Məhkəmə qərarları › İş №2(102)-2793/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2793/2024

15.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2793/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Tovuz regional “Asan Xidmət” mərkəzində notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın faktiki qəbulu, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Tovuz regional “Asan Xidmət” mərkəzində notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-823/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz ə mlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********33-10301 reyestr nömrəli elektron Çıxarışa əsasən Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi Cavabdeh2, X8 və X6 adına 1/3 pay üzrə paylı və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 128,10 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

2. X8 xx.xx.2000-ci il tarixdə ölmüşdür.

3. Abdullayeva Maral Valeh qızı xx.xx.2005-ci il tarixdə ölmüşdür.

4. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli 2V-543 nömrəli və 2V-544 nömrəli şəhadətnamələrə əsasən xx.xx.2000-ci il tarixdə vəfat etmiş X5 və xx.xx.2005-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdeh2 hesab edilmişdir. Şəhadətnamə verilmi ş miras əmlak, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli elektron çıxarışda göstərilən 0,3 ha torpaq sahəsinin mərhumlara aid olan hissəsindən ibarət olmuşdur.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********33-10301 reyestr nömrəli elektron Çıxarışa əsasən Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 128,10 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Daşınmaz əmlakın alğı-satqısı haqqında xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli müqav iləsinə əsasən, Cavabdeh2 Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsini 5.000 manata X1.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

8. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2 və Tovuz regional “Asan xidmət” mərkəzində notariat ofisinə (maraqlı şəxs ƏMDX-ın DƏDXR-nin public hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarışa əsasən, mərhum anası X5 adına paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin X12nın payına düşən 0,10 ha hissəsinə dair tərtib edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin miras əmlakdan onun payının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mərhum X12nın adına paylı mülkiyyət hüququ əsasında Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində 0,30 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində cavabdehin mülkiyyətində ol an fərdi yaşayış evi olmuşdur. O, həmin evdə doğulub böyümüş və 2003-cü ilədək ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. 2003-cü ildə özünə ev tikdirib həmin evə köçmüşdür. X12 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, anasının vəfatından sonra sonuncudan qalmış miras əmlakı o, atası ilə bərabər qəbul etmiş və həmin təsərrüfatda yaşamışdır. Hazırda anasından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Tovuz regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, orada isə ona məlum olmuşdur ki, mərhum anasından qalmış miras əmlaka dair 2012-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin tərtib edilməsindən birinci dərəcəli vərəsə olaraq onun məlumatı olmamışdır.

11. Cavabdeh2 iddia müddətinin tətbiq olunmasına da ir ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı – oğludur. O, mərhum anası X4 miras qalmış əmlakdan pay tələb etmişdir. X8 xx.xx.2000-ci ildə vəfat etmişdir. Miras xx.xx.2000-ci ildə alındığından mübahisə ilə bağlı AR Mülki Məcəllənin normaları tətbiq olunmalıdır. İddiaçı 3 il ərzində iddia hüququndan istifadə etməmiş, iddia müddətini ötürmüşdür. İddiaçıya başqa yerdə ev tikmiş, torpaq almışdır. Anası ölməmişdən qabaq ona tikdiyi evdə yaşamış və mirası qəbul etməmişdir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir.

12. Tovuz Rayon Məhkəməsinin 2(062)-1237/2021 nömrəli iş üzrə 20 sentyabr 2021ci il tarixli qətnaməsi ilə (hakim Nofəl Mustafeyev) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli əmlakın qanunv ericiliyin tələbi pozulmaqla atası Cavabdeh2 adına sənədləşdirilməsini iddia etsə də, eyni zamanda X12dan qalmış miras əmlakın onun tərəfindən qəbul edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir.

14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işin faktiki h allarını düzgün araşdırmamış və məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir.

17. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə öldüyündən, apellyasiya baxışı zamanı Cavabdeh4 onun hüquqi varisi kimi işə cəlb olunmuşdur.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1613/2023 nömrəli mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Ədil Məmmədov və Rəhman Muradov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, miras əmlak mərhum Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilmiş və qorunub saxlanmışdır. Həmin miras əmlaka görə Tovuz rayon notariat kontoru tərəfindən cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və cavabdeh fərdi yaşayış evi üzərində mülkiyyət hüququ əldə etmişdir. İddiaçı tərəfindən miras əmlak nə faktiki, nə də qanunla müəyyən edilmiş qaydada qəbul edilməmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələblərinin ardıcıllığı baxımından ilk növbədə iddiaçının mərhum X12dan qalmış miras payının onun tərəfindən qəbuluna qiymət verilməlidir. İddiaçının mirası qəbul etməsi müəyyən olunacağı halda digər tələblər üzrə subyektiv hüququ yaranmış olacaqdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mərhum X12dan miras qalan əmlakı qəbul etməsini təsdiq edən sübutları iş materiallarında olmamışdır. İddiaçı anasından qalmış mirası qəbulu etməsini süb uta yetirə bilməmişdir. İddiaçı izahatında göstərmişdir ki, o mirası qəbul etməmişdir, lakin ata yurdunun satılmasını istəməmişdir.

22. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1145, 1146, 1151, 1159, 1243-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər iddiaçının mirası qəbul etmək fikri olmasa idi, anası vəfat etdikdən sonra 3 ay müddətində notariat orqanına yaxınlaşaraq, mirası qəbul etməkdən imtinaya dair ərizə verərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarının əsaslandırma hissəsindən aydın olur ki, əgər vərəsə miras açıldığı məqamdan 3 ay müddətində mirasdan imtinaya dair ərizə vermirsə o mirası qəbul etmiş hesab edilməlidir.

25. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-111/2024 nömrəli mülki iş üzrə 15 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Zəki Babayev (məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

26. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddianı “miras əmlakdan payların müəyyən olunması” hissəsində rədd edən apellyasiya məhkəməsi qeyd etmişdir ki, X10 xx.xx.2000-ci il tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarının tətbiq edilməli olması barədə mövqeyi düzgün olmamaqla, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmişdir.

27. Bundan başqa iddianı yuxarıda qeyd olunan hissədə rədd edərkən apellyasiya instansiyası məhkəməsi iddiaçının qanunla müəyyən olunan müddətdə mirası nə faktiki, nə də qanunla müəyyən edilmiş qaydada qəbul etməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə də razılaşmamışdır. Belə ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməli idi. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan altı ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul e tməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə apellyasiya məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş Dövlətin mülkiyyət və vərəsəlik hüquqlarına təminat verməsi barədə müddəalarına zidd olmuşdur.

28. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 12731-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2 6 dekabr 2023-cü il tarixli Qərarlarında göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş materialları iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, mülki qanunvericiliyə uyğun olaraq vərəsəlik hüququnun mövcudluğunun, mövcud olduğu halda, miras əmlakda payının müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının sonrakı iddia tələbini (vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) onun miras əmlakı qəbul etməməsi əsası ilə rədd etdiyindən və həmin əsaslandırma qanuni hesab edilmədiyindən, qətnamə qeyd olunan his sədə də ləğv olunmalı və göstərilən tələbə Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq əlavə hüquqi qiymət verilməlidir.

30. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş) 527, 528, 529, 530, 532, 552, 556-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 1243-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-823/2024 nömrəli mülki iş üzrə 4 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Məhkəmə kollegiyası ilk öncə vurğulamışdır ki, X10 xx.xx.2000-ci ildə vəfat etdiyindən, hazırkı iddia tələbinə münasibətdə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci ilədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq e dilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mirasqoyanların ölümündən sonra iddiaçı miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməklə, onu idarə etməklə faktiki olaraq mirası qəbul etməmişdir. İşin həmin halı tərəflərin izahatı ilə də təsdiq olunmuş və o, valideynlərinin sağlığında daimi olaraq başqa ünvana köçərək yaşamış və ayrıca yaşayış evi olmuşdur.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə rəsmi, nə də faktiki qəbul etmədiyinə görə subyektiv vərəsəlik hüququnu itirmişdir. X5 ölümündən sonra onun əri Cavabdeh2 miras əmlak olan evdə yaşamaqla onu idarə və sahiblik edərək, həm faktiki qəbul etmiş, həm də notariat orqanına müraciət edərək, həm birgə mülkiyyətdən öz payını, həm də arvadından və qızından miras qalmış payı adına rəsmiləşdirmişdir.

35. Məhkəmə kollegiyası hesab etmişdir ki, miras əmlak Cavabdeh2 tərəfindən qanuni əsaslarla qəbul edilərək, onun mülkiyyəti qeydə alınmışdır. Ona görə də, iddia təmin edilməməlidir.

36. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş) 527, 528, 529, 530, 532, 552, 556-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının vərəsəlik hüququna mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməli olduğu halda, iddiaçının mirası qəbul etməməsini göstərərək, iddiaçının subyektiv vərəsəlik hüququnu itirdiyini qeyd etmişdir. Halbuki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə apellyasiya məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş Dövlətin mülkiyyət və vərəsəlik hüquqlarına təminat verməsi barədə müddəalarına zidd olmuşdur.

39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə çıxarılarkən iddiaçının atası Cavabdeh2 mərhum arvadı X4 qalmış mirasa dair şəhadətnamə alarkən notariat orqanı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilib-edilməməsi araşdırılmamışdır. Notariat ofisi qanunvericiliyin tələbini pozaraq, Cavabdeh2 X10nın tək vərəsəsi olması barədə qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Halbuki, iddiaçı da X12 vəfat etdikdə ailəsi ilə birlikdə valideynlərinin yanında yaşamış və anası vəfat etdikdən sonra da mərhum anasından miras qalmış əmlakdan atası ilə birlikdə 2003-cü ilə kimi istifadə etmişdir.

40. Mərhum X12 xx.xx.2000-ci ildə vəfat etmiş və vərəsəlik də həmin vaxt açılmışdır. X10 vəfat etdikdən sonra iddiaçı atası ilə birlikdə mərhum anasının dəfn mərasimini təşkil etmiş, daha sonra ondan miras qalmış əmlaka digər vərəsə kimi nəzarət etmiş, atası ilə birlikdə həmin evdə yaşamışdır. Bununla da iddiaçı mərhum anasından qalmış miras əmlakı faktiki qəbul edərək, idarə etmişdir. İddiaçının da mərhum anasının vərəsəsi olaraq qanun üzrə vərəsəlik əsasında atası ilə bərabər payı almaq hüququ olmuşdur. Lakin, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iddiaçının hüquq və vəzifələri pozularaq vərəsələrin dairəsi müəyyən edilməmiş, onun mirası faktiki qəbul edib-etməməsi araşdırılmamışdır.

41. İddiaçı şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.2000-ci il tarixədək qüvvədə olan) 527, 528, 552-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

43. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

44. Maddə 29 (hissə Vİİ). Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (xx.xx.2000-ci il tarixədək qüvvədə olan)

45. Maddə

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

46. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

47. Maddə

529. Vərəsəliyin açıldığı yer, m iras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.

48. Maddə

530. Aşağıdakılar vərəsə ola bilərlər: Qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; Vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar.

49. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.

50. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

51. Maddə

556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

63. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəs inə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

64. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqin də səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2024-cü il tarixli 2(104)-823/2024 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar