Məhkəmə qərarları › İş №2(102)-2787/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2787/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2787/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X6 Telman qızının cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı X6 Telman qızının cavabdehlər Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə və Cavabdeh2na qarşı alqı-satqı müqaviləsinin e tibarsız sayılması və çıxarışın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1791/2023 nömrəli iş üzrə 28 mart 2023-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3337/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin sahibliyə qaytarılması tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri Xətai rayonu Naximov küçəsi 13 nömrəli evin 34 nömrəli mənzilinə dair Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi not ariusu E.Zeynalov tərəfindən 4Ə-246 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh3 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına verilmiş Bakı şəhəri Xətai rayonu Naximov küçəsi 13 nömrəli evin 34 nömrəli mənzilinə dair DƏDRX Bakı ərazi idarəsi tərəfindən verilmiş RX ******* nömrəli çıxarışın və dövlət reyestri tərəfindən aparılmış qeydin ləğv edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri Xətai rayonu Naximov küçəsi 13 nömrəli evin 34 nömrəli mənzilindən çıxarılması və mənzilin Cavabdeh3 sahibliyinə qaytarılması qət edilmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3337/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. İddiaçı m əhkəmə qətnaməsini xx.xx.2020-ci il tarixdə almış olsa da, ondan apellyasiya şikayətini müddəti ötürməklə vermiş və məhkəməyə xx.xx.2021-ci il tarixdə vəsatətlə müraciət edərək qətnamədən şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə prosessual müddət bərpa edilərək, apellyasiya şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10912/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadına əsasən, mübahisəli mənzilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi Cavabdeh3 və digər şəxslərə qadağan edilmişdir.

4. Həmin mülki iş apellyasiya məhkəməsinin icraatında olan zaman Cavabdeh3 öz adına əldə etdiyi xx.xx.2021-ci il tarixli çıxarış əsasında m übahisəli mənzili Cavabdeh4 satmışdır. Belə ki, DƏDKR 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubuna görə, ünvan 1 ünvanı Cavabdeh2 4ə-710 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10912/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh3 iddiasının təmin edilməməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2733/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 nömrəli evin 34 nömrəli mənzilinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Cavabdeh2 bağlanmış 4ə710 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Cavabdeh4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 nömrəli evin 34 nömrəli mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5187/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)10912/2021 saylı qərardaddan görünür ki, mübahisəli mənzilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi Cavabdeh3 və digər şəxslərə qadağan edilmişdir. Məhkəmə bu halı da nəzərədən keçirdərək qeyd edir ki, nə qədər ki Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsi, 13 saylı evin, 34 saylı mənzilinə dair alğı-satqı müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10912/202 1 saylı qərardadından əvvəl, yəni 09 dekabr 2021-ci il tarixdə bağlanmışdır, bu faktın özü də Cavabdeh4 vicdanlı alıcı olmamasını istisna etməlidir.... Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehlər arasında bağlanmış 09 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir. Həmçinin, məhkəmə qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırkı halda isə yuxarıda qeyd olunduğu kimi Cavabdeh4 bağladığı əqdə münasibətdə vicdanl ı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək, mənzili dəyərini ödəməklə əldə etmiş, mənzilə dair hüquqlarını daşınmaz əmlakın dövlət reystrində qeydə aldırmışdır. Bununla da vicdanlı əldə edən kimi cavabdeh iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması üçün qanuni əsaslar mövcud deyildir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1791/2023 nöməli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İddiaçı məhkəmə mübahisəsi gedən vaxt mənzilin satılmağına istinad edərək, Cavabdeh4 vicdanlı əldə edən olmadığını qeyd edir. Kollegiya bununla bağlı bildirir ki, mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10912/2021 saylı qərardaddan görünür ki, mübahisəli mənzilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi Cavabdeh3 və digər şəxslərə qadağan edilmiş, mənzilə dair Cavabdeh4la alğı-satqı müqaviləsi isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10912/2 021 saylı qərardadından əvvəl, yəni 09 dekabr 2021-ci il tarixdə bağlanmışdır. İddianı təmin etməyən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. Kollegiya Konstitusiya məhkəməsinin yuxarıdakı qərarlarda qeyd edilən mövqeyinə, Mülki Məcəllənin 182.1-ci maddəsinin tələblərinə əsasən, belə qənaətə gəlir ki, əmlakı vicdanlı əldə edən Cavabdeh4 hüquqları xələl görməməlidir, bu baxımdan, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, bu səbəbdən apellyasiya şikayəti təmin edilm əməlidir. Məhkəmə Kollegiyası iddiaçının hüququnun bərpası barədə isə bildirir ki, rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı bununla bağlı ona dəymiş ziyan tələbi ilə məhkəməyə müraciət edə bilər.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətinin dəlillərinə görə, “Hazırkı iddia tələbindən və işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh3 mübahisəli mənzillə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında işə baxılan zaman və həmin işdən məlumatlı olduğu halda, bilə-bilə 09 dekabr 2021-ci il tarixli a lqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili Cavabdeh4 satmışdır. Qeyd olunmalıdır ki, Cavabdeh3 və Cavabdeh4 arasında alqı-satqı müqaviləsinin müqavilə predmeti olan mənzillə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında işə baxılan zaman və qısa müddət ərzində bağlanmasında məqsəd İddiaçı mülkiyyət hüquqlarını realizə etməsinin qarşısını almaq olmuşdur və müqavilə sırf görünüş üçün bağlanmışdır. Bundan başqa, Cavabdeh3 mübahisəli mənzillə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında işə baxılan zaman və həmin işdən məlumatlı olduğu halda biləbilə 09 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili Cavabdeh4 satmaqda ilkin niyyəti Cavabdeh4 aldatmaq, eyni zamanda, İddiaçı əmlakından məhrum etmək, özgəsinin əmlakı hesabına qanunsuz olaraq gəlir əldə etmək olmuşdur.... Lakin işə baxmış birinci instansiya məhkəməsi Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri Xətai rayonu Polad Həşimov (köhnə Naximov) küçəsi 13 saylı evin 34 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin 09 dekabr 2021-ci il tarixdə, yəni Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-10912/2021 saylı qərardadı ilə həmin mənzilin üzərinə həbs qoyulmasından əvvəl bağlanmasını, bununla da Cavabdeh4 vicdanlı alıcı olmasını əsaslandırmağa çalışsa da, mübahisəli mənzilə dair Cavabdeh3 ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin 09 dekabr 2021- ci il tarixdən daha əvvəl, yəni 26 fevral 2020-ci il tarixdə bağlanmasını və həmin müqavilənin etibarlılığına dar hazırkı iş üzrə preyudusial əhəmiyyət daşıyan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 202 1-ci il tarixli 2(103)-10912/2021 saylı qətnaməsini nəzərə almamışdır.” b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlak dan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququ na malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüquq u əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü ş əxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən sayılmamasından asılı olm ayaraq özlüyündə etibarsız olan əqddir. etibarsız sayılıb- 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin qərarında verilmiş olsun; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı m ünasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərar: “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, MM-in 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. … Yuxarıdakıları göstərməklə Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüq uqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.” “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərar: “Qeyd olunmalıdır ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı.... Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiy asının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apell yasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

28. İlk olaraq, məhkəmə kollegiyası dövlət reyestrindəki qeydə inanaraq mülkiyyət və sair əşya hüquqları əldə edən şəxsin vicdanlı əldə edən hesab edilməsi ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacib dir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərar). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövl ət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" ASC-nin şikayəti üzrə xx.xx.2018-ci il tarixli Qərar). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübh ə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (S.N.Məmmədovanın şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).

29. Göründüyü kimi, əşya üzərində mülkiyyət, habelə ipoteka və sair əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.

30. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, i şə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.

31. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1791/2023 nömrəli iş üzrə 28 mart 2023-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı X6 Telman qızının kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar