Məhkəmə qərarları › İş №2(102)-279/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-279/2022

18.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-279/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh filalına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-279/22 (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2(107)1447/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclas ında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Balakən rayon filialına qarşı iddia qaldıraraq, Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 16 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim H.Q.Səlimov) iddia təmin edilərək, Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 16 saylı arxiv arayışının iddiaçıya məxsus ol ması faktı müəyyən edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı, 19761977-ci illərdə Balakən rayonu, Tülü kəndi, “N.Nərimanov” adına kolxozda kolxozçu işləyib və onun həmin kolxozda işləməsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 16 saylı arxiv arayışı ilə təsdiq olunur. Bundan sonra iddiaçı, ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət edib, lakin, sözügedən arxiv arayışında onun ata adı qeyd edilmədiyi üçün kolxozda işlədiyi illər ona sığorta stajı kimi hesablanmayıb. Hazırda, Balakən rayonu, Tülü kəndi, “N.Nərimanov” adına kolxoz ləğv edildiyi üçün həmin arayışda düzəliş edilməsi və iddiaçının həmin sənədi başqa qaydada əldə etməsi mümkün deyil. Ona görə də iddia təmin edilərək, sözügedən arxiv arayışını n iddiaçıya məxsus olması faktı müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 305.1, 306.1, 307.2.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Balakən rayon məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. Apelly asiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, məhkəmə mübahisələri üzrə cavabdehin kimliyi məsələsinə aydınlıq gətirilməsi zəruri elementlərdəndir. Məhkəmə mübahisələri zamanı cavabdehin düzgün seçilməsi iddiaların, ona cavab verməli olan quruma yönəldilməsini təmin edir, gələcəkdə məhkəmə qərarlarının əsl cavabdehlər tərəfindən icra edilməsi zamanı əlavə problemləri aradan qaldırır. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının 01 fevral 2021-ci il tarixli məktubuna görə Fond struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 iyu n 2020-ci il tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş DSMF-nin Nizamnaməsinin 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Fond tərəfindən 23 noyabr 2020-ci il tarixli qərar qəbul edilib. Həmin Qərara əsasən, Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi Filialları yaradılıb və onların Əsasnamələri təsdiq edilib. Göründüyü kimi Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi filialları yaradılmaqla, məhkəmələrdə prosessual tərəf olmaqla Fondun ixtisaslaşmış Mərkəzi və regional filialların iştirak etməsi nəzərdə tutulub. Qax, Zaqatala və Balakən inzibati ərazi dairəsi üzrə Fondun 16 saylı regional ərazi filialı Fondun təyinat aparan qurumları siyahısına aid edilməklə, mövcud səlahiyyətlər bu quruma həvalə edilib. Ona görə də iddia ona cavab ver məli olmayan şəxsə qarşı qaldırıldığından rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş DSMF-nin Nizamnaməsinin 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərinin, habelə Mülki Prosessual Məcəllənin 384.0, 384.0.2-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nun Publik hüquqi şəxsin Balakən rayon filialı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəbdlərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Həmin Məcəllənin 306.1-ci maddəsinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hü quq normalarının tələblərini pozub. Belə ki, hazırda iddiaçı, Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 16 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsini tələb edir və tələbini belə əsaslandırıb ki, 1976, 1977-ci illərdə Balakən rayonu, Tülü kəndi, “N.Nərimanov” adına kolxozda kolxozçu işləyib və arxiv arayışında onun həmin kolxozda 1976, 1977-ci illərdə işləməsi təsdiq olunsa da, ata adı qeyd edilmədiyi üçün kolxozda işlədiyi illər ona cavabdeh tərəfindən sığorta stajı kimi hesablanmayıb. Həmçinin, sözügedən kolxoz ləğv edildiyi üçün arxiv arayışının verilməsinə əsas olmuş sənəddə düzəliş edilməsi və bu barədə sənədi başqa qaydada əldə etməsi mümkün deyil. Əvvəla, mülki prosessual qanunverciliyə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qayadasında baxır və məhkəmə hüquqi əhəmiyyəti olan o faktları müəyyən edir ki, həmin faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə bağlı olur (MPM-nin 305.1, 305.1.1, 307.1-ci maddələri). Göründüyü kimi hüquqi əhəmiyyəti olan faktlar- hüquqların əmələ gəlməsini, dəyişdirilməsini və xitam verilməsinin asılı olduğu faktlardır. Qanun, hüquqi faktlarla fiziki və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və xitam edilməsini əlaqələndirir. Hüquq əhəmiyyətli olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmişləşdirilir. Lakin bir sıra hüquqi faktlara münasibətdə, belə qeydə alınma qaydası qanunda nəzərdə tutulmayıb. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə- həmin faktın qeydiyyatının mövcud olmaması; faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü; hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi; həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə isə- həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin düblikatını verə bi lməsi imkanının olmamasını nəzərdə tutur. Bu baxımdan hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçirilməli, ya da qeyri məhkəmə (inzibati) qaydada müəyyən edilməlidir. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmuş sənədlərin bərpasının mümkün olmadığını müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə də qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib. Eyni hüquqi mövqe “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında nəzərdə tutulub. Həmin Qərarda göstərilir ki, Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atası nın adı və ya soyadı ilə düzgün gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi, həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırki işdə, sözügedən faktın müəyyən edilməsi İddiaçı 1976, 1977-ci illərdə Balakən rayonu, Tülü kəndi, “N.Nərimanov” adına kolxozda işlədiyi illərin sığorta stajına hesablanması üçün lazımdır və onun həmin kolxozda kolxozçu işləməsi arxiv arayışı ilə təsdiq olunur, lakin həmin arxiv arayışında İddiaçı ata adı göstərilmədiyi üçün cavabdeh həmin illəri sığorta stajına hesablamaq istəmir. Sözügedən kolxoz isə ləğv edildiyindən, iddiaçı iddia etdiyi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, X1 isə arxiv arayışına hər hansı düzəliş etmək səlahiyyəti yoxdur və arxiv arayışı məhz kolxozun şəxsi hesab kitablarına əsasən verilib. Göründüyü kimi, arxiv arayışında iddiaçının ata adı göstərilməyib, həmin arxiv arayışı hüquqmüəyyənedici sənəd olmaqla sığorta stajının hesablanması üçün lazımdır və kolxoz ləğv edildiyi üçün arxiv arayışındakı səhvi aradan qaldırmaq və düzəltmək mümkün deyil. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki tələbə xüsusi icraat qayadasında baxılmalı olduğundan, İddiaçı məhkəməyə ərizə deyil, iddia ərizəsi verməsi, Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Balakən rayon filalının iddiaya cavab verməli olan şəxs olub-olmaması və ya iddia tələbinin DSMF-nun 23 noyabr 2020-ci il tarixli qərarı ilə Fondun keçmiş rayon şöbələri (filialları) üzrə yaradılmış Regional Ərazi Filiallarına və ya Fondun bu sahə üzrə ixtisaslaşmış Mərkəzinə qarşı verilməməsi, Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın məhkəmə qaydasında müəyyən edilməsinə mane ola və bu əsasla ərizə və ya iddia rədd oluna bilməz. Belə ki, İddiaçı hazırki tələbi sözügedən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsindən ibarətdir. Bu növ icraatda baxılan işlərdə hüquq haqqında mübahisə olmur və işə ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Hazırki halda, İddiaçı iddia ərizəsində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Balakən rayon filialını cavabdeh qismində göstərsə də, iddia tələbi ona qarşı yö nəlməyib və birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquq və vəzifələrinə dair hər hansı məsələ həll edilməyib. Digər tərəfdən, işə birinci instansiya məhkəməsində faktiki olaraq DSMF-nun publik hüquqi şəxsin 16 saylı regional ərazi filialının nümayəndəsi Xanlar Mahumdovun iştirakı ilə baxılıb, məhz filial tərəfindən iddiaya etiraz verilib və sonradan qətnamədən məhz DSMFnun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilib. Apellyasiya instansiyası məhkəməsi, iddianın ona cavab verməli olmayan şəxsə qarşı verilməsini əsas tutub iddianı rədd edərkən, DSMF-nun publik hüquqi şəxsin 16 saylı regional ərazi filialının birinci instansiya məhkəməsi tərəfindən faktiki olaraq maraqlı şəxs kimi cəlb edilməsini və qətnamədən məhz DSMF-nun Məhkəmə M übahisələri ilə iş üzrə Mərkəzi filalı tərəfindən apellyasiya şikayəti verilməsini nəzərə almayıb və qətnamədə sonuncu tərəfindən deyil, Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Balakən rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə baxdığını qeyd etməklə özü də yanlışlığa yol verib. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilm əli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2(107)-1447/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar