra edildiyini iddia etməmişdir. Buna görə də, məhkəmə sözügedən qərarın təmin edilmədiyi mövqeyi tutaraq işə baxacaq. Buna baxmayaraq, çıxarılma qərarı məhkəmənin yekun qərarı ilə qüvvədə saxlanılmış və icra edilə bilən elan olmuş, ərizəçi ona qarşı əlavə hüquqi müraciətə malik deyil. Müvafiq olaraq, məhkəmənin ərizəçinin evinə hörmət hüququna müdaxilə edildiyinə şübhə etmək üçün heç bir əsası olmamışdır.

34. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən Mülki Məcəllənin 180-cı maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək, yerli məhkəmələ rin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə...zəruri olduğunu” iddia etsə də, hazırkı işin vəziyyətində Məhkəmə bu müdaxilənin “Azneft’in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir. Buna görə də, müdaxilənin qarşıya qoyulan məqsədlə mütənasib olub-olmadığını və beləliklə, “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını müəyyən etmək qalmışdır.

35. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq Konvensiyanın 8-ci maddəsinə əsasən müv afiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməli dirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50., AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53).

36. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və çəlişən maraqları qarşılaşdıra bilməmişlər (Ka minskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin).

37. Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə "xxxx" yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).

38. Hökumət ərizəçinin daxili qanunvericiliyə uyğun olaraq digər hüquqi müdafiə vasitələrindən istifadə etməklə onun çıxarılmasının mütənasibliyinə dair lazımi ekspertiza əldə edə biləcəyini iddia etməmişdir. Düzdür, daxili qanunvericilik ümumilikdə məhkəmələrdən qanuni qüvvəyə minmiş qərarın i crasının təxirə salınmasını və ya məhkəmə icraçılarının qərarın icrasının təxirə salınmasını tələb etmək imkanını nəzərdə tutmuşdur. Bununla belə, müvafiq presedent hüququna istinadlarla dəstəklənən bu ehtimalın münasibliyinə aid inandırıcı dəlillər olmadığına görə Məhkəmə belə nəticəyə gəlməlidir ki, ərizəçi bu yoldan istifadə etsə belə, onun əldə edə biləcəyi yeganə şey evdən çıxarılması qərarının mütənasibliyinin hərtərəfli yoxlanılmasının təsirlərindən daha çox müvəqqəti möhlət olarmış, (yuxarıda adı çəkilən İvanova və Çerkezovla müqayisə edin, § 57).

39. Nəhayət, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da iddia edilməmişdir. Bundan əlavə, ərizəçi dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda, hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi onların sığınacaqda yerləşdirilməsinin qəbul edilən olacağını da iddia etməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir.

40. Ona görə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır. e) Ali Məhkəmənin Plenumunda icraat

41. Ali Məhkəmənin Plenumunun 30 sentyabr 2022-ci il tarixli 13(102)-5(a)/2022 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 2(103)-1332/2011 nömrəli iş üzrə 30 mart 2011-ci il tarixli qətnaməsi və onunla bağlı kassasiya instansiyası məhkəməsinin 2(102)-2452/2011 nömrəli iş üzrə 25 avqust 2011-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansıyası məhkəməsinə göndərilmişdir.

42. Ali Məhkəmənin Plenumu hazırkı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2021-ci il 18 noyabr tarixli Qərarında şərh edilənlərlə razılaşaraq hesab etmişdir ki, cavabdehin hesabına tikilinin sökülməsi, onların evdən çıxarılması tələbinə baxılarkən yol verilmiş pozuntuların aradan qaldırılması və mübahisənin Qərarda şərh edilən Konvensi yanın 8-ci maddəsinin tələbləri fonunda yenidən araşdırılması təmin olunmalıdır.

43. İşə yenidən baxan apellyasiya məhkəməsi mübahisəli hüquqi məsələlərlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında şərh edilənlərə uyğun hüquqi dəyərləndirmə aparmaqla məsələ ilə bağlı yekun nəticəyə gəlməlidir.

44. O cümlədən mütənasiblik yoxlanılarkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında qeyd olunduğu kimi qanunsuz evin kim tərəfindən, nə vaxt inşa edilməsi, müvafiq orqanların tikintiyə ağlabatan müddət ərzində reaksiya verib-verməməsi, söküntünün aparılmasında iddiaçının maraqları, torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmamasına dair sübutların mövcudluğu, cavabdehlərin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı hallar aydınlaşdırılaraq nəzərə alınmalıdır.

45. Plenum öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 431-1, 431-4, 431.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

46. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-842/2023 nömrəli mülki iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Pərviz Hüseynov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında şərh edilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin mövq eyi ondan ibarət olmuşdur ki, yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, sözügedən ev cavabdehin yeganə evi olduğu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağı labüddür. Bundan başqa cavabdehin izahatı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında şərh edilənlərə əsaslandırılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, yaşlı və təqaüdçüdür, məhkəmə mübahisələri getdiyi bu uzun müddət ərzində maddi və sosial vəziyyətində heç bir irəliləyiş olmamışdır. Mübahisəli evin yerləşdiyi ərazilər isə yeni evlər və qeyri-yaşayış sahələri ilə əhatə olunmuşdur. Bunu təsdiq edən fotoşəkilləri də təqdim etmişdir. Yenə də qızı ilə birgə yaşamış və qızı da işlə məmişdir.

48. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin dəlillərini təkzib edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla da iddiaçı iddiasının əsaslı olduğunu sübut edə bilməmişdir.

49. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə bərabər, eyni zamanda məhkəmə kollegiyasının nəzərinə çatdırmışdır ki, qətnamənin nəticə hissəsində '‘Qətnamə cavabdeh müvafiq qurum tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra icra edilsin” kimi qeydin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qətnamənin icrası ilə bağlı məsələ qətnamənin icrası mərhələsinə aiddir.

50. Məhkəmə öz mövqeyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.20 21ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

51. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

52. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" İB-nin əsas məqsədi Dövlət Neft Şirkətinə məxsus olan karbohidrogen yataqlarının kəşfiyyatını, hazırlanmasını, tikintisini, işlənməsini, neftin, qazın, qaz kondensatının hasil edilməsini və müvafiq qaydada təhvil verilməsini, eləcə də sahədə mövcud olan texnoloji sistemlərin və istehsalatların etibarlı istismarını və inkişafını təmin etməkdir. Birlik, Dövlət Neft Şirkətinin tapşırıqlarına əsasən, quru və dəniz sahəsində onun istifadəsinə verilmiş neft və qaz yataqlarında geoloji kəşfiyyat işlərini həyata keçirmək, neft və qaz quyularının tikintisini və işlənməsini təmin etmək, neft və qaz quyularının effektiv şəkildə istismar edilməsi sahəsində xidmətlər göstərmək, neft və qaz ehtiyatlarının artırılmasını təmin etmək və s. əməliyyatları həyata keçirir. Mübahisəli özbaşına tikilidən 104 və 124 metr məsafədə müvafiq olaraq 3716 və 2959 saylı istismar edilən işlək, 25 və 42 metr məsafələrdə isə müvafiq olaraq 1928 və 1436 saylı ləğv olunmuş neft-qaz quyuları yerləşmişdir. Həmin quyuların yerləşdiyi sahədə məhsuldar neftli-qazlı laylar mövcud olmuşdur. Həmin quyuların istismarı davam etmiş və digər dərinlik horizontlarına keçid üçün ləngimədən yeni quyuların qazılmasına zərurət olmuşdur. Hazır da yuxarıda qeyd edilən quyuların ətrafında özbaşına tikililərin mövcudluğu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İB tərəfindən neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə, yeni quyuların qazılmasına maneçilik törətmiş, bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq dövlətin gəlirlərinin azalmasına səbəb olmuşdur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amil olçuş, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirmişdir.

53. Kassator qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” Qaydalarına görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdən də görünmüşdür ki, mübahisəli özbaşına tikili ilə işlək vəziyyətdə olan 3716 saylı quyu arasındakı məsafə 104 metr, 2959 saylı quyu arasında olan məsafə isə 124 metr təşkil etmişdir. Ləğv olunmuş 1928 saylı quyu ilə tikili arasındakı məsafə 25 metr, 1436 saylı quyu arasındakı məsafə isə 42 metr təşkil etmişdir. Həmin tikilinin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində yerləşməsi, nəinki həmin tikilidə yaşayanların həyatı üçün təhlükəli olmuş, eyni zamanda iddiaçıya neft-qaz çıxarılması üçün müvafiq əməliyyatların həyata keçirilməsinə maneçilik törətmişdir. Mübahisəli tikilinin yerləşdiyi ərazidə qazılmış 3716, 2959, 1928, 1436 saylı quyulardan 3716 (gündəlik neft hasilatı 2,0 t), 2959 (gündəlik neft hasilatı 1 t) saylı quyular hazırda işləmiş, 1928 və 1436 saylı quyular isə ləğv edilmiş, həmin sahədə məhsuldar neftli-qazlı layların mövcudluğu nəzərə alınaraq, dərinlik horizontlarına keçid üçün ləngimədən yeni quyuların qazılması zəruri olmuşdur.

54. Cavabdehin başqa bir yaşayış sahəsi ilə təmin edilməsi məsələsi ilə bağlı kassator qeyd etmişdir ki, həmin məsələ iddiaçının səlahiyyətlərinə aid olmamışdır. Cavabdeh iddiaçının qanuni istifadəsinə verilmiş, yaşayış ü çün təhlükəli olan və neft-qaz çıxarılması üçün müvafiq əməliyyatlar keçirilən ərazidə özbaşına tikili alarkən və ya tikərkən mümkün riskləri və onun nəticələrini bilməli idi. Buna görə də, iddiaçının cavabdehin hər hansı yaşayış sahəsi ilə təmin etmək kimi öhdəliyinin olmağından söhbət gedə bilməz.

55. Kassator qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin özbaşına tikilinin yerləşdiyi torpaq sahəsində məhsuldar neftli-qazlı layların mövcudluğu nəzərə alınaraq, dərinlik horizontlarına keçid üçün ləngimədən yeni quyuların qazılmasının zəruri olması ilə bağlı sənədlər təqdim edilmiş, məhkəmə tərəfindən həmin sənədlərin nə üçün qəbul edilməməsi əsaslandırılmamışdır. Halbuki, AHİM qərarına əsasən, mübahisəli torpaq sahəsinin təcili olaraq neft əməliyyatları və ya hər hansı digər sənaye təyinatlı işlənmə məqsədləri üçün "xxxx" İB-yə lazım olub-olmadığı aydınlaşdırılmalı idi.

56. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 111-ci, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 220-ci maddələrinə, “Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

57. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

58. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna l azımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

59. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

60. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

61. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

68. Q anunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

70. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

71. Qanuna əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

72. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanun i istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilidir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

73. Məhkəmə kollegiyası iddianın həllinə dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır ona görə ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi koordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir.

74. İşə baxan məhkəmələr Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinin dispozisiya şərtlərini nəzərə alaraq yaşayış yerinin sökülməsi barədə nəticəyə gəlsələr də, qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hazırki iş üzrə qərarında bu qəbildən olan işlərə baxılan zaman Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilən “mənzilə hörmət” hüququnun qorunmasını dövlətin pozitiv öhdəliyi kimi tanımışdır.

75. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neftqaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2004-cü il 1 iyul tarixli 296 nömrəli Sərəncamına uyğun olaraq, 2004-cü il sentyabrın 29-da bağlanmış Saziş əsasında qanunsuz yaşayış yerlərinin yerləşdiyi torpaq sahələrinə müstəsna hüquq əldə etmiş şirkətlər (operator şirkətlər) tərəfindən özbaşına tikilmiş yaşayış yerlərinin sökülməsi ilə bağlı qaldırılmış iddialar üzrə yekun məhkəmə qərarı qəbul edərkən və qərarın icra mexanizmini müəyyən edərkən məhkəmələr aşağıda qeyd olunan halları mütləq nəzərə almalıdırlar.

76. Ona görə də işə yenidən baxan apellyasiya məhkəməsi iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə mütənasibliyi və “demokratik cəmiyyətdə zəruri” olub-olmaması məsələsini dəqiq müəyyən etməlidir. Buraya evin qanunsuz tikilibt ikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyriqanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmaması və sair diqqətəlayiq hallar aid edilə bilər.

77. Bundan başqa, qanunsuz tikilmiş yaşayış yerinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmaması məsələsini ətraflı araşdırmalıdır. Belə araşdırma özlüyündə qərar qəbul edən məhkəməyə imkan verəcəkdir ki, vətəndaşın şəxsi şəraitinin hallarını nəzərə almaqla müdaxilənin (söküntünün, çıxarılmanın və s.) mütənasibliyini təmin edə bilsin və onun yaşayış yerinə müdaxilənin adekvat şəkildə yenidən baxılma sına imkan verən proseduru təsbit etsin.

78. Avropa Məhkəməsi, Konvensiyanın 8-ci maddəsinin pozuntusunu mənzilin toxunulmazlığına hörmət kontekstində təsbit etdiyi qərarlarında, o cümlədən “Əhmədova Azərbaycana qarşı” işi üzrə qərarında yuxarıda qeyd edilən halların araşdırılmaması ilə qəbul edilmiş qərarın icra olunması durumunda Konvensiyanın 8-ci maddəsinin pozulacağını bəyan etmişdir.

79. Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və norma larının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”.

80. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən i şə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmad ığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedqn evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.

81. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sök ülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

82. Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir.

83. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair və cavabdehin başqa yaşayış yerinin olub-olmamasına dair dəlillər üzrə araşdırma aparmalı, bu halların mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər.

84. Bununla yanaşı, qətnamənin əsaslandırıcı hissəsində çıxarılması tələb olunan cavabdehin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduqları halda, onlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilməlidir.

85. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq, yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, eləcə də dövlət mənzil fonduna daxil olan sosial kirayə müqavilələrinin bağlanması səlahiyyətləri yerli icra hakimiyyəti orqanlarına aid edildiyindən işlərə baxılması zamanı sökülməsi tələb olunan tikililərin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanlarının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmələri təmin edilməlidir.

86. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçının tələbləri və cavabdehin etirazları əmla k və mənzil hüquqlarına müdaxilənin qanuniliyi (qanunda nəzərdə tutulması, qanuni məqsədə yönəlməsi və mütənasibliyi) baxımından qiymətləndirilməli, gəlinən nəticə qanunvericiliyə uyğun şəkildə əsaslandırılmalıdır.

87. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

88. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “14” “mart 2023-cü il tarixli 2(103)-842/2023 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar