Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-279/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tələbəyə təcrübə müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin vəkili X3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4955/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki iş ə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasına aid olan şəxsdir. İddiaçı Cavabdeh (UNEC) tələbəsi olmuş və xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək Azərbaycan Respublikası İqtisad Nazirliyində istehsalat təcrübəsi keçmişdir. UNEC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında istehsalat təcrübəsinin təşkili barədə 142/033 nömrəli müqavilənin 1.9-cu maddəsinə əsasən təcrübə müddətində istehsal müəssisəsi tərəfindən tələbələrə heç bir ödəniş həyata keçirilmir (istehsalat müəssisəsi tərəfindən əmək müqaviləsi bağlanmış tələbələrə əmək haqqı ödənilməsi istisna olmaqla). İddiaçı Cavabdehnə təcrübə müddəti üçün əmək haqqının ödənilməsi ilə əlaqədar müraciətlər edilmiş, cavabdeh tərəfindən ona müxtəlif tarixli məktublarla imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən istehsalat təcrübəsi zamanı ödənilməli olan 1800 manat əmək haqqının, əmək haqqı vaxtında ödənilmədiyinə görə yaranmış 3600 manat penyanın və vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildə Bakı şəhərində anadan olmuş və “Valideynlə rini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş şəxslərin təsir dairəsinə düşür. O, Cavabdeh tələbəsidir. xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçmişdir. Cavabdeh ona istehsalat təcrübəsi zamanı ödənilməli olan əmək haqqını ödəməkdən imtina edir. Cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin tələblərinə ziddir. B akı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-613/2020 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə istinad etməklə hesab etmişdir ki, əmək haqqı yalnız əmək müqaviləsi ilə müəyyənləşdirilir. Konkret halda isə tələbələrə əmək haqqının istehsalat və təhsil müəssisələri arasında bağlanılmış müqavilə əsasında ödənilməsi nəzərdə tutulur. Belə olduğu halda isə sözügedən müqavilədə əmək haqqının verilməsi nəzərdə tutulmamışdır. İddiaçı arqumentinin gücləndirilməsi üçün hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Buna görə, məhkəmə sözügedən tələbi 1800 manat əmək haqqının, əmək haqqı vaxtında ödənilmədiyinə görə yaranmış 3600 manat penyanın c avabdehdən tutulması tələbini əsassız hesab etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin ödənilməsi tələbini də qəbuledilməz saymışdır. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-613/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4955/2020 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)613/2020 nömrə li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaraq göstərmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq, Cavabdeh 60 nəfər tələbənin (o cümlədən iddiaçının) xx xxxxxx 2019-cu ildən xx xxx 2019-cu ilədək istehsalat təcrübəsi keçmələri üçün şərait yaradılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə İstehsalat təcrübəsinin təşkili haqqında 142/033 Müqavilə imzalamışdır. Müqavilənin 1.9-cu bəndinə əsasən istehsalat müəssisəsi tərəfindən əmək müqaviləsi bağlanmış tələbələrə əmək haqq ı ödənilməsi istisna olmaqla, təcrübə müddətində istehsalat müəssisəsi tərəfindən tələbələrə hər hansı ödənişin həyata keçirilməyəcəyi göstərilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4955/2020 qətnaməsinin ləğv edilməsini və iddia tələbini təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti işin faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı tələbi ilə bağlı sübutlar təqdim etsə də və əlavə sübutların tədqiqi ilə bağlı məhkəmələrə vəsatətlər versə də, apelyasiya instansiyası məhkəməsi iddianın sübut olunmaması qənaətinə gəlmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh etibarnamə əsasında nümayəndəsi, vəkil X1 şikayətinə yazılı etiraz göndərərək, kasasiya şikayətinin formal xarakter daşıdığını göstərmiş və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili X1 şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş, vəkili Vəkil1 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə iclasının təxirə salınması xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilinin xəstəliyi ilə bağlı sübutların mövcud olmamasını nəzərə alaraq vəsatəti təmin etməmiş və Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ərizəçi tərəfindən tam mübahisələndirildiyindən hazırki kasasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təmina t verilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər... Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təmin atından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnamənin 4.2-ci bəndinə əsasən dövlət ali (orta ixtisas) təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitlər i hesabına təşkil edirlər. 4.3-cü bəndinə əsasən təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və m addi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticəd ə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara ri ayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iş materiallarından müəyyən olur ki, iddiaçıya tələb olunan pul vəsaitinin ödənilməsindən imtina edən cavabdeh təşkilat, habelə iddiaçının müvafiq olaraq iddiasını və apelyasiya şikayətini rədd edən məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, əmək haqqı yalnız əmək müqaviləsi ilə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154cü maddəsinə uyğun) müəyyənləşdirilir. UNEC-lə istehsalat təcrübəsi həyata keçirilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında bununla bağlı bağlanmış müqavilənin 1.9-cu maddəsinə əsasən təcrübə keçən tələbələrə əmək haqqının verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qeyd olunan əsaslandırılması ilə razılaşmır. İlk olaraq qeyd olunmalıdır ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi ilə bağlı xüsusi qanunvericilik mövcu ddur ki, həmin qanunda bu kateqoriyaya aid şəxslərin təhsil üzrə təminatlar, o cümlədən istehsalat təhsili və istehsalat təcrübəsi dövründə əmək haqqı almaq hüquqları bilavasitə təsbit olunmuşdur. Belə olan halda, məhkəmələr Əmək Məcəlləsinə istinad etməklə iddiaçı ilə istehsalat təcrübəsi keçirilən Nazirlik arasında əmək müqaviləsinin bağlanmaması əsası ilə iddianı rədd etməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Nəzərə alınmalıdır ki, hazırki iddia əmək münasibətlərindən irəli gələrək yuxarıda qeyd olunan Nazirliyə qarşı deyil, məhz “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə istinad edilməklə, iddiaçının təhsil aldığı Universitetə qarşı irəli sürülmüşdür. Digər tərəfdən Cavabdeh və Azərbayc an Respublikasının İqtisadiyyat Nazirliyi arasında İstehsalat təcrübəsinin təşkili barədə 142/033 nömrəli müqavilə yalnız həmin müqavilə üzrə tərəflər üçün hüquq və vəzifələr müəyyən etməklə, müqavilənin 1.9-cu maddəsi iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnamənin 4.3-cü bəndinə istinad edilməklə, iddianın rədd edilməli olmasına dair mövqeyi əsaslı olmamışdır. Belə ki, məhkəmələr istehsalat təcrübəsinin hansı vəsaitlər hesabına təmin olunmasını təsbit edən həmin Əsasnamənin 4.2-ci bəndinin tələblərini nəzərə almamışlar. İddiaçı apelyasiya şikayətində qeyd olunan hallara istina d etsə də, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə hüquqi qiymət verməmiş və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlamaqla, qətnaməni dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Pl enumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı” iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki i ş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin hallarını tam, hərtərəfli araşdırmamış, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4955/2020 nömrəli qətnaməsini ləğv edilsin və işi yenidən baxılması üçün həmin apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-279/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-279/2021
08.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver