Məhkəmə qərarları › İş №2(102)-2786/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2786/2025

10.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2786/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual məsələlər, kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə, prosessual müddətin ötürülməsi, müddətin bərpası barədə ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsndə inşa edilmiş özbaşına tikililərin sökülməsi, ərazinin əvvəlki vəziyyətinə gətirilərə k boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-118/2024 nömrəli, 2025-ci il 13 may tarixli qərardadından cavabdeh "xxxx" MMC-nin direktoru – təsisçisi X2 hüquqi varisi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə 2025-ci il 10 sentyabr tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin sökülməsi, ərazinin əvvəlki vəziyyətinə gətirilərək boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, ünvan 1 ünvanında (yeni qaydalarla: AZ5206 Salyan şəhəri, X21 küçəsi, 31 A) iddiaçının xüsusi mülkiyyətində olan **********43 reyestr nömrəli ümumi sahəsi 0,0357 ha olan torpaq sahəsinin və bu torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş hissəsində inşa edilmiş özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, eləcədə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Salyan Rayon Məhkəməsinin 2023-cü il 9 avqust tarixli, 2(057)-121/2023 nömrəli qətnaməsi ilə (hakim X11) iddia qismən təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlə t Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin vermiş olduğu xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışa əsasən ünvan 1-də yerləşən İddiaçı mülkiyyətində olan 0,0357 ha torpaq sahəsində cavabdeh "xxxx" MMC-nin inşa etdirdiyi bir ədəd ayaqyolunun sonuncunun hesabına sökülməsi və həmin ayaqyolunun yerləşdiyi ərazinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması və mülkiyyətçiyə geri qaytarılması, iddiaçının ödədiyi dövlət rüsumunun əlli faizinin cavabdehə aid edilməsi, cavabdeh "xxxx" MMC-dən 50 manat pulun alınıb İddiaçı verilməsi, Azərbaycan Respublikası ƏMDKY DƏDRX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu rəyə görə iddiaçının ödədiyi 95 manat pulun cavabdeh "xxxx" MMC-dən tutulub İddiaçı (nümayəndəsi X9) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-ci il 23 avqust tarixli, 2(106)-118/2024 nömrəli qətnaməsi ilə (hakimlər - X12 (sədrlik edən və məruzəçi), X13 və X14) apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 09 avqust 2023cü il tarixli 2(057)-121/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının (27 iyun 2024-cü il tarixli 10/4574 saylı rəy üzrə) dəyəri qismində 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

5. Nümayəndə ərizələrlə məhkəməyə müraciət edərək hazırkı mülki iş üzrə cavabdeh "xxxx" MMC-nin direktoru – təsisçisi X2 hüquqi varisi qismində tanınması və iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir.

6. Nümayəndə müddətin buraxılmasını onunla əsaslandırmışdır ki, elektron sistem vasitəsilə məhkəmə sənədlərinin qəbul edilməsi atasının işlərini aparan mühasibə tapşırılsa da, o işini vaxtında icra etməmiş, nəticədə müddət buraxılmışdır. Habelə onların hüquqlarını təmsil edən vəkil də telefonlarına cavab verməmiş və öz işinə səhlənkar yanaşmışdır.

7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 13 may tarixli, 2(106)-118/2024 nömrəli qərardadı ilə (hakimlər – X12 (sədrlik edən və məruzəçi), X13 və X14) Nümayəndə iş üzrə cavabdeh "xxxx" MMC-nin direktoru – təsisçisi X2 hüquqi varisi qismində tanınmış, Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2024-cü il tarixli 2(106)118/2024 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair Nümayəndə ərizəsi (vəsatəti) rədd edilmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

8. Qərardad onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qətnaməsi cavabdehin elektron kabinetinə 30 avqust 2024-cü il tarixdə yerləşdirilmiş, lakin ilk dəfə kassasiya şikayəti 08 noyabr 2024-cü il tarixdə prosessual müddət ötürülməklə elektron kabinet vasitəsilə verilmişdir. Həmin vaxt X1 olmuş və 24 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. Adıçəkilən kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış və eyni gündə də X3 məxsus elektron kabinetinə yerləşdirilmişdir. Hazırkı kassasiya şikayəti isə yalnız 2025-ci ilin mart ayında verilmişdir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilərkən prosessual müddət buraxılmış, müddətin buraxılmasının üzrlü səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

9. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 129.3, 130.1, 402, 405.0.1, 408.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona et irazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh "xxxx" MMC-nin direktoru – təsisçisi X2 hüquqi varisi Nümayəndə kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106) 118/2024 saylı qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətimin təmin edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki olaraq varis kimi Nümayəndə və digər varislər Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106) 118/2024 saylı qətnaməsini xx.xx.2024-cü il tarixdə rəsmi əldə etmişlər. Həmin tarixdə də vəkil X10 ilə kassasiya şikayəti verməsi üçün müqavilə bağlanmış və kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmişdir. xx.xx.2024-cü il tar ixdən hesabladıqda iki aylıq müddət xx.xx.2024-cü il tarixdə bitməli idi. 12. "xxxx" MMC-nin direktoru və təsisçisi X5 xx.xx.2024-cü ildən “Funda” hospitalda yatmış sonra isə DTX-nın hospitalına köçürülmüş, xx.xx.2024-cü il tarixdə orada vəvat etmişdir. Yəni artıq mülki iş üzrə cavabdeh olmuş şəxs "xxxx" MMC-nin direktoru və təsisçisi X5 həmin tarixdən məhkəmə proseslərinə gedə bilməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru mülki hüuquq və fəaliyyət qabiliyyətini itirdiyindən hər hansı prosessual hərəkətlərdə iştirakdan məhrum olmuşdur. Eyni zamanda "xxxx" MMC-nin mühasibi xx.xx.2024-cü ildən işdən azad olunmuşdur. Bu səbəbdən həmin vaxt elektron sistemə "xxxx" MMC-nin hər hansı işçisinin baxmaq imkanı olmamaşdı.

13. Bundan başqa Şirvan A pellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(106)118/2024 xx.xx.2025-ci il tarixli qəradadında qeyd edir ki, guya, Nümayəndə məhkəmədə müddətin buraxılmasını onunla əsaslandırmışdır ki, elektron sistem vasitəsilə məhkəmə sənədlərinin qəbul edilməsi atasının işlərini aparan mühasibə tapşırılsa da, o işini vaxtında icra etməmiş, nəticədə müddət buraxılmışdır. Halbu ki, Nümayəndə belə bir izahat verməmişdir. Nümayəndə məhkəmənin mülki iş üzrə müddətin bərpası barədə iclasda verdiyi suala cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-nin həmin vaxt mühasibi olmamışdır. Həmçinin məhkəmə vəkilin sistemə baxmamasını irad tutmuşdur. Lakin nəzərə almamışdır ki, vəkilin belə bir imkanı olması da mümkün deyildir. Belə ki, vəkil X10 ilə xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verməsi üçün müqavilə bağla nmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

15. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 16. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 1

8. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

20. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.

21. Maddə 130.1. Qanunla müəyyən ed ilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

22. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

23. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

24. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərind ə yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

26. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 28. 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qa ytarılır.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

32. Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumu, X7 şikayəti ilə əlaqədar qəbul etdiyi 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivl ik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı Cavabdeh "xxxx" MMC-nin direktoru – təsisçisi X2 hüquqi varisi Nümayəndə tərəfindən tam mübahisələndi rildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.

36. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

37. Bur axılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

38. Hazırkı işin materiallarından müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qətnaməsi cavabdehin elektron kabinetinə 30 avqust 2024-cü il tarixdə yerləşdirilmiş, lakin ilk dəfə kassasiya şikayəti 08 noyabr 2024-cü il tarixdə - prosessual müddət ötürülməklə elektron kabinet vasitəsilə verilmişdir. Həmin vaxt X1 olmuş və 24 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. Adıçəkilən kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış və eyni gündə də X3 məxsus elektron kabinetinə yerləşdirilmişdir. Hazırkı kassasiya şikayəti isə yalnız 2025-ci ilin mart ayında verilmişdir.

39. Cavabdeh tərəf qətnamədən kassasiya şikayəti və müddətin bərpasına dair ərizəsi vermiş, lakin prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsini üzürlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir. 40. “X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

41. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.

43. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiy a instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 may 2025-ci il tarixli, 2(106)-118/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar